Biologiya tədrisi metodikası I mövzu: Biologiya tədrisi metodikasının məqsəd və vəzifələri Plan


Biologiya tədris proqramında tədris metodlarına dair tövsiyyələr



Yüklə 0,88 Mb.
səhifə20/57
tarix02.01.2022
ölçüsü0,88 Mb.
#35994
1   ...   16   17   18   19   20   21   22   23   ...   57
Biologiyanın tədrisi metodikası

4.Biologiya tədris proqramında tədris metodlarına dair tövsiyyələr

Orta məktəbdə biologiya kursunun tədrisi ilə məşğul olan müəllimlərə metodik köməklik üçün, proqram materiallarının daha asan, səmərəli tədrisini həyata keçirmək, keçilən materialların şagirdlər tərəfindən asan mənimsənilməsini həyata keçirmək üçün tədris proqramında təlim metodlarına dair bir sıra tövsiyyələr verilmişdir. Bu tövsiyyələr aşağıdakılardan ibarətdir:

I.Şagirdlərin düzgün tərbiyəsi: Dialektik-materializm dünyagörüşünün formalaşması, ideya-siyasi, sənətpərvərlik, əmək, əxlaqi-estetik, ekoloji, gigiyena tərbiyəsi məsələlərinin həlli üçün proqramın metodik qurluşu və məzmunundan ardıcıl olaraq istifadə etmək lazımdır;

II.Aparıcı ideyalar və əsas elmi anlayışların şüurlu və möhkəm mənimsənilməsinə şagirdlərin diqqəti xüsusi cəlb olunmalıdır.

III.Proqram və dərs mövzularının məzmunu nəzərə alınmaqla təcrübələr, müşahidələr, praktik işləri aparmaq, laboratoriya, avadanlığından, tibbi-təbii obyektlərdən, dərslik və digər kitablardan istifadə olunmaqla əlaqədar ümumtəhsil hazırlığının və xüsusi bacarıq və vərdişlərin inkişafını təmin etməli.

IV.Nəzəriyyə və praktikanın əlaqəsini, elmi biliklərin ictimai-faydalı əmək fəaliyyətində tətbiqini öyrətməklə məktəblilərin biliklərini dərinləşdirmək və politexniki təlim prinsiplərini həyata keçirmək.

V.Məişətdə, təhsildə, əməkdə gigiyena normalarına riayət etməyi bacarmaq, bu işi ardıcıl həyata keçirmək.

VI.Şagirdlər tərəfindən əsas materialların dərsdə mənimsənilməsinə nail olmaq.

VII.Məktəblilərdə ümumiləşdirmə priyomları formalaşdırmaq.

VIII.Şagirdlərin bilik və yaş səviyyələrinə, imkanlarına uyğun olaraq, dərsin məzmununu nəzərə almaqla tədris materiallarının problemli izahına tədqiqatçılıqla yanaşma.

IX.Fənnlərarası əlaqələri nəzərə almalı.

X.Şagirdlərin maraq və qabiliyyətlərini nəzərə alıb bu xüsusiyyətlərinin inkişaf etdirilməsinə nail olmaq.



Yüklə 0,88 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin