Biologiya tədrisi metodikası I mövzu: Biologiya tədrisi metodikasının məqsəd və vəzifələri Plan


VI sinif Botanika fənnin proqram üzrə bölmələri



Yüklə 0,88 Mb.
səhifə22/57
tarix02.01.2022
ölçüsü0,88 Mb.
#35994
1   ...   18   19   20   21   22   23   24   25   ...   57
Biologiyanın tədrisi metodikası

2.VI sinif Botanika fənnin proqram üzrə bölmələri

Biologiya fənnləri qrupuna daxil olan Botanika fənni orta məktəblərdə VI sinifdən başlayaraq tədris olunur və VII sinifdə davam etdirilərək III rübün ortalarına qədər davam edir. Botanika fənninin VI sinifdə tədrisinə həftədə 2 saat olmaqla proqramda 8 bölmə verilmişdir. VI sinifdə Botanika fənninin proqramda verilən bu bölmələri aşağıdakılardır.

I bölmə: Bitgilər (68 saat) olmaqla VI sinifdə tədris olunan Botanika fənninin proqramı aşağıdakı kimi planlaşdırılır:

1)Giriş-1 saat: I. Çiçəkli bitgilərlə ümumi tanışlıq-3 saat. Burada çiçəkli bitgi və onun orqanları mövzusu tədris olunur. II.Bitgi orqanizminin hüceyrəli qurluşu-4 saat: III.Kök-6 saat: IV. Zoğ-19 saat: V. Çiçəkli bitgilərin vegetativ çoxalması-2 saat: VI. Çiçək və meyvə-7 saat: VII. Toxum-5 saat: VIII. Bitgilər və ətraf mühit-8 saat

Botanika proqramının VI sinifdə veriln bu bölmələrində öyrənilməsi nəzərdə tutulan əsas məsələlər bölmələr üzrə aşağıdakılardan ibarətdir:

1)Giriş-1 saat. Burada-Biologiyanın-canlı təbiət haqqında (bitgilər, heyvanlar, göbələklər, bakteriyalar və başqa orqanizmlər, onların mühitlə qarşılıqlı münasibətləri) haqqında elm olması, bitgilər aləminin təbiətin tərkib hissəsi kimi, müxtəlifliyi, təbiət və insan həyatında, k/t-da rolu və bitgilərin mühafizəsi öyrədilir.

2) Çiçəkli bitgilərin orqanları-3 saat. Burada kök, gövdə, yarpaq, çiçək, meyvə və toxum, onların təbiətdə yayılması, bitgilərin tərkibi, bitgilərin həyatında payız hadisələri öyrədilir.

3) Bitgi orqanizminin hüceyrəli qurluşu-4 saat. Burada böyüdücü cihazlar, hüceyrə və onun qurluşu, hüceyrənin həyat fəaliyyəti, sitoplazma-onun hərəkəti, maddələrin hüceyrəyə daxil olması, hüceyrənin böyüməsi və bölünməsi öyrədilir:

4) Kök-6 saat. Burada kök-onun növləri, sistemləri, quruluşu, böyüməsi, tənəffüsü, kübrələr. Kökə suyun daxil olması öyrədilir.

5) Zoğ-19 saat. Burada-zoğ, tumurcuq, onların qurluşu, yarpaq, yarpağın qurluşu, damarlanması, düzülüşü, funksiyaları öyrədilir.

6) Çiçəkli bitgilərin vegetativ çoxalması-2 saat. Buradabitgilərin zoğlar, çiliklər, qələm, calaqetmə, kol bölünməsi ilə çoxaldılması, vegetativ çoxalmanın bioloji əhəmiyyəti, üsulları öyrədilir.

7) Çiçək və meyvə-7 saat. Burada çiçəyin bitgilərdə toxumla çoxalma orqanı olması, çiçəyin qurluşu, çiçək cinsləri, qrupu tozlanma, mayalanma, meyvə və toxumun əmələ gəlməsi öyrədilir.

8) Toxum-5 saat. Burada toxumun qurluşu, tərkibi, cücərməsi, tənəffüsü, qidalanması, səpin və becərilmə aqrotexnikası, toxumun cücərməsi üçün su, hava və t0-nun rolu aydınlaşdırılır.

9) Bitgilər və ətraf mühit-8 saat. Bu bölmədə bitginin tam orqanizm olması, hüceyrə, toxuma və orqanlar arasında qarşılıqlı əlaqə. Bitgilərdə gedən həyati proseslər, canlı və cansız təbiətin ekoloji amilləri, onların insan fəaliyyəti ilə əlaqəsi, bitgilərin, təbiətin qorunması məsələləri öyrədilir.




Yüklə 0,88 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin