Biologiya yun


Hüceyrə nəzəriyyəsinin əsas müddəaları



Yüklə 168,12 Kb.
səhifə14/56
tarix25.09.2022
ölçüsü168,12 Kb.
#64096
1   ...   10   11   12   13   14   15   16   17   ...   56
biologiya kitab 1

Hüceyrə nəzəriyyəsinin əsas müddəaları

  1. Hüceyrə - canlıların elementar vahidi olub, öz-özünü yeniləməyə, tənzim-ləməyə və törətməyə qabildir, bütün canlı orqanizmlərin ən kiçik quruluş, funksional və inkişaf vahididir.

  2. Bütün orqanizmlərdə hüceyrələr quruluşuna, kimyəvi tərkibinə, həyat fəa-liyyətinin əsas təzahürlərinə və maddələr mübadiləsinə görə oxşardırlar (homoloqdurlar).

  3. Hüceyrələrin çoxalması onların bölünməsi yolu ilə gedir. Hər bir hüceyrə başlanğıc (ana) hüceyrələrin bölünməsi nəticəsində əmələ gəlir.

  4. Mürəkkəb çoxhüceyrəli orqanizmlərdə hüceyrələr ixtisaslaşaraq toxuma və orqanları əmələ gətirir.

  5. Üzvlər (orqanlar) öz aralarında sıx əlaqədə olub, sinir və humoral sistemlə tənzimlənir.

XX əsrin ikinci yarısında hüceyrənin daxili tərkibi, strukturu və onda gedən proseslər aydınlaşdı. “Hüceyrə - öz növbəsində biologiya aləmində bir atomdur. Kimyəvi birləşmələr atomlardan qurulduğu kimi, canlı orqanizmlər də çoxlu hü-ceyrə yığımından qurulmuşdur. Fizikadan bilirik ki, bütün atomlar bir-birlərinə ox-şardırlar: hər bir atomun mərkəzində müsbət yüklənmiş nüvə durur, onun ətrafında isə elektronlar dövr edir – sanki miniatür günəş sistemidir ! Hüceyrələr də atomlar kimi bir-birlərinə oxşardırlar. Hər bir hüceyrə mərkəzində sıxlaşmış nüvə var. O, “yarımmaye” sitoplazmada yerləşir. Bunlar hüceyrə membranı ilə hüdudlanır. – C.Kendryu
Canlıların aid strukturlar daim yenilənir. Yalnız DNT və struktur polisaxa-ridləri stabildir. Yenilənmə müxtəlif sürətlə baş verir.


Hüceyrə biologiyası
Hüceyrələr eyni quruluş planına malikdirlər, lakin formalarına görə müxtə-lifdir. Hüceyrələr silindrik, şarşəkilli, çoxbucaqlı, ulduzşəkilli və s. olurlar. Hücey-rələrin forması funksiyasına görə müəyyənləşir. Məsələn, əzələ hüceyrələri liflər-dən təşkil olunmuşdur ki, onların yığılma funksiyasına görədir. Sinir hüceyrələri xüsusi çıxıntılara malikdirlər ki, bu çıxıntılar vasitəsilə sinir impulsları ötürülür (şək. 9).



Yüklə 168,12 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin