Biologiya yun



Yüklə 168,12 Kb.
səhifə11/56
tarix25.09.2022
ölçüsü168,12 Kb.
#64096
1   ...   7   8   9   10   11   12   13   14   ...   56
biologiya kitab 1

Nuklein turşuları
144 il bundan qabaq 1869-cu ildə F.Mişer irin hüceyrələ-ri nüvəsində kim-yəvi birləşmələrin yeni sinfini ayırdı. O, bu birləşmələri əvvəlcə nukleinlər, sonra isə nuklein turşuları adlandırdı.
Nuklein turşuları – elə makromolekullardır ki, onların molekul kütləsi 10000-dən bir neçə milyona qədərdir. İlk dəfə nüvədə tapıldıqları üçün onlara bu ad verilmişdir. Bu turşular həddən artıq əhəmiyyətli funksional elementlərdir. Nuk-lein turşuları 2 növdür: dezoksiribonuklein turşusu (DNT) və ribonuklein turşusu (RNT).
DNT – irsi informasiya daşıyıcısı olub, hüceyrə nüvəsinin xromosomların-da, mitoxondridə, xloroplastlarda, prokariot orqanizmlərdə, bir çox viruslarda, məslən, plazmidlər təsadüf olunur. Plazmidlər (DNT-nin genomdan kənarda yer-ləşən çox qısa ikiqat zəncirlidir, bir və ya bir neçə genə malikdir. Bəzən isə gensiz olurlar. Eukariot mitoxondrisində, bakteriya və maya göbələyində təsadüf olunur) bir çox hallarda avtonom olaraq, (genetik materialdan asılı olmadan) replikasiya oluna bilirlər və hüceyrədən hüceyrəyə keçə bilirlər. DNT-nin bioloji rolu çox bö-yükdür. O, özündə yuxarıda qeyd etdiyi kimi genetik informasiyanı saxlayır və hü-ceyrədə sintez olunan zülalların xüsusiyyətlərini təyin edir, DNT vasitəsilə, hücey-rədəki irsi məlumatların ötürülməsi də baş verir. DNT-nin kimyəvi strukturu 1953--cü ildə Hotson və Krik tərəfindən DNT strukturu modelini təklif etdilər. DNT mo-lekulu iki zəncirdən təşkil olunub və bunlar spiral şəklində burulmuşlar. DNT-nin hər bir sapı polimer olub, monomerləri nukleotidlərdir. Nukleotidlər sitoplazmada sintez olunur (şək. 6).
RNT-genetik informasiyanın realizə olunası və ötürülməsinə xidmət edir. Bəzi viruslarda RNT genetik informasiyanın ilkin ötürücüsü funksiyasını yerinə yetirir. RNT zülal sintrezində iştirak edir.
Mononukleotidlər. Nukleotidin tərkibinə azot əsası, karbohidrat (dezoksiri-boza) və fosfor turşusu daxildir. Azot əsası dörd növdür: adenin (A), quanin (Q), timin (T) və sitozin (S) (cəd. 3).



Yüklə 168,12 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin