Biologiya yun



Yüklə 168,12 Kb.
səhifə9/56
tarix25.09.2022
ölçüsü168,12 Kb.
#64096
1   ...   5   6   7   8   9   10   11   12   ...   56
biologiya kitab 1

Zülalların quruluşu
Hər bir zülala özünəməxsus geometrik forma və ya konfiqurasiya xasdır. Zü-lal molekulunun birincili (ilkin), ikincili, üçüncülü və dördüncülü strukturu müəy-yən edilib (şək. 5).
İlkin struktur (birincili) zülal molekulunda amin turşu qalığı ardıcıllığına əsaslanır, ikincili və üçüncülü quruluşu müəyyən edir. Birinci quruluşdan zülalın bütün xassələri və funksiyası asılıdır. Polipeptid zəncir, adətən, spiral şəklində bu-rulur və ikicili quruluşu əmələ gətirir. Spiral quruluş qonşu spirallarda yerləşən NH və CO qrupları arasında yaranan H rabitəsi hesabına saxlanılır. Üçüncülü quru-luş polipeptid spiralın müəyyən fəza konfiqurasiyasıdır. Üçüncü quruluşla zülalın spesifikliyi və bioloji aktivliyi xarakterizə olunur.
Bəzən bir neçə polipeptid zəncir vahid kompleks şəklində birləşir və bu za-man dördüncülü quruluş əmələ gəlir. Məsələn, insanda hemoqlabin bu quruluşa malikdir və dörd polipeptid zəncirin birləşməsindən əmələ gəlib.
Turşuların, etil spirtinin, ağır metal duzlarının, temperaturun, şüanın və baş-qa faktorların təsirindən zülalların ikincili və üçüncülü strukturu pozulur–denatura-siya baş verir. Denaturasiya dönən prosesdir. Denaturasiya səbəb faktorları aradan qaldıran kimi açılmış polipeptid zəncir spiral şəklində burulur, bu spiral da sonra-dan öz növbəsində üçüncülü strukturu əmələ gətirir. Dönər denaturasiyanın olması canlı orqanizmlərdə qıcıqlanma qabiliyyətinə əsaslanır ki, bu da canlılığın əsas xü-susiyyətlərindəndir.
Hüceyrədə zülalların funksiyaları (əhəmiyyətli). Ən əsas funksiyalarından biri – fermantativ funksiyadır. Hüceyrədə bütün kimyəvi proseslər fermentlərin iş-tirakı ilə gedir. Fermentlər – bioloji katalizatorlar olub, hüceyrədə kimyəvi reaksi-yaların sürətini milyon dəfəyə qədər artıra bilirlər. Kimyəvi strukturuna görə fer-mentlər – zülallardır. Zülallar bütün hüceyrə quruluşunda mövcuddur. Buda onla-rın inşaat (plastik) funksiyasının olduğunu bildirir.
Zülallar hərəkət funksiyası daşıyır. Hüceyrənin bütün hərəkət aktivliyi (əzələ lif-lərinin yığılması, kirpiklərin və qamçının titrəyişi, sitoplazma axını və s.) xüsusi zülali strukturla idarə olunur.
Zülallar vasitəsilə bəzi maddələrin hüceyrədə daşınması, həmçinin ya hücey-rə daxilinə, ya da hüceyrə xaricinə baş verir. Hemoqlabin zülalı insan orqanizmin-də və heyvanlarda oksigenin ağciyərlərdən müxtəlif orqanlarda və toxumalarda da-şınmasını təmin edir. Bu zülalların nəqliyyat funksiyasının olduğunu göstərir.
Zülallar orqanizmdə müdafiə funksiyası yerinə yetirir. Orqanizmə yad mad-dələr – bakteriyalar və yad mənşəli zülal molekulları düşdükdə orqanizmdə bu maddələri zərərsizləşdirən xüsusi zülallar – antiteller hazırlanır.


Şəkil 5. Zülalların quruluşu
Zülallar energetik funksiya daşıyır. Belə ki, bəzi zülallar hüceyrə üçün enerji mənbəyidir. 1 qr zülalın tam parçalanmasından (oksidləşməsindən) 17.6 kC enerji ayrılır.



Yüklə 168,12 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin