Biologiya yun


Canlı sistemlərin enerjisi



Yüklə 168,12 Kb.
səhifə6/56
tarix25.09.2022
ölçüsü168,12 Kb.
#64096
1   2   3   4   5   6   7   8   9   ...   56
biologiya kitab 1

Canlı sistemlərin enerjisi
Hər şey enerjidir. Kainat var, bizim qalaktika var,
bizim planet var, ayrı-ayrı bədənlər var, hər bir
bədəndə də orqanlar sistemi, hüceyrələr,
molekullar, atomlar var. Sonra- enerji. Bir çox
səviyyələr var, lakin kainatda hər şey – enerjidir.
Rondo Bern “Sekret”
Bütün orqanizmlərdə hər bir prosesi həyata keçirmək üçün enerji lazımdır. Enerji – hər hansı bir işi həyata keçirmək qabiliyyətidir. Yerdə yeganə enerji mən-bəyi Günəşdir. Enerji itmir və ya bir haldan hala çevrilir – kimyəvi, mexaniki, isti-lik və ya elektrik enerjisi. Enerjinin bir haldan digər hala çevrilməsi termodinami-kanın iki fundamental qanununa tabedir. Fiziklər və kimyaçılar tərəfindən kəşf edilmiş bu qanunlara maddənin və enerjinin, hətta canlı orqanizmlərin bütün for-maları tabedir.
Birinci qanun, maddənin və enerjinin saxlanması qanunudur. Bu qanun İ.R.Mayer, Q.Qelmqols tərəfindən kəşf olunmuşdur. Enerji bir formadan digər for-maya çevrilir, o itmir və hərdən yaranmır. Bitkinin, heyvanın və ya insanın aldığı enerjinin ümumi miqdarı yenidən ayrılan enerjidə, görülən işdə, böyümə və maddə ehtiyatı hesabına artan yanma reaksiyalarında əks olunur.
Termodinamikanın ikinci qanunu və ya “entropiya”. Bu zaman enerji kon-sentrasiya olunmuş formadan paylanmış formaya (deqradasiya olunmuş) keçir. Məsələn, isti əşyanın istiliyi öz-özünə daha soyuq mühitə keçir.
“Belə hesab edək ki, bir qabı yumurta bişirmək üçün qızdırırıq. Yeməkdən sonra həmin qab sobanın üstündə qalır. İlk anda enerji həmin qabda toplanmışdır. Otağa nisbətən bu enerjini nizamsız enerji adlandırmaq olmaz. Səhəri gün qab otaq temperaturuna qədər qədər soyuyur və isti enerji bütün otağa yayılır, bu enerjini artıq yemək bişirmək üçün istiadə etmək olmaz. Qabdan, otaqdan və istilikdən iba-rət sistem tarazlığa gələrək enerji nisbətən paylandı bu artan entropiyadır. Əgər bu sistemdə daimi daxili enerji mənbəyi yoxdursa, məsələn, qaz və ya elektik sobası, enerjinin paylanması tarazlığa gətirərək tam nizamsızlıqla xarakterizə olunacaq. Bu bütün növ enerjilər üçün bir qaydadır” (Pianka).
Termodinamikanlın ikinci qanununu belə ifadə oluna bilər: Enerjinin bir his-səsi istifadə oluna bilməyən istilik enerjisi şəklində ətrafa paylandığı üçün kinetik enerjinin (məsələn, işıq) öz-özünə potensial enerjiyə (məsələn, protoplazmanın kimyəvi birləşmələrinin enerjisi) çevrilməsi 100%-dən həmişə aşağıdır. Sonrada is-tifadə oluna bilməyən bu enerji itkisinə entropiya (yun. Entropia – döngə, çevril-mə) deyilir. Deməli, canlı orqanizmlər əldə etdikləri enerjinin bir hissəsini istilik şəklində itirirlər.
Hüceyrənin, orqanizmin, ekosistemin və biosferin ən vacib termodinamiki xarakteri daha yüksək nizamlılıq dərəcəsinə malik, yəni aşağı entropiyalı vəziyyəti yaratmaq və onu saxlamaqdır !!! Entropiyanın həyat prosesində artması dönən de-yil. Cəsəd termodinamiki tarazlıq vəziyyətinə keçərək maksimal entropiyaya malik olur.

Yüklə 168,12 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin