Biologiya yun


Həyatın yaranma nəzəriyyələri



Yüklə 168,12 Kb.
səhifə3/56
tarix25.09.2022
ölçüsü168,12 Kb.
#64096
1   2   3   4   5   6   7   8   9   ...   56
biologiya kitab 1

Həyatın yaranma nəzəriyyələri
Yerin əmələ gəlməsi haqqında nəzəriyyələrin çox müxtəlif olması təbiidir. Belə ki, milyard illər bundan əvvəl baş verən hadisələri (həyatın əmələ gəlməsi ilə əlaqəli) əyani olaraq təsvir etmək mümkün deyil. Yer üzərində həyatın əmələ gəl-məsi haqqında olan nəzəriyyələr içərisində aşağıdakıları qeyd etmək olar.
Krepsionizm. Həyat fövqəltəbii varlıq tərəfindən (ilahi qüvvə) müəyyən za-man ərzində yaranmışdır. Mövcud olan fikirlərə baxmayaraq, elm kainatın ilahi qüvvə tərəfindən yaradılmasını inkar edə bilmir.
Kpontan yaranış. Bu nəzəriyyə qədim Çində, Misirdə və Babilistanda çox yayılmışdır. Bu nəzəriyyəni Aristotel də təsdiqləyirdi. Aristotelə görə bəzi maddə-lərin “hissələri” “aktiv başlanğıc” deyilən bir sahəyə malikdirlər ki, əlverişli şərait-də bunlar canlı orqanizm yarada bilər.
Həyatın daimiliyi nəzəriyyəsi. Həyat daim mövcud olmuşdur. Yer əmələ gəl-məmişdir, o həmişə mövcud olmuşdur və burada canlılar üçün həmişə şərait var, əgər o dəyişilmişdirsə də, bu dəyişkənlik çox az olmuşdur, növlər də həmişə möv-cud olmuşdurlar.
Panspermiya nəzəriyyəsi. Canlıların bizim planetə başqa planetdən gətiril-məsi nəzəriyyəsi. Bu nəzəriyyə onu təsdiq edir ki, həyat bir və ya bir neçə dəfə müxtəlif zamanlarda və müxtəlif Qalaktika və Kainatda yarana bilər.
Biokimyəvi təkamül. Bioloqlar, geoloqlar və astronomoqlar arasında belə qəbul olunur ki, Yerin təxminən 4.5-5 milyard yaşı var. Yerin nüvəsi, mantisi və qabığı əmələ gəlmişdir. Yerin dərinliklərindən qazlar səthə çıxarılır ki, buda ilk primitiv atmosferin əmələ gəlməsinə səbəb oldu. Məsələn, Yerin dərin qatlarında bir çox metallara - iki valentli dəmir və s. təsadüf olunur. Daha cavan dağ süxurla-rında isə metallar oksidləşmiş formadadır. Məsələn, 3 valentli dəmir. Yüngül qaz-lar – hidrogen, azot, oksigen, arqon və helium atmosferdə qalmırdı. Çünki o qədər-də sıx olmayan Yerin qravitasiya sahəsi onları saxlaya bilmirdi. Temperatur 1000C -yə enənə qədər Yerdə su buxar şəklində idi.
Belə hesab edirlər ki, həyatın əmələ gəlməsi üçün oksigenin olmaması şərait yaratdı, baxmayaraq ki, bu fikir çox təzadlıdır. Həyatın əmələ gəlməsi üçün hər şeydən əvvəl karbonun olması (Yerdə həyatın olması) vacib idi. Karbon atomları böyük miqdarda nəhəng ulduzlarda yaranırdı. Karbon çox müxtəlif zəncirvari, də-yişən strukturlar yarada bilər. Karbonun oksigen, hidrogen, azot, fosfor və tellur-dan birləşməsi energetik, katalitik, tikinti, məlumat və s. kimi funksiyalara malik xüsusiyyətlərin əmələ gəlməsinə səbəb olur. Karbon, oksigen, hidrogen, azot – canlıların “kərpicləri” hesab olunur. Hüceyrə 70% - oksigen, 17% - karbon , 10% - hidrogen, 3% - azotdan ibarətdir. Bunlar ən çox yayılmış elementlərdir. Onlar öz aralarında asanlıqla birləşmə əmələ gətirirlər, həm də atom çəkiləri də azdır. Bir-ləşmələri də suda asanlıqla həll olur.
Həyatın əmələ gəlməsi üçün: temperaturun, rütubətin, təzyiqin müəyyən dia-pozonu olmalıdır. Qalaktikaların bir-birinə təsiri nəticəsində onların elektromaqnit dalğaları Yerə çox zəifləmiş halda gəlib çatır. Onlar yaxınlaşsaydı, onda radiasiya miqdarı o qədər çox olardı ki, bu zaman həyat mümkün olmazdı. 3 milyard il bun-dan əvvəl atmosferdə azot, ammonyak, karbon oksidi və metan vardı. Sərbəst hal-da oksigen qazı olmadığı üçün, Günəşin öldürücü ultrabənövşəyi şüalarından Yeri qoruyan ozon örtük də (təbəqə) əmələ gəlməmişdi. Belə vəziyyətdə həyat yalnız su təbəqəsi ilə qorunan mühitdə əmələ gələ bilərdi. İlk canlı orqanizmlər yəqin ki, maya göbələklərinə bənzər anaerob orqanizmlər idilər ki, onlar tənəffüs üçün lazım olan enerjini qıcqırma yolu ilə əldə edirdilər. Sonra nüvəsiz hüceyrələr əmələ gəldi, lakin onlarda DNT sapı var idi (müasir bakteriyalar və göy-yaşıl yosunlar kimi). Onların xüsusiyyətləri – qidalanma, qida və enerji ehtiyatı toplamaq, çoxalmaq, qı-cıqlanma, böyümə və ətraf mühit dəyişkənliklərinə uyğunlaşma idi. Hüceyrənin əmələ gəlməsi üçün mütləq membran formalaşmalı idi ki, o üzvi maddələr qarışığı-nı ayırmalı idi.
Orqanizmlərin suda həyat tərzi nəticəsində oksigenin miqdarı artırdı və at-mosferə diffuz edirdi. Bu təxminən 2 milyard il bundan əvvəl Yerin kimyasını kəskin dəyişdirdi və beləliklə də, canlıların yayılmasını və eukariot hüceyrələrin yaranmasına səbəb oldu. Buda öz növbəsində daha iri və mürəkkəb canlı sistemlə-rin yaranmasına səbəb oldu. Aerob tənəffüs əmələ gəldi. Belə hesab edirdilər ki, ilk nüvəli hüceyrələr atmosferdə oksigen qazının miqdarı 3-4% olduqda (1 mlrd il əv-vəl) əmələ gəlmişdir. 700 mln il bundan əvvəl oksigen qazının miqdarı 8% olduqda, çoxhüceyrəli orqanizmlər əmələ gəldi. Kembri dövründə çox böyük təkamül dəyi-şiklikləri baş verdi. Bu dövrdə süngərlər, mərcan polipləri, qurdlar, molyuskalar, dəniz yosunları, toxumlu bitkilərin və onurğlıların əjdadları əmələ gəldi. Kiçik ya-şıl bitkilərin həyat tərzi nəticəsində əmələ gələn oksigenin miqdarı (bu miqdar o zaman mövcud canlıların istifadə etdikləri miqdardan çox idi) Yerdə canlıların ya-yılmasına və müxtəlifliyinə səbəb oldu. Paleozoy erasının sonrakı dövrlərində hə-yat su mühitini tam əhatə etdi və quru mühitində həyatın inkişafı başladı. Yerüstü yaşıl bitkilərin inkişafı, sonrakı təkamül nəticəsində əmələ gələn iri heyvanların – dinozavrların, məməlilərin və ən nəhayət insanın qidasının böyük bir qismini təmin edirdi.
400 min il bundan əvvəl oksigenin atmosferdə miqdarı ona olan ehtiyaca gö-rə idi və bu göstərici 20%-ə çatdı. Zaman-zaman oksigenin azalması, karbon qazı-nın (CO2) yüksəlməsi baş verdi. Lakin hal-hazırda O2/CO2 stabil olaraq qalır.
Hal-hazırda Yer üzərində 500 min bitki və 1.5 mln heyvan növü var.
B.U.Vernadski enerjinin vacib şərt olduğunu canlı orqanizmlərin enerji is-tehsalçısı olduğunu xüsusi qeyd edirdi. Qazabənzər canlı maddələr yerin yuxarı səthinə qalxırdı. Kiçik canlılar irilərə nisbətən daha tez çoxalırdılar. Həyatın ötü-rülmə tezliyi canlı madddənin sıxlığından asılı idi.
İstənilən canlı orqanizmin qurulmasına lazım olan mürəkkəb birləşmələri, zülal dəstindən (monomerlərdən), amin turşuları, azot əsasları, qlükoza (enerji mənbəyi), quruluş üçün lazım olan yağlardan ibarətdir. Bu birləşmələr həm quru-luşda iştirak edir, həm də enerji ehtiyatıdır. Artıq elə biopolimerlər yaranmışdır ki, zülallar və nuklein turşuları, bunlar özlərinə bənzər birləşmələri yarada bilərdilər.
Təkamüldə ən çətin izah olunan məsələ özünəbənzər quruluşlar törədən canlı sistemlərin izah olunmasıdır. Heç bir hipotez bu məsələnin qaneedici izahını verə bilmir. Beləliklə, 3 mlrd il bundan əvvəl ilk ekoloji sistemlər yarandı ki, bu sistem-lərə kiçik anaerob heteretrof orqanizmlər aid idi. Bu orqanizmlər abiotik proseslər zamanı sintez olunan üzvi maddələr hesabına yaşayırdı (mövcud ola bilərdilər). Avtotrof yosunlar yarandıqdan sonra orqanizmlərin təkamülü daha mürəkkəb və müxtəlif sistemlərin yaranması istiqamətində getdi.

Yüklə 168,12 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin