Biologiya yun



Yüklə 168,12 Kb.
səhifə5/56
tarix25.09.2022
ölçüsü168,12 Kb.
#64096
1   2   3   4   5   6   7   8   9   ...   56
biologiya kitab 1

Populyasiya - növ. Bu səviyyədə təkamül prosesləri baş verir. Bu səviyyənin elementar vahidi populyasiyadır. Bu genetik açıq sistemlərdir. Belə ki, müx-təlif populyasiya növləri arasında cütləşmə və genetik informasiya mübadi-ləsi baş verir.

  • Biogeosenoz (ekosistem) səviyyəsi: Orqanizm növləri və populyasiyaları onları əhatə edən mühitlə əlaqəyə girərək biogeosenozu (ekosistemi) əmələ gətirir. Bu dövranda aparıcı rolu canlı orqanizm oynayır.

    Şəkil 3. Bioloji struktur səviyyələri (Oduma görə)
    Bütün bu göstərilən səviyyələr həyatın bütün sahələrini əhatə edir, yəni – vi-ruslardan çoxhüceyrəli orqanizmlərə qədər olan sahələri əhatə edir.
    Bioloji prosesləri öyrənərkən rahatlıq üçün molekulyar, subhüceyrə, toxuma və orqan səviyyələri də tətbiq edilir (cədvəl 1).

    Cədvəl 1. Materiyanın struktur təşkil səviyyələri

    Təşkil səviyyələri

    Kainat proses Hissəsi

    Elm

    Təkamül növü




    Kainat

    meqaaləm

    Kosmologiya

    Kosmik




    Qalaktika

    meqaaləm

    Astranomiya

    Kosmik




    Ulduz sistemi

    meqaaləm

    Astofizika

    Kosmik




    Planet

    mikroaləm

    Geologiya

    Geoloji




    Biosfer

    makroaləm

    Ekologiya

    Bioloji




    Cəmiyyət

    makroaləm

    Ekologiya

    Bioloji




    Populyasiya

    makroaləm

    Etoloji

    Bioloji




    Növ

    makroaləm

    Etoloji

    Bioloji




    Fərd

    mikroaləm

    Etoloji

    Bioloji

    Kvark

    mikroaləm

    Fizika

    Fiziki

    Hüceyrə

    makroaləm

    Genetika

    Bioloji

    Molekul

    mikroaləm

    Kimya

    kimyəvi

    Atom

    mikroaləm

    Fizika

    Fiziki

    Elementar hissəcik

    mikroaləm

    Fizika

    Fiziki

    Məlumat
    Canlı orqanizmlərin hər birində özünəməxsus proseslər getsə də, proseslər hamısı eyni prinsipə tabedir – nizamlılıq. Nəticədə tam bir sistem, orqanizm əmələ gəlir. Hissəciklərin və onların funksiyalarının məqsədyönlü şəkildə tam bir orqa-nizmlə birləşməsi kibernetika sahəsində təşkil olunmuş adlanır. Canlı sistemlərin təşkili zaman keçdikcə arta bilər, beləki, bu sistemlər öz-özünü tənzimləyən sis-temlərdir.
    Canlıların təbiətdə idarəolunması və tənzimlənməsi məsələlərinin mexaniz-mi ilə (texnikada olduğu kimi) kibernetika məşğul olur. Kibernetika “canlı orqa-nizmlərdə və maşınlarda informasiyanın (məlumatın) idarə olunması və ötürülməsi haqqında elmdir” (Viner).
    Sistemin ayrı-ayrı hissələri arasında kommunikasiya, yəni məlumatın ötürül-məsi baş verir. Məlumat nə materiya, nə də enerjidir. Lakin onu energetik və mate-rial daşıyıcılar – siqnallar ötürür (şək. 4).
    Məlumat mənbəyindən çıxan informasiyaların siqnallara çevrilməsi ötürü-cüdə baş verir ki, bundan sonra bu siqnallar əlaqə kanalları vasitəsilə qəbulediciyə yönəlirlər. Orqanizm daxilində siqnallar kimi hormonlar (kimyəvi maddələr) fəa-liyyət göstərir. Hormonlar arası əlaqə nəticəsində hormon kimyəvi siqnal rolunu oynayır və orqanizmin bütün hissələrinə daxil olur, lakin qənuledici kimi hər hansı bir siqnalı yalnız müəyyən orqan qəbul edə bilər.
    Şəkil 4. Kommunikasiya zəncirinin prinsipial strukturu (Libbertə görə)
    Ötürücü, daxili sekresiya orqanları və elektrik impulsları, əlaqə kanalı isə qan mühitidir.
    Çoxhüceyrəli orqanizmlərdə yalnız onlara xas olan sinir əlaqəsi mövcuddur və informasiya parametri müəyyən zaman vahidinə düşən impulslardır.
    Hormon terminini 1905-ci ildə elmə fizioloq E.Starlinq daxil etmişdir. Bu elə üzvi maddələrdir ki, xüsusi hüceyrələrdə əmələ gəlir, çox az miqdarda ifraz olunurlar (daxili sekresiya), bütün orqanizm boyu ötürülürlər (heyvanlarda maye mühiti ilə, bitkilərdə isə əsasən canlı hüceyrələr vasitəsilə) və spesifik olaraq əmələ gəldikləri yerdən uzaqda olan başqa hüceyrələrin və ya orqanların işini (hədəf hü-ceyrə və ya orqan) idarə edirlər.
    Insanda və digər məməlilərdə aşağıdakı daxili sekresya vəziləri var: hipofi-zar – hipotalamus, epifiz, qalxanabənzər vəz, qalxanabənzərərtaf vəz, langerhans adacıqları (mədəaltı vəzidə), böyrəküstü vəz, qonadalar (toxumluluq və yumurta-lıqlar) və plasenta.
    Hormonlar, böyümə, inkişaf, çoxalma, maddələr mübadiləsini bütün proses-lərində iştirak edirlər. Hormonlar kimyəvi tərkiblərinə görə, amin turşularından əmələ gəlmiş zülallar və peptidlərdən təşkil olunmuşdur.
    Bu və ya digər siqnalda məlumatların miqdarı bitlə ölçülür. ( ing. Binary digit – ikili işarə). Məsələn, siqnalın işarəsi var. 1 və 0 (binar siqnalı) və hər ikisi eyni dərəcəlidir. Tək siqnal (1 və ya 0) 1 bitə bərabər məlumat ötürür. Dörd eyni dərəcəli siqnal hər birində məlumar miqdarı 2 bitə, 8 siqnalda isə 3 bitə bərabərdir.
    Eyni bir siqnalın iki dəfə ötürülməsi zamanı hər dəfə məlumat miqdarı 1 bitə bərabər olur və ümumilikdə 2 bitlik informasiya ötürülür. İnsan üçün qəbul olunan maksimal informasiya miqdarı (əsasən görmə orqanı vasitəsilə) 108 -109 bit/san-dir. Bu miqdardan yalnız 50 bit/san qavranılır. Bu göstərici daha “əsasların” mə-nimsənilməsini bildirir (seçmə nəticəsində). Yaddaşda yalnız 1 bit/san möhkəmlə-nir bilər ki, buda 80 illik həyatda 109 bit deməkdir. Beyindən istiqamətlənmiş in-formasiya axını (107 bit/san) insanın davranışını, vəzilərin və əzələlərin və s. ak-tivliyini idarə edir.
    Tənzimləmə. Məlum olduğu kimi canlı orqanizmdə metabolitik proseslərin öz-özünə tənzimlənməsi baş verir ki, bu da hüceyrənin termodinamik açıq sistem olmasının təzahürüdür. Istər canlı, istərsə də cansız sistemlərdə tənzimləmələr və tənzimləmə konturuna əsaslanır. Kontur – biz tərəfdən siqnalların qəbul olunması girişi, digər tərəfdən siqnalların ötürülməsi üçün cıxışı olan ayrı-ayrı elementlərin cəmidir. Tənzimləmə konturu, tənzimlənən hissə və tənzimləyicilərə ayrılır. Tən-zimləmənin bioloji konturları, adətən, sadə konturlar orta həcmli kitab 106 bit in-formasiyaya malikdir (tənzimləyici və tənzimlənən sahələr). Çox nadir hallarda bir
    -birinin ardınca davam edən korrektəedici dəstələrə daha çox (mürəkkəb konturlar) təsadüf olunur.
    İnsanın termotənzimləyicisi mexanizminin öyrənilməsi göstərdi ki, burada bir neçə qrup iştirak edir: skelet əzələri (tonus, əsmə) qaraciyər və başqa daxili or-qanlar (maddələr mübadiləsinin gücləndirilməsi), dəri damarları və tər vəziləri, tər vəziləri olmayan istiqanlı heyvanlarda isə, həm də tənəffüs əzələləri (məsələn, it-lərdə sürətli səthi tənəffüs).
    Tam orqanizm, özündə tənzimləyici və idarə edici sistemlərin ierarxik struk-turunu əks etdirir (xüsusilə itlərdə). Hər bir yüksək quruluşlu idarədici bir neçə aşa-ğı quruluşlu sistemlərin işini kordinasiya edir. Bu ierarxik proses ierarxik struktura əsaslanır (subhüceyrə strukturu – hüceyrə - toxuma – orqanlar – orqanlar sistemi – orqanizm). Məsələn, insanda və digər məməlilərdə bütün digər vegetativ funksiya-lara idarə edən ali mərkəz hipotalamusdur (ara beynin aşağı hissəsində yerləşir). O, anatomik və funksional cəhətdən hipofizlə əlaqədardır ki, bu da onun humoral sis-temlə əlaqəsini təmin edir. Hipotalamus həmçinin böyük beyin yarımkürələri qabı-ğı və sinir sisteminin digər hissələri ilə də əlaqəlidir

    Yüklə 168,12 Kb.

    Dostları ilə paylaş:
  • 1   2   3   4   5   6   7   8   9   ...   56




    Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
    rəhbərliyinə müraciət

    gir | qeydiyyatdan keç
        Ana səhifə


    yükləyin