Palmerə görə suların kimyəvi təsnifatı



Yüklə 50,84 Kb.
tarix28.04.2017
ölçüsü50,84 Kb.
#15948
Palmerə görə suların kimyəvi təsnifatı
Kimyəvi tərkiblərinə görə suların çox təsnifatları mövcuddur. Neft-qaz yataqlarının suları üçün isə əsasən Palmer, Sulin və Alyokin təsnifatlarını tətbiq etmək daha məqsədəuyğundur.

Palmer təsnifatının əsasını ++CI-, 42- ionlarının mq/ekv qiymətlərinin bir-birinə olan nisbətinə görə siniflərə bölünməsi qaydası təşkil edir. Bu və ya digər ionların suda olmasına əsasən Palmer bütün suları sinfə bölür. Əgər (Nа++)-а ilə, (CI-+SО42-)-ü b ilə, (Nа2++Мg2+)-u c ilə işarə etsək, aşağıdakı sinifləri təyin edə bilərik.

I sinif - b<а; bu halda su S1, А1, А2 sinfinə, yəni I sinifə aid olur;

II sinif – b=а; bu halda su S1, А2 sinfinə aid olur;

III sinif - а<b<а+c; bu halda su S1, S2, А2 sinfinə aid olur;

IV sinif – b=а+c; bu halda su S1, А2, А3 sinfinə aid olur;

V sinif - b>а+c; bu halda su S1, S2, S3 sinfinə aid olur;

CI-, SО42-

S1

АI-, Fе-

HCО3-,CО32-

S1

Nа++

А1

S2

Мg2+, Cа2+

А2

б

а

c

Burada S1, S2, S3 - birinci, ikinci və üçüncü duzluluqları, А1, А2, А3 isə birinci, ikinci və üçüncü qələvilikləri göstərir. Sxematik olaraq, bu təsnifatı aşağıdakı kimi göstərmək olar:



V.A.Sulinin təsnifatı mənşə təsnifatı da adlanır. O, təbiət sularını dörd mənşə tipinə bölür: natrium-sulfat suları, natrium-hidrokarbonat suları (hər iki tip kontinental mənşəlidir), maqnezium-xlor suları (dəniz mənşəlidir) və kalsium-xlor suları (dərində yerləşmiş metamorfizləşmiş sulardır). Anionların bir-birindən çoxluq fərqinə görə hər tip öz növbəsində 3 qrupa (CI-, SО42-, HCО3-), hər qrup isə kationların miqdarına görə 3 yarımqrupa (+, Cа2+, Мg2+) bölünür.

V.A.Sulin suların tiplərini təyin etmək üçün üç mənşə əmsalını təklif edir:




Bu əmsallara görə suların tiplərinin müəyyən edilməsi aşağıdakı cədvəldə göstərilmişdir.

Cədvəl


V.A.Sulinə görə suyun tipi

Əmsallar







Natrium-sulfat suları (NS)

>1

<1




Natrium-hidrokarbonat suları (NHK)

>1

>1




Kalsium-xlor suları (КХ)

<1




>1

Maqnezium-xlor suları (МХ)

<1




<1

Qeyd etmək lazımdır ki, = 0,99 olarsa, bu iki tip sular arasında keçid forması olacaqdır; məsələn, maqnezium-xlor suları ilə natrium-sulfat suları arasında olan keçid forma.

Bəzən neft yataqlarının suları üçün Alyokin təsnifatını da tətbiq edirlər, çünki, bu təsnifat da bir növ suların mənşəyini əks etdirir. Bu təsnifatda anionlara görə üç sinif qeyd olunur: hidrokarbonatlı sular, sulfatlı sular və xlorlu sular. Hər sinif isə öz növbəsində tərkiblərindəki kationlara görə Cа2+, Мg2+, Nа++К+ qruplarına, hər qrup isə ionların öz aralarında təşkil etdikləri nisbətə görə üç tipə bölünür:

I tip sularda HCО3-+CО32->Cа2++Мg2+ (az minerallaşmış sular);

II tip sularda HCО3-+CО32-<Cа2++Мg2+<HCО3-+CО32-+SО42- (çökmə süxurlarda);

III tip sularda HCО3-+CО32-+SО42-<Cа2++Мg2+ (metamorfizləşmiş sular, yəni CI->Nа+).



IV tip sular turş sulardır, bu sularda HCО3-+CО32-=0 olur. Neft-qaz yatağı sularında belə tip sular demək olar ki, rast gəlinmir.

Alyokin təsnifatı belə təsvir edilir: CIICa, yəni C – hidrokarbonat sinfi – kalsium qrupu, II – ikinci tip. Bəzən buraya codluq (məsələn 5) və minerallaşma dərəcəsi də (0,6 q/l) yazılır, yəni CII0,6Ca5.
Yüklə 50,84 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin