Cədvəl 2. İnsan orqanizmində suyun miqdarı (%-lərlə)
Müxtəlif yaş dövründə
|
|
|
Embrional dövr
|
90-95
|
|
Gənc orqanizm
|
80
|
|
Yaşlı orqanizm
|
60
|
|
Müxtəlif toxumalarda
|
|
|
Beynin boz maddəsi
|
80
|
Beynin ağ maddəsi
|
75
|
Sümük
|
20
|
Diş emalı
|
10
|
Mineral maddələrin əsas hssəsi su məhlulunda olur. Su həlledicidir, daxili nəqliyyat vasitəsidir, əksər mübadilə prosesləri su mühitində baş verir. Üzvi birləş-mələr oqanizmdə sudan sonra əsas hissəni təşkil edirlər. Bunlar, əsasən, C, H, O, N, S və P-dan təşkil olunmuş maddələrdir. Bu maddələr zülallar, yağlar, karbohid-ratlar və nuklein turşularıdır. Zülallar heyvanlarda, karbohidratlar isə bitkilərdə üs-tünlük təşkil edirlər. Y.Libbert göstərir ki, hətta bakteriyalar belə Eshericha coli 5000-ə qədər maddələrdədir ki, bunlardan 3000-ə qədəri zülallar, 1000-i isə nuk-lein turşularıdır.
Canlı orqanizmlərdə suyun əsas miqdarı 2.5x1018 (2.5 min km3)-dir. Canlı orqanizmlər orta hesabla, əsasən, sudan təşkil olunublar (cəd. 2).
Canlı materiyanın struktur və funksional elementləri
Canlılar müxtəlif üzvi birləşmələrə malikdirlər ki, bunların arasında zülallar, nuklein turşular var. İnsanda zülalların miqdarı təxminən 5mln; əsasən 1.2 mln-dur. Canlı orqanizmlərdə qarışmış vəziyyətdə 1011 müxtəlif zülallara təsadüf olu-nur ki, karbohidratlar və lipidlər daha çox bioloji əhəmiyyət kəsb edirlər.
Zülallar (proteinlər). Bu hüceyrənin başlıca komponentidir. Bunlar makro-molekul olub, molekul tərkibi C,H,O və N-dən ibarətdir. Bəzilərinin tərkibində kü-kürddə vardır. Zülallar bütün canlı komponentlərin tərkibinə daxildir və həm də vacib fuksional elementdirlər, çünki maddələr mübadiləsini idarə edən fermentlər – zülallardır. Zülallar molekulları polimer quruluş prinsipinə əsasən qurulub. Polimer – elə maddələrdir ki, onun molekulu çoxlu sayda təkrarlanan vahidlərdən – mono-merlərdən təşkil olunmuşdur. Monomerlər isə amin turşularıdır. Amin turşuları elə üzvi birləşmələrdir ki, onların molekulunda aminoqrup –NH2 və karboksil qrupu COOH var. Təbii zülallarda (canlı sistemi əmələ gətirən zülallar) 20 növ müxtəlif amin turşularına təsadüf olunur.
H2N – CH – COOH
I
R-radikal
Müxtəlif amin turşularında radikallar müxtəlifdir. Zülalların amin turşuları bir-birləri ilə peptid rabitə ilə əlaqələnir. I I
NH - CO
Dostları ilə paylaş: |