Biologiya yun



Yüklə 168,12 Kb.
səhifə24/56
tarix25.09.2022
ölçüsü168,12 Kb.
#64096
1   ...   20   21   22   23   24   25   26   27   ...   56
biologiya kitab 1

Karbohidrat mübadiləsi
Həzm sistemində orqanizmdə parçalanma nəticəsində qlükoza, fruktoza, qa-laktoza əmələ gəlir. Qaraciyərdə qalaktozadan və fruktozadan qlükoza əmələ gəlir. O qaraciyərdə qlikogen şəklində saxlanılır. Qlükoza ehtiyyatı tükəndikdə, qlikogen qlükozaya çevrilir. Qlükozanın azlığı ilk növbədə sinir hüceyrələrində özünü gös-tərir. Beyin hüceyrələrində karbohidrat ehtiyyatı çoxalır və amin turşulardan enerji mənbəyi kimi istifadə edə bilmirlər.
Qlükozanın orqanizmdə artıq miqdarı ehtiyyat yağlara çevrilir. Karbohidrat mübadiləsi pozulduqda, müxtəlif xəstəliklərin yaranmasına səbəb ola bilər (şəkərli diabet).
Lipid mübadiləsi
Lipid bütün hüceyrələrin membran strukturuna daxildir. Lazım olan enerji-nin 30%-ini lipidlərdən alır. Bağırsaqlarda lipidlər qliserin və yağ turşularına qədər parçalanırlar. Qan vasitəsilə qaraciyərə gətirilir. Qaraciyərdə orqanizmə lazım olan yağlar sintez olunur. Yağlar termotənzimləmədə mühüm rol oynayır. Belə ki, piy toxuması istiliyi zəif keçirir. Həmçinin, daxili orqanları mexaniki zədələrdən qoru-yur.
Yağ mübadiləsi pozulduqda, ateroskleroz xəstəliyinin yaranması baş verir. Bu zaman qanda lipidlərin konsemtrasiyası artır, piylənmə də bu pozğunluq nəticə-sində yaranır.
Su-duz mübadiləsi
Toxumalarda müxtəlif ionların olması həyat fəaliyyəti üçün vacibdir.
Ca ionları – sinir mərkəzlərinin həssaslığına təsir edir. Əzələ yığılmasını tən-zimləyir.
Ca, P – sümük toxumasında, dişlərdə təsadüf olunur. Onlara mexaniki sərt-lik verir.
P – zülal, yağ, karbohidrat mübadiləsində iştirak edir.
Na və Cl ionları – turşu-qələvi balansını saxlayır. Daxili maye mühitdə osmotik təzyiqi tənzimləyir.
K ionları – hüceyrə daxilində osmotik təzyiqi tənzimləyir. Qanda K catışma-dıqda, ürək əzələsinin yığılma funksiyası pozulur.
Mikroelementlər: Fe – hemoqlabinin tənəffüs fermentinin tərkibinə daxildir; J – qalxanvari vəzinin hormonu üçün vacib elementdir; Mg, Mo, CO, Zn-bəzi fermentlərin tərkibinə daxildir. F-kariesin qabağını alır.
Mineral mübadiləsi su-duz mübadiləsi ilə sıx əlaqəlidir. Su orqanizmə kənar-dan qidalarla və maye (su) şəklində daxil olur. Orqanizmin 2/3-də hissəsini su tutur. Su həm hüceyrə daxilində, həm də hüceyrə xaricində də vardır (qan, limfa, hüceyrəarası maddə). Su çatışmadıqda mübadilə prosesləri pozulur. Orqanizm 20% su itirdikdə ölümə məhkum olur.
Orqanizmdə bütün mübadilə prosesləri qarşılıqlı əlaqədədir. Sinir və humo-ral sistem vasitəsilə tənzimlənir.

Yüklə 168,12 Kb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin