Biologiya yun


Plastik mübadilə - assimilyasiya



Yüklə 168,12 Kb.
səhifə25/56
tarix25.09.2022
ölçüsü168,12 Kb.
#64096
1   ...   21   22   23   24   25   26   27   28   ...   56
biologiya kitab 1

Plastik mübadilə - assimilyasiya
Assimilyasiyanın 2 növü var: avtotrof və heterotrof
Avtotrof assimilyasiya – yaşıl bitkilər üçün, bəzi purpur bakteriyaları üçün, göy-yaşıl yosunlar üçün xarakterikdir. Fotosintez avtotrof qidalanmanın bir forma-sıdır. Günəş enerjisindən istifadə edərək qeyri-üzvi maddələrdən üzvi maddələr yaradan orqanizmlər fototrof (photos – işıq , trophe – qida, qidalanma) orqanizm-lərdir.
Fototrof qidalanmanı fotosintez adlandırırlar. Böyük rus alimi K.A.Timirza-yev demişdir ki, fotosintezin baş verməsi üçün xlorofil vacib şərtdir. Xlorofil bitki hüceyrələrində xloroplastlarda olur. Xloroplastlar iki membranlı quruluşa malikdir-lər. Membranında fotosintezin işıq mərhələləri baş verir. Burada digər piqmentlər, fermentlər və elektron daşıyıcıları da iştirak edir. Bütün sistem tillakoid adlanır (şək. 21).
Şəkil 21. Xloroplastın quruluşu. Ulduz işarələri ilə zülal sintezedən aparatı ilə uyğun aparatlar nişanlanmışdır.
Xloroplastın quruluşunun əsasını stroma təşkil edir, gel tərkibli quruluşdur. Stromada fotosintezin qaranlıq mərhələsi baş verir. Karbohidratlar burada danələr şəklində toplanır.
Fotosintezin işıq mərhələsi xlorofilin iştirakı ilə baş verir. İşıq enerjisi xloro-fil tərəfindən kimyəvi enerjiyə çevrilir. Bu enerjinin bir hissəsi suyun fotolizinə is-tifadə olunur, oksigen və hidrogen atomu çevrilir.
2H2O → O2 + 4H
İşıq mərhələsində ADF və fosfat turşusundan ATF-in sintezi baş verir ki, elə bu proses zamanı da xlorofil vasitəsilə udulan işıq enerjisinin bir hissəsi istifadə olunur.
ATF və hidrogen kimyəvi reaksiyalarda qaranlıq mərhələdə istifadə olunur. Bu reaksiyalar təkcə işıqda deyil, qaranlıqda da baş verir. Qaranlıq mərhələdə qlü-koza əmələ gəlir. Prosesi belə göstərmək olar :
6CO2 + 24 H → C6H12O6 + 6 H2O
Beləliklə, fotosintez prosesində H2O və CO2 iştirak edir,qlükoza və mole-kulyar oksigen əmələ gəlir. Fotosintezin ümumiləşdirilmiş reaksiyası belədir:

Yüklə 168,12 Kb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin