Bakteriyaların insan üçün ekosistemdə əhəmiyyəti Metan bakteriyaları üzvi birləşmələri parçalayaraq, metan əmələ gətirir. (CH4). Metana çox zaman buna görə bataqlıq qazı da deyilir. Belə ki, bataqlıq üzə-rində bu qaz oksidləşir. Metan bakteriyaları gövşəyən heyvanlarda təsadüf olunur. Odum belə hesab edir ki, gələcəkdə metan bakteriyalarını peyindən və digər üzvi birləşmələrdən böyük miqdarda metan əldə etmək üçün “ev canlılarına” çevirəcək-lər.
Belə hesab edirlər ki, ilk dəfə fotosintez prokariotlarda baş vermişdir. Fotosintezedici bakteriyalarının 3 növü məlumdur :
Yaşıl kükürd bakteriyaları (Chlorobium), hidrogen sulfidi istifadə edərək, kükürdün alınmasını həyata keçirir;
Purpur kükürd bakteriyaları (Chromatium).
Purpur kükürd olmayan bakteriyaları (Rhodospirillum).
Xemosintezedici bakteriyalar.Bu bakteriyalar karbon qazından istifadə edərək, üzvi maddə hazırlayırlar. Lakin, bu zaman enerji kimi Günəş enerjisindən deyil, kimyəvi oksidləşmə reaksiyalarından ayrılan enerjidən istifadə edirlər. Mə-sələn, ammonyakın nitridə qədər, nitritin nitrata qədər, sulfidin kükürdə, ikivalentli dəmirin üçvalentli dəmirə çevrilməsi.
Dəmir bakteriyalarında
Fe2+→ Fe3+ + enerji Rəngsiz kükürd bakteriyalarında
2S + 3O2 + 2H2O → 2H2SO4 + enerji Nitrifikasiya bakteriyalarında
2HNO2 + O2 → 2HNO3 + enerji Yuxarıda göstərilmiş bakteriyalar aerobdur. Belə ki, reaksiyalar oksigenin iştirakı ilə gedir.
Son zamanlar su dibində yeni ekosistemlər müəyyən olundu ki, bu ekosis-temlərdəki aktivlik təmamilə xemosintezedici bakteriyalardan asılıdır (fotosintez-edici bakteriyalardan asılı deyil). Bu ekosistemlər təmamilə qaranlıqdadır, burada okean dibində spredinq1 baş verir. Yəni, mineral duzlar və kükürdlə zəngin isti su-yun kənarlanmasıdır. Burada müxtəlif dəniz heyvanları, o cümlədən ikitaylı mol-yuskalar (30 sm) və qurdlar (3m) yaşayır. Onlar lazım olan enerjini kükürd və di-gər qeyri-üzvi birləşmələrdən (CO2 və O2) istifadə edən bakteriyalardan alırlar. Bu heyvanlardan bəziləri təbii ki, kükürd bakteriyaları ilə qidalanırlar (su vasitəsilə or-qanizmə daxil olur). Bir qismində isə kükürd bakteriyaları bağırsaqda daimi olaraq yaşayır. Beləliklə də, bizim ömrümüzdə geotermin ekosistem canlanır.
İşıq olmadan belə torpaqda, okeanın dibində xemosintezedici bakteriyaların fəaliyyəti mineral maddələrin mübadiləsində mühüm rol oynayır. İ.T.Sorokin de-yirdi ki, bunlar elə enerjidən istifadə edirlər ki, bu enerji konsumentlər üçün əlçat-mazdır.
Bakteriyalardan biotexnologiyada da geniş istifadə olunur. Belə ki, əhəmiy-yətli maddələrin və enerjinin alınmasında bakteriyalar mühüm rol oynayır. Həmçi-nin, biogeokimyəvi təbii su mənbələrinin alınmasında bakteriyaların rolu əvəz edilməzdir.
İnsan üçün zərərli bakteriyalar var. İstər saprofit, istərsə də parazit bakteriya-lar insana böyük zərər vururlar. Saprofit bakteriyalar qida məhsullarını çürüdərək, xarab edir. Parazitlər isə müxtəlif xəstəliklərin törədiciləridir.