Biologiya yun


Göbələklərin təsərrüfat əhəmiyyəti



Yüklə 168,12 Kb.
səhifə42/56
tarix25.09.2022
ölçüsü168,12 Kb.
#64096
1   ...   38   39   40   41   42   43   44   45   ...   56
biologiya kitab 1

Göbələklərin təsərrüfat əhəmiyyəti
Göbələklər xalq təsərrüfatında, səhiyyədə və genetik tədqiqatlarda və s. Bö-yük əhəmiyyətə malikdirlər. Səhiyyədə istifadə edilən ilk antibiotik penisilin ol-muşdur. Bu antibiotik bəzi Penicillium göbələk növlərindən alınır. Bu antibiotik bütün stafilokokk infeksiyalara qarşı istifadə olunur, həm də insana qarşı da o qədər taksiki deyil.
Bəzi göbələklər genetik tədqiqatlar üçün çox əlverişlidir.
Göbələkləri yeni qida mənbələri kimi de istifadə etmək olar. 1971-ci ildə Şotlandiyada “Britiş petroleum” kompaniyası tərəfindən neft karbohidrogenləri mühitində Candida maya göbələkləri kulturasının fasiləsiz sintezinə başladılar. 70-ci illərin ortalarında bu kultura kütləsi ildə 4000 ton zülal konsentratı əmələ gə-tirirdi ki,bu da iribuynuzlu heyvanların yeminə qatılırdı. Bu zaman qidanın zülal tərkibi artdığı üçün heyvanlarda südün keyfiyyəti göstəriciləri yüksəlirdi (südün miqdarı və yağlılıq dərəcəsi)
Saprofit göbələklər biogen elementlərin dövranında mühüm əhəmiyyətə ma-likdirlər. Bu göbələklər saprofit bakteriyalarla birlikdə redusentlər qrupunu əmələ gətirirlər.
Təbii su mənbələrinin təmizlənməsində bakteriyalarla birlikdə, göbələklər də böyük əhəmiyyət kəsb edirlər.
Göbələklərdən pendir, pivə istehsalında istifadə olunur. Çörək bişirilmədə də göbələklərin xüsusi ştammlarından istifadə olunur. Bu göbələklərin fəaliyyəti nəti-cəsində mühitdə külli miqdarda karbon qazı əmələ gəlir ki, o da xəmirin məsaməli olmasını təmin edir. Bu zaman spirt əmələ gəlir ki, bişirilmə zamanı buxarlanır.
Gövşəyən və otyeyən məməlilərin mədəsində bakteriya və göbələk kaloniya-ları yaşayır ki, onlar sellülozanı parçalayır. Sellüloza asan sorulan karbohidratlara və yağ turşularına parçalanır.
Göbələklər torpaqəmələgəlmədə də az əhəmiyyət kəsb etmirlər. Məlumdur ki, ilk torpaqəməlgəlmə dağ süxurlarının parçalanması hesabına baş verir. Bu pro-sesi göbələklər 4-30 dəfə sürətləndirirlər.
Göbələklərin mənfi təsiri. Göbələklərin bəzi növləri kənd təsərrüfatına və insana böyük zərər verir. Sürmə göbələyi, pas göbələyi dənli bitkilərə, qov göbələ-yi ağacların gövdəsinə zərər verir.
Mikroloq A.?.İbrahimov göbələklərlə bitkilərin qarşılıqlı əlaqəsini öyrənər-kən, müəyyən etmişdir ki, Abşeron yarımadasında bitən zeytun ağaclarında 33 növ göbələk yaşayır ki, bunlardan da 10 növü Pencillium cinsinə aiddir. Zeytun ağacla-rının bütün vegetativ orqanları saprofit göbələklərlə zəngindir.
Bəzi göbələklər insanda bəzi xəstəliklər törədir: stomatit, ayaqda, dəridə, üz dərisində müxtəlif göbələk xəstəlikləri və s.

Yüklə 168,12 Kb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin