Biologiya yun



Yüklə 168,12 Kb.
səhifə45/56
tarix25.09.2022
ölçüsü168,12 Kb.
#64096
1   ...   41   42   43   44   45   46   47   48   ...   56
biologiya kitab 1

Yosunların çoxalması. Yosunlar həm cinsi, həm də qeyri-cinsi yolla çoxalır-lar. Qeyri-cinsi çoxalma: bu çoxalma vegetativ çoxalmada adlanır. Kaloniya halın-da yaşayan nümayəndələrində kaloniya ayrı-ayrı hissələrə bölünür ki, bu zaman daha kiçik yeni kaloniyalara başlanğıc verir.
Fraqmentasiya: Göy-yaşıl, sapşəkilli yosunlarda və spirogirada sap müəyyən hissə də qırılır və iki yeni sap əmələ gəlir (bu da vegetativ çoxalmaya bənzər bir çoxalmadır).
Binar bölünmə: Bir hüceyrəli orqanizm iki bərabər hissəyə bölünür. Nüvə mitoz yolla bölünür (plaunkimilərdə).
Zoosporlar: Xlamidomadanın qamçısına bənzər qamçı ilə hərəkət edən spor-lar. Vasitəli çoxalma.
Aplonosporlar: Hərəkətsiz sporlar vasitəsi ilə çoxalma (bəzi qonur yosunlar-da)
Cinsi çoxalma: Belə çoxalma zamanı morfoloji cəhətdən eyni quruluşlu iki qamet bir-biri ilə birləşir. Proses izoqamiya, qametlər – izoqametlər adlanır. Qa-metlər müxtəlif olduqda (biri daha hərəkətli və iri) proses anizoqamiya adlanır.
Ooqamiya – qametlərdən biri iri və hərəkətsiz (dişi qamet), ikinci isə - kiçik və hərəkətli olur (erkək qamet). Dişi qametlərdə ehtiyat qida maddəsi olduğu üçün (ziqotun inkişafı üçün) onlar daha iridirlər (şək. 43)
Qametlər qametangilərdə formalaşır. Erkək qametangi anteridi, dişi isə ooqoni və ya arxeqoni adlanır. Mayalanmış yumurta hüceyrə oospora adlanır; belə vəziyyətdə (qalın qılaflı spor əmələ gəlir) əlverişsiz şəraiti keçirir.
Anteridilərdə - qamçılara malik hərəkətli spermatozoidlər əmələ gəlir.
Şəkil 43. Yosunlarda qamet növləri. (Libbertə görə) 1.izoqamiya; 2. Anizoqami-ya; 3. ooqamiya
Konyuqasiya. Yaşıl yosunlarda iki sap bir-birinə yaxınlaşır, onlar arasında çıxıntılar əmələ gəlir ki, bu çıxıntılarla birləşirlər. Bütün hüceyrələr özlərini qamet kimi aparırlar. Bir hüceyrə hərəkətli olub hüceyrə körpüsü vasitəsi ilə digərinə ke-çir (xlamidomada da müşahidə olunur).
Yosunların ekosistemdə rolu. Atmosferə bütün oksigenin yarısını yosunlar ifraz edirlər. Qırmızı yosunlardan – aqar – polisaxarid alırlar. Bu bakteriya və gö-bələklərin mikrobioloji təcrübələrdə yetişdirilməsində çox istifadə edilən mühitdir.
Diatom yosunların qalıqları “diatom torpaq” əmələ gətirir ki, onun da tərki-binin 90% sianid oksididir. Bu maddədən müxtəlif məqsədlə xüsusilə izolyasiya materialı kimi istifadə olunur.
Bəzi yosunlar, məsələn, Porphyra, Laminariya delikates sayılır. Onlar həm çiy, həm də bişirilmiş halda yeyilir.
Bəzi yosunlar su mənbələrinin sanitarlarıdır. İsti havalarda su mühitində qida maddələrinin çox olması ilə əlaqədardır yosunların həddən artıq olması yosunların “çiçəklənməsi” adlanır. Bu artım suya əkin sahələrində gübrələrin düşməsi zamanı müşahidə olunur. Yosunların böyük əksəriyyəti yiyilənə qədər məhv olurlar. Yo-sunların parçalanmasına səbəb aerob bakteriyaların həddindən artıq çoxalması nəti-cəsində oksigen qıtlığının yaranmasıdır. Bu səbəbdən balıqlar, digər heyvanlar və bitkilər də məhv olur (suda qida maddələrinin qatılığının qidalanma).

Yüklə 168,12 Kb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin