Biologiya yun


Quruluşu və xarakteristikası



Yüklə 168,12 Kb.
səhifə47/56
tarix25.09.2022
ölçüsü168,12 Kb.
#64096
1   ...   43   44   45   46   47   48   49   50   ...   56
biologiya kitab 1

Quruluşu və xarakteristikası. Yosunlardan başqa digər bitkilər quru bitkiləri hesab edilir. Lakin elə bitkilər var ki, onlar təkrear su həyat tərzinə qayıdıblar. İlk quru bitkilərinin də öz başlanğıcını yaşıl yosunlardan götürdüyü güman olunur.
Bryophita şöbəsi – bu bitkilər bütün quru bitkiləri içərisində ən primitiv qu-ruluşa malik olanlardır. Bunlar quru həyat tərzinə o qədər də uyğunlaşmamışlar. Bitkilər quruya çıxmaqla bəzi çətinlikərlə üzləşiblər və bu çətinliklərin öhdəsindən gəlmək üçün müxtəlif uyğunlaşmalar qazanıblar. Məlumdur ki, həyat üçün su va-cib şərtdir. Briofitlər su və mineral duzları bütün bədən səthləri və rizoidləri ilə çə-kirlər. Rizoidlər – gövdənin nazik sapşəkilli cücərtisidir ki, bitkini torpağa bərkidir. Bir sözlə, kökləri əvəz edir. Qidalanmaq üçün su və karbon qazı vacibdir. Fotosin-tezin getməsi üçün bitkinin müəyyən hissəsi sudan yuxarıda olmalıdır. Mineral duzları və suyu istifadə etmək üçün müəyyən hissəsi torpaqda olmalıdır və qaran-lıqda inkişaf etməlidir.
Mamırların bədəni cücərti şəkilli olub, həqiqi kök, gövdə və yarpaqlara ma-lik deyillər. Ölçüləri 15-20 sm-dir. Ötürücü borulara və mexaniki toxumaya malik deyillər.
Nəsil ardıcıllığı
Mamır özü yaşıl bitki olub, qametofit nəsildir. Torpaqda rizoidlərin hesabına durur, su və mineral duzları da rizoidlər hesabına qəbul edir. Yarpaqcıq hüceyrələri bitki üçün vacib olan bütün maddələri sintez edir. Hər bir qametofit sərbəst orqa-nizmdir. Bitkinin ucunda (təpəsində) cinsi orqanlar formalaşır. Erkək cinsi orqan anteridi, dişi cinsi orqan arxeqoni adlanır. Anterididə 2 qamçılı spermatozoidlər formalaşır. Arxeqonidə isə bir yumurta hüceyrəsi olur.
Qeyd etmək lazımdır ki, qametlər mitozla əmələ gəlir və haploidd saya ma-likdirlər. Mayalanma getməsi üçün su vacib şərtdir. Yağış və güclü şeh damcısı nə-ticəsində erkək bitkinin başcığı partlayır, spermatozoidlər azad olaraq, yaxındakı bitkinin üzərində arxeqoniye düşür. Arxeqoni xüsusi züllallar ifraz edir ki, bu zü-lalların hesabına sanki spermatozoid cəzb olunur və mayalanma baş verir. Diploid ziqot əmələ gəlir. Qıjılar quru mühitinə çıxsalar da, qametofit nəsil sudan asılılığını hələ itirməmişdir (mamırlar kimi).
Ziqotdan sonrakı saprofit nəsil əmələ gəlir. Bu nəsil diploiddir. Saprofitlər qeyri-cinsi yolla çoxalırlar və sərbəst deyillər. O, xüsusi ayaqcıq vasitəsilə qameto-fit bitkinin üzərində yerləşir və onun hesabına qidalanır. Saprofitin ucunda xüsusi qutucuq inkişaf edir ki, burada da sporlar formalaşır. Onlar meyoz bölünmə nəticə-sində əmələ gəlir və haploid nəsildirlər.
Qutucuq yetişdikdə üzərində qapaq əmələ gəlir. Sonra bu qapaq açılır, spor-lar külək vasitəsilə ətrafa yayılır. Sporlar əlverişli, rütubətli mühitə düşdükdə cücə-rir və qametofit nəslə başlanğıc verir.
Beləliklə, mamırlarda qametofit nəsil dominant nəsildir. Digər quru bitkiləri-nin hamısında sporofit nəsil dominantlıq edir.

Yüklə 168,12 Kb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin