Quru mühitinə adaptasiya Quru həyat tərzinə uyğunlaşmaq üçün mamırlarda bir sıra uyğunlaşma əmələ gəldi. Belə ki, bir çox mamırlarda kutikula olmadığı üçün su hüceyrədən orqaniz-mə asanlıqla daxil olur, həm də ondan xaric olunur. Kök rolunu oynayan rizoidllər bitkini torpağa bərkidir, həm də onu su və mineral maddələrlə təmin edir.
Mamırkimilər nisbətən quru mühitinə də uyğunlaşa bilmişlər. Məsələn, kserofir mamır Grammia palvinata bir ildən artıq 200C temperaturda təmamilə qu-raqlıqda bir mühitdə canlılığını saxlayır. Su mühiti olan kimi bütün funksiyalarını bərpa edir. Belə uyğunlaşmanın mexanizmi həələ tam öyrənilməyib.
FƏSİL
Qıjıkimilər - PTERIDOPHYTA
Qıjıkimilər (toxumlu bitkilər kimi) kormofitlərə aiddir. Kormus – vegetativ bədən deməkdir. Bu bədən kök və zoğdan ibarətdir (zoğ = gövdə+yarpaq). Bitkilə-rin quruya keçməsi 450 milyon il bundan əvvəl baş vermişdir (550 milyon il də ola bilər). Quru mühitinə uyğunlaşmaq üçün bəzi göstəricilər (elelementlər) vacib şərt-dir: qurumaqdan müdafiə, suyun ötürülməsi üçün nəqliyyat sistemi, həmçinin dö-zümlü sporlular. İlk quru bitkiləri psilofitlərdir (Psylophyta). Daş kömür dövründə qıjıkimilər çox geniş yayılmışlar. Geqant (nəhəng) plaunlar və qatırquyruğukimilər meşəliklər əmələ gətirmişlər. Onlardan da müasir daş kömür yataqları əmələ gəl-mişdir. Bu nəhəng bitkilər 70 milyon il dominantlıq etmişlər (Devon dövrünə qə-dər).
Qıjıkimilər ilk borulu bitkilərdir. Belə ki, onlarda ilk dəfə ötürücü borular və ya toxuma (kselema və ya floema) əmələ gəlmişdir. Bu toxuma su və mineral mad-dələrin bədən boyu ötürülməsində mühüm rol oynayır. Həm də bitkinin dayağını təmin edir. Çiçəkli bitkilərdən fərqli olaraq, kselema borular deyil, xüsusi hüceyrə-lərdən təşkil olunub.
Qıjıkimilər tropik, rütubətli meşələrdə geniş yayılmışlar.
Bəzi qıjıkimilərdə 2 növ spor əmələ gəlir, ona görə də bu bitkini müxtəlif cinsli bitki adlandırırlar. Lakin bir növdə spor əmələ gətirən növlər var ki, bunlar bircinsli qıjılardır.