Örtülütoxumlular: Örtülütoxumlularda toxum dişicikdə (yumurtalığın için-də-yumurtacıqda) əmələ gəlir. Bunlar çiçək bitkiləridir. Tozlanmadan sonra meyvə əmələ gəlir. Kselama da borulara təsadüf olunur. İki sinfi var: birləpəlilər və ikilə-pəlilər. Növ sayına malik ən böyük şöbədir. Hər yerdə bunlara təsadüf olunur. Bir-ləpəlilərə taxıllar, zanbaqkimilər aiddir. İkiləpəlilərə xaççiçəklilər, gülçiçəklilər, paxlalılar, mürəkkəbçiçəklilər, badımcançiçəklilər aiddir.
Şəkil 45. Çılpaqtoxumumlular və toxumlu bitkilərdə sporların yerləşməsi
Şəkil 46. Adi şam ağacınn görünüşü və xarakter xüsusiyyətləri
Örtülütoxumlulara 250 mindən çox növ daxildir: ağaclar, kollar, otlar. 135 milyon il bundan əvvəl yaranmışlar (Təbaşir dövründə). Örtülütoxumlularda çiçək zoğun şəkildəyişməsidir. Çiçək həm qeyri-cinsi, həm də cinsi çoxalmada cin-si çoxalma oraqanı kimi iştirak edir. Qeyri-cinsi çoxalma zamanı çiçəkdə spor, cin-si çoxalmada qametlər əmələ gəlir. Sporlar mitoz zamanı, qametlər meyoz zamanı əmələ gəlir. Çiçək çiçək saplağı və çiçək yatağından ibarətdir ki, orada da çiçəyin bütün hissələri yerləşir. Ləçəklər tacı, kasa yarpaqları da kasacığı əmələ gətirir. Həm ləçəklər, həm də kasa yarpaqları əsas orqanları xaricdən əhatə edir. Çiçəyin içində erkəkcik, dişicik olur. Erkəkcik erkəkcik saplağından və tozluqdan ibarətdir. Tozluğun içərisində tozcuqlar yerləşir. Diploid xromosom sayına malik anahüceyrə meyoz yolla bölünərək tozcuq hüceyrəsinin əmələ gətirir. Tozcuğun quruluşunu öyrənən sahə “ tozcuq analizi” sahəsidir. Müəyyən yerə və zamana aid tozcuq hü-ceyrəsinin quruluşunu öyrənməklə, o dövrdəki və ərazidəki ekosistemlər və iqlim haqqında məlumat vermək olar. Eyni zamanda həmin ərazinin bitkiləri haqqında məlumat vermək olar. Çiçəyin içində dişicik olur ki, dişicik ağızcıq, sütuncuq və yumurtalıqdan ibarətdir. Çiçəklərdə həm də hektarlıq var ki, xüsusi vəzilərdən hek-tar ifraz olunur. Bu hektar tozlayıcı həşəratları cəlb edir. Çiçəyin əlvan rəngi də və qidalı tozcuqlarda həşəratları cəlb edir.
Toxumlu bitkilərin ekoloji aspektləri R.Rifleksə “ümumi biologiyanın əsasları” kitabında K.Raunkierə görə bütün bitkilərin sistematikasını verir.
1903-cü ildə Kristen Raunkier bitkilərin təsnifatı sistemini verdi. Bu zaman tumurcuğun vəziyyətinə görə bitkiləri sistemləşdirdi. Beş həyat formasını müəyyən etdi (şək. 49).