Biologiya yun



Yüklə 168,12 Kb.
səhifə54/56
tarix25.09.2022
ölçüsü168,12 Kb.
#64096
1   ...   48   49   50   51   52   53   54   55   56
biologiya kitab 1

Mutalitik2 əlaqələr
Anafiliya – çiçəkli bitkilərlə cücülər arasında qidalanma formasından biridir. Tozcuq zülalı bir maddədir. Heyvanlar bitkilərin həm həmyaşıl hissələri ilə, həm də budaqları ilə qidalanırlar. Eyni zamanda toxum, meyvə, gövdə yumrusu, soğa-naqlarla da qidalanmaq üçün yararlıdır.
Amazonka çayı ərazisində xüsusilə zanbaq növü bitir ki, onun yarpaqlarının diametri 4m-dir. Bunu tozlandıran böcəyin uzunluğu isə 2.5sm-dir. Böcək onun tozcuqları ilə qidalanır. Böcək çiçəyin üstünə qonan kimi, ləçəklər bağlanır və bu-rada 1 saat qalır. Sonra çiçək açılır və böcək azad olur. Bu zaman onun bütün bədə-ni tozcuqlarla örtülür. Böcək qidalanmaq üçün başqa çiçəyə qonduqda tozlanma baş verir.
Kolibri quşu ilə (Apodiformes) bitkilərlə qarşılıqlı münasibətləri haqqında maraqlı məlumatlar var. Bu quşlar Havay adalarında yayılmışdır. Kolluqlarda və meşələrdə qidalanırlar. Həm nektarla, həm də hörümçəklərdə həşəratlarla qidala-nırlar. Qidalanma zamanı çiçəyə qonmurlar, havada qalırlar. Bu zaman durmadan qanad çalırlar (qanadçalma saniyədə 20-25, bəzən isə 50 dəfə olur.). Sanki bu və-ziyyətdə asılıb qalırlar. Kolibrilərin əksəriyyəti başlarına yapışmış tozcuqları digər çiçəklərə daşıyırlar (şək.51).
Şəkil 51. Kolibri quşu
Bəzi onurğalı heyvanlar meyvələrlə qidalanan zaman meyvə lətini yedikdən sonra toxumdan azad olurlar, beləliklə də, meyvələrin yayılmasına səbəb olurlar.
Beləliklə də, meyvəyeyən heyvanların bitkilərə fayda verməsi haqqında mə-lumatlar yarandı (Biqon və başqaları). Mutalitik əlaqələr qarışqalarla (Pseudomyr-mex ferruginea) bəzi akasiya növləri arasında da mövcuddur (Mərkəzi Amerika-da). Qarışqalar akasiyalar üzərində yuva qurur və burada da öz qidasını tapır. Bu-nunla da akasiyaya qonan bütün cücüləri məhv edirlər. Bu əlaqə obliqat xarakter daşıyır. Bu iki növ bir-birindən ayrılıqda yaşaya bilmirlər. Təkamül nəticəsində hər iki formada adaptasiya formalaşmışdır. Belə ki, digər növ qarışqalardan fərqli ola-raq – Pseudomyrmex bütün sutka boyu aktiv olub, akasiyalar isə ilboyu özlərini qoruyaraq qarışqaları qidalarla təmin edirlər. Yarpaqlar azad olmurlar. Digər növ akasiyalar isə quraqlıq dövründə yarpaqlarını tökürlər.

Yüklə 168,12 Kb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin