Biologiya yun


Qıjıkimilərin sistematikası



Yüklə 168,12 Kb.
səhifə49/56
tarix25.09.2022
ölçüsü168,12 Kb.
#64096
1   ...   45   46   47   48   49   50   51   52   ...   56
biologiya kitab 1

Qıjıkimilərin sistematikası
Müasir qıjıkimilər 3 sinfə ayrılır: Pterospida – qıjıkimilər, Lycopsida – plaunlar və Sphenopsida – qatırquyruğlular
Qıjıkimilər sinfinin iri yarpaqları, sporlar eynidir, sporangi sünbülcüklərdə yerləşir. Nümayəndələri erkək qıjı və s.
Plaunlar sinfi – yarapaqlar nisbətən böyükdür, növbəli düzülüb, həm eyni növ sporlara, həm də müxtəlif cins sporlara təsadüf olunur. Müxtəlif cinsli plaun-lara Selaginella, eyni quruluşlu sporlara Lycopodium misal göstərmək olar.
Plaunlar, əsasən, tropik zonalarda yayılmışlar. Qıjılkimilər və toxumlu bitki-lər arasında keçid mövqe tuturlar ( uyğunlaşmasına görə quruya) (şək. 44). Qatır-quyruğlular sinfi – yarpaqlar iri deyil, topa düzülüşlüdür, eyni quruluşlu sporlardır, sporlar qozalarda formalaşır, Avstraliyadan başqa hər yerdə yayılmışlar. Yeganə növü Equisetumdur (şək.45).


Həyat tsikli
Bunların həyat tsiklində qadın cinsi çoxalma cinsi çoxalma ilə əvəz olunur. Qadın cinsi çoxalma zamanı yarpaqların alt səthində sporangilər içərisində sporlar formalaşır. Əlverişli şəraitdə sporlar yerə düçür, torpaqda cücərərək, yaşıl fotosin-tez edən qametofit nəsil əmələ gəlir (şək. 46). Bu cücərtinin aşağı hissəsində anteridi və arxeqoni formalaşır. Rütubət yetərincə olduqda anterididən spermato-zoidlər çıxaraq, arxeqoniyə tərəf üzür. Arxeqoninin boyuncuğu alma turşusu ifraz edir ki, bu da spermatozoidi cəzb edir. Çarpaz mayalanma gedir. Belə ki, anteridi-lər arxeqonilərdən əvvəl yetişir. Mayalanma nəticəsində diploid ziqot əmələ gəlir.
Ziqot. Ziqotdan saprofit nəsil əmələ gəlir. Əvvəlcə o parazit kimi qametofit üzərində formalaşır, sonra onun kökləri inkişaf edir, gövdə və yarpaqlar formalaşır və sərbəst bitkiyə çevrilir. Qametofit çürüyərək məhv olur.
Şəkil 44. Erkək qıjının (Dryopteriş filix-mas) həyat tsikli.
XI. FƏSİL
Toxumlu bitkilər – Spermatophyta
Toxumlu bitkilərin təsnifatı
Toxumun əsas xüsusiyyəti. Bitkilərin tam quruya çıxması toxumun əmələ gəlməsi ilə əlaqədardır. Belə hesab olunur ki, toxumlu bitkilər nəsli kəsilmiş to-xumlu qıjılardan başlanğıc götürmüşlər. Spermatophyta – sperma (toxum) demək-dir. Toxumlu bitkilərdə çox əhəmiyyətli proqressiv xüsusiyyətlər meydana gəldi: 1) müxtəlif sporluluq; 2) toxumun əmələ gəlməsi; 3) tozcuq borusunun əmələ gəl-məsi hesabına üzmə qabiliyyətindən azad olmuş erkək qametin əmələ gəlməsi. Er-kək qametlər tozlanma nəticəsində yumurtacığa daxil olur.
Toxumlu bitkilərin 250 min növü var və müxtəlif ekoloji şəraitdə yaşamağa uyğunlaşıblar. Toxumlu bitkilərdə qıjıkimilərdən fərqli olaraq meqasporangi əvəzi-nə yumurtacıq (rüşeym kisəsi) formalaşır. Mikrosporangi əvəzinə isə tozcuq kisəsi formalaşır və burada tozcuqlar əmələ gəlir. Mayalanmadan sonra yumurtacıq toxu-ma çevrilir. Toxumda bitkinin rüşeymi və endospermi olur. Toxum xüsusi qoruyu-cu qabıqla əhatə olunur. Qametofit əsil tamamilə sporofit nəsildən asılıdır.

Yüklə 168,12 Kb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin