Biologiya yun



Yüklə 168,12 Kb.
səhifə40/56
tarix25.09.2022
ölçüsü168,12 Kb.
#64096
1   ...   36   37   38   39   40   41   42   43   ...   56
biologiya kitab 1

Simbioz. Mikroorqanizmlərdir və bitkilər arasındakı simbioz həyat tərzi nə-ticəsində mineralların və qida maddələrinin dövranı sürətlənir. Göbələklər yosun-larla simbioz yaşayaraq tamamilə yeni bir orqanizmə - şibyələrə başlanğıc verirlər. Bu orqanizmlərin funksional və morfoloji əlaqəsi o qədər sıxdır ki, bunlara birlikdə xüsusi – emercent orqanizm kimi baxılır. Yəni belə orqanizm tərkibi təşkil edən heç bir orqanizmi xüsusilə xarakterizə etmir.
Yosun hüceyrəsi

Göbələk hifləri Yosun sapları ilə dolaşmış göbələk lifləri


Yosun hüceyrələrinə sıx yapışmış göbələk hifləri,
lakin yosunları içinə keçmir.


Şəkil 36. A. Bəzi primitiv şibyələrdə göbələklər yosun hüceyrələrinə daxil olur. B və C təkamülcə daha inkişaf etmiş yosunlarla göbələklər bir harmoniya əmələ gəti-rərək, yaşayırlar. Bu zaman hər ikisi bir – biri üçün əhəmiyyətli olur. (Y.Odum)
Şibyələrdə kisəli ya da bazidi göbələkləri yosunlar isə ya yaşıl, ya da göy-yaşıl yosunlar olur. Şibyələrə ağac gövdəsində, qayalarda, meşələrdə təsadüf olu-nur. Hesab olunur ki, yosunlar göbələkləri fotosintezdən əmələ gələn üzvi maddə-lərlə, göbələklər isə yosunları su və mineral duzlarla təmin edir. Həm də göbələklər özlərində ehtiyat su saxlayırlar ki, bu da şibyələrin digər bitkilərin yaşaya bilmədi-yi quru iqlimdə yaşamasına imkan verir.
Şibyələr çox gec böyüyür və ətraf mühitin çirklənməsinə qarşı çox həssasdır-lar. Bundan əlavə göbələklərin daha bir simbiozu bitki kökləri ilədir. Bu simbioz həyat mikoriza adlanır.
Azotfiksəedən bakteriyalarla paxlalı bitkilərin simbiozunda olduğu kimi bəzi göbələklər bitki kökləri mürəkkəb bir “orqan” əmələ gətirir ki, bu da bitkinin tor-paqdan mineral maddələr alma qabiliyyətini artırır. Eyni zamanda göbələklər foto-sintezin məhsulu ilə təmin olunurlar (şək. 36)
Mikoriza zamanı enerji axını o qədər əhəmiyyətlidir ki, onu qida zəncirində əsas istiqamət hesab etmək olar.
Bəzi ağaclar mikrorizasız böyüyə bilmirlər. Bəzi meşə ağaclarını çöl, düzən və başqa bir ərazinin torpağına introduksiya etdikdə bu bitilərin böyüməsi göbələk simbiozu əmələ gələnə qədər baş verir. Mikorizalı ağaclar ( küknar) dənli bitkilə-rin bitmədiyi “kasıb” torpaqlar da belə yaxşı böyüyürlər. Çünki göbələklər bitkilər üçün “əlçatmaz” olan fosfor və digər mineral maddələrin metabolizmini təmin edə bilirlər (Odum).

Yüklə 168,12 Kb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin