İlk dəfə olaraq Robert Huk hüceyrəni kəşf etmişdir. 1665-ci ildə bioloji toxumanın – lat. Quercus suber ağacından hazırlanmış tıxacın (probkanın) nazik kəsiyinə özü tərəfindən təkmilləşdirilmiş mikroskop altında baxarkən, tıxac kəsiyinin çoxlu sayda hücrəciklərdən ibarət olduğunu görmüş və onlara ing. cell – hüceyrə adı vermişdır. XVII əsr tədqiqatları bitkilərin hüceyrəvi quruluşa malik olmasını aşkarlasa da hüceyrənin öz quruluşu haqqında heç bir məlumata malik deyildir.
Leven Huk
1665-ci ildə dərc olunmuş Robert Hukun "Mikroqrafiya" (ing. Micrographia) əsərini oxuduqdan sonra, onda ətraf mühitin linza vasitəsilə öyrənilməsinə maraq yaranmış, italyan bioloq-həkimi Marçello Malpigi ilə birlikdə zooloji tədqiqatlarda mikroskodan istifadə etməyə başlamışlar.
Cilalayıcı sənətinə yiyələnərək Levenhuk linzalar düzəltməyə başlayır. Həyatı boyu o, 300 dəfə böyüdücülük qabiliyyətinə malik 250 linza hazırlamışdır. Levenhuk öz hazırladığı linzaları metal eynəkliklərə quraşdıraraq dövrünün ən müasir mikroskopunu yaratmış və onun köməyi ilə bir sıra kəşflər etmiş olur.