Bir göz qırpımı


yenidən dönüb insan olmaq istəmirik



Yüklə 275,41 Kb.
səhifə2/4
tarix04.05.2017
ölçüsü275,41 Kb.
#16564
1   2   3   4

yenidən dönüb insan olmaq istəmirik.

Məhəbbət bulaqdır, həyatın bulağıdır, dünyanı firavanlaşdırır,

insanı gözəlləşdirir; o həm mö’cüzədir, həm ə mə’lum bir şey, iti-

rilmiş cənnətin kəşfidir, bədənlə ruhun birliyidir, gücümüzün və

zəifliyimizin təcəssümüdür, həyata bağlılıq və eyni zamanda ölümə

biganəlikdir, heç kəsin kəşf etmədiyi və həmişə hərəkətdə olan bir

gerçəklikdir, ələkeçməzdir, gərək hər gün onu yenidən fəth edəsən.

Məni həyata bağlayan sən idin, indi ölümlə tanışlığımsan. Ölüm

gələndə sənə qovuşacağım haqda düşünməyəcəyəm, fikirləşəcəyəm

ki, sənin keçdiyin bir yolla, tanış bir yolla gedirəm.

YII

Mən yenə səmaya qayıdıram, yenə göylərə baxmağı sevirəm.



Boz, qara buludlar geri çəkilən ordu kimi damların arası ilə

sürünür.


Bu gün günəş gizlədilmiş səadətə oxşayır. Mən açıq səmanı,

parlaq günəşi axtarıram. Şən olmaq üçün yeni səbəblər tapmalıy-

am. Üzü gülər olmalı, qaranlığı qovmalı, səni özümdə saxlamalıy-

am. Mən bu yeni vəziyyəti axtarıram. Hərdən tapıram, sonra itiri-

rəm. Heç bilmirəm niyə bu qədər inadcıllıq edirəm. Uyğunlaşmalı

ya da məhv olmalı — bu həyatın qədim qanunudurmu?

Başladığı işi yarımçıq qoymaq qorxaqlıq olardı. Mən ancaq çı-

xış yolu actarmaqla məşğulam. Bu səhər, Lüksemburq bağında

gəzərkən vvələr boşluqda gəzindiyim vaxtları andım. Onda xati-

rələrim sərbəst dolanırdı. Sən hardasa, min kilometrlərlə uzaqda

yaşayırdın. Nə yoxluq, nə də məsafə mənə mane olurdu. Biz eyni

fuqanın iki təranəsi idik və buna heç ə amne ola bilmədi. Bir sən

vardın, bir də mən, ikimiz idik. Amma bu “ikimiz” əslində sən və

məndən ibarət deyildi, o, təzə yaranırdı, bizi ötüb keçəcəkdi, bizi

yaşadacaqdı.

Düşüncənin, xəyalın dolaşdığı düzəngah bütün mənzərələrdən

yaxşıdır. Düzəndəki tənha ağac, səmada uçan bir cüt quş ən qay-

nar həyatdan canlı, ən yaşıl vadidən yaşıldır. Bə’zən mən danışır-

dım, sən qulaq asırdın, bə’zən də bir kəlmə də deməədn atların be-

lində yanaşı gedirdik. Elə ki, xəyaldan ayılırdım, sənsizliyi, tənha

olduğumu başa düşürdüm, ancaq qüssələnmirdim. Sən var idin,

biz görüşmüşdük, başqa nə lazımdı ki. Biz hələ bir-birimizə öyrəş-

məmişdik, hələ çox iş görməli idik.

Mən öz taleyimi yaradırdım, mən də taleyim yaşadırdı. Özümü

qıvraq hiss edirdim və hisslərimdən kənara çıxa bilirdim. Elə zənn

ediridm ki, kamil və ağıllı adamam, hər cür hadisə ilə üz-üzə gəl-

məyə hazıram. Elə bilirdim ki, “bədbəxtlik — xoşbəxtlik” məsələ-

lərinin mənə dəxli yoxdur. Elə bu inamın özünün xoşbəxtlikdən

doğduğundan xəbərsiz idim. Xoşbəxtliyi adi bir şey kimi qəbul

etmişdim.

YIII

Bir nəfər tibb işçisi gəldi. Onu çarpayıdan götürüb təkərli xərəy-



in üstünə qoydu. Biz bir-birimizə badıq. İstədim mən də gedim,

qoymadılar. Qapının qabağında qaldım. Tibb işçisi xərəyin arxa-

sınca gedirdi, onun qarşısını kəsmişdi. Addım səsləri və təkərlərin

asta uğultusunu eşidirdim, mənə elə gəlirdi ki, tibb işçisi bu uzun

və səliqəli koridorun o başına çatanacan bir il yol gedəcək.

Əslinə qalsa, mən səndən həmişəlik ayrılırdım. Səni yorğana

bükülü gördüyüm an, xoşbəxtliyimin son anı idi. Heç bir saat keç-

məmiş yenidən görüşdük, sən yatmışdın, saçların dağınıq idi, rəng-

insaralmışdı. Vaxt nə deməkdir? Daha bir saat keçdiyini xatırla-

dan qüllə saatının zəngimi, ya bu bir saat ərzində baş verən hadisə-

lərmidir? Yer titrəmişdi. Hər şey səndən milyon illər uzağa

düşmüşdü. Yatırdın, sənə baxmağa cür’ət etmirdim, hərdən baıb

tez gözümü çəkirdim. Donub qalmışdım, tibb bacıları, həkimlər

vurnuxur, öz vəzifələrini yerinə yetirirdilərl. Mən sənin ölümünü

arzulayırdım. İstəyirdim ki, ölüm tez gəlsin, ildırım kimi şığısın,

yaxud oğru kimi xəlvəti gəlsin. Məhəbbət bu imişmi? Bir saat əvvəl

səni yaşatmaq üçün hər şeyə hazır idim, indi ölümünü arzulayır-

dım. Həkimlərə yalvarmışdım ki, səni ayılmağa qoymasınlar. Bil-

mirdim yaxşı hardadır, pis harda.

Gecə damcı-damcı axıb gedirdi. Çarpayıda uzanıb gözlərimi ta-

vana zilləmişdim. Məni əldən salmış fikirlərim tavanda əks olu-

nurdu.


O öləcək, o öləcək.

O qədər mübarizə etmişdim ki, bütün bədənim ağrayırdı,

düşməni özümdən kənar edirdim, o məni əzir, boğur, o baş-bu ba-

şa sürüyürdü. Mən təslim olurdum, həmin fikrə başımda da, bədə-

nimdə də yer edirdim, sonra elə ağırlaşırdım ki, yerin yeddi qatına

batırdım. Bəli, o öləcək. O çürüyəcək. Bunu bilmək lazımdır, buna

hazır olmaq lazımdır. Bəlkə üzümü yana çevirsəm yaxşı olardı.

Divar düm ağ idi, ora hələ heç nə yazılmamışdı. O yazılmamış bir

səhifə idi. Mən dünənki səhifə kimi yazılmamış bir səhifə istəyir-

dim. İyirmi dörd saat geriyə qayıtmaq istəyirdim. Dünənki günü

yenidən yaşayırdım. Sən operasiya olunacaqsan. Otanqda zəng.

Çöldə bağban sakit-sakit gəzinir. Sənin sarpayında ayaqlarımız

bir-birinə toxunur. Sağ əlinlə mənim sol əlimdən tutmusan. Yalnız

kitablarımızın vərəqlərini çevirəndə əllərimiz bir-birini tərk edir.

Necə də sakitlikdir! Hərdən mürgüləyirsən, üzünü mənə tərəf çevi-

rirsən Saat üçdür, iki saat saxtımız qalıb.

281

— İstəmirəm ki, operasiyadan çıxanda yanımda olasan, adam



cərrahiyyə əməliyyatından sonra eybəcərləşir, həm də yuxulu olur.

Söz verirsənmi, orda olmayacaqsan ki?

— Yox, yanımda qalmalıyam, özü də eybəcərləşməyəcəksən.

Sən yuxuda olanda baxmışam.

— Bu tamam başqa yuxudur.

— Yaxşı, söz verirəm.

Tibb işçisi gəlib səni apardı. Mən otağı səliqəyə saldım. Pəncə-

rəni açdım. Səma alçaq, həm də dəmir örtük kimi ağır idi. Gözləmə

zalına getdim. Məni yuxarı çağırdılar. Şəfqət bacısı ilə birgə liftə

qalxdım. O, qapını açıb məni balaca bir otağa buraxdı, içəridə

ancaq kürsüləri gördüm. Addım səsləri eşitdim, həkimlərin dördü

də içəri girdi. Onlardan biri mənə yer göstərdi. Sakitlik çökdü.

Mən onlara baxırdım. Danışan hansı idi? Həmin andan əvvəl ta-

leyə yalvarmaq, vxatı tutub saxlamaq lazım ilimş. Daha ağ divar-

lar yox idi. Hər yanda, rənglərə də, lavmpalara da, qapının

üstündən süzülüb gələn işığın şüalarına da belə yazılmışdı: O

öləcək.

Sən yanımda idin, biz əlçatmaz bir aləmdə idik. Sən yatırdın,



məhbusa dönmüşdün, mən isə cəlladın köməkçisi idim. Eşitmişdim

ki, qəssabxanalarda heyvanlardan biri yaşamaq imkanı alır və öz

nəslindən olan heyvanları bıçaq altına aparmaqla məşğul olur.

Mənim başqa nə alacım vardı?

Səhərə qədər fikirləşir, özüm-özümlə mübarizə aparır, tərəddüd

edirdim. Səhər açılırdı. Gərək səninlə görüşərkən üzümdən heç nə

duymayasan. Mən həmişə anlamışam ki, ən böyük qərarlar bir

neçə saniyədə qəbul olunur. Mən qərar qəbul etməli idim ya xoş-

bəxt qalmalısan, ya da xoşbəxtliyin qəfildən yoxa çıxmalıdır. Çək-

diyim əzabı, keçirdiyimi qorxunu duymamağın üçün əlimdən gələ-

ni edəcəyəm. Mənim imkanım bununla məhdudlaşır. İstəyirdim

əvvəllər yaşadığımız xoş anları yaşayasan. Sonra özüm-özümə su-

allar verəcəkdim. Mən instinktlə şüur arasında bölünməmişdim.

Bədbəxtlik həyatımı bürümüşdü. Bütün hisslər, bütün duyğular

ondan süzülüb gəlirdi. O məni dəyişdirirdi. Bəlkə bir vaxt, əvvəlki

kimi inanacağam ki, xoşbəxtlik də, bədbəxtlik də insan həyatının

bərabər parçalarıdır və onlarvın hər ikisini qarşılamağa hazır ol-

maq lazımdır. Bu ağıllı fikir idimi?

O bütün gecəni də, səhəri də yatdı. Hərdən, bir anlıq huşa gəlir-

di. Mənə baxırdı, bilmirəm məni görürdü ya yox, sonra yenə

yuxuya gedirdi.

Sənin ilk baxışın. Bu baxış başqa bir dünyadan gəlirdi, ordan

qaçıb, mənim baxışlarıma qovuşmaq istəyirdi. Mən isə xəyanət

etməyə başladım, dedim: “Hər şey qaydasındadır”.

Sən gülümsündün, gözlərini yumdun, əlimə toxundun. Həmin

andan sonra hər nə fikirləşsəm də, ancaq sənin yanında özümü

yaxşı hiss edirdim. Başımızın üzərində bəla dumanı sıxlaşırdı, am-

ma yanımda olmağın, hələlik salamat və xəbərsiz olmağın məni

ürəkləndirirdi. Özün də bilmədən mənə kömək edirdin: sənin xoş-

bəxtliyin naminə hiylə işlətməyə məcbur idim. Bircə dəqiqə də olsa

sərbəst olmağa, bu dünyaya göz yummağa imkanım yox idi. Hər

dəqiqə özümü cəmləşdirirdim. Deyirlər ki, dərd böyük olanda

adam heysiyyatını itirir. Bu o qədər də düzgün fikir deyil,

ömrümdə hər şeyə bu qədər diqqətli olmamışdım. Həmin axşam

evimizə getdim. Uşaqlar məni qəhqəhələrlə qarşıladılar.

Mə’sumluğun özü də əzab çəkəcəkdi. Mən bunun da qarşısını

ala bilmədim. Dəyirmi masanın arxasında sənin yerin boş idi. Bu

da bizim çarpayımız. Görəsən burda öləcəkdinmi? Harda öləcəyi-

nin nə fərqi vardı? Ən dəhşətlisi bu idi ki, sən öləcəkdin. Mən tək

qalacaqdım, hələ bu haqda fikirləşməmişdim. Tənhalıq həm gör-

məməkdir, həm də görülməmək. Klinikaya getdim. Məni gözləyir-

din. Sən hələ var idin, sabah da söz yox ki, hamıdan əvvəl bir-

birimizi görəcəyik. Ağlıma dəhşətli bir fikir gəlmişdi: istifadə et-

mək. Bu sözlər beynimdə ilk dəfə cingildəyirdi. Axırıncı günəşli

günlərdən “istifadə etmək”, əmək haqqından “istifadə etmək”. Bu

iki söz elə eybəcər, elə həris, elə acgöz sözlər idi ki…

Gözlədim ki, sən yuxuya gedəsən, sonra ilk dəfə hüşumu itir-

dim, yorğun ayı kimi yuxuya getdim.

Səhər lap tez oyandım. Nəfəsinin səsinə qulaq asdım. Günlərin

biirndə bu səsi eşitməyəcəkdim. Özümü tovlamaq istəmirdim.

Özüm-özümə deyirdim: “O öləcək, öləcək, sabah, yaxud on beş gün

sonra öləcək, bunu birdəfəlik bilmək lazımdır, çarə yoxdur”.

Özümü aldatmamalıyam. Bilməliyəm. Sonra bildiyimi unudub

həmişəki işlərimlə məşğul olmalıyam. Gərək dayanmayam, yerim-

dən qalxam, duş qəbul edəm, dişlərimi yuyam, məktəbə gedən

uşaqlarımız haqda fikirləşəm.

Sən yuxudan oyanan kimi hər iş asanlaşdı: indi biz iki nəfər

idik. Bir yerdə olmağımızın nə qədər çəkəcəyini düşünmək istəmir-

dim. Saniyələr mənə saatlar kimi uzun, günlər isə saniyələr kimi

qısa görünürdü. Axı, bizim ömrümüzün özü əbədiliyin yanında nə-

dir ki? Bir göz qırpımı ancaq çəkər. Bəşəriyyət tarixini mağaralar-

da yaşamış əcdadlarımızdan bəri, hər biri bir göz qırpımı qədər

çəkən, uc-uca calanmış ömürlər təşkil edir. Sən ölürdün, bir az so-

nra mən də öləcəyəm. Biz ucsuz-bucaqsız həyat zəncirinin kiçik bir

həlqəsi olacağıq.

IX

Cərrahiyyə əməliyyatından dörd gün sonra səhər-səhər otağa



bir tibb işçisi gəldi, səndən xahiş etdi ki, bir az gəzəsən. Sən iki dəfə

cəhd eləyəndən sonra qalxa bildin. Yumşaq ev ayaqqabılarını ay-

ağına geydirdim. Bədənin üzülürdü, pijamanın içində itmişdin. Bir

tərəfdən tibb işçisi tutmuşdu, bir tərəfdən də mən. Görəsən o bir

şey bilirldimi? Mənim bildiyimdən xəbərdar idimi? Mən dərdimi

heç kəslə bölmək istəmirdim. Biz əvvəlcə bağçaya baxmaq üçün

pəncərənin qarşısına getdik.

Sən dedin: “Bizim kəndə qayıdacağımız gün gözəl olacaq”. İs-

təyirdim qayıdıb yerində uzanasan, çünki nə edəcəyini duymuş-

dum, amma sən istədiyini etdin. Bəzək otağına tərəf getdin, güzgü-

də özünə baxdın. Kaş gözlərin səni aldadaydı, bunun üçün nə de-

sən qurban verərdim! Özün-özünə diqqətlə baxırdın, başını bir az

irəli uzatmışdın, həmişəki kimi əlini saçına çəkirdin. Mən irəli keç-

dim:


— İndi görkəmin o qədər də yaxşı deyil.

— Yaxşı deyil.

— Çünki ayaq üstəsən. İndi çarpayıya uzananda güzgümü ver-

rəm baxarsan, yerində uzananda rəngin qırmızı olur.

Doğrudan da, belə idi. Yerinə uzananda qan sifətinə qalxırdı,

sən yaxşı görünürdün, təkcə saralmış gözlərin əmni narahati edirdi.

Qayıdıb çarpayında uzandın.

Mən indi sənə, on beş il əvvəl bir-birimizi sevməyə və öyrən-

məyə başladığımız günlərdəki kimi baxırdım. Baxışlarım təmiz idi.

Ən sadə, ən mə’lum, eyni zamanda ən intim və ən gözəl hərəkətlə-

rimiz ilk günlərdəki ləzzəti ilə gözlərim qarşısında canlanırdı. Bilir-

dim ki, bunlar keçmişdə qalıb. Biliridim ki, bunlar keçmişdə qalıb.

284

Bilirdim ki, daha heç vaxt uşaqları çiynində gəzdirməyəcəksən.



Amma hələlik kitabın vərəqlərini çevirməyinə, əlimi əlinə ağmağı-

na, məktub yazmağına tamaşa edə bilirdim. Hərəkətlərinin ço-

xunda xəstəliyin tə’siri vardı; asta addımlarla yeriyirdin, belin bir

az əyilmişdi, üzünü qırxarkən iki-üç dəfə dayanırdın, çarpayıya

əyləşərkən ehtiyatla əlini dayaq verirdin.

Ah! Əzizim, özündən xəbərsiz belə dəyişməyin yaxınlaşmaqda

olan blümün sorağı idimi? Yox, ancaq mənə belə gəlirdi, çünki sə-

nə başqa gözlə baxırdım. Axşamüstü sən yuxuda olanda baxırdım:

çöhrən sakit idi, boynundakı damarda qanın necə axdığını

görürdüm. Çöhrən sonra də belə olacaqmı? Bu gün sağ idin. Bir

günü qazanmışdıq. Bəs ölüm nə cür gələcək? Onu nə cür tanıy-

acağıq? Mən onu izləyirdim, amma tanımadan necə izləmək olar?

Bəlkə tanıdım? Sən mənim sfinksim idin, amma mənə verdiyin su-

aldan özün də xəbərsizdin. Ehtiyatla səni sorğu-suala tuturdum.

Sənin çox yeməyinə məəttəl qalırdım: başa düşmürdüm bu fəda-

karlıq idimi, yə’ni tez salağmaq, özündə hiss etdiyin zəiflikdən ya-

xa qurtarmaq üçündü, yoxsa ölüm ayağında olsan da cavanlığın

səni ac qurda döndərmişdi?

Bilmirdim klinikadan sağ çıxacaqsan ya yox. Tez-tez məni dəh-

şətə gətirən ağ divarlara baxırdım və fikirləşirdim ki, görəsən sənin

ölümün bizi buradamı yaxalayacaq. Yox, vəziyyətin yaxşı idi, gün-

lərin birində bizə dedilər ki, evə qayıda bilərik.

Mən şeylərimizi yığışdırdım. Hava yaxşı idi, bir az pəncərənin

qarşısında dayandıq. Mən göz yaşı tökən arvadlardan deyləm.

Otaq bizim gəldiyimiz gündəki kimi boş görünürdü. Təkcə, tilli bir

stəkanda, quruyub ölmkədə olan bir qızılgül qalmışdı. Sonraı xəstə

gəlib yerini tuta bilərdi. Deməli, bəxtimizin otağı bura imiş. Mən

istəyirdim yatasan, amma sənin başında yeni planlar qaynaşırdı,

istəyirdin dağda yaşayacağımız evin necə olacağından adnışım. Ev

meşənin kənarında üzü gündoğana olacaq. Sən xizəklə sürüşməy-

əcəksən, amma xizəkli araba tutacağıq, ay iti verən qalın xəz pal-

tolar geyəcək. Qarla yüklənmiş ağacların altında gəzinəcəyik, yaşıl

dələlə tutub ə liləşdirəcəyik. Taxta balkonda nahar edəcəyik, ax-

şamlar səmadakı və kənddəki işıqların yanmasına baxacağıq. Gü-

ndə altı dəfə yeyəcəksən, günəş vannası da qəbul edəcəksən.

Sən qayıdıb çarpayıda oturdun. Sonra paltarını geyməyə kö-

mək etdim. Gəldiyimiz gün geydiyin kostyumu seçdin. Şalvarın

omba sümüyünə ilişib qalmışdı, köynəyinin boynu üç barmaq boş

qalmışdı.

Sənin koridorla getməyinə tamaşa edirdim. Qapıdan çıxandan

sonra bir anlıq səkidə dayandım. Dərindən nəfəs alırdın, günəşin

sərt şüalarından gözlərini qıymışdın. Yadıma döyüş meydanına

çıxmış öküz düşdü. Maşında dörd nəfər idik. Sən irəlidə əyləşdin,

mən arxada. Sifətinin profilini görə bilmridim. Paris həm gözəl idi,

həm qəddar, həm də mülayim. İstəyirdim sənin yorğun sevincini

duyum, sənin gözlərinlə görüm, amma təkcə tük basmış, çöpə

dönmüş boynunu görürdüm. İyirmi yaşın olanda da boynunu

görürdüm. İyirmi yaşın olanda da boynun belə nazik idi. Elə ki,

özün özündən narazı olurdun, qabağa düşüb tək gedirdin, cığırın

qırağından götürdüyün çubuqla uzun otları vurub qırırdın. Bir az

sonra mənə tərəf qayıdırdın, məni qucaqlayırdın, hər ikimiz qəh-

qəhə ilə gülürdük. Amma gərək vaxtında güləydim, bircə dəqiqə

əvəl gülsəydim sən yenidən qaşqabağını sallayacaqdın. Bütün bun-

lar uzaqda qaldı. Onda biz yolun o biri başında idik.

Sən qolunu söykənəcəyin üstünə uzatmışdın, əlini tərpədirdin

ki, onu sığallayım. Elə arıq, elə zəif idin ki. Paris, Paris! Bu adam-

lar hara gedirlər? Hara belə tələsirlər? Mən yaşıl və qırmızı işıqlar

havasına oynayan piyadaların və maşınların can üzən rəqsinə ta-

maşa edirdim, hər addım ölçülür, bir saniyə də vaxt itirilmir. Hər

şey lazımi qaydasındadır, qaydalara riayət etmək kifayətdir. Piya-

da gedən o adam bəlkə bu axşam ölə cək, bəlkə də xəstəliyə tutu-

lub, heç özünün xəbəri yoxdur. Nə dəxli var! Ölüm həmişə qapının

ağzındadır. Əsas məsələ onu duymamaqdır. Xəbərsiz olmaqdır.

Senanın axmasına, günəş şüalarının körpülər üzəridə oynamasına

tamaşa edəsən, dayanıb orda qalasan, ətrafa baxasan, nə xoşbəxt-

lik, nə bədbəxtlik nə keçmiş, nə də gələcək haqda fikirləşəsən. Də-

qiqələri yaşayasan.

Bu bizim axırıncı gəzintimiz, sənini sevdiyin yerlərə son səfərin

idi. Daha heç vaxt Parisi birgə gəzməyəcəkdik, daha heç vaxt hə-

min gün keçdiyimiz yolla gəlib Bak adlı dörd yol ayrıcını, Sen-

Mişel meydanını keçəndən sonra evimizə çatdığımızı fikirləşməy-

əcəkdik. Günəşli səhərlərdə bu yolu qol-boyun keçdiyimiz yadıma

düşdü. Bonapart küçəsil gəlib Sena sahilinə çıxardıq, hər dəfə eyni

həvəslə, eyin vüqarla sahilin gözəlliyinə tamaşa edərdik. Səmanın

rənginə hansı rəng demək olardı: nə ağ idi, nə mavi, nə boz, nə də

qızılı, amma hər rəngdən vardı. Hələ şüaların astaca titrəməsi,

mülayim parıltılar bu daş döşəməli mənzərəyə, körpülərin tağları-

na, çayın döngələrinə layiqli, insan şüuru və ağlı qarışmış bir incə-

lik verir.

Biz sahillə Trokaderoya qədər gedirdik, hərdən, tələsməyəndə

dayanıb bu gözəlliyə elə-belə, yolüstü tamaşa edirdik. Parisdə həy-

at elədir ki, küçəyə çıxarkən əlin cibinə qoyub veyllənmək üçün

yox, bir yerə getmək üçün çıxırsan. Hər il özümüzə söz verirdik ki,

vaxta qənaət edək, amma iş elə gətirdi ki, həyat bizi axınına alıb

aparırdı, şəraitin qurbanı olurduq, xırda gəzintilərdən çox uzaq

səfərlərdə olurduq. Parisin qeyri-adi mühiti bizi bir neçə günlük

bir-birimizdən ayırırdı. Görüşə bilmirdik, danışa bilmirdik. Evdən

çıxırdıq, qayıdırdı, zəngləşirdik, yatırdıq. Bir müddət əlaqələrimiz

kəsilmişdi, bir-birimizə həsrət qalmışdıq, amma bilirdik ki, gələn

bazar günü görüşəcəyik, bu sonsuz həftənin bizə nələr veriyini bir-

birimizə söyləyəcəyik, düşüncələrimizi, eşitdiklərimizi danışacağıq.

Həm də, istəməsək də bir-birimizi uzaqdan müşahidə edirdik, axı

biz adəti həyatımıza yamanca alışmışdıq. Həmin gün ilk dəfə gey-

diyim təzə yun köynəyim diqqətini cəlb eləmədi, tə’rifləsəydin

məmnun olardım, axı sənin yapon qalstukunun boz köynəklə yox,

ağ köynəklə daha yaxşı yaraşdığını deyəndə sən məmnun olmuş-

dun. Yeddi gün ərzində çəkdiyimiz həsrətin əvəzini çıxardıq, Jülyet

Qrekonun “Bazar günlərindən zəhləm gedir” mahnısına gülürdük.

Biz həsrətli günlərdən sonra görüşmüşdük. Bir-birimizdən qida

alırdıq. Daha görüşümüz olmayacaq. Yeganə görüşümüz sənin öl-

ümlə görüşündür, onu sənin sifətində izləyirdim. Elə ki, sifətin bir

az dartındı yaxud tərpəndi, özüm-özümə deyirdim; bu da ölüm;

vəziyyətin yaxşı olanda da, özünü xoşbəxt sananda da şübhələnir-

dim, eşitmişdim ki, ölümqabağı xəstənin əhvalı yaxşılaşır. İndi ki

əlimdən heç nə gəlmirdi, gərək fikirləşməyəydim də. Son nəfəsinə

qədər səninlə olmağım mənə bəs idi. İndi biz birlikdə idik, maşın-

da, əl-ələ tutmuşduq.Bəlkə də bir aydan sonra indi mənə cəhənnəm

əzabı kimi görünən bu anları yaşamaq üçün hər şeydən keçməyə

hazır olacağam.

İstədin pilləkəni tək qalxasan. Mən arxanca qalxdım. Şübhə

yox ki, evimizə axırıncı dəfə qalxırdın. Əvvəllər bu pillələri səs çı-

xarmadan bəbir kimi dörd-dörd qalxardın, axşamlar qapının taq-

qıltısından bilirdim ki. Gələn sənsən, sonra sükut çökürdü. Bircə

dəqiqə sonra otağımızın qapısında açarın səsini eşidirdim.

Həmin gün arxanca qalxırdım ki, yıxılsan tuta bilim. Pilləkəni

qalxmağa sərf elədiyin qurtarmaq bilməyən vaxtda allaha yalva-

rırdım ki, qonşulardan heç biri çıxıb səni görməsin. İstəyirdim,

arıqlamış, bozarmış, tər basmış sifətini heç kəs görməsinö Sürahi-

dən əlini çəkmirdin, səndələyirdin. Burun pərdəklərin sıxılır,

üzünün əzələləri dartınırdı. Elə bil Babil qülləsinə qalxırdıq.

Ömrümdə pilləkən mənə bu qədər uzun görünməmişdi, elə bil

dünyanın axırına qalxırdıq, bu pilləkən qurtarandan sonra başqa

bir dünyanın axırına qalxacağıq, hey qalxacağıq, sonra mən tək

qalacağam.

Evə çatan kimi kürsüdə əyləşdin. Başını aşağı salıb gözünü diz-

lərinin üstünə qoyduğun əllərinə zilləmişdin. Barmağındakı nişan

üzüyünə baxırdın. Üzük baomağında durmurdu, sürüşürdü, şalva-

rına sürtüb geri çəkirdin.

Otağımız çiçəklə dolu idi, mənə elə gəlirdi ki, çiçəklər zəhərlə-

niblər. Bilirdim, tezliklə onlar bu otağa böyük dəstələr, əklillər şək-

lində gələcəklərl. Sən bir gəncin çiçəyə qərq olmuş meyitinə dö-

nəcəksən.

Deməli evimizə qayıtmışdın, mən bura hər axşam gəlirldim,

özümü itirirdim, özümü ələ alırdım, sənin xoşuna gələn donlarım-

dan yaxud kostyumlardan brini geyirdim.

Axşam düşürdü. Pərdələri çəkdim. Gəlib yanında uzanıb özümü

yuxuluğa vurdum, sən kitaö oxuyrudun. Mən qəddar bir varlağın

lap yaxınlığında idim. Görəsən bu xərcəng necə şeydir? Bərk bir

kütlə. Gördüyüm elmi-kütləvi filmləri yadıma salıb arayırdım.

Mən bu güclü hüceyrlərən həyatını, onların qarşısıalınmaz tə’sirini

görürdüm.

Onlar qalib gəlirdilər. Bu faciə lap elə bil gözümün qarşısında,

sənin sığallı, günahsız dərinin altında baş verirdi. Axşamın süku-

tunda mənə elə gəlirdi ki, onların qarışqa kimi yorulmadan çalış-

dıqlarını hiss edirəm. Korladıqları orqanizm gözəl, həm də cavan

olduğu üçün işləri daha rahat, daha tez gedirdi. Ölüm səni səssiz-

səmirsiz çəkib aparırdı, nə sənin xəbərin vardı, nə də mənim əlim-

dən bir şey gəlirdi.

X

Uşaqlarımızın ilk hərəkətlərini necə izlədiyimizi xatırlayıram.



Mən bu günkü kimi onda da həyatla yaşayrıdım, sən isə indi ölüm-

lə yaşayırsan.

Qış səhərinin ala-qaranlığında səninlə körpələrimizin arasında

mürgülədiyim yadıma düşür. Bu həm bədənimin, həm də şüuru-

munu xoşbəxt anı idi! Mən zahirən sakit görünən adi bir qabıq

idim, daxilində isə həyat qaynayırdı. Mən mavi bir boşluqda

üzürdüm. Bədbəxtlik və ölüm uzaq, unudulmuş məfhumlar idi, bir

gün gələcəkdi, amma onlardan qorxan olmayacaqdı, həm də nə

cür olur-olsun, həmin xoşbəxt günün gözəlliyini gizlədib yoxa çıxa-

ra bilməyəcəkdi.

Bir az əvvəl dünyaya yeni bir insan gəlmişdi. Mən gözlərimi

aralayıb tez-tez ona baxırdım ki, yuxu görmədiyimə əmin olum.

İndidən məni məftun eləməyə başlamış bu kiçik məxluqu inkar

etmək olmaz. Bizim əlimizdən gələn o olar ki, bu insancığazın in-

kişafına kömək edək, yaxud istiqamət verək, çalışaq həyatda özünə

yer axtarmağı öyrənsin. Bəs həyatdakı dönüşlərə adət etmək,

müqavimət göstərməyi bacarmaq vacib deyilmi? Axı elə adamlar

var ki, çətinliklərdə bərkiyib mətinləşir, başqaları isə mübarizəyə

başlamamış məğlub olurlar. İndi mən bilirəm ki, həsrətlə baxan,

arxayınçılıqla dolu, yalanın nə olduğunu anlamayan uşaq gözləri


Yüklə 275,41 Kb.

Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin