Elmin mənəviyyatdan ayrıldığına görə Qərb sivilizasiyasının məhvi
Bu elm vasitəsi ilə tükənməz sərvət də qazandılar, yeraltı sərvətlərdən və Allahın verdiyi mənbələrdən də maksimum istifadə etdilər, kosmosa da getdilər, cisimləri dərinliyinə qədər kəşf də etdilər. Elmi inkişafda çox işlər gördülər və bu elmdən də sərvət, qüdrət, siyasət və hər bir şey əldə etmək üçün qanuni və qanunsuz şəkildə maksimum istifadələr də etdilər. Bu elmlə müstəmləkəçilik etdilər, müxtəlif beynəlxalq qırğınlar törətdilər. Avropalılar son əsrdə müxtəlif müharibə və hadisələrdə milyonlarla insan öldürdülər. Buna əsasən, bunların elmdə problemləri yox idi, lakin hidayətsiz, dəyərsiz, mənəviyyatsız, insaniyyətsiz, təkcə dünyaya diqqət yetirib axirətə göz yuman elmin nəticəsi budur. Əvvəl həyata gözəllik bəxş edir, güc, sərvət və gözəllik verir, sonra isə "Batil məhv olur"216. Məsələnin sonu budur və bu davam edəcək. Bilin ki, əsla mənəviyyatı olmayan mütərəqqi və sivil cəmiyyətlərin əxlaqi vəhşilikləri günbəgün çoxalacaq. Bu vəhşiliklər bugünkü Qərb mədəniyyətinin böyük uçurumudur və onları məhv edəcək.217
Dostları ilə paylaş: |