Qərbdə mənəviyyatsız elmi inkişaf və İslamın yolunu getməyin zəruriliyi
Qərb xalqları və hökumətləri elmi inkişafa nail olmuşlar, onların həyatında parlaq gözəlliklər müşahidə olunur. Lakin bu, insan varlığının yalnız bir hissəsidir; onların həyatında əxlaq, mənəviyyat, rəhmlilik, insaf, uca ilahi amallara vurğunluq, Allahla əlaqə, ürəklə məşğul olmaq yoxdur, günbəgün zəifləmiş və daim zəifləməkdədir. Əgər bir zaman onların məbəd və kilsələrində mənəviyyatın bir zərrəsi vardısa, o da tədricən dünya maddiyyatının əzəmətinin təsiri altında get-gedə zəifləyir. Bizim isə bu uzun əsrlər ərzində dünyada bir böyük insan toplumumuz olmayıb ki, həm öz dünyasını təbiət nemətləri və dünyəvi elmi inkişaflar baxımından abadlaşdıra bilsin, həm də onların həyatının əsas hissəsində mənəviyyata və əxlaqa diqqət yer alsın, Allahla öz mənəvi əlaqələrini kəsməsinlər, mühüm həyat münasibətləri üçün özlərini ilahi təlim və hidayətdən məhrum etməsinlər. İslam dünyası belə bir vəziyyətə malik ola bilərdi, amma təəssüf ki, bu baş verməmişdir.221
Qərb elmində imansızlığın nəticələri və qarşılığında İslam universitetlərinin vəzifəsi
Əgər Qərb elminə iman hakim olsaydı, Qərb elmi atom bombası düzəldib sonra da bu qədər çətinliyə düşməzdilər ki, nə edək, məhdudlaşdıraq, dünyanı dağılmağa qoymayaq və s. İş ümumiyyətlə, bu yerə çatmazdı. Əgər iman elmlə yanaşı olsaydı, müstəmləkəçilik və elmin məxluqu olan yeni müstəmləkəçilik ümumiyyətlə, vücuda gəlməzdi; ölkələrə hakim olmaq, ölkələri tutmaq, xalqlara zorla hökmranlıq etmək, xalqların sərvətini mənimsəmək - bu, dünyanın və xalqların son iki yüz ildəki bəlasıdır - ümumiyyətlə, vücuda gəlməzdi. İmandan ayrı olan elm budur və siz İslam universitetində bu boşluğu doldurmaq, elmi imanla qarışdırmaq, yəni elmi, istər öz daxili quruluşunda, istər nəticələrində, istər işlədiləcək istiqamətlərində imanla doyuzdurmaq istəyirsiniz.222
Dostları ilə paylaş: |