Çalışmaq - ABŞ-ın elmdə zirvəyə ucalmasının amili
Bu gün elmin zirvəsində olanlar həmişə belə olmayıblar. Bu gün elmi baxımdan dünya ölkələrindən və bütün elm mərkəzlərindən irəlidə olan ABŞ yüz il öncə özünün adi silahlarından ötrü İngiltərəyə, Fransaya, İtaliyaya möhtac idi. Tarixi oxuyun, Amerikanın daxili müharibələrində - Amerikanın şimalı ilə cənubu arasındakı bu müharibələr tarixdə məşhurdur; cənublular ayrılmaq istəyirdilər, amma şimallılar vuruşur və onları ayrılmağa qoymurdular. Təxminən 1860-cı ildə, yəni 150 il bundan öncə bu dördillik müharibə baş vermişdir - iki tərəf öz uğurunu bunda görürdü ki, İngiltərədən bir müharibə gəmisi, yaxud top alsın və Sakit okeandan keçirib bu tərəfə çatdıra bilsin. O zaman imkanları yox idi, amma bu gün elmin zirvəsindədirlər; çünki çalışmışlar.
Çalışmağın dinə, imana, küfrə və İslama dəxli yoxdur. Quran bunu deyir. Mən dəfələrlə bu ayəni demiş və oxumuşam: "Onların və bunların hər birinə Rəbbinin nemətindən verərik. Rəbbinin neməti qadağan deyildir"298. Biz hamıya kömək edirik. Bu, Allahın qanunudur. Kim hansısa bir məqsəd yolunda çalışsa, Allah-Taalanın qoyduğu qanuna əsasən, nəticəsini görəcək.299
Dostları ilə paylaş: |