İnqilabdan öncəki universitetlərdə qapalı şərait
Mən inqilabdan öncə bu ölkənin elmi mühitində, ziyalılar arasında və universitetdə olmuşam. Yaxından görmüşəm ki, ən yaxşıları "burada işləmək olmur" deyən şəxslər idi. Deyirdilər ki, bizim istedad və imkanımız var, amma açıq bir cəmiyyətə getməli, açıq şərait tapmalı və dünyada işləməliyik. Bunlar ən yaxşıları idilər. Ozamankı elm adamlarının çoxu düşünürdü ki, iranlı nə etsə, geridədir. Deyirdilər ki, ümumiyyətlə, bizim üçün elm yollarına çatmaq mümkün deyil, onlar təyyarə ilə gəzirlər, biz isə ulağa minib onlara çatmaq istəyirik. Yolu budur ki, bir yolla özümüzü bu təyyarədən asaq ki, bizi də aparsınlar. Fikir tərzi belə idi. Elmi fəaliyyətlər də əksərən bu təfəkkürlə baş verirdi; kopyalama və təqlidçilik təfəkkürü ilə.
Bu ölkədə böyük bir istedadın dalan açmaq, qısa yol tapmaq və bu məsələlər barədə fikirləşmək cəsarəti yox idi. Dünyanın bütün elmi işləri kəşf olunmuş qısa yollar olsa da, bizdə belə bir həvəs yox idi. Demirəm ki, belə düşünən bir nəfər də yox idi, bəzi şəxslərin belə düşünməsi mümkündür, lakin bu işlərlə məşğul olmaq üçün onların heç bir imkanı yox idi. Hər halda, bu təfəkkür mövcud deyildi.
Təəssüf ki, onlarda elmi və mənəvi həqarət, əskiklik hissi yaranmışdı. Dünyanın həm də siyasi hakimləri olan elmi öncülləri bu ruhu müstəmləkə dünyasında, öz sözləri ilə desək, dünyanın cənub hissəsində yaratmışdılar; elə bir iş görmüşdülər ki, özlərini həmişə onlara möhtac, yoxsul və dilənci hesab etsinlər.437
Dostları ilə paylaş: |