Ədalətsevərlik olmadan elmi inkişafın aqibəti
Kapitalist quruluşlar dünyada ölkələrinin abadlığına, elm və sənayenin inkişafına çalışdılar, ictimai ədalət prinsipinə isə layiqincə diqqət yetirmədilər. Əlbəttə, o məqsədlərin çoxunu əldə edə bildilər; məsələn, elm, komfortlu yaşayış, mütərəqqi texnologiya, lüks həyat tərzi və hərbi güc əldə etdilər. Bu da Allahın vədidir. Allah-Taala söz verib ki, hansı xalq hər hansı bir məqsəd uğrunda ciddi çalışsa, o məqsədə çatar. Bunda şübhə yoxdur. Ciddi şəkildə hərəkət edənlər də həmin nisbətlə həyatın zahiri amillərinə - yəni sərvətə, hərbi gücə, elmə və inkişafa nail oldular, amma həyatda xoşbəxt olmadılar. Həmin ölkələrdə bəşəriyyətin dərdləri bitməmişdir, sərvət cəmiyyətin bir qrupuna məxsusdur. Onlar ayrıseçkiliyi aradan qaldırıb ictimai ədaləti bərqərar edə bilməmişlər.201
Dostları ilə paylaş: |