Elmi inkişaflara rəğmən, bəşərin köhnə dərdləri
Dünya elm, texnologiya, texnika, sürət və asanlıq baxımından keçmişlə tamamən fərqlənmişdir, bəşərin həmişəlik və köhnə dərdləri isə hələ də yerində qalır. Əsas problemlər keçmişdə olanlardır. Qərb liberalizmi, kommunizm, sosializm və digərləri öz imtahanlarını verib bacarıqsızlıqlarını sübut etmişlər. Keçmişdə olduğu kimi bu gün də İslam dini yeganə şəfa nüsxəsi və qurtuluş mələyidir.204
Bəşərin həyat dəyərlərini görməzdən gəlmək – elmin mənəviyyatdan ayrılığının nəticəsi
İkinci məsələ mənəviyyata diqqətdir. İman, mənəvi vurğunluq və mənəviyyata eşq olmadan heç bir səy tam uğura çatmaz. Bir cəhətdən müvəffəq olsa da, digər cəhətdən nöqsan yaranacaq. Qərb dünyasında elmin inkişafı bəşərin bütün ömründə bənzərsiz olmuşdur. Elmi baxımdan çox inkişaf etmişlər, lakin kök baxımından mənəviyyatdan və imandan ayrıldıqlarından həyatları axsayır. Bu o demək deyil ki, alimlər arasında dindar insanlar yoxdur. Son əlli ildə və ondan öncə bütün iyirminci əsrdə - on doqquzuncu əsr ayrı cür idi – Avropa mütəfəkkirləri arasında dindar insanlar çox olmuşdur. Amma Qərb dünyasında elmi inkişafın əsası əvvəldən mənəviyyatdan ayrılıq üzərində qurulmuşdur. Odur ki, heç bir elmi kəşfdə, heç bir elmi ixtirada, inkişafdan heç bir elmi istifadədə mənəvi cəhətə riayət olunmurdu.
Mənəvi cəhət nə deməkdir? Yəni bəşərin etiqadları, imanı, səmimiliyi, mənəviyyatı, yaxşı xüsusiyyətləri, məzhəbi və dini hansı taleyə malik olacaq. İxtira və kəşflərdə bu məsələ əsla nəzərə alınmır. Buna görə çox zaman bəşər həyatının dəyərləri sayılan hər bir şey görməzdən gəlinir və nəticə bu gün gördüyümüz olur. Qərbdə ailə təxminən yoxdur, ya da çox zəifdir; təhlükəsizlik, səmimilik, mənəviyyat və məntiqli dindarlıq yoxdur. Maraqlıdır ki, Qərbdə, xüsusən də ABŞ kimi ölkələrdə dindarlıq və dinə inam var, lakin tam avam formasında. Elmdən söhbət düşdükdə insan orada düşüncə səviyyəsinin yüksək olduğunu görür. Lakin dindən söhbət düşdükdə düşüncə səviyyəsi olduqca aşağıdır və dinlə məntiqli bir rəftar ümumiyyətlə, görünmür.205
Dostları ilə paylaş: |