Əxlaqsız elm - sapqınlıq vasitəsi
Elmə yiyələnmək lazımdır. Əlbəttə, bunu bilirik ki, elm təklikdə kifayət etmir. Elm əxlaq və imanla yanaşı olmalıdır ki, biz Qərbin düşdüyü çalaya düşməyək. Elm Qərbdə zülmə, əxlaqi sapqınlığa, azdırıcı və həlakedici mədəniyyətlərin yayılmasına vasitə oldu. Biz ona düçar olmamalıyıq; bu öz yerində. Amma indi əsas məqam budur ki, elm bizim üçün həyati bir məsələdir.223
İmansız və əxlaqsız elmin nəticələri
Sizə demək istədiyim başqa bir məsələ budur ki, elm dinlə və əxlaqla olduqda bəşəriyyət üçün faydalı olacaq. Bunu qəti şəkildə bilin. Elm nə qədər inkişaf etsə də, əgər əxlaqdan və dindarlıqdan uzaqlaşsa, bəşəriyyətə fayda yetirməyəcək. Elmi bəşəriyyətin yüksəlişi üçün istədiklərini deyən şəxslər bu məsələyə diqqət yetirməlidirlər. Bunun aydın misallarını hamınız eşitmisiniz. Mən bunları təkrarlamaq istəmirəm. Məsələn, kimya elmində inkişaf edənlər kimyəvi bomba və kütləvi qırğın silahları ixtira etdilər. Nüvə elmlərində inkişaf edən şəxslər atom bombası və xalqların faciəvi qırğın silahlarını düzəltdilər. Bunlar aydın misallardır. Siz xalqlara baxın, dünyada elmi baxımdan inkişafın zirvəsində olan bir xalqı təsəvvür edin. Görün bu ölkənin xalqı həqiqətən səadətə çatmışdır? O ölkədə ədalət var? O ölkədə yoxsulluq, ayrıseçkilik və ədalətsizlik aradan qalxmışdır? İddia etdikləri kimi xalq dinclik içərisində, şiddət və təcavüzdən uzaq şəkildə yaşayır? Orada elm də var, bu reallıqlar da var. Ailələrin həyatına etimad və dinclik hissi hakimdir? Övladlar ata və anaların ağuşundə yaxşı hisslərlə tərbiyə olunurlar? Orada qətl, terror, cinayət və bu kimi işlər yoxdur?
Görürsünüz ki, tam əksinədir. Bu gün ən çox təhlükə elmi baxımdan ən yüksək səviyyədə olan ölkədə - yəni ABŞ-dadır. Dünyada - nə Avropada, nə Asiyada heç bir ölkə ABŞ qədər təhlükəli deyil. Ən çox psixoloji sıxıntı oradadır; vətəndaşlar tərəfindən bir-birinə qarşı ən çox qətl və kobudluq oradadır; ən çox ayrıseçkilik və təbəqələrarası fərq oradadır. Himalay dağı boyda sərvətlər və vəsfəgəlməz yoxsulluqlar – yəni sözün həqiqi mənasında acından ölənlər var. Fərq bu qədər böyükdür.
Tarixin əvvəlindən bu günə qədər zamanla dəyişməyən ən mühüm bəşəri amallar bunlardır. Bəşərin ən mühüm amalı ədalət və təhlükəsizlikdir, bir-birinin yanında rahat yaşamaqdır, digərlərindən əziyyət görməməkdir, psixoloji dinclik, ailədə rahatlıq, ailə həyatından və övladları görməkdən, ata-ananın yanında olmaqdan həzz almaqdır. Bunlar bəşərin ən əsaslı ehtiyaclarıdır. Bəşər əvvəldən bu günə qədər bunları istəmişdir; dünən də istəmişdir, bu gün də istəyir. Bu məsələlər elmi baxımdan ən inkişaf etmiş o cəmiyyətdə əsla yoxdur. Deməli, elm imanla və əxlaqla yanaşı, çiyin-çiyinə hərəkət etməyəndə nəticəsi belə olur.
Əgər alim dindar olsa, cəmiyyət onun elmindən həqiqətən bəhrələnər. Din elmin inkişafının qarşısını almır, hətta onun inkişafına kömək də edir, elmin təcavüzünün, insaniyyət çərçivəsindən çıxmasının qarşısını alır.224
Dostları ilə paylaş: |