Dindən ayrı elmin nəticəsi
Dindən ayrılan və özünü din qarşısında məsuliyyətli bilməyən elmin nəticəsi bu gün dünyadakı vəziyyət olur: elm zülm, istismarçılıq və nəsilləri məhv etmək üçün vasitədir; elmin məhsulu bir tərəfdən atom bombasıdır, digər tərəfdən narkotik maddələrdir, dünyanın çoxlu ölkələrində bütün insani hisslərdən uzaq olan siyasətçilərin iş başına gəlməsidir.227
Elm və bilik xoşbəxtliyin özü yox, onun vasitələrindəndir!
Bu gün Qərbin liberal-demokrat dünyasının böyük çatışmazlığı budur; zavodları çoxaltdılar, maşınları çoxaltdılar, elmin əhatəsini genişləndirdilər, lakin ictimai ədaləti təmin edə bilmədilər, insani əxlaq süquta uğradı. Bu mənim burada dediyim söz deyil. Məgər bu gün dünyada yayımlanan beynəlxalq bir tribunadan o xalqlarının hissinin ziddinə bir söz demək olar?! Bu onların öz sözləridir.
Bu gün əxlaqi böhran Qərb liberal-demokratiyasının yaxasını tutmuşdur. Bu gün cinsi, iqtisadi, əxlaqi böhran və ailə böhranı öz elmi inkişafları ilə tarixin gözünü qamaşdıran həmin ölkələrin problemləridir.
Bəşərin xoşbəxtliyi onun elminin inkişafı ilə hasil olmur. Bəşərin səadəti psixoloji və düşüncə təhlükəsizliyində, nigaranlıqsız, əxlaqi, mənəvi və maddi təhlükəsizliklə yanaşı olan həyatda və ictimai ədalət hissindədir. Qərbdə bu yoxdur; nəinki yoxdur, hətta günbəgün ondan uzaqlaşır da. Biz dünyaya göstərmək üçün bunu öz amalımız kimi təsvir etdik. Biz etmədik, Allah etdi. İran xalqı özünün bu yola inamının tələbinə əsasən bu yolla getdi.228
Dostları ilə paylaş: |