Ölkənin elm mərkəzlərinin kəmiyyət və keyfiyyət dəyişikliyi
Doğrudan da biz İslam inqilabından sonra ölkə universitetlərinin kəmiyyət və keyfiyyətində böyük dəyişikliyin şahidi olmuşuq. Kəmiyyət baxımından məsələ aydındır. Siz görün ölkənin hər yerində nə qədər ali məktəb var. Ucqar şəhərlərdə heç zaman ümid etməzdilər ki, ali təhsil üçün hətta kiçik bir mərkəzləri olsun. Onların bəzilərində tam orta məktəb də yox idi, indi isə dövlət və özəl universitetlər mövcuddur. Deməli, kəmiyyət baxımından həqiqətən çox inkişaf etmişik. Əlbəttə, demirik ki, kəmiyyət hər şeydir. Lakin bu süfrəni açmağın özü çox əhəmiyyətli işdir. Qoy hamı ondan dadıb istifadə edə bilsin.
Keyfiyyətə gəldikdə, əxlaqi və mənəvi keyfiyyətlər aydındır. Çox işlər görülüb. Elmi keyfiyyət baxımından bəzi yerlərdə doğrudan da çox yaxşı işlər görülüb. Lakin hər halda, mənim əzizlərim, biz amalçılığı prinsip seçmişik. Bu o deməkdir ki, heç bir hədlə kifayətlənmək olmaz.477
Dostları ilə paylaş: |