İslam Respublikası – elmə və mədəniyyətə əsaslanan quruluş
Bu universitet asılı və azğın Pəhləvi rejiminin özünə elmi-mədəni hörmət qazanmaq istədiyi universitetlərdən idi. Bu səbəbdən dünyanın çoxlu elm mərkəzlərində qeyd olunmuş və tanınmışdır; həm tanıyırlar, həm əlaqələri olub, həm də bəlkə elmi konfranslarında iştirak etmişlər. Siz çalışın İslam Respublikası mədəniyyətinə əsaslanan quruluşla Pəhləvi cəhalətinə əsaslanan quruluş arasındakı elmi fərqi dünyaya göstərin.
Bu quruluş elmə, mədəniyyətə, dinə və bilgiyə əsaslanır; onun məmurları elm adamlarıdır, elm və mədəniyyətlə tanışdırlar, elm və mədəniyyətin qədrini bilirlər. Keçmiş rejim üçün isə elm və mədəniyyət zahiri bir şey idi, kitab mağazasına gedib şkafları üçün bir metr kitab alanlar kimi idilər; rəngini seçirlər, amma kitabın nə olması onları maraqlandırmır. O quruluş elm, bilik və mədəniyyətlə belə rəftar edirdi. İşinin elm və mədəniyyətsiz ötüşdüyünü bilsəydi, bunları da etməzdi, lakin dünyanın elm və mədəniyyətlə maraqlandığını görürdü. Buna görə öz imici üçün bu məsələlərə yer ayırmağa məcbur idi. Bütün hərəkəti elm və bilgi əsasında olan quruluş isə tam başqa bir şeydir: "Oxu! Sənin Rəbbin ən böyük kərəm sahibidir! O Rəbbin ki, qələmlə (yazmağı) öyrətdi".478 Digər yerlərdə də belədir. Görün ölkədə tələbələrin sayı, səviyyəsi, həmçinin elmi iş o zamanla nə qədər fərqlənmişdir. Həqiqətən çox aydın şəkildə fərqlənmişdir.479
Dostları ilə paylaş: |