İnkişaf - yəni elm istehsalı və onun işlədilməsi
Mən dünyanın mötəbər jurnallarında nəşr olunan elmi məqalələrin sayından xəbərdaram. Amma məqalə istehsalı və onun dünyada nəşri birinci dərəcəli iş deyil, onu görməklə bütün işlər həll olmur. Əslində bu düşüncə burada bişməli, istehsal və icra olunmalı və əməl mərhələsinə çıxmalıdır ki, inkişafın hasil olduğunu söyləmək mümkün olsun. Əlbəttə, bu sahələrdə də ölkədə çoxlu işlər görülmüşdür. Biz hərəkət etmiş və yola düşmüşük.517
Özünəinam və elmi inkişaf - inqilabın səmərəsi
Bu xalq İslam inqilabı və İslam quruluşu sayəsində özünəinam əldə etdi, bacardığına inandı. Bunu bizə imam öyrətdi və İslam quruluşunun ümumi ab-havası ərməğan etdi. Bu gün bizim gəncimiz, tələbəmiz, müəllimimiz, tədqiqatçımız, sənətkarımız, qurucumuz bacardığına inanır. Bu özünəinam elmdə də bizə kömək etdi. Biz bu gün elm baxımından çox inkişaf etmişik, lakin hələ geridəyik. Heç kəs güman etməsin ki, elmdə inkişaf etdiyimizə görə məqsədə çatmışıq və daha bəsdir. Xeyr! Bizi çox geridə saxlayıblar, amma biz inkişaf etmiş və bu 20-25 ildə çox irəliləmişik. Statistikaya əsasən, inqilab dövründə bizim elmi inkişafımızın nisbəti bütün dünyadan yüksək və çox olmuşdur.518
Dostları ilə paylaş: |