1387-ci ilin bəzi elmi uğurları
1387-ci (21 mart 2008-20 mart 2009) il nüvə barədə xoş xəbərlə başlandı. İran xalqı gənclərinin, elmli və çalışqan alimlərinin beynəlxalq embarqolara rəğmən, nüvə sahəsində inkişaflarını və İran xalqının belə bir mühüm bacarığını bütün dünyaya sübut etmələrindən xəbərdar oldu. Bu təkcə elmdə yox, digər sahələrdə də İran xalqı üçün yeni beynəlxalq dəyər və imic yaratdı.
Allaha şükür olsun ki, ilboyu müxtəlif sahələrdə digər böyük işlər də görülmüşdür. Sözügedən nüvə sahəsində Buşəhr stansiyasının müvəqqəti test mərhələsi başlandı. Bu da mühüm və böyük xəbərdir və təbii ki, ölkə daxilindəki alimlərimizin inkişafının nəticələrindəndir. Bu bütün dünyaya başa saldı ki, İran xalqının nüvə inkişafının qarşısını almaq olmaz.
Elmdə digər böyük işlər də görülmüşdür. Onları sadalamaq üçün geniş vaxt lazımdır. Mən bu inkişafların mühümlərinə şahid oldum və sərgidə yaxından gördüm. Həqiqətən heyrətamizdir. Bizim əziz gənclərimiz, iradəli və fəal xalqımız böyük elmi inkişaf göstərə bilmişlər. Bu mühüm və möhtəşəm inkişaflar müxtəlif yerlərdən inqilab əleyhinə aparılan otuzillik təbliğatı zərərsizləşdirdi.
Bu elm və texnologiya inkişaflarından biri də Ümid peykinin kosmosa göndərilməsi idi. Bu, uyğun texnologiyada ölkəni dünyanın çox azsaylı ölkələri sırasına daxil edən böyük işin birinci addımıdır. Ümid peyki dünyanın diqqətini İrana yönəltdi və İran xalqının daxildən çiçəkləndiyini, inkişaf etdyini və İran xalqının inkişaf bacarığının məhdud olmadığını göstərdi.587
Dostları ilə paylaş: |