Bugünkü elmi inkişafların dünənlə müqayisəsi
Başqa bir amil ölkənin infrastrukturlarıdır. Bu gün ölkəmiz inqilabın birinci, yaxud ikinci onilliyi kimi deyil ki, ölkədə elmi və digər infrastrukturlar olmasın. Bu gün bizim gənclərimiz, mütəxəssislərimiz, alimlərimiz hansı sahəyə daxil olurlarsa, böyük işlər görə bilirlər. Allaha şükür olsun ki, bu gün ölkədə rabitə, kommunikasiya, elmi tədqiqat və istehsalat sahələrində böyük bir inkişaf üçün lazım olan imkanlar mövcuddur. Bizim mühüm və beynəlxalq yollar çəkmək, hava limanı tikmək, simsiz və simli əlaqə vasitələri, rabitə şəbəkələri və bənd tikmək baxımından digərlərinə ehtiyacımız yoxdur.
Bir zaman heç kim təsəvvür etmirdi ki, daxili mütəxəssislər bənd, elevator tiksinlər, magistral yolu çəksinlər, hava limanı, polad zavodu tiksinlər; bütün bu işlərdə xalqımızın gözü əcnəbilərə dikilirdi. Əcnəbilərin istismarına son qoyanda da biz bu cəhətdən yoxsul qaldıq. Bu gün isə bu sahələrdə çox bacarığımız var. Bizim gənclərimiz mürəkkəb zavodlar tikir, elm və texnologiya işləri görür, ölkənin ehtiyacını təmin edir, məsləhətçi, elm və texnologiya mütəxəssisləri kimi digər ölkələrə də kömək edirlər. Bu cəhətdən ölkənin dəyərli mövqeyi var. Bu, az nailiyyət deyil.
Bir zaman bizim gənclərimiz hətta RPG silahından istifadə edə bilmirdilər. Bu gün həmin gənclər kosmik raket göndərir, dünya alimlərinin diqqətini cəlb edirlər.
Bir zaman ölkədə stansiyalardan istifadə etmək üçün mütəxəssisə ehtiyacımız vardı. Bu gün isə ölkəmizin gəncləri sənayedə elə inkişaf etmişlər ki, neftayırma zavodunu və müxtəlif imkanları özləri düzəldir və istehsal edirlər.
Bir zaman ölkə biologiyada mütləq yoxsulluq içində idi. Bu gün isə bioloji elmlərdə inkişafa, o cümlədən dünyada mühüm məsələ olan kök hüceyrələrin istehsalına nail olmuşlar. Bu gün ölkədə bu imkanlar mövcuddur. Bunların hamısı gələcək inkişafları asanlaşdıran infrastrukturlardır.588
Dostları ilə paylaş: |