Elmin zirvələrini fəth edənə qədər çalışmağın zəruriliyi
Elm öyrənməkdə, elmi imkanlarınızı artırmaqda əsla səhlənkarlıq etməyin. Gördüyünüz işlərlə qane olmayın və onu birinci addım bilin. Siz zirvəyə çatmağa can atan alpinist kimisiniz; indi yolun ilk dolanbaclarında hərəkət edirsiniz. Bəzən insan tər də tökür. Yolun ibtidai uğurları ilə qane olmayın. Baxın görün zirvə haradadır. Zirvəyə çatmaq üçün zəhmət çəkməli və çətinliklərə dözməlisiniz.676
Dövrün ədalətli elmi inkişafa ehtiyacı
Hər dövrün bir xüsusiyyəti var. Ötən dövrlərdə məmurların hər biri bəzi işlər gördülər. Bu gün ölkəmizdə ictimai ədalət və fəsadla mübarizə ilə yanaşı olan elm və texnologiya inkişafına ehtiyac var. Gələcək prezident üçün çox əhəmiyyətlidir ki, bütün vücudu ilə xalqa xidmət etsin.
Bu gün qlobal hegemonizm üçün təhlükə odur ki, müsəlman xalqlar öz kimliklərini, şəxsiyyətlərini, köklərini və müstəqilliklərini ciddi saysınlar. Qeyd etdiyimiz kimi, onlar İslam regionunun, Şərq ölkələrinin və müxtəlif səbəblərdən elm karvanından geri qalmış ölkələrin həmişə cəhalət və acizlik içində çabalamasını istəyirlər. Onlar geriqalmış hər bir ölkədə hər bir inkişafa müxalifdirlər. Onlar tağut dövrünün bir geriqalmış ölkəsinin bu gün elm və sənaye sahələrində cəsarətlə çıxış etdiyini, uzun illər inkişaf etdiklərini duyduqları sahələrdə mürəkkəb texnologiya və sənaye işinə girişən bir ölkəyə çevrildiyini görərkən təhlükə hiss edirlər.677
Dostları ilə paylaş: |