Avropa və elmin inkişafında inhisarçılıq
İkinci məqam budur ki, Avropa bəzi hadisə və amillərin təsirindən elmi baxımdan inkişaf etdi. Onlar bu inkişafı öz hüdudlarında saxlamağa çalışdılar. Siz gənclər əgər bu sahədə mütaliələr etsəniz və müxtəlif kitablar oxusanız, bu nəticəyə gələrsiniz. Bu da bir həqiqətdir.
İslamiyyət dövründə müsəlmanlar dünyada elm bayrağına sahib oldular. Onlar elm öyrənməyi lazım və vacib bildikləri kimi, elm öyrətməyi də lazım bilirdilər; deyirdilər ki, elmin zəkatı onu öyrətməkdir.243 Buna görə də İslam universitetlərində bütün ölkələrdən tələbələr vardı. Onlar gəlib təmənnasız olaraq müsəlmanlardan elm öyrənirdilər. O universitetlər elmi yayırdılar, elmi kitabları onun-bunun ixtiyarında qoyurdular. Bu hansı dövrə aiddir? Elmin hər yerdə sirr olduğu dövrə; kimin elmi vardısa, özü üçün vardı və digərlərinə vermirdi. Amma müsəlmanlar - istər iranlılar, istər andaluslular, istər ərəblər elmi digərlərinə verirdilər.244
Dostları ilə paylaş: |