5- İcraçı qurumların universitet ekspertlərindən istifadə etməsinin zəruriliyi
Universitetdə müəllimin, tədqiqatın, laboratoriyanın və digər amillərin məqsədi tələbəyə xidmətdir. Universitetdə aparılan tədqiqat bundan ötrüdür ki, insan kapitalı inkişaf eləsin, alim və işgüzar kadrın öhdəsinə düşən işə səlahiyyət əldə edilsin. Ümumiyyətlə, universitetin fəlsəfəsi bundan ibarətdir. Universitet misal üçün, bir qrupun dolanışıq vasitəsi deyil. Bu, zəruri məsələ olsa da, məqsəd deyil. Məqsəd tələbənin lazımi səlahiyyətlər əldə etməsidir.528
Universitetlər haqda başqa bir məsələ də var. Mən cənab prezidentlə dəfələrlə bu haqda danışmış və ondan bununla məşğul olmasını istəmişəm. Güman ki, o da bununla məşğul olur. Siz də bu işi görməlisiniz. Bu iş dövlət qurumlarını universitetlərə birləşdirməkdir. Bizim universitetlərimizdə müxtəlif sahələrdə araşdırma və ekspert rəyi təqdim edəcək böyük potensial var. Universitetlərimizdə çalışan çoxlu kadrlar ölkənin iqtisadi siyasətlərinə, yaxud daha genş miqyasda iqtisadi məsələlərə və ya hər hansı xüsusi bir iqtisadi mövzuya dair fikir bildirə, hökumətə faydalı məsələhətlər verə bilərlər. Təəssüf ki, bizim ekspert sahəmiz universitetlərdən kənardır. Mənim eşitdiyimə görə, dünyada belə deyil. Dünyanın inkişaf etmiş elm mərkəzlərində bəzi layihələri araşdırır və müxtəlif məsələlərdə dövlətlə işləyirlər. Fərz edin biz informatika sahəsində işləmək istəyirik. Hökumət icraçı bir qurumdur, proqram təyinetmə, koordinasiya, təchizat və istifadə yolları sahələrində mütəxəssislər var. Onlar universitetlərdən bu məsələlər üzərində işləmələrini istəyirlər, onlar da işləyirlər; həm özləri inkişaf edirlər, həm də hökumət yalnız idarələrdə və ya Proqram komitəsində çalışan azsaylı ekspertlərlə məhdud olmur. Bizim buna ehtiyacımız var. Dünyanın digər yerlərində də belədir. Təəssüf ki, bizdə belə deyil. Mən universitetlərin icraçı qurumlara birləşdirilməsinin ciddi tərəfdarıyam; özü də icraçı qurumun zirvəsinə. Bu gün bizim etimadlı nazirliklərimizdən, parlamentimizdən, xalqdan ibarət ekspert qurumlarımız fəaliyyət göstərirlər. Lakin ideyanı nə qədər püxtələşdirsək və müxtəlif yerlərdən fikir soruşsaq, daha yaxşı və uğurlu olar. Mənim yadımdadır, bir zaman bəzi əkinçilik məmurları universitet işləri görür və ovaxtkı icraçıların diqqət yetirmədiyi çox yeni fikir və nəzərlər ortaya qoyurdular. Bu gün bizim sənaye qurumlarımız, mineralogiya və geologiya sahəmiz də belədir. Siz görün bizim universitetlərimizdə geologiya və mineralogiya üzrə ixtisaslaşmış nə qədər kadr var. Hər halda, biz belə müəllimlərdən, fəal, gənc və istedadlı tələbələrdən istifadə etsək, böyük fayda görərik. Məncə cənablar bunun üçün bir layihə hazırlamalıdırlar və icraçı orqan ondan istifadə etməlidir. Bu da fikrimcə, əhəmiyyətli məsələlərdən biridir.529
Dostları ilə paylaş: |