Yolun yerdə qalan hissəsini onlar Binqlinin gələcək ailə
xoşbəxtliyinin yalnız Darsinin özünün xoşbəxtliyinə
güzəştə gedəcəyi barədə sonuncunun mühakimələri ilə qət
etdilər.
Zalda onlar ayrıldılar.
XVII
FƏSİL
— Lizzi, əzizim, siz harada belə uzun müddət itib-
batmışdınız?
— Elizabet otağa girən kimi Ceyn onu bu sualla qarşıladı.
Eyni sualı ona hamı masa arxasına oturunca, ailənin yerdə
qalan üzvləri də verdilər. O qızararaq təkcə onu deyə bildi
ki, naməlum yerə gedib çıxıblar. Ancaq nə onun üzündəki
al rəng, nə də hər hansı bir başqa hal azacıq da olsun şübhə
doğurmadı.
Axşam sakit, olaysız ötüşdü. Tanınıb qəbul edilmiş
downloaded from KitabYurdu.org
495
sevgililər danışıbgülürdülər, tanınmamış sevgililər isə
susurdular. Öz xoşbəxt hisslərinə qızğın şənliyə çıxış
imkanı axtarmaq Darsiyə xas deyildi, həyəcanlanmış və
utanmış Elizabet isə tezliklə öz xoşbəxtliyinə görə
həyəcan dolu hisslər keçirməkdən çox, onu dərk etdi. Bu
kimi hallarda hər bir gənc qızın hiss etdiyi adi
naqolaylıqla yanaşı, bir çox başqa əndişələr də onu əzirdi.
Ceyndən başqa hər kəsin Darsiyə böyük ikrahla
yanaşdığını yaxşı bilərək, o bu hissin çox güclü ola
biləcəyindən
və nə onun sərvətinin, nə də cəmiyyətdəki mövqeyinin bu
qənaəti dağıda biləcəyindən qorxurdu.
Yatmazdan qabaq o, hər şeyi bacısına etiraf etdi.
Adətən Ceyn onun sözlərinə şübhə etməsə də, bu dəfə son
dərəcə inamsızlıq nümayiş etdirdi.
— Zarafat edirsən, Lizzi? Bu ola bilməz! Mister Darsi
ilə nişanlanmısımz! Yox, sən məni aldadırsan. Bilirəm, bu
mümkün deyil.
— Eh, başlanğıc doğrudan da ümidverici deyil. Mən
yalnız sənə ümid edirdim. Əgər hətta sən də mənə
inanmırsansa, mən başqalarını inanmağa necə vadar
edəcəyəm? Ceyn, əzizim, sənə ciddi deyirəm. Sırf
həqiqəti. O məni indiyə qədər sevir və biz nişanlandıq.
Ceyn inamsız-inamsız bacısına baxdı.
— Ah, Lizzi, bu qətiyyən mümkün deyil. Mən bilirəm,
sən axı ona dözə bilmirsən.
— Sən heç nə bilmirsən. Olub-keçənləri tərtəmiz
unutmaq lazımdır. Ola bilər, mən heç də həmişə indiki
downloaded from KitabYurdu.org
496
kimi sevməmişəm. Ancaq belə durumlarda yaxşı yaddaş
bağışlanmazdır. Bu saat mən bu barədə sonuncu dəfə
xatırlayıram.
Miss Bennet nə düşünəcəyini bilmirdi. Elizabet
yenidən və daha ciddiyyətlə onu inandırdı ki, bütün
dedikləri sırf həqiqətdir.
— Ey qadir ilahi! — Ceyn səsləndi. — Doğrudanmı
bu baş verə bilərdi? Ancaq mən indi sənə inanmalıyam.
Lizzi, əzizim, istərdim, səni ürəkdən təbrik etməyə şad
olardım. Ancaq bu suala görə məni bağışla, tam
əminsənmi ki, onunla xoşbəxt olacaqsan?
— Buna şübhə etməyə bilərsən. Biz artıq qərara
almışıq ki, dünyanın ən xoşbəxt ər-arvad cütlüyü
olacağıq. Ancaq məyus olmadın, Ceyn? Belə bir yeznəni
sevə biləcəksənmi?
— Əlbəttə ki, bütün ürəyimlə! Binqli ilə bizim üçün
bu ən böyük sevincdir. Biz onunla belə bir imkan barədə
danışmışıq və təəssüf ki, qərara gəlmişik ki, bu istisnadır.
Ancaq sən onu doğrudanmı sevirsən? Ah, Lizzi, nə
istəyirsən, et, ancaq yalnız sevgisiz ərə getmə! Sən
əminsən ki, ona kifayət qədər güclü duyğular hiss
edirsən?
— Ah, bəli! Mən sənə hər şeyi etiraf edəndə sən
mənim onu həddən artıq sevdiyimi görəcəksən!
—
Nəyi nəzərdə tutursan?
— Onu ki, vicdanla desək, mən onu mister Binqlinin
sevdiyindən çox sevirəm. Qorxuram ki, buna görə sən
mənə hirslənəcəksən!
downloaded from KitabYurdu.org
497
— Lizzi, canım, zarafatı saxlamağa çalış. Bizim ciddi
danışmağımız lazımdır. Bu saat mənə bilmədiyim hər şeyi
danış. Sən onu çoxdan sevirsən?
— Bu hiss məndə elə tədricən böyüdü ki, özüm də
onun nə vaxt baş qaldırdığını deyə bilmərəm. Fəqət bəlkə
də mən onu Derbişirdəki valehedici malikanədə ilk dəfə
gördüyüm günü bu hissin başlanğıc günü saymaq olar.
Ciddiliyə yeni çağırış öz arzuolunan məqsədinə çatdı.
Elizabet tezliklə bacısını mister Darsiyə dərin bağlılığı
olduğuna tam əmin etdi. Nəhayət, Ceyn büsbütün buna
inandıqda ona arzulamağa başqa bir şey qalmadı.
— İndi mən gerçəkdən də xoşbəxtəm! — O dedi. —
Sənin həyatın da mənimki kimi sevincli olacaq. Mən
Darsi haqqında
həmişə yüksək fikirdə olmuşam. Təkcə onun sənə olan
məhəbbəti mənim gözümdə onu çox yaxşı nəzərdə təqdim
edirdi. İndi isə Binqlinin dostu və sənin ərin olaraq, o
mənim üçün dünyada səndən və Binqlidən sonra ən əziz
adam olacaq. Ancaq, Lizzi, bu qədər hiyləgərlik
haradandır? Heç demə, sən məndən bu qədər çox şey
gizlətmisən! Mən axı, demək olar, Pemberlidə və
Lemtonda nə baş verdiyini bilmirdim. Bu barədə mənə
məlum olan şeylərin hamısını mən başqalarından
eşitmişəm.
Elizabet qapalılığınm səbəblərini izah etdi. Bu zaman
o, bacısına mister Binqli barədə xatırlatmaq istəmədi.
Hələ də öz hisslərindən kifayət qədər baş açmadığı üçün
o, mümkün qədər mister Darsinin adını çəkməkdən də
downloaded from KitabYurdu.org
498
qaçırdı. Ancaq indi onun artıq Lidiyanın evliliyində
Darsinin rolunu gizlətməsinə lüzum yox idi. Hər şey
danışıldıqdan sonra onlar hələ gecənin yansını da söhbət
edərək keçirdilər.
-x-**
— İlahi, — ertəsi gün səhər pəncərənin qarşısında
dayanmış missis Bennet səsləndi. — Doğrudanmı bu
qırsaqqız mister Darsi yenə də bizim əziz Binqliyə
yapışıb? Yalnız bütün gününü belə sitallıqla bizdə
keçirməldə o nə düşünür? Əgər o, ova getsəydi və ya
başqa işlərlə məşğul olsaydı və öz varlığı ilə yerimizi dar
etməsəydi, mən azacıq da olsun, etiraz etməzdim. Bu gün
biz onunla nə edəcəyik? Lizzi, Binqliyə mane olmaması
üçün sənin onu yenə gəzintiyə çıxarmağın lazım gələcək.
Bu təklif ona sərfəli olduğundan Elizabet gülməyini
güclə saxladı. Bununla yanaşı, anasının Darsinin adını
daima bu kimi epitetlərlə müşayiət etməsi qızı incitməyə
bilmədi.
Gənclər içəri girən kimi, Binqli ona elə ifadəli
baxışlarla baxdı və əlini elə hərarətlə sıxdı ki, onun
məsələdən xəbərdar olduğuna şübhə etmək mümkün
deyildi. Tezliklə o dedi:
— Missis Bennet, buralarda, bu dairədə gəzinti üçün
hər hansı bir yer tapılarmı ki, Lizzi yenə aza bilsin.
— Mən mister Darsiyə, Lizziyə və Kittiyə səhər
ertədən Oukhem
təpələrinə
yollanmağı məsləhət
görərdim, — missis
Bennet cavab verdi. — Bu, əla gəzinti olar, mister Darsi
downloaded from KitabYurdu.org
499
hələ orada olmayıb.
— İştirakçıların yerdə qalanma gəlincə, — mister
Binqli dedi, — bu onlara tamamilə münasibdir. Ancaq
Kittiyə bəlkə də ora gedib çıxmaq çətin olacaq. Elə
deyilmi, Kitti?
Kitti təsdiq etdi ki, o, evdə qalmağı üstün tutardı.
Həmin vaxt mister Darsi təpənin mənzərəsi ilə qeyri-adi
şəkildə maraqlandı və Elizabet susqun-susqun ora getmək
üçün onu müşayiət etməyə razılaşdı. O, gəzintiyə getmək
üçün öz otağına gedəndə missis Benet onun ardınca çıxdı
və yolda ona pıçıldadı:
— Lizzi, təəssüf edirəm ki, sən bu dözülməz adam
barədə qayğını öz üzərinə götürməli olursan. Ancaq ümid
edirəm, sən etiraz etmirsən? Sənə axı anlaşılandır — hər
şey Ceynin xətrinə edilir. Sənə heç də onunla danışmaq
lazım deyil. Bir-iki söz demək kifayətdir, qoy bu səni
narahat etməsin.
Gəzinti zamanı qərara alındı ki, bu axşam mister
Bennetdən razılıq xahişi edilsin. Anasıyla danışmağı
Elizabet öz üzərinə götürdü. Onun xəbəri necə
qarşılayacağını öncədən
görmək çətin idi. Hərdən Elizabet şübhələnməyə
başlayırdı ki, görəsən, Darsinin bütün sərvəti və kübarlığı
missis Bennetin bu insana qarşı nifrətini yumşalda
bilərmi?! Ancaq onun gələcək nikahı narazılıq yaradacaq,
yoxsa vəcdə gətirəcək - həmin dəqiqələrdə anasının
davranışı onsuz da onun ağlına şərəf gətirə bilməyəcək.
Elizabet üçün missis Bennetin ilk vəcd və ya narazılıq
downloaded from KitabYurdu.org
500
partlayışının Darsinin yanında olması eyni dərəcədə
dözülməz idi.
Axşam mister Bennetin kitabxanaya çəkilməsindən
dərhal sonra Elizabet gördü ki, mister Darsi onun
arxasınca getdi. Elizabet olduqca həyəcanlandı. O, heç də
atasının mister Darsiyə rədd cavabı verəcəyindən
qorxmurdu. Ancaq mister Bennet sevimli qızının öz
seçimi ilə onu kədərləndirdiyinə və onda onun taleyi üçün
əndişə doğurduğuna görə böyük məyusluq yaşayacaqdı.
Bu, Elizabetə çox xoşagəlməz idi və onu bərk
həyəcanlanmağa vadar edirdi. O, Darsinin qayıtmasına
qədər əsəbi narahatlıq içində oturub gözlədi və yalnız
onun üzünə baxaraq, yüngül təbəssüm gördükdən sonra
müəyyən rahatlıq hiss etdi. Bir neçə dəqiqədən sonra
Darsi Kitti ilə onun
üstündə tikiş işləri ilə məşğul olduqları masaya yaxınlaşdı
və özünü tikişə tamaşa edirmiş kimi göstərərək pıçıldadı:
—
Atanızın yanma gedin, o sizi kitabxanada gözləyir.
O, dərhal oraya getdi.
Mister Bennet qaşqabaqlı və narahat halda otaqda var-
gəl edirdi.
— Lizzi, — o, qıza müraciət etdi, — sənə nə olub?
Sənin ağlın başındadırmı? Doğrudanmı sən ona ərə
getmək fikrinə düşmüsən? Məgər sən həmişə ona nifrətlə
yanaşmırdın?
O bu dəqiqələrdə öz əvvəlki ifadələrində kifayət qədər
təmkin və ehtiyatlılıq göstərmədiyindən necə də acı
şəkildə peşman idi! Əgər o, əvvəllər özünü başqa cür
downloaded from KitabYurdu.org
501
aparmasaydı, indi xoşagəlməz izahlardan canı qurtarmış
olardı. Ancaq indi bu izahları vermək qaçılmaz idi və
Elizabet utancaq şəkildə atasını mister Darsiyə olan
duyğularına əmin etdi.
— Demək, başqa sözlə, sən ona ərə getməyi qərara
almısan. Yaxşı, əlbəttə, o, çox varlıdır və sənin
Ceyninkindən daha çox gözəl libasların və ekipajların
olacaq. Ancaq sən bundan xoşbəxt olacaqsanmı?
— Sizdə mənim hisslərimə inanmamaqdan başqa hər
hansı bir etiraz var?
— Başqa heç bir şey. Biz hamımız onu qürurlu və çox
da xoş olmayan insan sayırdıq, ancaq sən onu gerçəkdən
də sevmisənsə, bu, əhəmiyyət kəsb etməzdi.
— Ancaq mən ki onu sevirəm, ürəkdən sevirəm! —
Elizabet göz yaşları içində cavab verdi. — Mən onu
sevirəm. Və onu əbəs yerə qürrəli sayırlar. Əslində o,
mükəmməl insandır. Siz qətiyyən bilmirsiniz ki, o, necə
bir insandır. Sizdən xahiş edirəm ki, onun haqqında bu
tonda danışaraq mənim qəlbimi ağrıtmayın.
— Lizzi, — mister Bennet dedi, — mən razılıq
vermişəm. O, məndən nəsə xahiş etdikləri təqdirdə imtina
etməyə cürət göstərməyəcəyim insanlardandır. İndi onun
ərin olub- olmaması səndən asılıdır. Ancaq icazə ver sənə
bir tövsiyə verim — bu barədə yaxşı-yaxşı düşün. Sənin
xasiyyətini bilirəm, Lizzi. Mən bilirəm, sən ərini
dəyərləndirməsən, ona aşağıdan yuxarı baxsan, xoşbəxt
olmayacaqsan, özünə hörmət etməyəcəksən. Qeyri-
bərabər nikah halında zəkan və canlılığın
downloaded from KitabYurdu.org
502
səni bir çox bəlalara məruz qoyacaq. Bu zaman sən çətin
ki, məyusluqdan və əlacsızlıqdan qaça biləcəksən. Mənim
balam, sənin həyat yoldaşına hörmətini itirdiyini görərkən
düşəcəyim dərddən məni xilas et. Sən əslində bunun nə
demək olduğunu pis təsəvvür edirsən.
Daha da həyəcanlanan Elizabet ciddi və səmimi cavab
verdi. Darsinin gerçək seçdiyi olduğuna onu təkrarən
əmin edən Elizabet atasına bu insana qarşı münasibətinin
necə tədricən dəyişdiyini danışdı. Onun məziyyətlərini
vəcdlə sadalayaraq, o Darsinin ona məhəbbətinin ötəri
macəra olmadığına mütləq mənada əminliyini ifadə etdi,
dedi ki, çünki bu sevgi qarşı duyğular olmadan artıq bir
neçə ay ərzində ciddi sınağa tab gətirib. Axırda o, mister
Bennetin inamsızlığını dağıtmağa müyəssər oldu və onu
özünün qarşıda duran evliliyi ilə barışdırdı.
— Yaxşı, əzizim, — Elizabet susanda o dilləndi. —
Daha mənim sənə sözüm yoxdur. Eşitdiyimin hamısı
doğrudursa, o sənin ərin olmağa layiqdir. Mən səninlə
daha az ləyaqətli adamın xətrinə ayrıla bilməzdim, Lizzi.
Nişanlısını mister Bennetin gözündə bir az da
qaldırmaq üçün o, atasına Darsinin Lidiya üçün könüllü
şəkildə etdiklərini danışdı.
— Bu gün doğrudan da möcüzələr axşamıdır! Demək,
bütün bu danışıqlar, toy sazişinin məsrəfləri, Uikhemin
borclarının ödənməsi və zabit patentinin alınması —
hamısı Darsinin işidir? Nə olar, lap yaxşı. Bu məni bir çox
qayğı və xərclərdən azad edir. Hər şeyi dayın etmiş
olsaydı, mənim onunla hesablaşmağım lazım gələrdi.
downloaded from KitabYurdu.org
503
Ancaq bu şiddətlə sevən gənclər həmişə özlərinə məxsus
şəkildə hərəkət edirlər. Sabah mən ona borcunu
qaytarmağımı təklif edəcəyəm. O, etiraz etməyə və hər
cür cəfəngiyat danışmağa, sənə olan ehtiraslı sevgisində
israr göstərməyə başlayacaq. O zaman bu məsələ də
beləcə bitəcək.
Bu yerə mister Bennet bir neçə gün öncə mister
Kollinzin məktubunun oxunduğu vaxt qızının necə
utandığını xatırladı. Bir xeyli rişxənd etdikdən sonra o,
nəhayət, qızı buraxaraq dedi:
— Hansısa gənclər Meri və Kitti üçün gəlsələr, onları
yanıma yönəldə bilərsən, bu saat boş vaxtım var.
Elizabetin ürəyindən böyük ağırlıq götürüldü. Öz
otağında yanm saat fikrini cəmləyəndən sonra o, qonaq
otağına qayıtmaq üçün kifayət qədər sakitləşdi. Şənliyə
qapılmağı bacarması üçün keçirdiyi həyəcan onun
yaddaşında hələ çox təzə idi. Axşamın geridə qalan
hissəsi sakit keçdi. Ancaq bundan belə, artıq onun
qorxacağı bir şey qalmamışdı və tədricən rahatlıq və
arxayınlıq hissi qızı çulğadı.
Anası yuxudan öncə öz qarderob otağına qalxdığı vaxt
Elizabet onun ardınca getdi və vacib yeniliyi ona xəbər
verdi. Bu sözlər ona sarsıdıcı təsir göstərdi. Missis
Elizabet onlan dinləyərək, bir müddət nəsə demək
iqtidannda olmadan tam susqun halda oturdu. Adətən
onun ağlı qızları üçün sərfəli, yaxud da onlann
pərəstişkarlarına uzaqdan-uzağa aid olan hər şeyi kifayət
qədər tez tutsa da, Elizabetin ona danışdıqlarının mənasını
downloaded from KitabYurdu.org
504
kəsdirməsi üçün xeyli vaxt keçdi. Axırda o özünə
gəlməyə başladı və kresloda qurcalandı, sıçradı, oturdu,
heyrətləndi və taleyinə şükür etdi.
— İlahi! Göylərin xeyir-duası! İşə bir bax! Başıma
gələnlər! Mister Darsi! Kim təsəvvür edə bilərdi? Bu,
gerçəkdən də həqiqətdir? Lizzi, ürəyim mənim! Sən necə
də zəngin və nəcib olacaqsan! Xırda məsrəflərə sənin
çoxlu pulun olacaq! Nə qədər zinət əşyaları, karetalar!
Ceyn hətta səninlə müqayisə belə oluna bilməyəcək! Mən
elə vəcdə gəlmişəm ki, elə xoşbəxtəm ki! Necə də
füsunkar gəncdir! Çox qədd-qamətlidir! Necə hündürdür!
Ah, Lizzi, əzizim! Allah xatirinə, əvvəllər onu
sevmədiyimə görə üzrxahlıq et. Ümidvaram ki, o bunu
unudacaq. Ürəyim, ürəyim, Lizzi! Şəhərdə ev! Hər cür
təmtəraq! Üç ailəli qız! İldə on min! İlahi! Mənə nə
olacaq? Ağlımı itirirəm.
Onun razılaşdığına şübhə etməmək üçün bu qədər
kifayət idi. Elizabet anasının bütün ürəkdən gələn
izharlarının tək özünün dinlədiyinə sevinə-sevinə, tezliklə
öz otağına getdi. Ancaq ona təklikdə yalnız üç dəqiqə
qalmaq qismət oldu. Missis Bennet özü onun otağına
qaçıb gəldi.
— Mənim qızcığazım! İldə on min, ola bilər, hətta
daha çox! Bu, lorda ərə getmək kimi bir şeydir! Və xüsusi
icazə — sən mütləq xüsusi icazə ilə ərə getməlisən.
Ancaq, mənim əzizim, de
görüm, mister Darsi naharda hansı yeməyi daha çox
sevir? Mən sabah onu bişirmək tapşırığı verərəm.
downloaded from KitabYurdu.org
505
Bu, anasının onun nişanlısı ilə gələcək davranışına
dair o qədər də yaxşı əlamət deyildi. Elizabet başa düşdü
ki, hətta mister Darsinin ona qarşı ən zərif bağlılığına
əmin olduqdan və valideynlərinin razılığını əldə etdikdən
sonra da onun gerçəkləşməyən arzuları qalacaq. Fəqət
səhər onun gözlədiyindən də daha yaxşı keçdi. Missis
Bennet gələcək kürəkəni qarşısında elə bir pərəstiş hissi
keçirirdi ki, ona hər hansı bir xidmət göstərmək və ya
onun rəyi ilə razılaşdığını bildirmə hallarından başqa
onunla danışmaq iqtidannda deyildi.
Elizabet atasının Darsi ilə yaxından tanış olmağa
çalışdığını görərək sevindi. Tezliklə mister Bennet qızı
əmin etdi ki, hər keçən saatla onun Darsi barədə rəyi daha
da yaxşılaşır.
— Hər üç kürəkən mənə möhtəşəm görünür. Düzü,
qorxuram, Uikhem mənim sevimlim olaraq qalacaq.
Ancaq
sənin ərin mənim xoşuma gələcək, ola bilər ki, Binqlidən
az olmayaraq.
XVIII
FƏSİL
Elizabet tezliklə mister Darsidən ona necə vurulması
barədə cavab tələb etməyə yetəcək qədər şən ovqata sahib
oldu.
— Bu nədən başladı? — o soruşdu. — Sonrakı
gedişləri təsəvvür edirəm, ancaq birinci təkan nə oldu?
— Bu saat mənə ilk addımın atıldığı müəyyən bir saatı
və ya məkanı, eləcə də baxışı, yaxud sözü demək çətindir.
Bu, lap çoxdan olub. Mən mənə nə olduğunu yalnız o vaxt
downloaded from KitabYurdu.org
506
anladım ki, artıq yolun yarısında idim.
— Əvvəlcə mənim zahiri görünüşüm sizə xoş
gəlməmişdi, elə deyilmi? Maneralarıma gəlincə, sizinlə
rəftarım həmişə nəzakətsizlik həddində idi. Elə bir hal
olmurdu ki, sizinlə danışanda mən sizi incitməyə
çalışmayım. Əslində siz mənə mənim dikbaşlığıma görə
vurulmamısınız ki?
— Mən sizi iti ağlınıza görə sevdim.
— Siz onu tam dikbaşlıq adlandıra bilərsiniz. Bəli,
demək olar, belə də vardı. Axı iş bunda idi ki, bütün
ətrafinızdakılann
sizə yanaşmalannda olan lütfkarlıq, diqqətcillik və
yannma sizi bıqdırmışdı. Siz düşüncələrində, gözlərində
və dillərində sizin rəğbətinizi necəsə qazanmaq istəyən
qadınlardan iyrənirdiniz. Mən sizin diqqətinizi və
marağınızı
özümə
məhz
onlara
qətiyyən
bənzəməməyimlə cəlb etdim. Sizin ürəyiniz qızıl
olmasaydı, siz buna görə mənə nifrət edərdiniz. Ancaq nə
qədər öz əsl təbiətinizi gizlətməyə çalışsanız da,
hissləriniz həmişə nəcib və ədalətli idi. Siz qəlbinizdə sizə
səylə qayğı göstərən hər kəsə dərin ikrah bəsləyirdiniz.
Əslində bütün hallan nəzərə alaraq, bu dediklərim mənə
məntiqli görünür. Əlbəttə, mənim əsl məziyyətlərimə siz
şübhə belə etmirsiniz. Ancaq vurulan zaman onlar barədə
düşünmürlər.
— Məgər siz Ceynin Nezerfilddə xəstələndiyi zaman
onun qayğısına şəfqətlə qalaraq öz xeyirxahlığınızı sübut
etməmişdiniz?
downloaded from KitabYurdu.org
507
— Ceyn mələkdir! Onun üçün kim elə etməzdi?
Ancaq qoy bu sizə yaxşılıq kimi görünsün. Mənim yaxşı
keyfiyyətlərim indi sizin himayəniz altındadır və siz
onları bacardığınız qədər çox tərifləməlisiniz. Mənə isə
yaraşan odur ki, cavab olaraq sizinlə
dalaşmaq və sizi cırnatmaq üçün istənilən bəhanəni tapım.
Mən buna ləngimədən girişməyə hazırlaşıram. İcazə
verin, soruşum ki, nə üçün siz uzun müddət qəti eşq
etirafından yayındınız? Sizi ilik ziyarətiniz zamanı və
sonra Binqli ilə bizdə nahar edən vaxt məndən inadla
kənar durmağa nə vadar edirdi? Siz axı özünüzü, xüsusilə
də ilk ziyarətiniz vaxtı elə aparırdınız ki, guya mənimlə
heç bir işiniz yoxdur.
— Sizin əlçatmaz və qaşqabaqlı görkəminiz vardı. Və
siz məni heç nəylə həvəsləndirmirdiniz.
—
Ancaq mən utanırdım axı.
—
Mən də.
—
Siz bizə nahara gələndə mənimlə danışa
bilmirdiniz?
—
Daha az duyğu bəsləyən insan, yəqin ki, danışa
bilərdi.
— Bədbəxtliyə bax. Sizdə hər şeyə məntiqli bəhanələr
tapılır. Mən isə nə qədər dərrakəli oluram ki, onlarla
dərhal razılaşıram. Ancaq maraqlıdır, özünüzə qalsaydı,
eşq etirafını hələ çox təxirə salacaqdınız? Mən özüm bunu
xahiş etməsəydim, nəhayət, siz mənə nə vaxt sevgi etirafı
edəcəkdiniz? Düzdürmü, mənim Lidiyanm xilası üçün
sizə
downloaded from KitabYurdu.org
508
minnətdarlıq etmək barədə qərarım heç də az rol Dostları ilə paylaş: |