O, kimin xoşuna gələ bilər, siz özünüz bilirsiniz!
downloaded from KitabYurdu.org
16
Əvəzində Ceyn
rəqs edəndə, o, elə bil alışıb-yanırdı. Onun kim olduğunu
öyrəndi və rica etdi ki, onu Ceynə təqdim etsinlər və
dərhal ikinci dəfə rəqsə dəvət etdi. Üçüncü rəqsdə o, miss
Kinqlə cüt oldu, dördüncüdə Mariya Lukasla, beşincidə
bir daha Ceynlə, altıncıda Lizzi ilə. O, bulanje rəqsi edirdi.
— Onda mənə qarşı bir damcı mərhəmət olsaydı, —
əri səbirsizliklə onun sözünü kəsdi, — iki dəfə az
oynayardı. Allah xətrinə, daha onun oynadığı xanımları
saymayın. Birinci rəqs zamanı ayağını burxutsaydı, nə
olardı?
— Ah, mənim əzizim, mən ona heyranam! — missis
Bennet davam etdi. — O, qeyri-adi dərəcədə yaraşıqlıdır.
Onun bacılan isə, sadəcə, cazibədardırlar! Mən ömrümdə
bundan zərif geyimlər görməmişəm! Düşünürəm ki,
missis Hörstün paltarının krujevası...
Burada onun nitqi yenidən kəsildi, çünki mister
Bennet geyimlərin təsvirini dinləmək istəmədi. Ona görə
də missis mövzunu dəyişməli oldu, həyəcanlı və
mübaliğəli şəkildə mister Darsinin görünməmiş
arsızlığından danışdı.
— Sizi inandıra bilərəm ki, — o qərarlaşdırdı, — Lizzi
onun zövqünə uyğun olmadığına görə o qədər də çox şey
itirmədi! Bu mənfur adama xoş gəlməyə dəyməz də. Elə
vacib və şişmiş idi, əbəs yerə hamının ondan zəhləsi
getmədi. Ora-bura gəzir, özünü, Allah bilir, nə sanır.
Onunla rəqs etmək üçün kifayət qədər yaraşıqlı deyil!..
İstərdim ki, siz orada olasınız, onu üz- üzə görəsiniz. Bu
downloaded from KitabYurdu.org
17
insana dözə bilmirəm!
IV
FƏSİL
Ceyn və Elizabet tək qalanda, mister Binqli barədə tamam
təmkinli danışan Ceyn ondan necə xoşlandığını bacısına
etiraf etdi.
— O məhz gənc adamın olmalı olduğu
kimidir, — dedi, — ağıllı, mehriban, şən. Mən heç vaxt
belə rahat, bu qədər sərbəst maneralar görməmişəm.
Bununla birlikdə yaxşı tərbiyə aldığı hiss olunur!
— Üstəlik, o yaraşıqlıdır, — Elizabet əlavə etdi, —
əgər ona aid etsək, bu da gənc insanın lehinədir. Bunun
sayəsində onun xasiyyətini tam mükəmməl hesab etmək
olar.
— O məni ikinci dəfə rəqsə dəvət edəndə mən o qədər
qürur duydum! Etiraf edirəm ki, bunu qətiyyən
gözləmirdim.
— Gözləmirdin! Əvəzində sənin yerinə mən
gözləyirdim. Diqqət nəzərləri hər dəfə səni qəfildən tutur,
məni isə — heç vaxt. Bu, aramızdakı fərqlərdən biridir.
Onun səni bir dəfə rəqsə dəvət etməsindən təbii nə ola
bilərdi? Məgər o görmürdümü ki,
zalda ən gözəl qız sənsən? Burada onun nəzakətliliyinə
təəccüblənəcək nə var? Yeri gəlmişkən, o, doğrudan da,
kifayət qədər şirin bir gəncdir. Qoy o sənin xoşuna gəlsin.
Neçə dəfə ondan betərləri xoşuna gəlib.
—
Lizzi, əzizim!
— Sən özün də bilirsən ki, heç kəsdə azacıq da olsa
qüsur fərq etmədən istənilən adamı tərifləməyə
downloaded from KitabYurdu.org
18
meyillisən. Bütün insanlar sənə xeyirxah və gözəl
görünür. Bax, ömründə bir dəfə kiminsə barəsində pis söz
demisən?
— Mən heç kəsi tanımaza-bilməzə mühakimə etmək
istəməzdim. Ancaq həmişə düşündüyümü danışıram axı.
— Bilirəm. Məhz bu məni hər şeydən çox
təəccübləndirir. Sən öz sağlam düşüncənlə ətrafdakıların
zəiflik və axmaqlıqlarını necə fərq etməyə bilərsən?
Adam saxta comərdliyə kifayət qədər tez-tez, az qala hər
addımda rast gəlir. Ancaq səmimi şəkildə, heç bir
yalançılıq və hesablama olmadan hər bir insanda yalnız
yaxşı keyfiyyətləri görmək, üstəlik, onları şişirdərək, pis
heç nə görməmək — buna yalnız sən qadirsən.
Demək, onun bacılan da sənin xoşuna gəlib? Onlar öz
ədaları ilə mister Binqlidən çox fərqlənirlər axı.
— Əlbəttə, ilk baxışdan mühakimə etsək, elədir.
Ancaq onlarla bir qədər söhbət etmək kifayətdir ki, necə
yaxşı qadınlar olduğunu hiss edəsən. Miss Binqli qardaşı
ilə birgə yaşamağa və onun təsərrüfatını idarə etməyə
hazırlaşır. Mənə elə gəlir ki, onun simasında qeyri-adi
dərəcədə xoş bir qonşu tapacağımızı indidən söyləsəm,
yanılmaram.
Elizabet onu diqqətlə dinləyirdi, amma ürəyində
onunla razılaşmırdı. Mister Binqlinin bacılarının baldakı
davranışları
qətiyyən
hamının
bəyənməsinə
hesablanmamışdı. Ceyndən daha çox müşahidəçilik
qabiliyyəti olan, onun qədər sadəlövh və şəxsi
hisslərindən asılı olmayan Elizabet onlara valeh ola
downloaded from KitabYurdu.org
19
bilmirdi. Onlar ovqatları yaxşı olanda hazırcavablıqdan
məhrum deyildilər, niyyətləri olanda xoşa gəlməyi də
bacarırdılar, ancaq eyni zamanda təkəbbürlü və
təşəxxüslü idilər. Onların ikisi də kifayət qədər gözəl
görünürdülər, ən yaxşı özəl pansionlardan birində təhsil
almışdılar, iyirmi min funta sahib idilər və
sərəncamlarında olduğundan daha çox pul
xərcləyirdilər, kübar cəmiyyətdə dolaşmağa vərdiş
etmişdilər, ona görə də özlərini öz şəxsiyyətləri barədə
yüksək, ətrafdakılar haqqında isə aşağı rəy daşımaqda
haqlı sayırdılar. Onlar öz mənşəyini Şimali İngiltərədən
götürən möhtərəm bir ailədə doğulmuşdular. Bu durum
onların yaddaşında öz sərvətlərinə görə ticarətə borclu
olduqlarına nisbətən daha dərin həkk olmuşdu.
Mister Binqlinin atası oğluna yüz min funta yaxın pul
qoyub getmişdi. Sağ olduğu vaxt o, malikanə almağa
hazırlaşırdı, ancaq arzusunu heç cür həyata keçirmədi.
Mister Binqlinin özü ürəyində belə bir niyyət bəsləyirdi,
hətta bir dəfə bu məqsədlə doğma qraflığa səfər də
etmişdi. Ancaq Binqli, ətrafında ovlaqları olan yaxşı bir
evə sahib olandan sonra, onun vecsiz xarakterini bilənlərə
elə gəlirdi ki, Binqli, bütün həyatını Nezerfilddə
keçirəcək, Binqli sülaləsi malikanəsinin yaradılmasını
sonrakı nəslin dönəminə qədər təxirə salacaq.
Bacılan çox istəyirdi ki, o, mülkədar olsun. Ancaq
hələlik o yalnız icarəçi olsa da, miss Binqli onun
masasının arxasında ev sahibəsi rolu oynamaqdan heç
vəchlə imtina etmirdi. Varlı-hallı
downloaded from KitabYurdu.org
20
olmazdan çox, nəsilnəcabətli adama ərə getmiş missis
Hörst özünə münasib olduğu vaxtlarda onun evini öz evi
saymağın əleyhinə deyildi. Binqli Nezerfild parkı barədə
həddi-büluğa çatmasından iki il sonra təsadüfi bir tövsiyə
sayəsində xəbər tutmuşdu. O, yarım saat ərzində evi
dolaşdı, onun yerləşdiyi məkandan və daxili
quruluşundan, eləcə də sahibinin mülkün üstünlükləri
barədə xülasəsindən məmnun qaldı və dərhal oranı
icarəyə götürdü.
Xasiyyətləri arasındakı fərqə baxmayaraq o, Darsi ilə
sıx dost idi. Darsi Binqlini yüngül, açıq və yumşaq
təbiətinə görə qiymətləndirirdi. Bu keyfiyyətlər onun öz
xasiyyəti ilə kəskin ziddiyyət təşkil edirdi və özü də bu
xasiyyətindən qətiyyən məmnun deyildi. Binqli Darsinin
dostluğuna tamamilə güvənirdi, özününkünə nisbətən
onun daha dərin olan mühakimələrinə inanırdı. Binqli
qətiyyən cahil adam olmasa da, Darsi gerçəkdən də ağıllı
idi. Eyni zamanda Darsi qürurlu, qapalı adam idi və onu
məmnun etmək asan deyildi. Onun maneralan yaxşı
tərbiyə almasından xəbər versə də, ətrafda olanlarda ona
qarşı o qədər də güvənc yaratmırdı. Bu xüsusda
onun dostu xeyli üstün idi. Binqli harada olurdusa, orada
özünə dost münasibəti qazanırdı. Darsi isə əksinə, daima
hamını özündən kənara itələyirdi.
Meriton balına hər ikisinin münasibəti səciyyəvi idi.
Binqli həyatı boyunca bu qədər məhrəm cəmiyyət və belə
gözəl qadınlar görməmişdi: hamı ona qarşı mehriban və
qayğıkeş idi, o, heç bir gərginlik hiss etmədi və tezliklə
downloaded from KitabYurdu.org
21
zalda olanların hamısı ilə qaynayıb-qarışdı. Miss Bennetə
gəlincə, o bundan gözəl mələyi təsəvvürünə gətirmirdi.
Darsi əksinə, ətrafında kifayət qədər idbar və büsbütün
zövqsüz kütlə görürdü və onlara azacıq da olsun maraq
göstərmirdi, elə onlardan da diqqət görmürdü. O etiraf
edirdi ki, miss Bennet o qədər də pis deyil, bununla belə,
onun həddindən çox güldüyünü qüsur sayırdı.
Missis Hörst və onun bacılan miss Bennetin belə
səciyyələndirilməsi ilə razılaşmağa hazır idilər, ancaq hər
halda Ceyn onların xoşuna gəlmişdi və onlar onun şirin
bir qız olduğunu elan etdilər və bildirdilər ki, onunla
tanışlığın davam etdirilməsinə qarşı heç bir fikirləri
yoxdur. Beləcə, miss Bennet
şirin qız olaraq qaldı və buna uyğun da mister Binqliyə
onunla ağlının kəsdiyi kimi münasibət qurmağa rüsxət
verildi.
V
FƏSİL
Lonqbornun yaxınlığında Bennetlərin xüsusilə yaxın
münasibət saxladığı bir ailə yaşayırdı. Ser Vilyams Lukas
əvvəllər Meritonda ticarətlə məşğul olmuş, burada
müəyyən var-dövlət qazanmış, eləcə də vaxtilə Meriton
merinin krala xüsusi müraciət ünvanlaması sayəsində
baron titulu ilə təltif olunmuşdu. Sonuncu fərqlənmə ona,
belə görünür ki, çox təsir göstərmişdi. Bu onda öz keçmiş
həyat tərzinə və kiçik ticarət şəhərindəki məşğuliyyətinə
ikrah yaratmışdı. Bununla və o biri ilə üzülüşən ser Lukas
öz ailəsi ilə birlikdə Meritondan bir mil aralıda yerləşən
evə daşınmışdı. O vaxtdan ora “Lukas Loc” adlanırdı. O,
downloaded from KitabYurdu.org
22
burada heç bir işlə məşğul olmasa da, məmnuniyyətlə
şəxsiyyətinin mühümlüyü barədə düşüncələrə dalırdı və
bütün dünyaya münasibətdə ehtiyatlı mövqe sərgiləyirdi.
Aldığı titul onu öz gözündə qaldırmış olsa da, hər halda
onu yekəxana etməmişdi. Əksinə, ser Vilyams
qarşılaşdığı hər kəsə münasibətdə lütfkarlığın və
diqqətcilliyin
təcəssümü idi. Çünki Sent-Ceymsdə saraya məxsusluğu
təbiətcə zərərsiz və mehriban insanı daha da nəzakətli
etmişdi.
Ledi Lukas xoşməcaz qadın idi, missis Bennet üçün
dürüst qonşu olmaqdan ötrü lazımi qədər cahildi. Onun
bir neçə övladı vardı. Onun böyük qızı, 27 yaşlı, ağıllı və
təhsilli qızı Elizabetlə yaxın rəfiqəydi.
Xanım Lukaslar və xanım Bennetlərin bal haqda
danışmaq üçün görüşmələri qaçılmaz idi. Ertəsi gün səhər
birincilər dinləməyə
və danışmağa hazır halda
Lonqbornda peyda oldular.
— Sizin üçün, Şarlotta, gecə pis başlamadı, — missis
Bennet miss Lukasa xitab etdi. — Axı mister Binqli
birinci sizinlə rəqs etdi.
Bəli, ancaq o, ikinci rəqsdə öz xanımı ilə oynamaqdan
daha məmnun idi.
— Siz bunu onun Ceyni bir daha rəqsə dəvət etdiyinə
görə deyirsiniz? Eh, o özünü doğrudan da elə apardı ki,
sanki Ceyn ona sevimli görünüb. Mən hətta bu barədə bir
şeylər eşitdim — təfərrüat yadımda deyil — nəsə mister
Robinsonla bağlıydı.
downloaded from KitabYurdu.org
23
— Bəlkə siz onun mister Robinsonla təsadüfən
eşitdiyim söhbətini deyirsiniz? Məgər onu sizə mən
çatdırmadım? Mister Robinson ondan bizim cəmiyyətin
xoşuna gəlib-gəlmədiyini, bu qədər gözəl xanımların
toplaşdığı zalda onlardan hansından daha çox
xoşlandığını soruşanda o, axırıncı suala dərhal belə cavab
verdi: “Ooo, əlbəttə ki, böyük miss Bennet! Burada iki rəy
ola bilməz!”
— Sözün düzü, kifayət qədər qətiyyətlə deyilib.
Düşünmək olar ki... Ancaq siz bilirsiniz ki, hər şey heç nə
ilə bitə bilər.
— Eliza, sənə baxanda mən daha uğurlu casus idim,
elə deyilmi? — Şarlotta dedi. — Mister Darsi dostu ilə
müqayisədə daha az xoş şeylər danışır. Bədbəxt Eliza!
Sən, heç demə, yalnız “şirin kimi”sən.
— Ümidvaram
ki,
siz
Lizzinin
başına
yeritməyəcəksiniz ki, o, Darsinin bu sözlərindən
inciməlidir? Belə bir çəkilməz insanın xoşuna gəlmək,
sadəcə olaraq, bədbəxtlik olardı. Missis Lonq dünən dedi
ki, mister Darsi onun yanında yanm saat oturub və bütün
bu vaxt ərzində hətta ağzını belə açmayıb.
— Siz buna əminsiniz? — Ceyn soruşdu. — Burada
hansısa anlaşılmazlıq yoxdur ki? Mən yaxşı gördüm ki,
mister Darsi onunla danışırdı.
— Boş şeydir! Missis lap axırda ondan soruşub ki,
Nezerfild onun xoşuna gəlirmi. Beləcə, o da cavab
verməli olub. Xanımın dediyinə görə, Darsi bunu
tamamilə həvəssiz edib.
downloaded from KitabYurdu.org
24
— Miss Binqli mənə dedi ki, — Ceyn qeyd etdi, — o,
yad adamlarla uzun-uzadı söhbətləşməyə dözə bilmir.
Əvəzində yaxın dostları ilə o, qeyri-adi dərəcədə
mehribandır.
— Bax, artıq burada heç bir sözə inanmıram, əzizim.
Əgər o mehriban olmağı bacarsaydı, missis Lonqla
danışardı. Məsələnin məğzi mənə tam aydındır: o,
təkəbbüründən cırılır, orda necəsə onun qulağına çatıb ki,
missis Lonqun karetası yoxdur və o, bala muzdla işləyən
karetada gəlib.
— Mənim vecimə də deyil ki, Darsi missis Lonqla
söhbət etməyib, — Şarlotta dedi. — Ancaq onun Eliza ilə
rəqsdən imtina etməsinə görə üzgünəm.
— Sənin yerində olsam, Lizzi, — anası dedi, — gələn
dəfə mən özüm onun dəvətini qəbul etməkdən imtina
edərdim.
— Düşünürəm ki, mən sizə onunla heç vaxt rəqs
etməməyi vəd edə bilərəm.
— Etiraf edirəm, — miss Lukas dedi, — mister
Darsinin təkəbbürü başqasınmkı ilə müqayisədə mənə
toxunmur. Qürurlu olması üçün onun ciddi əsaslan var.
Bu qədər görkəmli, kübar və varlı gənc insanın özü barədə
yüksək fikirdə olmasına təəccüblənməyə dəyərmi? Belə
demək mümkünsə, onun məğrur olmağa haqqı var.
— Bütün bunlar doğrudur, — Elizabet cavab verdi. —
Mən də onun qürurlu olmasını ona bağışlayardım, əgər o
mənim qürurumu yaralamasaydı.
— Qürur, — həmişə mühakimələrinin dərinliyi ilə
downloaded from KitabYurdu.org
25
fərqlənən Meri müdaxilə etdi, — mənə kifayət qədər
geniş yayılmış çatışmazlıq kimi görünür. Oxuduğum
bütün kitablarda deyilir ki, insan təbiəti ona çox həssasdır.
Aramızda çox az insan öz qəlbində xasiyyətinin həqiqi və
ya uydurma cizgisi ilə bağlı olan mənəm-mənəmlik
hissini bəsləmir. Qürur və qürrə tez-tez sinonim kimi
işlədilsə də, müxtəlif şeylərdir. İnsan qürurlu olar, amma
qürrələnməyə bilər. Qürur daha çox bizim özümüz
barədə qənaətimizlə bağlıdır, qürrə isə başqa insanların
bizim barəmizdə yaratmaqlarını istədiyimiz rəydir.
—
Əgər mən mister Darsi kimi varlı
olsaydım, — Lonqborna bacıları ilə birlikdə gəlmiş gənc
mister Lukas dilləndi, — xüsusilə qürurlanmazdım,
özümə köpək sürüsü alardım, bir də hər gün bir şüşə şərab
açardım!
— Bu halda sən içməli olduğundan daha artıq şərab
içərdin, — missis Bennet etiraz etdi, — mən isə səni bu
işlə məşğul olan yerdə tutsaydım, şərab şüşəsini əlindən
alardım.
Oğlan onunla mübahisəyə girişdi, bildirdi ki, xanım
bunu etməyə cəsarət göstərməzdi, ancaq missis Bennet
sözünün üstündə durdu və bu mübahisə yalnız qonaqların
yola düşməsi ilə kəsildi.
VI
FƏSİL
Lonqborn lediləri tezliklə Nezerfild xanımlannı ziyarət
etdilər. Ziyarət hörmətli bir şəkildə qarşılandı. Böyük
miss Bennetin xoş ədaları missis Hörstdə və miss Binqlidə
ona qarşı rəğbət oyatdı. Xanımlar qızın anasını dözülməz
downloaded from KitabYurdu.org
26
qadın elan edərək, kiçik qızlar barədə söz açılmasını,
ümumiyyətlə, artıq sayaraq, iki böyük qıza eyham etdilər
ki, onlarla daha yaxın tanışlığı arzu edərdilər. Belə diqqət
Ceyni çox sevindirdi. Ancaq onların bütün yerli
cəmiyyətə, hətta onun bacısına yekəxana münasibətini
hələ də hiss edən Elizabet missis Hörstün və miss
Binqlinin müəyyən xoşməramlılığınm, böyük ehtimalla,
mister
Binqlinin
Ceynə
meyilli
olmasından
qaynaqlandığını hesab edərək bu iltifatı olduqca soyuq
qəbul etdi. Əslində, bu meyillilik onları birlikdə görən hər
kəsin nəzərinə çarpırdı. Elizabet üçün də aydın idi ki,
tanışlıqlarının lap başlanğıcında Ceynin mister Binqliyə
olan tutqusu getdikcə daha da güclənəcək və tezliklə qız
ona bütün varlığı ilə vurulacaq. Fəqət
Elizabet məmnunluqla müşahidə edirdi ki, bu vurğunluq
kənar adamlara tezliklə məlum olmayacaq, çünki Ceyn
hisslərinin böyük enerjisini elə bir dəyanət və
gülərüzlülüklə birləşdirmişdi ki, bu onu hər şeylə ifrat
şəkildə maraqlanan tanışların şübhələrindən müdafiə
edəcəkdi. O bu müşahidəsini rəfiqəsi miss Lukasla
bölüşdü.
Şarlotta dedi: - Hisslərini bu kimi durumlarda büruzə
verməmək üçün özünü təmkinli aparmaq, yəqin ki, pis
deyil. Ancaq bu qabiliyyətdə müəyyən təhlükə gizlənə
bilər. Əgər qadın sevib-seçdiyindən xoşlandığını
gizlədirsə, o onu əlində saxlaya bilməməklə riskə gedir.
Onda o, heç kəsin bu macəradan xəbər tutmamasınm onun
üçün zəif təsəlli olduğunu dərk edəcək. Demək olar, hər
downloaded from KitabYurdu.org
27
bir bağlılıq müəyyən dərəcədə minnətdarlığa, ya da
təkəbbürə söykənir və ona etinasız yanaşmaq heç də
təhlükəsiz deyil. Biz hamımız tamamilə təmənnasız
olaraq yüngülcə xoşlanmağa hazırıq - xəfif istək tam
təbiidir. Ancaq hər hansı əvəz olmadan sevmək üçün o
qədər nəcib insan az tapılar. On haldan doqquzunda
qadının gerçəkdə olduğundan daha artıq vurulmuş kimi
görünməsi
daha yaxşıdır. Sənin bacın şübhəsiz ki, Binqlinin xoşuna
gəlir. Buna baxmayaraq o ona açılışmağa kömək etməsə,
bütün bunlar heç nəylə bitə bilər.
— O ona onun xasiyyətinin imkan verdiyi qədər
kömək edir. Məgər o bu qədər diqqətsizdirmi ki, qızın
mənə açıq-aydın görünən meylini fərq etməsin.
— Eliza, unutma ki, Ceynin xasiyyəti sənə məlum
olduğu qədər ona məlum deyil.
— Ancaq qadın kişiyə laqeyddirsə və bu hissini
özündə boğmaq istəmirsə, o bunu fərq etməlidir, ya yox?
— Mümkündür, yalnız o qadınla kifayət qədər vaxt
keçirirsə. Ancaq Binqli və Ceyn kifayət qədər tez-tez
görüşsələr də, heç vaxt uzun müddət təklikdə qalmırlar.
Cəmiyyət arasında görüşərkən, onlar, əlbəttə, bütün
zamanı yalnız bir-birilə danışa bilmirlər. Ona görə də
Ceyn onun diqqətində olduğu hər bir saatdan daha yaxşı
istifadə etməlidir. Binqlinin ürəyi fəth olunandan sonra
qızın onun özünə vurulmaq üçün nə qədər desən, vaxtı
olacaq.
Elizabet cavab verdi: - Tezliklə ərə getmək fürsəti
downloaded from KitabYurdu.org
28
axtaranlar üçün pis plan deyil. Mən varlı ər və ya hər hansı
bir nişanlı əldə etməyi düşünsəydim, yəqin ki, bundan
istifadə edərdim. Ancaq Ceynin duyğulan tamamilə başqa
cürdür. O, hesab qurmur. Hələ də o, nə öz bağlılığının
gücünə, nə də bu sevdanın nə qədər məntiqli, ağlabatan
olduğuna əmin deyil. Onlann tanış olmasından cəmi iki
həftə keçib. O, Meritonla onunla iki rəqs edib, daha sonra
onu bir səhər görüşü boyunca Nezerfilddə görüb. Bundan
sonra onlar daha dörd dəfə böyük ziyafət zamanı birlikdə
nahar ediblər. Bu onun xasiyyətini öyrənə bilməsi üçün
ona kifayət deyil.
— Hər şeyə sənin baxdığın kimi baxılarsa, əlbəttə,
kifayət deyil. Qız onunla yalnız nahar edibsə, o zaman o
yalnız mister Binqlinin iştahası barədə fikir yürüdə bilər.
Ancaq sən unudursan ki, onlar birlikdə dörd axşam
keçiriblər. Dörd axşam isə daha çox şey deməkdir.
— Bəli, bu dörd axşam onlara imkan verdi ki, hər
ikisinin “iyirmi bir” oyununu poker oynamaqdan üstün
tutduğunu
bilsinlər. Fəqət qorxuram ki, xasiyyətlərinin başqa önəmli
cizgilərini açmağa qat-qat az macal ediblər.
— Yaxşı, — Şarlotta dedi, — Ceynə ürəkdən uğurlar
arzu edirəm. O, günü sabah ona ərə getsəydi, hesab
edərdim ki, onun xoşbəxt olmaq şansı gələcək ərinin
xasiyyətini nə dərəcədə öyrənməsindən asılıdır. Nikahda
uğur tamamilə təsadüflərin oyunudur. Tərəflərin qarşılıqlı
meyilləri nə qədər yaxşı məlum olsa da və onlar ilk
baxışdan nə qədər yaxşı uyuşsalar da, bunun ər-arvadm
downloaded from KitabYurdu.org
29
xoşbəxtliyində heç cür təsiri olmur. Zaman keçdikcə
onların arasında qaçılmaz anlaşılmazlıqlar baş qaldırır və
paylarına qəm-kədər düşür. Bu halda həyatını birgə
keçirəcəyin insanın çatışmazlıqlarını mümkün qədər az
bilmək daha yaxşı deyilmi?
— Sən məni mübahisəyə çəkmək istəyirsən, Şarlotta.
Ancaq sənin mülahizələrin tamam cəfəngiyatdır. Özün də Dostları ilə paylaş: |