bunu dərk edirsən. Çətin ki, sən bu mülahizələri öz
həyatın üçün əlində rəhbər tutardın.
Mister Binqli və Ceyn arasındakı münasibətlərə göz
qoyarkən, Elizabet özünün də bir müddətdir onun
dostunun
sürəkli müşahidə predmeti olduğu düşüncəsindən uzaq
idi. Mister Darsi əvvəlcə onun heç də pis olmadığı barədə
rəyi özünə güc-bəla yaxın buraxdı. O, balda ona tamam
biganəliklə baxmışdı. Onlar növbəti dəfə qarşılaşdıqda da
o, qızda yalnız çatışmazlıqları görürdü. Ancaq o özünə və
dostlanna qızın simasında bir düzgün cizginin belə
olmadığını tam sübut edincə, birdənbirə fərq etməyə
başladı ki, onun çöhrəsi qara gözlərinin mənalı baxışları
sayəsində qeyri-adi dərəcədə ilhamvericidir. Bu kəşfin
ardınca az riskli olmayan başqaları da gəldilər. O öz seçici
gözlərilə qızın zahiri görünüşündə onun idealından neçə-
neçə sapıntı olduğunu aşkarlamasına baxmayaraq, hər
halda onun qeyri-adi dərəcədə cazibədar olduğunu etiraf
etməyə məcbur idi. O, Elizabetin davranışlarının kübar
cəmiyyətdə qəbul olunan qaydalardan fərqləndiyini
təsdiqləsə də, bu davranış öz canlı sərbəstliyi ilə mister
downloaded from KitabYurdu.org
30
Darsini ələ alırdı. Elizabet bu barədə heç nə bilmirdi.
Elizabet üçün mister Darsi əvvəlki kimi heç kəsin
ürəyincə olmayan və onunla rəqs edə bilməsi üçün onu
kifayət qədər gözəl saymayan insan olaraq qalırdı.
Darsidə onunla yaxından tanış olmaq arzusu yarandı
və Elizabetlə söhbət etmək üçün bəhanə axtarmaqdan ötrü
o, başqa adamlarla onun söhbətinə qulaq verməyə başladı.
Bu manevrlə qızın diqqətini ona cəlb etdi. Bu, ser Vilyam
Lukasın evində qonaq olarkən baş verdi. Həmin gün onun
evində böyük cəmiyyət toplaşmışdı.
— Mənim polkovnik Forsterlə söhbətimə qulaq asmaq
mister Darsinin nəyinə lazımdır? — O, Şarlottadan
soruşdu.
—
Bu suala yalnız mister Darsi özü cavab verə bilər.
— O bunu etməyi özünə rəva görsə, mən mütləq ona
başa salacağam ki, bu hiylələrinin fərqinə varıram. Onun
çox rişxənd saçan gözləri var və əgər mən özüm onunla
kifayət qədər cəsarətli olmasam, ondan qorxmağa
başlayacağam.
Məhz bu əsnada mister Darsi onlara yaxınlaşdı və
onlarda söhbətə girişmək həvəsi görmədi. Miss Lukas
rəfiqəsini öz niyyətini həyata keçirməyə həvəsləndirməyə
çalışdı. Çağırış təsirini göstərdi və Elizabet ona tərəf
dönərək soruşdu:
— Sizə elə görünmədi ki, mister Darsi, bayaq
polkovnik Forsteri Meritonda bal verməyə inandırarkən
mən kifayət qədər
əsaslı dəlillər gətirdim.
downloaded from KitabYurdu.org
31
— Siz böyük qızğınlıqla danışırdınız. Yeri gəlmişkən,
bu kimi mövzularda hansı ledi alovlu danışmır!
—
Ey, siz bizə qarşı çox sərtsiniz.
— Yaxşı, indi səni də inandırmağı smayaqmı, — miss
Lukas dedi. — Mən çalğı alətini açıram, Eliza, sən isə
bilirsən ki, bunun ardınca nə gəlməlidir.
— Sən qəribə rəfiqəsən, Şarlotta, həmişə məni hər
kəsin və istənilən adamın qarşısında çalmağa və oxumağa
vadar edirsən. Birdən beynimə görkəmli artist olmaq
düşsə, sən əvəzedilməz olardın. Ancaq mən axı buna can
atmıram. Doğrusu, ən yaxşısı odur ki, mən gerçəkdən
yaxşı ifaçılar tanıyan adamların qulağını narahat
etməyim.
Fəqət miss Lukas israr edincə, o:
— Yaxşı, olacağa çarə yoxdur, — dedi və mister
Darsiyə qaşqabaqlı baxaraq əlavə etdi: — Bizim diyarda
köhnə bir qaydanı hələ də xatırlayırlar: danışmaqdansa,
susmaq yaxşıdır. Görünür, mənim razılaşmağım və bu işi
bitirməyim lazımdır.
O, o qədər ustalıqla olmasa da, xoşagələn tərzdə
oxudu.
Bir, ya iki mahnıdan sonra, o, təkrar oxumasına dair xahiş
edən dinləyicilərə nəsə bir cavab verənə qədər bacısı Meri
onu fortepianonun arxasından sıxışdırdı. Meri ailədə
yeganə fəna xasiyyətli qız idi, səylə özünü təkmilləşdirirdi
və özünü göstərməyə həmişə şad idi.
Merinin nə istedadı, nə də zövqü vardı. Təşəxxüs
satmaq azarı onu bu ağır, zəhmətli işə qatlandırmışdı, eyni
downloaded from KitabYurdu.org
32
zamanda ona elə cılız, özündənrazı ədalar təlqin etmişdi
ki, onun ustalıqla ifa etməsini zədələyə bilərdi. Elizabetin
sadə və hünərsiz ifası daha az mükəmməl olsa da,
toplaşanların çox xoşuna gəldi. Ona görə də Lukas
bacıları ilə birgə iki, ya üç zabitlə otağın o biri küncündə
rəqs büsatı quran kiçik bacılarının xahişi ilə şotland və
irland mahnıları çalan Meri uzanmış konsertdən sonra
alqışlar qazanmağa şad idi.
Mister Darsi onların yaxmlığındaydı, onu ağıllı söhbət
imkanından məhrum etmiş belə vaxt keçirmə üzündən
acıqlıydı. O, çox möhkəm düşüncələrə daldığından ser
Vilyams
Lukasm ona yaxınlaşmasını sezmədi. Ser ona bu sözlərlə
xitab etdi:
— Bu, gənclər üçün necə də əla əyləncədir,
doğrudurmu, mister Darsi! Gerçəkdən də rəqslərdən xoş
nə ola bilər? Hesab edirəm ki, rəqslər mədəni cəmiyyətin
ən yüksək nailiyyətlərindən biridir.
— Tamamilə doğrudur, ser. Eyni zamanda o,
mədəniyyətin toxunmadığı cəmiyyətdə də çox geniş
yayılıb. Hər bir vəhşi dingildəməyi bacarır.
Ser Vilyam gülümsədi.
— Sənin dostun, sadəcə, əla rəqs edir, — o, müəyyən
pauzadan sonra, mister Binqlinin rəqs edənlərə
qoşulduğunu görərək davam etdi. — Şübhə etmirəm ki,
siz də, mister Darsi, bizi öz bacarığınızla heyrətləndirə
bilərsiniz.
— Siz, ehtimal ki, ser, mənim Meritonda necə rəqs
downloaded from KitabYurdu.org
33
etdiyimi görmüsünüz.
— Tapdınız, o vaxt mən bundan xeyli zövq almışdım!
Siz SentCeymsdə tez-tez rəqs etməli olursunuz?
—
Heç vaxt, ser.
— Məgər siz bunu kral ailəsinə öz hörmətinizi ifadə
etmək üçün münasib üsul saymırsınız?
— Əgər yayma bilirəmsə, heç bir ailəyə öz hörmətimi
bu üsulla ifadə etmirəm.
—
Sizin paytaxtda öz eviniz var?
Mister Darsi başı ilə təsdiqlədi.
— Bir ara mən də Londonda yerləşməyi düşündüm,
yaxşı cəmiyyəti çox sevirəm! Ancaq etiraf edim ki,
Londonun havasının ledi Lukas üçün zərər olacağından
qorxuram.
O, cavab gözləyərək susdu. Fəqət onun həmsöhbəti
danışığı davam etdirmək fikrində deyildi. Bu məqamda
Elizabet onlara yaxınlaşdı və ser Vilyamsm beyninə
zarafat nümayiş etdirmək fikri gəldi.
— Əziz miss Eliza, necə olub ki, siz rəqs etmirsiniz?
Mister Darsi, mənim tövsiyəmə uyğun olaraq bu
cazibədar ledini rəqsə dəvət etsəniz, mən çox məmnun
olaram. Qarşınızda gözəllik təcəssümü durarkən siz
rəqsdən imtina edə bilməzsiniz, elə deyilmi, mister Darsi.
— O, Elizabetin əlindən yapışaraq onu gözlənilməz halda
özünü bir qədər itirmiş, ancaq bu fürsətdən
istifadə etmək fikrində olan mister Darsinin əli ilə
birləşdirmək istədi. Gözlənilmədən Elizabet büzüldü və
üzünü ser Vilyamsa tutaraq narazı halda səsləndi:
downloaded from KitabYurdu.org
34
— Sizi əmin edirəm ki, ser, mən rəqslərdə iştirak
etməyi tamamilə düşünməmişəm. Doğrusu, özümə
kavaler tapmaq üçün sizə yaxınlaşdığımı güman
edərsinizsə, mən çox məyus olardım.
Mister Darsi ciddi və ədəblə Elizabetdən ona şərəf
verərək rəqs dəvətini qəbul etməyi xahiş etdi. Ancaq əbəs
yerə - qız sözünün üstündə möhkəm dayandı və onu ser
Vilyamsm dilə tutmaq cəhdləri də bir işə yaramadı.
— Siz əla rəqs edirsiniz, miss Eliza, belə gözəl
tamaşadan məni məhrum etməyiniz sizin tərəfinizdən,
sadəcə, amansızlıqdır. Bu centlmen böyük rəqs həvəskarı
olmasa da, onun, əlbəttə, bizə bu qədər asanlıqla böyük
xidmət göstərməyə qarşı etirazı ola bilməz.
— Mister Darsi nəzakətin özüdür! — Elizabet gülə-
gülə dedi.
— Əlbəttə, bu belədir. Ancaq onun səbəblərini nəzərə
alsaq, əziz miss Eliza, buna təəccüblənmək olmaz. Belə
bir cazibədar xanımla rəqs etməkdən kim xoşbəxt
olmazdı?
Elizabet hiyləgər təbəssümlə onlardan kənarlaşdı.
Elizabetin imtinası mister Darsinin gözündə onu
zədələmədi və o, qız barədə iltifatla düşünməkdəykən
miss Binqli ona yanaşdı:
—
İstəyirsiniz, nə barədə düşündüyünüzü tapım?
—
Əminəm ki, bu sənə müyəssər olmayacaq.
— Siz düşünürsünüz ki, belə bir camiədə bir-birinin
ardınca bu sayaq axşamlar keçirmək necə də dözülməzdir.
Mən də sizinlə tamamilə razıyam. Həyatımda belə
downloaded from KitabYurdu.org
35
danxmamışam!
Özlərini
göstərmək
üçün
dəridənqabıqdan çıxırlar. Bu insanlarda nə qədər puçluq,
eyni zamanda təkəbbür var. Sizin sonradan onların
barəsində nə danışacağınızı eşitmək üçün nələr
verməzdim.
— İnanın ki, bu dəfə təxmin etmədiniz. Mən qat-qat
daha xoş şeylər barədə düşünürdüm: tutaq ki, füsunkar
qadının gözəl gözlərində nə qədər cazibə olduğu barədə.
Miss Binqli gözünü ona zilləyərək tələb etdi ki, o onu
belə fikirlərə daldırmaq şərəfinə nail olan ledinin
kimliyini açıb desin. Mister Darsi azacıq da olsa utanıb-
sıxılmadan cavab verdi:
—
Miss Elizabet Bennet.
—
Miss Elizabet Bennet? — miss Binqli təkrar
etdi. — Etiraf edim ki, qəlbimin dərinliyinə qədər
heyrətləndim! O, belə üstün sayılmadan çoxdanmı
faydalanır? Sizə xoşbəxtlik arzulamağa tezlikləmi icazə
verəcəksiniz?
— Mən sizdən məhz bu sualı gözləyirdim. Qadın
təxəyyülünün hansı sürəti var! O, bir dəqiqənin içində adi
xoşlanmaqdan sevgiyə, sevgidən isə nikaha sıçrayır. Mən
elə də bilirdim ki, siz mənə səadət arzulayacaqsınız.
— Nə isə, siz ciddi danışırsınızsa, mən məsələni həll
olunmuş sayacağam. Sizin füsunkar qayınananız olacaq
və əlbəttə ki, sizinlə Pemberlidə yerləşəcək.
Mister Darsi onun bu cür ələ salıb əylənməsini tam
etinasızlıqla dinləyirdi. Onun bu sayaq sakitliyi ledini
əslində həyəcanlanmaq üçün bir səbəb olmadığına əmin
downloaded from KitabYurdu.org
36
etdi və o bu
növdən olan hazırcavablığını kifayət qədər uzun müddət
uzadaraq davam etdirdi.
VII
FƏSİL
Mister Bennetin, demək olar, bütün əmlakı ona ildə iki
min funt gəlir gətirən mülkdən ibarət idi. Onun qızlarının
bədbəxtliyindən, mülk kişi xətti ilə vərəsəliyə keçirdi və
ailədə kişi cinsindən övlad olmadığı üçün mister Bennetin
ölümündən sonra əmlak onun uzaq qohumunun
sərəncamına keçirdi. Missis Bennetin hazırkı durumda
qaneedici olan vəsaiti heç bir şəkildə mülkün gələcəkdəki
mümkün itirilməsinin yerini doldura bilməzdi. Sağlığında
Meritonda vəkil işləyən atası ona cəmi dörd min funt
qoyub getmişdi.
Onun bacısı atasının keçmiş kargüzan mister Filipə
ərə getmiş, o isə qayınatasının kontorunu miras almışdı.
Missis Bennetin qardaşı Londonda yaşayır, sağlam ticarət
işi ilə məşğul olurdu.
Lonqborn kəndi Meritondan cəmi bir mil aralıda
yerləşirdi və bu məsafə Bennetin qızları üçün olduqca
münasib idi. Onlar adətən həftədə üç-dörd dəfə xalalarına
qayğı-diqqət göstərmək,
eyni zamanda yolüstü dəbli dükanlan gəzmək üçün
Meritona gedirdilər. Xüsusilə bu cür aradan çıxmaları iki
kiçik qız, Ketrin və Lidiya həyata keçirirdi. Bacıların
içində daha yüngülxasiyyətliləri olan bu qızların ən yaxşı
bacardıqlan iş səhər yeməyindən sonra əylənmək və
yuxudan qabaq laqqırtı vurmaq üçün xəbər ehtiyatı
downloaded from KitabYurdu.org
37
tutmaq üçün mütləq Meritonda olmaq idi. Yaşadıqları
rayon xəbərlər baxımından nə qədər kasad olsa da, onlar
həmişə xalalarından diqqətlərinə layiq nələrisə öyrənə
bilirdilər. Hazırda onlar milis polkunun Meriton ətrafında
qışlamaq üçün yerləşdirilməsi və zabitlərin şəhərcikdə
məskunlaşması sayəsində xəbər qıtlığı çəkmirdilər.
İndi ziyarət zamanı missis Filips çoxlu maraqlı
xəbərlər danışırdı. Hər gün zabitlərin adlan və onlann
arasındakı münasibətlərə dair yeni məlumatlar gəlirdi.
Zabitlərin yaşadığı mənzillər uzun müddət naməlum
qalmadı və tezliklə onların sakinləri ilə tanışlıqlar
quruldu. Mister Filips hər bir zabiti ziyarət etdi və
beləliklə, baldızının qızlan üçün əvvəlki həyat sevincləri
ilə müqayisəolunmaz yeni xoşbəxtlik qaynağı açdı. Onlar
zabitlərdən başqa heç bir şey haqqında danışa
bilmirdilər. Hətta adı istənilən vaxt çəkiləndə analarının
çox həyəcanlandığı mister Binqlinin bütün varidatı
onların gözündə gizir mundiri ilə müqayisədə qara qəpik
dəyərində deyildi.
Bir dəfə bu sayaq laqqırtını eşidən mister Bennet
sözarası qeyd edirmiş kimi dedi:
— Sizin mühakimələrinizdən başa düşdüm ki, siz bu
krallıqda ən səfeh iki qızcığaz sayıla bilərsiniz. Belə bir
fikir mənim ağlıma əvvəllər də gəlmişdi. Ancaq indi mən
buna daha qətiyyətlə əmin oldum.
Ketrin utandı və susdu, amma Lidiya bu sözlərə fikir
vermədən kapitan Karterə valeh olduğunu və sabah
Londona yol düşməsindən əvvəl onu bir daha görmək
downloaded from KitabYurdu.org
38
istədiyini danışmaqda davam etdi.
— Əzizim, məni təəccübləndirir ki, siz övladlarınızın
inkişafı barədə bu cür saymazyana mühakimə
yürüdürsünüz,
— missis Bennet dedi. — Mən kiminsə uşaqlarının
ləyaqətinə şübhə etsəm də, hər halda bu öz övladlarım
sandan olmazdı.
— Əgər mənim övladlanm səfehdirlərsə, istərdim ki,
ən azı onlara münasibətdə boşuna ümid bəsləməyim.
—
Xoşbəxtlikdən,
onlar
qeyri-adi
dərəcədə
ağıllıdırlar!
— Ümidvaram ki, fikirlərimiz yalnız bu məsələdə
ayrılır. Çox gözəl olardı ki, baxışlarımız büsbütün üst-üstə
düşəydi. Ancaq hələlik, təəssüf ki, iki kiçik qızımızın
dürüst abdal olduqlarını görürəm.
— Əziz mister Bennet, gənc qızlardan tələb etmək
olmaz ki, onlar atalan və anaları kimi ağıllı olsunlar.
Bizim yaşımıza çatanda onlar, yəqin ki, zabitlər barədə
bizdən artıq düşünməyəcəklər. Yaxşı yadıma gəlir ki, bir
vaxtlar qırmızı mundirlər necə xoşuma gəlirdi, etiraf
edirəm, ürəyimin dərinliyində indi də onlara biganə
deyiləm. Əgər hər hansı bir ildə altı min funt qazanan gənc
və yaraşıqlı polkovnik qızlarıma elçi düşsəydi, əmin
edirəm ki, ona imtina cavabı verə bilməzdim. Srağagün
axşam ser Vilyamgildə parad əlbisəsi geymiş polkovnik
Forster çox xoşuma gəldi!
— Ah, ana! — Lidiya səsləndi. — Xalam deyir ki,
polkovnik Forster və kapitan Karter artıq miss
downloaded from KitabYurdu.org
39
Uotsongildə o qədər də tez- tez olmurlar. İndi o onları tez-
tez Klarkm kitabxanasında görür.
Missis Bennetin cavab verməsinə onun böyük qızma
məktub gətirən qasidin görünməsi mane oldu. Məktub
Nezerfilddən göndərilmişdi və onu gətirən nökər cavab
gözləyirdi. Missis Bennetin gözləri sevincdən parıldadı və
Ceyn məktuba baxana qədər o, qızını səbirsizliklə suala
tutdu:
— Ah, Ceyn, məktub kimdəndir? Nə var orda? O sənə
nə yazıb? Tez ol, Ceyn, tez ol, danış görək, əzizim!
— Məktub miss Binqlidəndir, — Ceyn dedi və
məktubu ucadan oxudu:
“Mənim əzizim, əgər Siz bu gün mərhəmət etməyərək
Luiza və mənimlə birlikdə nahar etməyə razılaşmasanız,
biz ikimiz bir-birimizə ömür boyu nifrət edə bilərik, çünki
iki qadının bütün gün ərzində “tet-atet” olması heç vaxt
qovğasız ötüşmür. Mümkün olduğu qədər tez gəlin.
Mənim qardaşını və onun dostlai'i zabitlərlə nahar edir.
Həmişəlik sizin
Kerolayn Binqli”.
— Zabitlərlə! — Lidiya dilləndi. — Necə olub ki,
xalam bu barədə heç nə deməyib?
— Başqa yerdə nahar edirlər? — missis Bennet dedi.
— Necə bir sıxıntı!
—
Mən arabanı istifadə edə bilərəm? — Ceyn
soruşdu.
— Yox, əzizim, ən yaxşısı odur ki, atı min get. Yağış
gəlir və sən orada gecələməli olacaqsan.
downloaded from KitabYurdu.org
40
— Pis düşünülməyib! — Elizabet dedi. — Yalnız ev
sahiblərinin özlərinin onu evə gətirməyəcəklərinə
əminsinizsə...
— Ancaq mister Binqlinin karetası kişilərlə Meritonda
olacaq axı. Hörstlərdə isə at yerli-dibli yoxdur.
—
Hər necə olsa da, mən araba ilə getmək istərdim.
— Əzizciyim, əminəm ki, atan atlan verə bilməyəcək.
Onlar fermadakı işlər üçün lazımdır, doğrudurmu, mister
Bennet?
— Atlan bu işdən ötrü əldə etməyə nisbətən, onlar
fermadakı işlər üçün daha çox lazım olur.
— Əgər siz onları bu gün orada istifadə etsəniz, anam
məmnun olacaq, — Elizabet dedi.
Axırda mister Bennetdən atların məşğul olması barədə
təsdiqləmə alınmasına nail olundu.
Ceyn ona görə ata süvar olub getməli oldu və anası
məmnun görkəmlə havanın pisləşəcəyi barədə öncəgörmə
verərək onu darvazanın ağzına qədər ötürdü. Bu gümanlar
tamamilə doğruldu: Ceyn evdən çıxan kimi, bacılarının
narahatlığına səbəb olan, anasını isə fövqəladə dərəcədə
sevindirən leysan yağış yağmağa başladı. Yağış bütün
axşamı ara vermədən yağdı, beləliklə, Ceynin
qayıdacağından söhbət belə gedə bilməzdi.
— Necə də yaxşı fikirləşdim! — missis Bennet
dəfələrlə qeyd etdi, sanki o təkcə öncədən yağış
yağacağını deməyib, eləcə də havanın pisləşməsini özü
təşkil edib. Fəqət yalnız ertəsi gün səhər o öz düşüncəsinin
möhtəşəmliyini bütünlüklə dəyərləndirə bildi. Səhər
downloaded from KitabYurdu.org
41
yeməyi bitmək üzrəydi ki, nökər Nezerfilddən Elizabetə
ünvanlanmış növbəti məktubu gətirdi.
“ƏzizLizzi,
Bu gün səhər mən özümü çox pis hiss etdim - güman
ki, dünən əməllibaşlı islanmağımdandır. Bizim yaxşı
dostlarımız bir az yaxşılaşmasam, qayıtmağını barədə
eşitmək belə istəmirlər. Onlar israr edirlər ki, mister Cons
məni müayinə
etsin - ona görə də eşitsəniz ki, o mənə baxmağa gəlib,
narahat olmayın. Məndə yalnız başağrısı var, bir də azca
boğazını gəlib.
Sənin və sair və ilaxır”
— Yaxşı, əzizim, — mister Bennet Elizabetin
məktubu hündürdən oxumasından sonra arvadına xitab
etdi, — sizin qızınız ciddi şəkildə xəstələnsə və ola bilər
ki, ölsə, bunun sənin təlimatların üzrə mister Binqlinin
dalınca düşməsi zamanı baş verdiyini bilmək necə bir
təsəlli olacaq.
— Mən onun həyatı üçün qorxmuram. Soyuqlamadan
ölən olmur! Ona yaxşı baxacaqlar və nə qədər ki o,
oradadır, ona pis heç nə olmayacaq. Əgər ekipajı
götürmək olsaydı, mən ona baş çəkərdim.
Gerçəkdən
həyəcanlanmış
Elizabet
bacısını
yoluxmağı qərara aldı. Ekipaj olmadığına və o, at minə
bilmədiyinə görə onun Nezerfildə piyada yollanmaqdan
başqa yolu qalmamışdı. O, bu niyyətini bildirdi.
— Sən dəli olmusan, — anası səsləndi, — bu palçıqda
piyada getmək?! Sən ora çatanda heç sənə baxmaq belə
downloaded from KitabYurdu.org
42
mümkün olmayacaq.
— Əvəzində mən Ceynə baxa bilərəm, mənə lazım
olan hər şey budur.
—
Bəlkə Lizzi, hər halda atlann dalınca adam
göndərək?
— atası soruşdu.
— Yox, həqiqətən, lazım deyil. Mən hətta yeriməkdən
şad olacağam. Adamın qarşısında müəyyən məqsəd
duranda məsafəni hiss etmir. Buradan oraya olsa-olsa üç
mil yoldur. Nahara qədər evdə olaram.
— Yaxın adama kömək etməyə hazır olmağına
heyranam, Meri dedi. — Ancaq hər bir qəlb çırpıntısını
ağıl-kamalla yoxlamaq lazımdır. Düşünürəm ki, hər işdə
tələb olunan fəaliyyətə uyğun güc sərf etmək lazımdır.
— İstəyirsənsə, Meritona qədər birlikdə gedək? —
Ketrin və Lidiya təklif etdilər.
Elizabet razılaşdı və üç qız evdən eyni zamanda çıxdı.
— Əgər tələssək, — yolda Lidiya dedi, — bəlkə də
kapitan Karteri yola düşməzdən qabaq tapa bilərik.
Meritonda onlar ayrıldılar. Kiçik bacılar zabitlərdən
birinin arvadının yanma yollandı, Elizabet irəliyə doğru
tez-tez addımladı, ta Nezerfildin özünə çatana qədər
sahələri bir- birinin ardınca keçdi, təpələri tələsərək
adladı, xəndəklərdən tullanaraq getdi. Nəhayət, yorulmuş
halda palçığa batmış corablan və piyada yeriməkdən
alışıb-yanan çöhrəsi ilə mənzil başına yetdi.
Onu Ceyn istisna olmaqla Nezerfild camiəsinin
toplaşdığı səhər yeməyi otağına apardılar. Elizabetin
downloaded from KitabYurdu.org
43
gəlişinə görə hamı xeyli təəccüblənmişdi. Onun səhərin
erkən çağında, belə bir havada, həm də təkbaşına bütöv üç
Dostları ilə paylaş: |