Bu vaxt onlar digər cığırla addımlayan Elizabetlə və
missis Hörstlə qarşılaşdılar.
— Mən bilmirdim ki, siz gəzintiyə çıxmağa
hazırlaşırsınız! — sözlərinin eşidilmiş ola biləcəyindən
bir qədər narahat olan missis Binqli səsləndi.
— Sizə ayıb deyilmi! Sakitcə evdən qaçmısınız, —
missis Hörst cavab verdi.
O, Darsinin boş qalmış qoluna girərək, Elizabetin
bundan belə tək hərəkət etməsinə imkan yaratdı, - cığırın
eni üç adamın yanaşı getməsinə həmin bəs edirdi. Mister
Darsi bu ədəbsizliyi görüb dərhal dedi:
— Bu cığır bizim kampaniya üçün kifayət qədər enli
deyil. Gəlin xiyabana çıxaq.
Ancaq onlardan ayrılmağı çox istəyən Elizabet şən
halda cavab verdi:
downloaded from KitabYurdu.org
71
— Yox, yox, lütfən, siz qalın! Siz qeyri-adi dərəcədə
gözəl qrup yaradırsınız. Əgər dördüncü adam sizə
qoşulsa, harmoniya pozulacaq. Xudahafiz!
O, sevincək halda, bir-iki gündən sonra, nəhayət,
evlərinə qayıda biləcəyindən xatircəm ola-ola onlardan
qaçıb uzaqlaşdı. Ceyn özünü o qədər yaxşı hiss edirdi ki,
artıq həmin axşam öz otağını qısa müddətə olsa da tərk
etməyə hazırlaşırdı.
XI
FƏSİL
Qadınlar nahardan sonra masa arxasından durduqda
Elizabet Ceynin yanına qalxdı və onu yaxşı bürüyərək,
onunla birgə qonaq otağına endi. Ceyni burada rəfiqələri
sevincli hay-küylə qarşıladı. Mister Binqlinin bacılan ilə
tanışlığından bəri Elizabet onları kişilərin gəlməsini
gözlədikləri həmin bir saat ərzində olduğu qədər heç vaxt
belə mehriban görməmişdi. Onlar möhtəşəm şəkildə
söhbətə qoşulur, hansısa əyləncəni təfərrüatı ilə təsvir edə,
gülməli lətifələr danışa, tanışlarından kimisə həvəslə ələ
sala bilirdilər.
Fəqət kişilər peyda olanda Ceyn dərhal ikinci plana
keçdi, miss Binqlinin nəzərləri Darsinin üzərində dayandı
və o, bir neçə addım atmağa macal tapmamış, artıq miss
Binqlinin ona deməyə sözü vardı. Ceynə yaxınlaşan Darsi
nəzakətlə onu sağalması münasibətilə təbrik etdi. Mister
Hörst də yüngülcə ona təzim etdi və “çox şadam” kimi bir
şey mızıldandı. Əvəzində Binqlinin təbriki qızğın və uzun
oldu. Onun sözləri
qayğı və məmnunluqla zəngin idi. İlkyanm saatı o, Ceynə
downloaded from KitabYurdu.org
72
soyuq olmaması üçün divar sobasında od qalamağa həsr
etdi. Binqlinin təkidi ilə o, qapıdan uzaq olmaqdan ötrü
sobanın yaxınlığındakı kresloya keçdi. Sonra Binqli
Ceynin yaxınlığında əyləşdi və bütün axşam boyunca,
demək olar, yalnız onunla danışdı. Qarşı küncdə oturaraq
tikişlə məşğul olan Elizabet Binqlinin bütün
narahatlıqlarını böyük məmnuniyyətlə izləyirdi.
Çay dəstgahmdan sonra mister Hörst əbəs yerə miss
Binqliyə kart masası barədə xatırlatma etməyə cəhd
göstərdi. Kerolayn mister Darsinin kart oynamaq
arzusunun olmadığını qəti şəkildə bilirdi. Mister Hörstün
hündür səslə etdiyi müraciəti toplaşanların hamısı rədd
etdi. Miss Binqli ona cavab verdi ki, heç kəsin oynamaq
həvəsi yoxdur. Bu, ümumi susqunluqla təsdiqləndiyindən
mister Hörstün divanda uzanmaqdan başqa işi qalmadı və
tezliklə yuxuya getdi. Darsi əlinə kitab götürdü, miss
Binqli də eyni şeyi etdi, miss Hörst isə öz qolbaq və
üzüklərini yığışdırmaqla, hərdən də qardaşıyla Ceynin
söhbətinə söz qatmaqla məşğul idi.
Miss Binqlinin diqqəti eyni dərəcədə həm oxuduğu
kitaba, həm də mister Darsinin kitab oxumasını müşahidə
etməyə bölünmüşdü. Miss elə hey ondan nəsə soruşurdu
və qarşısındakı kitabın açıq səhifəsinə baxırdı. Ancaq
Darsini söhbətə cəlb etmək ona müyəssər olmadı; o,
suallara qısa cavablar verirdi və oxumaqda davam edirdi.
Nəhayət, yalnız Darsinin oxuduğu kitabla yanaşı
durduğuna görə seçdiyi kitaba əbəs yerə fikrini
cəmləşdirməyə çalışmaqdan yorulmuş miss Binqli geniş-
downloaded from KitabYurdu.org
73
geniş əsnəyərək dedi:
— Axşamı belə keçirmək çox xoşdur! Açıq desək,
mən mütaliəyə bənzər həzz tanımıram. Hər bir başqa
məşğuliyyətdən çox tez yorulursan. Öz evim olanda,
yaxşı kitabxanam olmasa, mən özümü bədbəxt hiss
edəcəyəm.
Heç kəs cavab vermədi. O, bir daha əsnədi, kitabı bir
tərəfə tulladı və hansısa başqa bir əyləncə tapmaq üçün
otağa göz gəzdirdi. Qardaşının miss Bennetlə bal barədə
danışdığını eşidən Kerolayn qəflətən ona tərəf dönərək
dedi:
— Yeri gəlmişkən, Çarlz, sən gerçəkdən də
Nezerfilddə rəqs təşkil etmək niyyətindəsən? Belə bir
qərar qəbul etməzdən öncə,
mən sənə məsləhət görərdim ki, otaqda olanların buna
münasibətini öyrənəsən. Düşünürəm ki, bizim aramızda o
balı zövqünə uyğun saymayan kiminsə tapılacağını
desəm, səhv etmiş olmaram.
Sən, görünür, Darsini nəzərdə tutursan, - mister Binqli
cavab verdi. - Yaxşı, ona uyğundursa, o, yatmağa gedə
bilər. Balın özünə gəlincə isə, bu, artıq həll edilmiş
məsələdir. Hər kəs hazır olan kimi, Nikols kifayət qədər
ağ şorba hazırlayacaq və mən ləngimədən dəvətnamələri
göndərəcəyəm.
— Mən balı daha çox sevərdim, onlar başqa cür təşkil
olunsaydı, — miss Binqli dedi. — İndiki ballar dözülməz
dərəcədə cansıxıcıdır. Bal zamanı rəqslər ciddi söhbətlə
əvəz olunsaydı, bu daha məntiqli olardı.
downloaded from KitabYurdu.org
74
— Əlbəttə, daha ağıllı olardı, əzizim. Ancaq
çəkinmədən deyim, bu, çətin ki, bala oxşayardı.
Miss Binqli cavab verməyə endirmədən tezliklə
qalxdı və otaqda gəzişməyə başladı. Onun incə qədd-
qaməti və gözəl yerişi vardı. Ancaq bu keyfiyyətlərin
nümayişinin ünvanlandığı
Darsi əvvəlki kimi mütaliəyə dalmışdı. Çarəsizlikdən o,
daha bir dəfə manevr etdi və Elizabetə tərəf dönərək dedi:
— Miss Eliza Bennet, icazə verin sizə mənim
nümunəmə riayət etməyi və bir azca gəzişməyi təklif
edim. Sizi əmin edirəm ki, uzun müddət bir yerdə
oturandan sonra bu, adamı gümrahlaşdınr.
Elizabet təəccübləndi, ancaq onun xahişini yerə
salmadı. Miss Binqli öz manevrlərinin əsl mahiyyətinə
münasibətdə uğur qazandı. Darsi gözlərini qaldırdı. Miss
Binqlinin bu ünvana diqqətinin təzahürü nəinki Elizabetin
özü üçün, hətta Darsi üçün də yenilik idi. O, qeyri-iradi
şəkildə kitabı qapadı. Qızlar dərhal ona onların
kampaniyasına qoşulmağı təklif etdilər, ancaq o, imtina
etdi. Onun sözlərinə görə, otaqda gəzişmək yalnız iki
səbəbdən ola bilər və hər iki halda onun iştirakı onlar üçün
maneə törədərdi.
— O, bununla nə demək istəyirdi? O, Darsinin nəyi
nəzərdə tutduğunu öyrənmək arzusu ilə əldən gedir” —
Miss Binqli Elizabetə müraciət edərək, soruşdu ki, o bu
sözlərin nə məna daşıdığını təxmin edirmi.
— Əlbəttə, yox, — Elizabet cavab verdi. — Ancaq
əmin ola bilərsiniz ki, o, nəyləsə bizi incitmək istədi.
downloaded from KitabYurdu.org
75
Mister Darsini məyus etməyin ən etibarlı üsulu bu barədə
ondan heç nə soruşmamaqdır.
Fəqət miss Binqli hər nə olsa belə, mister Darsini
məyus edə bilməzdi. Ona görə də o, Darsinin sözlərindəki
gizli mənanın onlara izah edilməsi üçün israr etdi.
— Heç bir etirazım yoxdur, — ona danışmaq imkanı
verilən kimi mister Darsi dedi. — Siz bu cür vaxt
keçirmək növünü seçərkən göstərdiniz ki, ya bir-birinə
tam etibar edirsiniz və hansısa sirri bölüşməlisiniz, ya da
gəzişərkən çox gözəl göründüyünüzü düşünürsüz. Birinci
halda mən sizə mane olardım, ikinci halda isə mən
sobanın yanında oturaraq böyük uğurla sizə heyran ola
bilərəm.
— Dəhşətə bax! — miss Binqli səsləndi. — Mən
həyatımda heç vaxt bundan daha utanmaz sözlər
eşitməmişəm. Biz onu bu sözlərinə görə necə
cəzalandıraq?
— Gerçəkdən istəyəndən sonra bundan da asan iş
yoxdur, — Elizabet dedi. — Biz hamımız bir-birimizi
asanlıqla
incidə bilərik. Onu cırnadın, ələ salın. Siz ki, yaxın
dostlarsınız, onun zəif yerlərini bilməlisiniz.
— Sözün düzü, bilmirəm. Sizi inandınram ki, bizim
tanışlıq mənə bunu öyrətmədi. Soyuqqanlılığın və praktik
zəkanın özünü cırnatmaq! Yox, yox, hiss edirəm ki,
bundan bir şey çıxmayacaq. İstəmirik axı heç bir səbəbsiz
gülərək səfeh görünək. Ah, yox, mister Darsi arxayın ola
bilər.
downloaded from KitabYurdu.org
76
— Məgər mister Darsiyə istehza etmək olmaz? —
Elizabet təəccübləndi. — Çox nadir üstünlükdür! O qədər
nadirdir ki, ümid edirəm, müstəsna hal kimi qalacaq. Əgər
mənim bu cür tanışlarım çox olsaydı, mənə pis olardı —
mən zarafatı çox sevirəm.
— Təəssüf ki, mən missi Binqlinin mənə aid etdiyi
kimi dişbatmaz deyiləm. Müdrik və əlahəzrət insanlar,
yox, onların müdrik və alicənab hərəkətlərini həyatda
istehzanı əsas sayanlar lağa qoya bilər.
—
Əlbəttə, belə insanlar olur, — Elizabet dedi.
— Ümidvaram ki, mən onların cərgəsinə aid deyiləm.
Mənə elə gəlir ki, mən heç vaxt müdriklik və alicənablığa
lağ etməmişəm.
Axmaqlıq, qəribəlik, şıltaqlıq, qeyri-ardıcıllıq mənə
gülünc görünür və nə vaxt nəsib olursa, onlara gülürəm.
Ancaq belə görürəm ki, siz bu kimi keyfiyyətlərdən
tamamilə məhrumsunuz.
— Bunu, yəqin ki, heç kimin barəsində demək olmaz.
Ancaq öz həyatım boyunca mən hətta ağıllı adamı da
gülünc edə biləcək çatışmazlıqlarımdan qurtulmaq üçün
xeyli zəhmət çəkmişəm.
—
Məsələn,
qürur
və
qürrələnmək
kimi
çatışmazlıqlardan?
— Bəli, qürrələnmək, doğrudan da, çatışmazlıqdır.
Ancaq qürur... Yaxşı, gerçəkdən ağlı olan şəxs həmişə
qüruru lazımi həddə saxlaya bilər.
Elizabet gülüşünü gizlətmək üçün üzünü döndərdi.
— Siz sanki mister Darsinin xasiyyətindən baş açmağa
downloaded from KitabYurdu.org
77
macal tapdınız, eləmi? — miss Binqli soruşdu. — Sizin
rəyinizi bilmək istərdim.
— Yaxşı, mən mister Darsinin naqisliklərdən azad
olduğuna tamamilə əmin oldum. Bunu o özü də gizlətmir.
— Mən bu cür iddialar dilə gətirmədim, — Darsi
cavab verdi. — Zəifliklər məndə kifayət qədərdir. Mən
yalnız ona ümid edirəm ki, ağlım onlardan xilas olub. Öz
xasiyyətim barədə isə təminat verə bilmərəm. Ola bilər,
mən kifayət qədər yumşaq deyiləm — ən azı ətrafımda
olanların rahatlığı baxımından.
— Mən yaxın adamların axmaqlıq və qüsurlarını,
məni incidənləri unutmadığım kimi tezliklə unuda
bilmirəm. Mənə toxunmaq istədikləri vaxt ağzımı ayırıb
baxa bilmirəm. Yəqin ki, məni dəymədüşər adlandırmaq
olar. Əgər bir adam mənim ona olan hörmətimi itirirsə, o
zaman həmişəlik itirir.
— Bax, bu, doğrudan da, ciddi qüsurdur! — Elizabet
səsləndi. — İfrat inciklik, sözsüz ki, mənfi xasiyyət
cizgisidir. Ancaq siz öz qüsurunuzu uğurlu seçmisiz. Ona
rişxənd etməyə qabil deyiləm. Məndən çəkinməyə
bilərsiniz.
— Yəqin ki, hansısa bir çatışmazlığa meyillilik hər bir
insana xasdır, — fitri zəiflik hətta əla tərbiyə ilə də dəf
edilə bilməz.
—
Sizin zəifliyiniz insanlara nifrət etməyə hazır
olmaqdır.
— Sizinki isə, — Darsi təbəssümlə cavab verdi, —
onlan bilərəkdən başa düşməməkdir.
downloaded from KitabYurdu.org
78
— Mən bir qədər musiqi dinləmək istəyirəm, — miss
Binqli iştirak etmədiyi söhbətə qulaq asmaqdan usanaraq
dedi. — Luiza, ərini oyatsam, sən hirslənməzsən ki?
Onun bacısının buna heç bir etirazı olmadı və
Kerolayn fortepianonun qapağını qaldırdı. Dərindən
düşünən Darsi Elizabetə həddindən çox vaxt ayırdığını
hiss etsə də, buna təəssüflənmədi.
XII FƏSİL
Bacılar öz aralarında şərtləşdikləri kimi, ertəsi gün səhər
Elizabet anasına məktub yazıb göndərdi ki, onların
arxasınca ekipaj göndərsinlər. Ancaq qızının Nezerfilddə
həftənin ikinci gününə qədər, yəni bir həftə qalmasına
ümid edən missis Bennet onun daha tez gəlməyə
hazırlaşmasından heç bir məmnunluq duymadı. Ona görə
də onun cavabı az əlverişli oldu - ən azı səbirsizliklə evə
qayıdacağını gözləyən Elizabet üçün. Məktubda deyilirdi
ki, missis Bennet çətin ki, ikinci gündən tez ekipaj
göndərə bilər. Məktubun sözardı hissəsində qeyd
olunurdu ki, əgər mister Binqli və onun bacıları Ceyn və
Elizabet qalmaq üçün dilə tutsalar, o, böyük qızları
olmadan daha uzun müddət keçinə bilər. Ancaq Elizabet
ləngimək haqda düşünmək belə istəmirdi - o, hətta tam
əmin deyildi ki, onlardan qalmağı xahiş edəcəklər.
Əksinə, necə görünsə belə, onların Binqlilərdə qalmasının
uzanmasından çəkinərək, o, Ceyni tovlamağa çalışdı ki,
mister Binqlidən dərhal ekipaj
istəsin. Axırda qərara alındı ki, elə bu səhər ona evə
qayıtmaq istəmələri bildirilsin, eyni zamanda ekipaj
downloaded from KitabYurdu.org
79
barədə xahiş edilsin.
Onlann yola çıxması barədə xəbər ümumi təəssüf
doğurdu. Bununla belə, əminlik ifadə edildi ki, xəstənin
tam sağalması üçün Nezerfilddə ən azı daha bir gün
qalması lazımdır. Sonda bacılar növbəti səhərə qədər
qalmağa razılaşdılar. Miss Binqli tezliklə onlara qalmaq
təklifi etməsinə peşman oldu, çünki bacılardan birinə
qarşı duyduğu qısqanclıq və nifrət hissi ikinciyə
bağlılıqdan qat-qat güclü idi.
Ev yiyəsi qarşıdakı ayrılıq səbəbindən səmimi
qəlbdən kədərli idi və qızğın tövrlə miss Bennetə sübut
edirdi ki, o, yola çıxmaq üçün kifayət qədər
yaxşılaşmayıb. Ancaq əbəs yerə - Ceyn öz hərəkətlərinin
düzgünlüyünə əmin olduqda möhkəm olmağı bacarırdı.
Mister Darsi bu qərardan məmnun idi. Elizabet
Nezerfilddə kifayət qədər çox yubanmışdı. Onun sehri
ona, istədiyindən də çox güclü təsir göstərmişdi. Üstəlik,
miss Binqli qızla həddindən artıq sərt idi və Darsinin
özünü də adi günlərdə olduğundan daha tez-tez narahat
edirdi. O, tam müdrikliklə
düşünürdü ki, Elizabetə münasibətdə hər cür diqqət
nəzərlərindən
qaçmalıdır.
Çünki
bu,
qızın
şübhələnməsinə imkan verərdi ki, guya Darsinin
xoşbəxtliyi ondan asılıdır. Bununla yanaşı, o dərk edirdi
ki, əgər bu sayaq gümanlar onun beynində əmələ gəlməyə
macal tapıbsa, onların təsdiqi əhəmiyyətli dərəcədə qızın
getməsi ərəfəsində onun özünü necə aparmasından asılı
olacaq. O öz niyyətində möhkəmlənərək, bütün şənbə
downloaded from KitabYurdu.org
80
günü yarım saatdan artıq bir otaqda ikilikdə olsalar da,
Elizabetə on-on beş sözdən artıq heç nə demədi. Bu vaxt
ərzində Darsi elə böyük səylə kitab oxudu ki, hətta qız
olduğu səmtə belə baxmadı.
Bazar günü, səhər ibadətindən dərhal sonra nəhayət,
çoxlan üçün arzuolunan ayrılıq anı yetişdi. Miss Binqlini
Elizabetə, həmçinin onun Ceynə bağlılığı onların yola
çıxmasında bir az əvvəl nəzərəçarpacaq şəkildə böyüdü.
Ayrılıq zamanı böyük bacını əmin etdilər ki, onunla
Lonqbornda və ya Nezerfilddə görüş hər zaman sevincli
hadisə olacaq. Miss Binqli zarafatla Ceyni qucaqladıqdan
və hətta onun bacısına əl
uzatdıqdan sonra, Elizabet bütün kampaniya ilə xoş bir
ovqatla aynidı.
Miss Bennet onlan o qədər də xoş üzlə qarşılamadı. O,
onların gəlişindən təəccübləndi, ağılsız şəkildə hamıya
narahatlıq yaratdıqlarını iddia edərək bildirdi ki, Ceynin
yenidən xəstələnəcəyinə şübhə etmir. Mister Bennet
əksinə, təmkinli üslubda olsa da, qızlara bildirdi ki, o,
onların qayıdışından məmnundur - ailə söhbətləri zamanı
böyük qızlarının yeri çox görünüb. Ceyn və Elizabetin
yoxluğunda axşam söhbətləri öz zəkiliyinin bir hissəsini
və demək olar, bütün mənasını itirmişdi.
Onlar Merini adəti üzrə musiqi harmoniyasını və
insan təbiətinin əsaslarını öyrənən yerdə tapdılar və ondan
bir neçə yeni sitat, eləcə də nəsihətamiz məsəllər
dinlədilər. Ketrin və Lidiyanm xəbərləri tamam başqa cür
idi. Ötən çərşənbədən etibarən polkda bir çox hadisələr
downloaded from KitabYurdu.org
81
baş vermişdi: bir neçə zabit onların əmisigildə nahar
etmişdi, sıravi əsgər fiziki cəzaya məruz qalmışdı və
davamlı şayiələr yayılmışdı ki, polkovnik Forster
evlənmək niyyətindədir.
XIII FƏSİL
— Ümidvaram ki, əzizim, siz bu gün yaxşı naharımız
olmasının qayğısına qalmısınız? — Mister Bennet ertəsi
gün sübh çağı səhər yeməyi süfrəsinin arxasında soruşdu.
— Güman edirəm ki, masamızın arxasında kimsə yeni bir
sima görünə bilər.
— Kim barədə danışırsınız, mənim dostum?
Bildiyimə görə, heç kəs bizə gəlməyə hazırlaşmır. Gəlsə-
gəlsə, bəlkə Şarlotta Lukas gələ... Ancaq onun üçün, ümid
edirəm ki, bizim naharlar həmişə kifayət qədər yaxşıdır.
Düşünmürəm ki, o belə bir masaya öz evlərində xüsusən
adət edib.
— Mən gəlmə centlmeni nəzərdə tuturam.
Miss Bennetin gözləri parıldadı.
— Gəlmə centlmeni? Əminəm ki, bu, mister Binqlidir!
Ah, Ceyn, yaramaz qız, sən bunu əvvəldən niyə
deməmisən? Yaxşı, nə olar, mən mister Binqlini görməyə
şad olaram. Ancaq, ilahi, dəhşətə bax, balıq xörəyimiz
olmayacaq! Lidiya, ürəyim,
zınqırovu çal, lütfən. Elə bu dəqiqə missis Hillə sərəncam
vermək lazımdır.
— Söhbət mister Binqlidən getmir, — onun əri cavab
verdi. — Mən hələ heç vaxt görmədiyim adamı
gözləyirəm.
downloaded from KitabYurdu.org
82
Bu sözlər ümumi təəccübə səbəb oldu və mister
Bennetin tam məmnuniyyətinə rəğmən ailənin bütün
üzvləri onu sual yağışına tutdular. O, ümumi maraqdan
əylənə-əylənə axır ki, belə bir izahat verdi:
— Bir ay əvvəl mən bax bu ismarışı aldım və ona iki
həftə öncə cavab verdim. Məsələ o qədər incədir ki, mən
onu öncədən götür-qoy etməyi üstün tutdum. Onu əmim
oğlu, mənim ölümümdən sonra ağlına yerləşəcəyi
təqdirdə sizi bu evdən bayıra ata biləcək həmin mister
Kollinz yazıb.
— Ah, mənim dostum, — missis Bennet səsləndi, —
mən onun barəsində eşitmək istəmirəm. Allah xatirinə, bu
bədheybət barədə danışmayın. Bundan da böyük
ədalətsizlik olarmı ki, öz doğma uşaqlarınızı sizə məxsus
mülkdən qovsunlar? Sizin yerinizdə olsaydım, mən,
əlbəttə ki, artıq çoxdan bir tədbir görməyə çalışardım.
Ceyn və Elizabet analanna mayorat haqqında qanunun
mahiyyətini anlatmağa çalışdılar. Onların belə cəhdləri
əvvəllər də olmuşdu. Ancaq bu mövzu onun qavrayışının
hüdudlarından kənara çıxırdı və o, beş qızı olan ailənin
əlindən alınan evin bura qədər heç kimə azacıq belə
aidiyyəti olmayan adama verilməsini nəzərdə tutan
qanunun sərtliyindən acı-acı şikayətlənməkdə davam
edirdi.
— Bu, əlbəttə, olduqca ədalətsizdir, — mister Bennet
dedi, — Mister Kollinz də Lonqbornun vərəsəliyinə görə
günahı öz üzərindən heç nə ilə ata bilməz. Fəqət, əgər siz
mənə onun ismanşmı oxumağa imkan versəniz, ola bilər,
downloaded from KitabYurdu.org
83
onun yazıldığı ton sizi bir qədər barışdıra bilər.
— Əminəm ki, mənimlə bağlı bu, baş verməyəcək.
Ümumiyyətlə, onda həyasızlıq və ikiüzlülüyün dərəcəsinə
bax ki, sizə məktub yazıb! Saxta dostlara nifrət edirəm!
Ən yaxşısı o olardı ki, o da atası kimi sizinlə düşmənçilik
etsin.
Siz eşidəcəksiniz ki, o, doğrudan da, bu mənada
müəyyən oğulluq öhdəlikləri hiss edir:
“Hansford, Uesterhemin yaxınlığı,
Kent,
15 oktyabr
Əziz ser,
Sizinlə mənim möhtərəm mərhum valideynlərimin
arasında mövcud olan anlaşılmazlıq, onu itirmək
bədbəxtliyinə malik olandan bəri məni həmişə çox məyus
edib, mən dəfələrlə bizi ayıran uçurumu aradan qaldırmaq
arzusu hiss etmişəm. Bir müddət ərzində məni şübhə
bürümüşdü ki, birdən onun küsülü olduğu adamlarla yaxşı
münasibətlər quraraq yanlışlıqla onun xatirəsini təhqir
etmiş olaram”.
— Görürsünüz, missis Bennet!
“Ancaq artıq məndə qərar yetişib. Ötən pasxa
bayramında pastor rütbəsini qəbil edərək, mən ser Luis de
Böriin dul və liilfkar xanınu Ketrin de Börün
malikanəsindəki kilsəyə layiq görülən xoşbəxt fani insan
oldum. Bu ledinin səxavəti və xoşməramlılığı sayəsində
mən yerli kilsənin rahibi oldum və orada mənim ən
səmimi istəyim özümü lütfkar xanıma münasibətdə
downloaded from KitabYurdu.org
84
hörmətlə aparmaq və İngiltərə kilsəsinin keşişinə layiq bir
Dostları ilə paylaş: |