mili piyada qət etməsi mister Binqlinin bacılarına, sadəcə,
qeyri-adi görünürdü. Tamamən nəzakətlə qarşılansa da,
Elizabet onların gözlərindən hərəkətinin bəyənilmədiyini
anlayırdı. Mister Binqlinin davranışında isə əksinə, sadə
nəzakətdən daha böyük nələrinsə əlamətlərini sezmək
mümkün idi. Onun rəftarında rəğbət və təqdir hiss
olunurdu. Mister Darsi qaradinməz idi, mister Hörst isə,
ümumiyyətlə, heç nə demədi. Birinci - mister Darsi
Elizabetin
sürətli
yerişdən qızışaraq necə də
qəşəngləşdiyi, onu
yola çıxmağa vadar edən səbəbin bu qədər cəsur gəzintiyə
nə dərəcədə bəraət qazandırdığı haqqında düşünürdü.
İkincinin - mister Hörstün fikri-zikri isə bütünlüklə səhər
yeməyinə cəmləşmişdi.
Ceynin sağlıq durumu haqda məlumatlar təsəlliverici
deyildi. Miss Bennet həyəcanlı gecə keçirmişdi və
yataqdan qalxsa da, özünü o qədər pis hiss edirdi ki,
otaqdan çıxa bilməmişdi. Elizabetin xahişi ilə onu dərhal
xəstənin yanma apardılar. Bacısının gəlişi Ceyni çox
sevindirdi. O, hədsiz həyəcan doğurmasın deyə məktubda
onu nə qədər böyük arzuyla görmək istədiyini
yazmamışdı. Fəqət Ceyn, demək olar, danışa bilmirdi və
miss Binqli onları ikilikdə buraxanda o, yalnız burada
onun qayğısına qalanların qeyri-adi xeyirxahlığından
minnətdarlıq ifadə edə bildi. Elizabet xəstənin qulluğunda
susaraq durdu.
downloaded from KitabYurdu.org
44
Səhər yeməyindən sonra mister Binqlinin bacıları
gəldi və Elizabet onların rəfiqələrinə necə qayğı və diqqət
göstərdiklərini görərək özündə onlara rəğbət hiss etdi.
Tezliklə gəlib çıxan əczaçı xəstəni müayinə edərək dedi
ki, güman olunduğu kimi,
xəstəlik güclü soyuqdəymədən yaranıb. O, ən təsirli
tədbirlərin görülməsini tələb etdi, xəstəyə yataq rejimi
yazdı və dava- dərman göndərəcəyini vəd etdi.
Yataq təyinatı dərhal icra edildi, çünki qızdırma və
başağnsı elə hey güclənirdi. Elizabet bacısını bir an belə
tərk etmədi. Başqa qadınlar da, demək olar, ayrılmadılar -
doğrusu, onların görəcəyi bir iş də yoxdu, çünki kişilər
evdə yox idi.
Saat üçə yaxınlaşanda Elizabet hiss etdi ki, qayıtmaq
vaxtıdır və o, həvəssiz halda bu barədə dedi. Miss Binqli
ona ekipajla getməyi təklif etdi və o, demək olar, ondan
istifadəyə hazır idi. Ancaq Ceyn qarşıda duran ayrılıqdan
o qədər qüssələndi ki, miss Binqli istər-istəməz ona daha
bir müddət Nezerfilddə qalmağı təklif etdi. Dəvət
minnətdarlıqla qəbul olundu və ailəni xəbərdar etmək və
lazımi paltarları gətirmək üçün Lonqborna nökər
göndərildi.
VIII
FƏSİL
Saat beşdə qadınlar paltarlarını dəyişməyə getdilər və saat
altının yarısında Elizabeti masaya çağırdılar. Xəstənin
sağlıq durumu barədə nəzakətlə suallara cavab verərək, o,
özlüyündə mister Binqlinin səmimi narahatlığını
məmnuniyyətlə qeyd etdi.
downloaded from KitabYurdu.org
45
Təəssüf ki, hər hansı bir təsəlliverici xəbər vermək
mümkün deyildi. Ceynin vəziyyəti əvvəlki kimi ağır
olaraq qalırdı. Mister Binqlinin bacıları bunu eşidərək üç,
ya dörd dəfə kədərləndiklərini bildirdilər, soyuqdəymənin
nə qədər müdhiş bir şey olduğu və onlardan heç kimin
xəstələnməyi sevmədiyi barədə mühakimə yürütdülər və
artıq rəfiqələrini yada salmadılar. O, olmadığı vaxt
onların Ceyn barədə az düşündüklərinə əmin olan
Elizabet bacılara əvvəlki kimi nifrət duydu.
Bütün məclis əhlindən onun rəğbətini qazanan yeganə
insan mister Binqli idi. Elizabet anlayırdı ki, başqaları ona
çağırılmamış qonaq kimi yanaşır, yalnız xəstə haqqında
mister Binqli öz səmimi narahatlığı və onun bacısına
diqqəti ilə bu hissi bir qədər yumşaldırdı. Mister
Binqlidən savayı çətin ki, onu kimsə fərq edirdi. Miss
Binqlinin diqqətini bütünlüklə mister Darsi unutmuşdu,
mister Hörst bacısından geri qalmamağa çalışırdı,
Elizabetlə yanaşı oturmuş mister Hörstə gəlincə, bu
qəlbsiz insan dünya üzündə yalnız yemək, içmək və kart
oynamaq üçün yaşayanlardan idi. Onun səbzəli lobyanı
qızartmadan üstün tutaraq xoşladığını öyrəndikdə,
Elizabetin daha danışmağa sözü qalmamışdı.
Nahardan dərhal sonra Elizabet Ceynin yanma
qayıtdı. O otaqdan çıxan kimi miss Binqli onun dalınca
qeybət etməyə başladı. Onun ədalan fitnəkar və
təkəbbürlü sayıldı və deyildi ki, o, zövqdən, gözəllikdən,
zəriflikdən və ünsiyyət qurmaq bacarığından tamamilə
məhrumdur. Missis Hörst də eyni cür düşünürdü və o,
downloaded from KitabYurdu.org
46
deyilənlərə əlavələr etdi:
— Uzun sözün qısası, bu qızın yeganə müsbət
xüsusiyyəti səhər-səhər qeyri-adi dərəcədə uzaq məsafəni
piyada qət etmək
qabiliyyətidir. Heç vaxt unutmayacağam ki, o bu gün
buraya necə bir görkəmdə gəldi, sanki hansısa vəhşi idi.
— O, elə vəhşi idi, Luiza. Mən özümü gülməkdən
güclə saxladım. Onun gəlişi, ümumiyyətlə, hərzəlikdir.
Bacısı soyuqlayıbsa, ona nə düşüb ki, bu qədər uzağa
qaçıb gəlsin? Bu nə görkəmdir — üzünü külək kəsmiş,
saçlar darmadağın!..
— Hələ onun yubkası! Ümid edirəm ki, siz onun
yubkasını gördünüz — and içərəm ki, altı düymə palçığın
içindəydi. O, plaşının ətəyini aşağı salmağa çalışırdı ki,
yubkasının ətəyindəki ləkələr görünməsin, ancaq təəssüf
ki, bu, kömək etmədi.
—
Ola bilər ki, bütün bunlar doğrudur, — Binqli dedi,
— lakin mən, etiraf edim ki, elə şey görmədim. Mənə elə
gəldi ki, miss Elizabet Bennet bu gün səhər bizim evə
daxil olanda gözəl görünürdü. Ətəkdəki palçığa isə mən,
sadəcə olaraq, fikir verməmişəm.
— Ümidvaram ki, siz onu görmüsünüz, mister Darsi?
— miss Binqli dedi. — Güman edirəm ki, siz bacınızı belə
görkəmdə görmək istəməzdiniz.
—
Siz tamamilə haqlısınız.
— Piyada üç, yox, dörd, bəlkə də beş və daha artıq mil
yolu az qala dizə qədər palçığın içi ilə keçib gəlmək, həm
də tamamilə tək-tənha! O nə etdiyini düşünüb? Mən
downloaded from KitabYurdu.org
47
burada əyalət adamlarma xas olan bütün ədəb qaydalanna
sayğısızlıq
— dəlixaylığm ən pis növünü görürəm.
— Bu onun doğma bacısına tam tərifəlayiq
bağlılığının təzahürü də ola bilərdi, — mister Binqli dedi.
—
Qorxuram ki, mister Darsi, — miss Binqli sakitcə
dedi,
— bugünkü macəra onun gözləri haqqındakı qənaətinizə
zərər vurmuş olsun.
— Qətiyyən yox, — o cavab verdi. — Yoldan
gəldiyinə görə onun gözləri daha da par-par yanırdı.
Ortaya qısa sükut çökdü. Sonra missis Hörst yenidən
başladı:
— Ceyn Bennet mənim çox xoşuma gəlir. O,
gerçəkdən də yaxşı qızdır. Mən onun həyatda xoşbəxt
olmasını ürəkdən arzu edirəm. Ancaq qorxuram ki, belə
valideynləri və sair əqrəbası olduğu üçün onun buna
imkanlan azdır.
— Mənə elə gəlir ki, sən onun əmisinin Meritonda
vəkil olmasından danışırdın?
—
Bəs necə! Hələ biri də Çipsaydda yaşayır.
— Nə gözəl! — miss Binqli səsləndi və hər ikisi az
qala gülməkdən yıxılacaqdı.
— Əgər onlann əmiləri bütün Çipsaydı doldurmuş
olsalar da, — Binqli qətiyyətlə bəyan etdi, — o, bundan
daha az cazibədar olmazdı.
— Bəli, amma bu, onun cəmiyyətdə müəyyən
mövqeyi olan insana ərə getməsinə çox mane olardı, —
downloaded from KitabYurdu.org
48
Darsi qeyd etdi.
Binqli heç bir cavab vermədi, ancaq onun bacıları
Darsini qızğınlıqla dəstəklədilər və onlann əziz
rəfiqələrinin loru-bayağı əqrəbaları haqqında kifayət
qədər uzun müddət lağlağı etməyi sürdürdülər.
Bir müddətdən sonra onlar özlərində yeni nəzakət
qabarması hiss etdilər, yenidən xəstənin yatdığı otağa
getdilər və qəhvə içməyə çağınlana qədər orada qaldılar.
Ceyn əvvəlki kimi özünü pis hiss edirdi və Elizabet onu
gecəyə qədər tərk etmədi. Xəstənin yuxulamasına görə bir
qədər sakitləşən
Elizabet, nəhayət, yerdə qalan camiəyə qatılmaq
arzusundan daha çox, zərurət hiss etdi. O, qonaq otağına
daxil olanda hamı kart oynamaqda idi. Onu dərhal kart
oyununa qoşulmağa dəvət etdilər. Fəqət oyunun iri
məbləğli qoyuluşlarla getdiyindən qorxan Elizabet
oynamaqdan imtina edərək, bacısının xəstəliyini səbəb
göstərdi və dedi ki, onun aşağıda qala biləcəyi qısa
müddəti həvəslə kitab oxumaqla keçirəcək. Mister Hörst
ona heyrətlə baxdı.
— Siz oxumağı kart oynamaqdan üstün tutursunuz? —
o soruşdu. — Qəribədir.
— Miss Eliza Bennet, — miss Binqli dedi, — oyuna
nifrət edir. O, çox oxuyur və digər əyləncələri qəbul etmir.
— Mən bu növdən olan nə tərifə, nə də qınağa
layiqəm, — Elizabet cavab verdi. — Mənə müxtəlif şeylər
xoş gəlir və mən o qədər də çox oxumuram.
— Əminəm ki, məsələn, bacınıza qulluq etmək sizin
downloaded from KitabYurdu.org
49
xoşunuza gəlir, — Binqli dedi. — Ümid edirəm ki, bu
məmnuniyyətiniz o sağaldıqca daha da artacaq.
Elizabet ürəyində ona minnətdarlıq etdi və üstündə bir
neçə kitabın olduğu masaya tərəf getdi. Bu zaman Binqli
təklif etdi ki, kitabxanada saxlanılan başqa kitabları da
ona göstərə bilər.
— Sizin faydanız, mənim isə fəxrim üçün daha geniş
kolleksiya ilə öyünə bilsəydim, çox şad olardım. Ancaq
mən tənbələm, bu tamam böyük olmasa da, burada mənim
nə vaxtsa oxuya biləcəyim kitablardan daha çox kitab var.
Elizabet onu inandırdı ki, otaqda olan kitablar onun
üçün tam kifayətdir.
Miss Binqli dedi:
— Məni təəccübləndirir ki, bizim atamız belə az
miqdarda
kitabla
kifayətlənib.
Əvəzində
sizin
Pemberlidəki kitabxananız çox əladır, mister Darsi!
— Orada başqa cür ola bilməzdi, — Darsi cavab verdi.
— O bir neçə nəslin əməyi, qayğısı ilə əmələ gəlib.
— Ancaq siz özünüz ora çox kitab əlavə etmisiniz!
Hər zaman kitab alırsınız.
— Belə bir vaxtda, bizim dövrümüzə mənim ailə
kitabxanasına etinasızlıq göstərməyim qəribə olardı.
— Etinasızlıq! Əlbəttə, siz öz gözəl guşənizi daha da
bəzəmək üçün heç nəyə biganəlik göstərmirsiniz. Çarlz,
əgər öz şəxsi evin olsa, mən istərdim ki, heç olmasa o,
Pemberlinin yansı qədər yaxşı olsun.
—
Mən özüm də bunu istərdim.
— Doğrusu, mən sənə məsləhət görərdim ki, haradasa,
downloaded from KitabYurdu.org
50
Pemberlinin yaxınlığında, onu örnək götürərək mülk
alasan. Bütün İngiltərədə mən Derbişirdən yaxşı qraflıq
tanımıram.
— Səninlə ürəkdən razıyam. Əgər Darsi satsaydı, mən
hətta Pemberlini alardım.
—
Mən mümkün olandan danışıram, Çarlz.
— Doğru sözümdür, Kerolayn, belə bir mülkə
Pemberlini alaraq sahiblənmək olar, nəinki onu
tikdirməyə cəhd etməklə.
Bu söhbət Elizabeti elə maraqlandırdı ki, o, kitab
oxumağı saxladı və onu bir kənara qoyaraq kart oynanılan
masaya yaxınlaşdı; mister Binqli və missis Hörstün
arasında yerləşərək oyunu müşahidə etməyə başladı.
— Düşünürəm ki, miss Darsi keçən yazdan bəri xeyli
böyüyüb, — miss Binqli dedi. — Yəqin ki, o, mənim kimi
hündürboy olacaq.
— Tamamilə mümkündür. Bu saat o, bəlkə də miss
Elizabet Bennet boydadır və ya bir az hündürdür.
— Onu bir daha görməyi elə istərdim ki! Mən onun
kimi xoşuma gələn heç kəslə ömrümdə qarşılaşmamışam.
Onun görünüşü və maneralan füsunkardır. Hələ bu yaşda
o cür savadlı olmaq! O, fortepianoda əsl musiqiçilərdən
pis çalmır.
— Məni təəccübləndirir, — Binqli dedi, — bütün gənc
ledilərin savadlı olmaqdan ötrü səbirləri necə çatır.
— Bütün gənc ledilər savadlıdır?! Çarlz, əzizim, sən
bununla nə demək istəyirsən?
— Məncə, hamısı. Onlann hamısı, peyzaj çəkir, haşiyə
downloaded from KitabYurdu.org
51
bəzəyir, cüzdan toxuyurlar. Mən bunu etməyi bacarmayan
bir qız belə, yəqin ki, tanımıram. Mən hələ eşitməmişəm
ki, bir gənc ledi haqqında onun necə savadlı olduğunu
deməyələr.
— Gənc qadınların saydığınız kamillikləri, — Darsi
dedi, — təəssüf ki, doğrudur. Cüzdan toxumağı, haşiyə
bəzəməyi
bacaran hər bir qadını savadlı adlandırırlar. Ancaq mən
sizin qadın təhsili haqqında fikrinizlə razılaşmaqdan çox
uzağam. Mən, məsələn, öyünə bilmərəm ki, tanıdığım
qadınların içində beş-altı savadlı qadın tapa bilərəm.
—
Mən sizinlə tamamilə razıyam, — missis Binqli
dedi.
— Bu halda, — Elizabet qeyd etdi, — siz, ehtimal ki,
“savadlı qadın” anlayışının dəqiq tərifini verə bilərsiniz.
—
Bəli, o mənə kifayət qədər aydın görünür.
— Ooo, gerçəkdən! — onun sadiq müttəfiqi səsləndi.
— O qadın əsl savadlı sayıla bilər ki, o, ətrafmdakılarm
hamısından bir baş boyu yuxarıda dursun. Qadın
adlanmağa layiq olan kəs musiqini, mahnı oxumağı,
rəssamlığı, rəqsləri və xarici dilləri yaxşı öyrənməlidir.
Bütün bunlardan başqa, onun, necəsə xüsusi özünəməxsus
zahiri görünüşü, maneralan, yerişi, tələffüzü və dili
olmalıdır — əks təqdirdə o, qadın adlanmağa yalnız
yarıya qədər layiq olacaq.
— Bütün bunlara o, doğrudan da, sahib olmalıdır, —
Darsi dedi. — Ancaq mən bunlara daha əhəmiyyətli bir
şey əlavə etmək istərdim — geniş mütaliə ilə inkişaf etmiş
downloaded from KitabYurdu.org
52
ağıl.
— Bu təqdirdə sizin yalnız beş-altı savadlı qadın
tanımağınız məni əsla təəccübləndirmir. Mənə qəribə
gələn daha çox odur ki, onları axtarıb tapmaq sizə
müyəssər olmayıb.
— Yəni siz öz cinsinizə qarşı bu qədər tələbkarsınız və
şübhə edirsiniz ki, belə qadınlar həyatda var?
— Onlar mənə rast olmayıblar. Mən heç vaxt
görməmişəm ki, bir insanda, sizin bayaq saydığınız bütün
bu qabiliyyətlər, maneralar, zövqlər birləşsin.
Missis Hörst və miss Binqli onlann cinsinə qarşı belə
bir qınağın ədalətsizliyindən hiddətləndilər və bir-birinə
macal vermədən inandırmağa çalışdılar ki, onlar təklif
olunan keyfiyyətlərə tamamilə cavab verən xeyli qadınla
qarşılaşıblar. Ancaq nəhayət ki, mister Hörst onlann
oyuna diqqət yetirmədiklərindən gileylənərək, onları
sakitliyə dəvət etdi. Söhbət kəsildi və Elizabet az sonra
otaqdan çıxdı.
Qapı örtüldükdən sonra miss Binqli dedi:
— Eliza Bennet öz cinsini alçaldaraq qarşı cinsin
nümayəndələrinin xoşuna gəlməyə çalışan qızlardandır.
Etiraf
edim ki, bir çox kişilərə bu xoş təsir göstərir. Ancaq
məncə, bu, pis anlamlı alçaq hiylədir.
— Şübhəsiz, — bu iradın ünvanladığı Darsi dilləndi.
— Kişiləri tovlamaq üçün qadınların istifadə etdiyi bütün
üsullar alçaqdır. Hiyləgərliklə əmələ gələn hər şey
ikrahdoğurucudur.
downloaded from KitabYurdu.org
53
Miss Binqli aldığı cavabdan o qədər də məmnun
qalmadığı üçün bu mövzuda söhbəti davam etdirmədi.
Elizabet yenidən onların yanma qayıdaraq xəbər verdi
ki, bacısının halı daha da pisləşib, ona görə də o, daha
bacısından ayrıla bilməyəcək. Binqli mister Consun
arxasınca ləngitmədən adam göndərməyi israr etdi. Onun
bacıları inandırmağa çalışdılar ki, belə ucqar yerdə lazımi
yardımı almaq olmaz. Onlar paytaxtdan tanınmış həkimin
gətirilməsi üçün ekipaj göndərməyi tövsiyə etdilər.
Elizabet bu barədə eşitmək belə istəmədi və mister
Binqlinin təklifi ilə razılaşdı. Qərara alındı ki, Ceyn
sabaha qədər xeyli dərəcədə yaxşılaşmasa, mister Consun
arxasınca sübh tezdən adam göndərilsin. Binqli çox
narahat idi, onun bacılan isə özlərini olduqca bədbəxt hiss
etdiklərini deyirdilər. Fəqət onlar şam yeməyindən sonra
duetlər oxumaqla rahatlıq tapa bildilər. Həmin vaxt
Binqlinin yeganə təsəllisi eşikağasına xəstə qonağa və
onun bacısına yüksək diqqətlə yanaşmağı tapşırması oldu.
IX
FƏSİL
Elizabet, demək olar, bütün gecəni xəstənin yatağının
yanında keçirdi və səhər tezdən məmnuniyyətlə onun
sağlıq durumu barədə mister Binqlinin sübhdən
göndərdiyi qulluqçunun, daha sonra onun bacılarına
xidmət edən iki zərif xanımın vasitəsilə kifayət qədər şad
xəbər göndərdi. Ancaq xəstəliyin sınma anının müşahidə
olunmasına baxmayaraq, o, hər halda Lonqborna məktub
göndərməkdə ona yardımçı olmağı xahiş etdi. O,
məktubda anasının gəlməsini və durumu onun özünün
downloaded from KitabYurdu.org
54
dəyərləndirməsinə israr edirdi. Məktub yubadılmadan
göndərildi və onun məzmunundakı xahiş də tezliklə icra
olundu. Ailə səhər yeməyi yeyəndən az sonra missis
Bennet iki qızının müşayiəti ilə Nezerfildə gəldi.
Anası gəlib Ceyni təhlükəli vəziyyətdə görsəydi, o,
şübhəsiz ki, bundan dilxor olardı. Ancaq o, Ceynin
xəstəliyinin qorxulu olmaması ilə təskinlik taparaq,
qızının çox tez sağalmasını arzulamadı, çünki bu halda
Ceyn Nezerfildi tezliklə tərk etməli
olacaqdı. Ona görə də o, Ceynin tezliklə öz evlərinə
aparılması barədə xahişini hətta eşitmək belə istəmədi.
Onun ardınca gələn əczaçı da yola çıxmağı ağıllı hərəkət
saymadı. Missis Bennet bir qədər Ceynlə təklikdə
qaldıqdan sonra miss Binqli onlann yanma qalxdı, onu və
üç qızını səhər yeməyi otağına dəvət etdi. Mister Binqli
onlan orada qarşılayaraq ümidvar olduğunu bildirdi ki,
Ceynin durumu missis Bennetin gözlədiyindən daha ağır
olmayıb.
— Heyhat, ser, məhz elədir! — o, cavab verdi. —
Yazıq qız çox pis haldadır, onu bu vəziyyətdə Lonqborna
aparmaq mümkün deyil. Mister Consun rəyinə görə, bu
barədə düşünmək də olmaz. Daha bir müddət sizin
qonaqpərvərliyinizdən istifadə etməli olacağıq.
— Lonqborna aparmaq! — Binqli səsləndi. — Bu
haqda söhbət belə ola bilməz. Əminəm ki, mənim bacım
Ceynin getməsi barədə eşitmək belə istəməyəcək.
— Şübhəniz olmasın, xanım, — miss Binqli soyuq
lütfkarlıqla qeyd etdi. — Miss Bennet bizim evdə qalsa,
downloaded from KitabYurdu.org
55
ona lazımi diqqət ayrılacaq.
Missis Bennet minnətdarlığını çox qaynar şəkildə
bildirdi.
— Ah, əminəm ki, — o, əlavə etdi, — onun ətrafında
bu qədər yaxın dostlar olmasaydı, Allah bilir, ona nə
olardı. Yazıq qız gerçəkdən də pis haldadır, o, dözümlü
olmasına rəğmən elə iztirab çəkir ki. Ancaq bu, onun
mələk xasiyyətinin özəlliyidir, beləsi ilə çətin ki, hardasa
rastlaşa biləsiniz. Qızlarıma tez-tez deyirəm ki, onlar
Ceyn kimi olmaqdan çox uzaqdırlar. Bu otaq çox xoşuma
gəlir, mister Binqli! Parkın baş yoluna necə ecazkar
mənzərə açılır. Bilmirəm bizim qraflıqda Nezerfild kimi
guşə varmı. Siz onu tezliklə tərk etməyi düşünmürsünüz,
elə deyilmi, hərçənd siz buranı qısa müddətə icarəyə
götürmüsünüz?
— Mən həmişə zirəkliyimlə fərqlənmişəm, — o,
cavab verdi. — Əgər Nezerfildi tərk etməyi qərara alsam,
ola bilər ki, artıq beş dəqiqədən sonra burada olmayım.
Ancaq indilikdə, mənə elə gəlir ki, burada əsaslı şəkildə
yurd salmışam.
—
Mən sizdən məhz bunu da gözləyirdim. — Elizabet
dedi.
— Siz mənim xasiyyətimi çözməyə başlayırsınız,
doğrudurmu? — Binqli ona tərəf dönərək cavab verdi.
—
Bəli, mən sizi tam başa düşürəm.
— Bunu kompliment saymaq istərdim. Ancaq şəffaf
görünən insan, yəqin ki, bir qədər yazıq təsir bağışlayır.
— Bu, durumdan asılıdır. Sizinkinə bənzər təbiətlərlə
downloaded from KitabYurdu.org
56
müqayisədə qapalı və mürəkkəb xasiyyətlər mütləq
yüksək və ya aşağı dəyərləndirilmir.
— Lizzi, — missis Bennet sözə qanşdı, — lütfən,
harada olduğunu unutma və evdə etdiyin kimi hər cür
axmaqlıqları çərənləmə.
Mister Binqli dedi:
— Mən şübhə etmirdim də ki, siz insan xislətinin
öyrənilməsi ilə məşğulsunuz. Bu, maraqlı predmet
olmalıdır.
— Mürəkkəb xasiyyətlə xüsusilə maraqlıdır. Bu
üstünlüyü onlardan qoparmaq mümkün deyil.
— Əyalət, — Darsi dedi, — bu cür incələmələr üçün
az material verir. Burada ünsiyyətdə ola biləcəyin
insanların dairəsi çox məhdud və dəyişməzdir.
— Ancaq insanları özləri elə ciddi dəyişirlər ki, elə
hey hər bir insanda yeni nəsə görmək olur.
— Bəli, doğrudan da, — əyalət cəmiyyətindən bəhs
edən Darsinin danışıq ahəngindən incimiş missis Bennet
səsləndi, — sizi inandırmağa cəsarət edirəm ki, bütün
bunlar əyalətdə şəhərdə olduğundan heç cür az deyil!
Hər kəs heyrətləndi və Darsi missis Bennetə nəzər Dostları ilə paylaş: |