qayğılarına həsr etmişdi. Əvəzində mister Darsi onu çox
yüksək qiymətləndirirdi! Atalarımız necə də səmimi dost
idilər! Mister Darsi həmişə etiraf edirdi ki, öz dostuna nə
qədər borcludur. Mənim atamın vəfatından bir az əvvəl
mister Darsi öz iradəsi ilə mənim gələcəyimi təmin etmək
vədi verdi. Əminəm ki, o bu addımı atama minnətdarlıq
duyğusu ilə bərabər, onun oğluna bağlılığına görə atmışdı.
— Görünməmiş işdir! — Elizabet səsləndi. —
Dəhşətdir! Ona elə gəlirdi ki, kiçik mister Darsini sizə
münasibətdə öz borcunu ödəməyə yalnız qüruru vadar edə
bilərdi! Əgər yaxşı hisslər ona xas deyilsə, bəs qüruru
necə imkan verdi ki, belə şərəfsiz hərəkət etsin? Bəli,
şərəfsizlik — onun davranışının başqa adı yoxdur!
— Bu gerçəkdən də qəribədir, — Uikhem təsdiqlədi.
— Axı demək olar ki, onun bütün hərəkətləri bu və ya
digər şəkildə qürurla izah olunur. Qürur çox zaman onun
ən yaxşı məsləhətçisi idi. O, bütün hisslərindən ən çox onu
məziyyətə yaxınlaşdırırdı. Ancaq istisnasız qaydalar
olmur axı: mənimlə münasibətlərində onu daha güclü
downloaded from KitabYurdu.org
111
səbəblər idarə edirdi.
— Doğrudanmı onun hüdudsuz qüruru ona nə vaxtsa
fayda gətirə bilib?
— Bəli, olub. Qüruru onu tez-tez nəzakətli və alicənab
hərəkətlərə vadar edib — səxavətlə pul paylayıb,
qonaqpərvərlik edib, icarəçiləri dəstəkləyib, kasıblara
yardım edib. Bütün bunlara onun ailə qüruru və atası ilə
fəxr edən oğul qüruru yardımçı olub. Öz nəslinin əski
şöhrətini itirmək, Pemberli evinin nüfuzunun və
populyarlığının azalması onun həyatında az rol
oynamayıb. Ona böyük qardaş qüruru xasdır, bununla
məlum qardaş bağlılığının birləşməsi sayəsində ondan öz
bacısının yaxşı və diqqətli himayədarı alınıb. Siz onun ən
yaxşı və qayğıkeş qardaş adlandırıldığını eşidə bilərdiniz?
—
Bəs miss Darsinin özü necədir?
O, başını yırğaladı.
— Onun barəsində yaxşı danışmaq istərdim! Darsi
ismi ilə nəsə pis bir şeyi bağlamaq çox ağırdır. Ancaq
heyhat, o öz qardaşına çox bənzəyir — qürur onu
büsbütün əsir edib. O, necə də sevimli, mehriban qızcığaz
idi, mənə həssaslıqla bağlı idi! Kim bilir, mən onun
əyləncəsinin qayğısına qalaraq neçə
saatlar itirmişəm. İndi o mənim üçün heç nədir. 0,15-16
yaşlı kifayət qədər qəşəng, mühakimə yürüdə bildiyim
qədər tərbiyəli bir qızdır. Atası vəfat edəndən bəri o,
daima Londonda, onun məşğələlərinə rəhbərlik edən
hansısa bir qadınla birgə yaşayır.
Söhbət üçün başqa mövzu tapmaq cəhdləri edərkən
downloaded from KitabYurdu.org
112
yaranmış müəyyən pauzadan sonra Elizabet özünü mister
Darsi mövzusuna qayıtmaqdan saxlaya bilmədi və dedi:
— Məni onun mister Binqli ilə
yaxınlığı
təəccübləndirir.
Necə
olub
ki,
mənə
dürüstlük
təcəssümünün özü kimi görünən və əminəm ki, üstün
xasiyyətləri olan mister Binqli belə bir insanla dostluq
münasibətindədir? Doğrudanmı onlar bir-birilə yola gedə
bilirlər? Yeri gəlmişkən, siz mister Binqli ilə tanışsınız?
—
Xeyr, biz bir-birimizi tanımırıq.
— O, gerçəkdən də sevimli insandır. O, mister
Darsinin necə biri olduğunu təxmin belə etmir.
— Tamamilə mümkündür. Əgər mister Darsi istəyirsə,
xoşa gəlməyi bacanr. O, qabiliyyətlərdən məhrum deyil.
Lazım olanda o, əla həmsöhbət olur. Ümumiyyətlə, o,
ictimai pillələrdə
özündən aşağıda duranların yanında olduğundan fərqli
olaraq, özünə tən olanların içində tamamilə başqadır.
Qürur onu heç vaxt tərk etmir. Ancaq varlılara
münasibətdə o, ədalətli və nəzakətlidir. O, onlarla səmimi,
dürüst, hətta mehriban olur, mövqelərinə və maddi
vəsaitlərinə ehtiram göstərir.
Bu oyundan sonra tezliklə vist qurtardı və onun
iştirakçıları başqa masanın ətrafına yığışdılar. Mister
Kollinz öz əmisi nəvəsi Elizabetin və onun xalasının
arasında əyləşdi. Missis Filips, əlbəttə ki, onun kart
oyunlarmdakı uğuru barədə soruşmağı lazım bildi.
Məlum oldu ki, mister Kollinzin bəxti qətiyyən
gətirməyib - o, bir dəfə də olsun uduş qazanmayıb. Ancaq
downloaded from KitabYurdu.org
113
xanımın təəssüf ifadə edən sözlərinə cavab olaraq, o, ciddi
bir görkəmlə ondan kefini pozmamağı xahiş etdi və
bildirdi ki, o, pula əhəmiyyət vermir və kiçik məbləğdə
pul uduzmasına tam etinasız yanaşır.
— Xanım, mənə kifayət qədər məlumdur ki, — o dedi,
— mənim durumum elədir ki, beş şillinqdən ötrü çox
düşünməli deyiləm. Əlbəttə, eyni şeyi söyləyə bilməyən
adamlar
da az deyil. Ancaq ledi Ketrin de Börün sayəsində mən bu
kimi boş şeylərə fikir verməmək üçün kifayət qədər
təminatlıyam.
Bu sözlər Uikhemin diqqətini cəlb etdi. O, mister
Kollinzə baxaraq yavaş səslə Elizabetdən soruşdu ki,
onun qohumu de Bör ailəsi ilə nə dərəcədə yaxından
tanışdır.
—
Ledi Ketrin de Bör lap bu yaxınlarda ona kilsə
verib,
— qız cavab verdi. — Mənə ledinin ona necə qayğı
göstərməsi məlumdur, amma onların tanışlığı o qədər də
uzunmüddətli ola bilməz.
— Siz, yəqin ki, ledi Ketrin de Börün və ledi Enn
Darsinin doğma bacı olduğunu bilirsiniz? Ledi Ketrin
mister Darsinin xalasıdır.
— Xeyr, mən bunu bilmirdim. Mənim, ümumiyyətlə,
ledi Ketrinin qohumluq əlaqələri barədə anlayışım
yoxdur. Srağagünə qədər onun mövcudluğu barədə
təxmin etmirdim.
— Onun qızı, miss de Bör böyük miras alacaq. Güman
downloaded from KitabYurdu.org
114
olunur ki, o xalası oğlu ilə birgə iki sərvəti birləşdirəcək.
Bu sözləri eşidən zaman Elizabet bilaixtiyar yazıq
miss Binqli barədə düşünərək gülümsündü. Heç demə,
onun mister
Darsinin diqqətini cəlb etmək səylərinin hamısı əbəs imiş,
elə Darsinin bacısına bağlılıq və onun özünə heyranlıq
izharları da. Mister Darsi başqasının qismətidir.
— Mister Kollinz ledi Ketrini və onun qızını hər cür
tərifləyib göylərə qaldırır, — o dedi. — Ancaq onun öz
xeyriyyəçisi barədə söhbətlərindəki bəzi qəribəliklər məni
şübhələndirib, məncə, minnətdarlıq hissi onu aldanışa
sövq edib. Mənim qohumuma verdiyi bütün dəstəyə
baxmayaraq, bu lütfkar xanım mənə şıltaq və özündən
razı qadın təsiri bağışlayır.
— Düşünürəm ki, bu da, o biri də düzdür. Mən onu
uzun illərdən bəri görməmişəm, ancaq xatırlayıram ki,
onun müstəbid və cürətkar maneraları heç vaxt xoşuma
gəlmirdi. O, qeyri-adi ağıla və məntiqə sahib qadındır.
Ancaq güman edirəm ki, buna görə o, qismən öz ranqma
və sərvətinə, qismən də özünəinama borcludur. Bundan
başqa, o, bütün qohumlarının dahiyanə ağılları ilə
seçilməsini istəyən bacısı oğluna da minnətdardır.
Bu açıqlama Elizabetə tam inandırıcı gəldi. Bir-
birindən məmnun olan gənclər başlanan şam yeməyi
oyunu yarıda kəsənə qədər laqqırtı vurmağa davam
etdilər. Şam yeməyi zamanı başqa xanımlar da mister
Uikhemin diqqət payından istifadə etmək imkanı
qazandılar. Missis Filipisin masası arxasında elə hay-küy
downloaded from KitabYurdu.org
115
hökm sürürdü ki, söhbət etmək, demək olar, mümkün
deyildi. Ancaq mister Uikhemin maneraları hamının
xoşuna gəldi. O, nə danışırdısa, yaxşı danışırdı, nə
edirdisə, zərifliklə edirdi. Elizabet evə gedərkən yalnız
onun haqqında düşündü. Yolda mister Uikhem və onun
dediyi sözlər barədə düşüncələr bir an da olsun qızı tərk
etmədi. Ancaq onun adını çəkmək ona müyəssər olmadı,
çünki Lidiya və mister Kollinz kirimədən danışırdılar.
Lidiya loto oyunundakı nömrələri, uduzduğu qoyuluşlar,
qazandığı uduşlar barədə dayanmadan gəvəzəlik edirdi,
mister Kollinz isə mister və missis Filipslərin lütfkarlığım
öyürdü, kartda uduzmasının onu qətiyyən dilxor
etmədiyinə hamını inandırırdı, süfrəyə verilən yeməkləri
sayırdı və elə hey ekipajda əmi nəvələrinin yerini dar
edib-etmədiyini soruşurdu. Mövzu dairəsi o qədər geniş
idi ki,
kareta Lonqborndakı evin qarşısında dayanana qədər
bunları əhatə etməyə macal tapdı.
XVII
FƏSİL
Ertəsi gün Elizabet Uikhemlə söhbəti barədə Ceynə
danışdı. Ceyn heyrətləndi və kefi pozuldu: o, inana
bilmirdi ki, mister Darsi mister Binqlinin dostluğuna bu
qədər layiq deyil. Bununla yanaşı, mister Uikhem kimi
cazibədar görünüşlü gənc insanın sözlərinin doğruluğuna
şübhə etmək ona xas deyildi. Təkcə ona vurulan zərər
barədə düşüncə kifayət idi ki, şəxsinə qaynar rəğbət
yaransın. Ona görə də Ceynin onlara kölgə sala biləcək
hər şeyi anlaşılmazlıq və səhvlərə bağlayıb əfv edərək iki
downloaded from KitabYurdu.org
116
gəncə də bəraət qazandırmaqdan başqa əlindən heç nə
gəlmədi.
— Düşünürəm ki, onlann ikisi də bizə məlum
olmayan şəkildə aldanışa yuvarlanıblar, — o dedi. — Ola
bilər hansısa tamahkar niyyətlər güdən insanlar onlarda
bir-biri barədə yalançı təsəvvür yaradıb. Ancaq
aralarındakı nifaqı nə yaradıbsa, yaxşısı budur, biz nə onu,
nə bunu onda ittiham edək, bu həmişəlik aramızda sirr
qalsın.
Sən tamamilə haqlısan. İndi isə, əziz Ceyn, sən bu işdə
əli olan və tamahkar niyyətlər güdənlərin müdafiəsi üçün
nə deyəcəksən? Onlara da bəraət qazandırmaq lazım
gəlmirmi? Yoxsa biz onlar barədə yalnız pis düşünməli
olacağıq.
— Mənə nə qədər istəsən istehza edə bilərsən, ancaq
fikrimdən daşındıra bilməzsən. Lizzi, əzizim, sən bir anlıq
düşün, bu, mister Darsiyə hansı kölgəni atır! Atasının
sevimlisi olan, atası tərəfindən gələcəyinin təmin
edilməsinə söz verilmiş gənclə bu cür davranmaq! Bu,
sadəcə olaraq, inanılmazdır. Öz reputasiyasını əziz tutan
heç bir şəxs bu hərəkətə qadir deyil. Məgər ən yaxın
dostlar bunda belə aldana bilərdilərmi? Xeyr, bu mümkün
deyil.
— Mənə burada mister Binqlinin aldanmış olduğunu
təsəvvür etmək, dünən nəql edilən hadisənin mister
Uikhemin uydurmasını düşünməkdən daha asandır. O,
səlis şəkildə adlar, hallar, faktlar göstərdi. Qoy mister
Darsi əgər bacanrsa hər şeyi təkzib etməyə cəhd etsin.
downloaded from KitabYurdu.org
117
Uikhemin hekayətində hər bir söz həqiqətlə nəfəs alırdı.
— Bütün bunlar o qədər pis və dolaşıqdır ki, nə
düşünəcəyini bilmirsən.
— Bağışla, lütfən, ancaq mənə aydındır ki, bu barədə
düşünülməlidir.
Ancaq Ceyn üçün yalnız bir şey aydın idi ki, əgər
mister Binqli doğrudan da aldanıbsa, bütün bu vəziyyət
ona məlum olanda çox kədərlənəcək.
Bu söhbət evin yaxınlığında, kənarlarına kollar
əkilmiş cığırda baş verirdi. Gənc qızlar, onların
söhbətində adları çəkilən bəzi şəxslərin gəlişinə görə evi
tərk etməli olmuşdular. Mister Binqli və bacılan
Lonqborna hamını Nezerfilddə çoxdan gözlənilən və
həftənin ikinci günü baş tutası bala şəxsən dəvət etmək
üçün gəlmişdilər. Hər iki ledi öz əziz rəfiqəsini yenidən
gördüyü üçün çox xoşbəxt idi, onlara elə gəlirdi ki, onu
bir ömür boyu görməyiblər. Onlar dayanıb durmadan
aynldıqdan bəri nə işlə məşğul olduğunu soruşurdular.
Qızlar o biri Bennetlərə, demək olar, diqqət yetirmirdilər,
ev sahibəsindən uzaq durmağa, mümkün qədər Elizabetlə
danışmamağa və onun kiçik bacılanna bir kəlmə belə
deməməyə çalışırdılar.
Tezliklə onlar öz tələskənlikləri ilə qardaşlarını mat
qoyaraq ayağa qalxdılar və dərhal da yola düşdülər.
Gedərkən elə tələsirdilər ki, sanki missis Bennetlə iltifat
mübadiləsindən yayınmaq istəyirdilər.
Nezerfild balı barədə düşüncələr Bennet ailəsindəki
bütün xanımları olduqca qayğılandırdı. Missis Bennet bu
downloaded from KitabYurdu.org
118
balın onun böyük qızının şərəfinə təşkil olunduğunu
düşünmək istəyirdi. O özünü qeyri-adi dərəcədə
şərəfləndirilmiş sayırdı ki, mister Binqli yazılı dəvətnamə
göndərmək əvəzinə onları bala dəvət etməkdən ötrü özü
şəxsən Lonqborna gəlib. Ceyn öz xəyalında iki rəfiqəsinin
arasında, mister Binqlinin diqqətli nəzərlərini qəbul
edərək keçirəcəyi məsud axşamı canlandırırdı. Elizabet
məmnuniyyətlə mister Uikhemlə rəqs edəcəyini, mister
Darsinin sifətinin ifadəsindən və davranışından Uikhemin
ona danışdıqlarının sübutunu tapacağını düşünürdü.
Ketrin və Lidiyanm duyduğu bəxtəvərlik hissi bir az hər
hansı konkret şəxs və ya durumla bağlı idi. Onlar hər biri
eynilə Elizabet kimi gecənin yarısını mister Uikhemlə
rəqs etməyə hazırlaşırdılar, ancaq o, heç bir halda qızlar
üçün yeganə mümkün kavaler
deyildi - bal istənilən halda bal olmalıdır. Hətta Meri
doğmalarını əmin edirdi ki, onun bala qarşı heç bir etirazı
yoxdur.
— Səhər saatlarımı istədiyim kimi keçirsəm, mənə
bəsdir. Heç də hesab etmirəm ki, zaman-zaman gecə
əyləncəsində iştirak etməklə xüsusilə böyük qurban
verirəm. Cəmiyyət hər şeyə öz hüquqlarını sırıyır. Mən
cəmiyyətin o üzvlərindənəm ki, hərdən özlərinə kənara
çəkilməyi və dincəlməyi rəva görürlər.
Elizabet əks ovqatdaydı. Adəti üzrə o, mister
Kollinzlə mümkün qədər az danışmağa çalışsa da, bu dəfə
özünü tutmadı və ondan soruşdu ki, o, mister Biqnlinin
dəvətindən yararlanmaq istəyirmi və bu cür əyləncələrdə
downloaded from KitabYurdu.org
119
iştirak etmək onun rütbəsinə yaraşırmı. Əmisi nəvəsinin
bu xüsusda azacıq belə şübhəsi olmadığı və rəqslərdə
iştirakına görə arxiyepiskop və ya ledi Ketrin de Bör
tərəfindən qınanmaqdan qorxmadığı barədə dediklərini
eşidəndə o, xeyli heyrətləndi.
— İcazə verin, qeyd edim ki, ləyaqətli gəncin mötəbər
insan üçün təşkil etdiyi bu cür bal, fikrimcə, özündə
zərərli başlanğıclar gizlədə bilməz. Rəqslərə inkarçı
yanaşmadan uzaq
olaraq, gecə boyu gözəl əminəvələrimin hər biri ilə rəqs
etməyə ümid bəsləyirəm. Fürsətdən istifadə edərək, miss
Elizabet, indidən sizi ilk rəqsə dəvət etmək şərəfindəyəm.
Güman edirəm ki, bu xüsusi imtiyazı əmim nəvəsi Ceyn
düzgün başa düşəcək və qətiyyən ona ehtiramın əskikliyi
kimi qəbul etməyəcək.
Elizabet anladı ki, tələyə düşüb. O əmin idi ki, onu ilk
rəqsə mütləq Uikhem dəvət edəcək. İşə bax, bunun yerinə
o, mister Kollinzlə rəqs etməli olacaq! Elizabet öz
ünsiyyətcilliyini heç vaxt indiki kimi büruzə verməmişdi.
Ancaq iş işdən keçmişdi, əldən başqa iş gəlmirdi.
Beləliklə, mister Uikhem və onun üçün bəxtəvər
dəqiqələrə çevrilməli olan anlar bir qədər sonra olacaqdı.
Mister Kollinzin rəqs dəvəti lütfkarlıqla qəbul edildi.
Kollinzin təmtəraqla danışığındakı nəzakətin əndazəni
aşması xoşuna gəlmədi. Bu müddətdə qızın ağlına ilk dəfə
gəldi ki, mister Bennetin qızlarının içində məhz Hansford
kilsəsinin ləyaqətli sahibəsi, eyni zamanda daha münasib
tərəf-müqabillər olmadıqda Rozinqsdəki kart oyunları
downloaded from KitabYurdu.org
120
partiyasının dördüncü iştirakçısı ola bilər. Əmisi
nəvəsindən özünə qarşı artmaqda olan diqqəti və
Kollinzin onun hazırcavablığı və diribaşlığına
tez-tez səslənən komplimentlərini fərq etməyə başlayınca
Elizabetin şübhəsi əminliyə çevrildi. O öz cazibəsinin
təsirindən sevinməkdənsə həyəcanlandı. Xüsusilə də onun
həyəcanı missis Bennetin belə bir cütlüyü tam alqışladığı
barədə ona işarələr verməsindən sonra daha da artdı. Bu
izdivacdan imtinasının evdə hansı fırtınam qoparacağını
dərk edən Elizabet eyhamları başa düşməyibmiş kimi
özünü aparmağı üstün tutdu. Ola bilər ki, mister Kollinz
ona evlilik təklifi etməyi uyğun saymayacaq. Nə qədər ki
o, heç bir şeyə qərar verməyib, bu barədə hay-küy
qaldırmağın mənası yox idi.
Kiçik miss Bennetlər hazırlaşmalı olduqlan və
haqqında bəs deyincə danışa bildikləri Nezerfilddəki bala
ümid bəsləmədən özlərini son dərəcə bədbəxt hiss
edərdilər. Dəvət günündən balın baş tutduğu günə qədər,
demək olar, dayanmadan yağış yağdı və onlar Meritona
gedə bilmədilər. Nə xalalan, nə zabitlər, nə xəbərlər - hətta
bal başmaqları üçün bantlar da çaparın köməyi ilə alınıb
gətirildi! Elizabetin səbri də sınağa çəkildi, çünki pis hava
şəraiti onun mister Uikhemlə tanışlığının davamı üçün
dəfedilməz əngəllər yaradırdı. Yalnız
ikinci baş tutacaq rəqslərin gözləntisi Kitti və Lidiyaya
tam dözülməz cüməni, şənbəni, bazar gününü və bazar
ertəsini birtəhər yaşamağa imkan verdi.
XVIII
FƏSİL
downloaded from KitabYurdu.org
121
Nezerfilddəki qonaq otağına qədəm basaraq, qırmızı
mundirlərin arasında mister Uikhemi əbəs yerə axtarana
qədər Elizabetin ağlına gəlməmişdi ki, o, buraya gəlməyə
bilər. Onunla görüş qıza özlüyündə o qədər aşkar və təbii
görünürdü ki, o, Uikhemin Nezerfilddə görünməsinə
mane
ola
biləcək
bəzi
durumlar
barədə
heç
düşünməmişdi. O, bala görə xüsusi diqqətlə bəzənmişdi
və Uikhemin ürəyinin itaət altına alınmamış guşələrinin
fəthinə əla ovqatla hazırlaşmışdı. Elizabet əmin idi ki, bu
vəzifə bir axşam ərzində asanca həll edilə bilər. Ancaq o,
zala daxil olan kimi onda məşum bir şübhə yarandı ki,
Binqli dostuna görə Uikhemi bala dəvətli zabitlərin
siyahısına salmayıb. Gerçəkdə məsələ o qədər də belə
deyildisə də, Uikhemin yoxluğunu onun dostu, Lidiyanm
səbirsiz sorğu- sualla üstünə cumduğu mister Denni
təsdiqlədi. O, Uikhemin işlə əlaqədar Londona getməli
olduğunu və hələ də
qayıtmadığını
xəbər
verdi
və
mənalı-mənalı
gülümsəyərək əlavə etdi:
— Düşünmürəm ki, iş onu məhz belə bir gündə bizdən
ayıra bilərdi, əgər o, burada olan bir centlmenlə
qarşılaşmaqdan qaçmağa səy göstərməsəydi.
Bu qeyd çətin ki, Lidiyanm qulağına çatdı, ancaq onun
bacısı bunu başa düşdü. Bu sübut edirdi ki, onun ilkin
təxmininin doğrulmamasından asılı olmayaraq, yenə
Uikhemin balda olmamasında Darsinin günahı heç də az
deyil. Bütün gözləntilərinə görə məyusluğa düçar olmuş
Elizabet ona qarşı elə bir nifrət duydu ki, Darsi
downloaded from KitabYurdu.org
122
salamlaşmaq üçün nəzakətlə yanaşanda cavab verməyə
özünü güclə vadar etdi. Bu insana qarşı diqqət, acıma,
dözümlülük sərgiləmək Uikhemə münasibətdə xəyanətə
bərabər idi. Elizabet Darsi ilə hər cür söhbət etmək
imkanını o qədər rədd etdi ki, üzünü ondan çevirdikdən
sonra hiddətini hətta mister Binqli ilə söhbətdə də dəf edə
bilmədi. Binqlinin öz dostuna kor-koranə bağlılığı qıza
bağışlanmaz görünürdü.
Fəqət Elizabet melanxoliya üçün yaranmamışdı. Onun
balla bağlı ümidləri puç olmuşdusa da, bu cür qara
fikirlərə uzun müddət qapılıb qalmadı. Öz məyusluğunu
bir həftədən bəri görüşmədiyi Şarlotta Lukasa açıb
danışan Elizabet həvəslə öz qeyri-adi əminəvəsi barədə
söhbətə keçdi və onun diqqətini rəfiqəsinə cəlb etdi.
Ancaq birinci rəqs onda yenidən tam ruh düşkünlüyü
yaratdı. Bu, dəhşətli bir mərasim idi. Mühüm və
bacarıqsız, tez-tez yanlış hərəkətlər edən və buna görə hey
üzr istəyən mister Kollinz rəqs qamətinə diqqət etmək
əvəzinə, onu həqarət və pərtlik hiss etməyə vadar etdi -
bunu bir rəqs ərzində yalnız qeyrimünasib tərəf-müqabil
edə bilərdi. Kollinzin, nəhayət, ondan ayrıldığı dəqiqə
qıza sözlə ifadəsi olmayan rahatlıq gətirdi.
Kollinzdən sonra o, bir zabitlə rəqs etdi. Elizabet
onunla Uikhem barədə danışıb ondan gənc insanın hamı
tərəfindən sevildiyini öyrənərək bir qədər özünə gəldi. O,
öz kavalerini tərk edərək miss Lukasm yanma qayıtdı və
başı söhbətə qarışdığından mister Darsinin ona xitab
edərək növbəti rəqsə dəvət etdiyini gec gördü.
downloaded from KitabYurdu.org
123
Gözlənilməzlikdən Elizabet özünü
itirdi və qərarsızlıq içində dəvəti qəbul etdi. Darsi aralandı
və o, kifayət qədər bacanqlı tərpənmədiyi üçün kefi
pozulmuş halda rəfiqəsi ilə təklikdə qaldı. Şarlotta ona
təskinlik verməyə çalışdı:
— Bununla belə, düşünürəm ki, o, xoş tərəf-müqabil
olacaq.
— Allah eləməsin! Bu, ən böyük bədbəxtlik olardı.
Nifrət etmək qərarı verdiyim bir adamı xoş bulmaq! Sən
mənə bundan betər bir şey arzulaya bilməzdin.
Rəqslər yenidən başlandı və Darsi ona yaxınlaşaraq Dostları ilə paylaş: |