olundu ki, qoy ledi Lukas da yaxın gələcəkdə bu qədər
bəxtəvər olsun, bununla belə, missis Bennet özünün bütün
görkəmi ilə açıq-aşkar və təntənə ilə işarə verirdi ki, bunu
tamamilə inanılmaz hesab edir.
Qız əbəs yerə anasının bəlağət selləməsini
xəfiflətməyi və ya anasından heç olmasa öz vəcdini bu
downloaded from KitabYurdu.org
137
sayaq gurultulu ifadə etməməsini istəyirdi. Çünki bu
söhbət Elizabetin özlüyündə ifadəedilməz utancla qeyd
etdiyi kimi, demək olar, üzbəüz əyləşmiş mister Darsinin
qulağına çatırdı. Qızın anası isə yalnız hirslənərək bildirdi
ki, bu nə cəfəngiyatdır, qızı danışır.
— Sənin mister Darsin kimdir ki, mən ondan
çəkinim? Məgər bizim ona nəzakətli müraciət borcumuz
var ki, onun zövqünə uyğun olmayan nəyisə deməyə
çalışmayaq?
— Ana, Allah xatirinə, yavaş danışmağa çalışın.
Mister Darsini təhqir etmək nəyə lazımdır? Məgər siz
bununla özünüzü onun dostunun qarşısında yaxşı
göstərirsiniz?
Lakin bu dilətutmalar anasına heç bir təsir göstərmədi.
Missis Bennet bəslədiyi ümidlər barədə hər kəsin eşidə
biləcəyi tərzdə danışmaqda davam etdi və Elizabet hey
utancdan və pərtlikdən qızarmalı oldu. O, zaman-zaman
Darsiyə nəzər salmaqdan özünü saxlaya bilmirdi və hər
dəfə əmin olurdu ki, narahatlığı nə qədər əsaslıdır. Darsi
həmişə missis Bennet tərəfə baxmasa da, qız bilirdi ki,
oğlanın bütün diqqəti məhz ona yönəlib. Bu zaman onun
üzünün ifadəsi tədricən dəyişdi: əvvəldə onun üzündən
hiddətli nifrət oxunurdusa, axırda bu tutqun və davamlı
qətiyyətə çevrildi.
Ancaq missis Bennetin bəlağəti tükəndi və bütün bu
vaxt ərzində həmsöhbətinin coşqulu izharını çətin ki,
paylaşan, dəfələrlə əsnəyini ram edən ledi Lukas axır ki,
sakit halda fikrini toyuq və vetçinanm üzərində
downloaded from KitabYurdu.org
138
cəmləşdirmək imkanı əldə etdi. Elizabet artıq özünə
gəlməyə başlamışdı. Fəqət fasilə qısa sürdü. Şam yeməyi
bitdikdə musiqidən danışdılar və Elizabet
Merinin qısa çəkən dilətutmalardan sonra ictimaiyyəti öz
sənətkarlığı ilə feyzyab etməyə hazırlaşdığını görərək,
daha bir utanc hissi keçirməli oldu. Elizabet onun bu
fədakarlığının qarşısını baxışları ilə almağa çalışsa da,
səyləri hədər oldu. Özünü bütün parlaqlığı ilə göstərmək
imkanı qazanmasında sevincək olan Meri heç nəyi başa
düşmək istəmədi və fortepiano arxasında əyləşdi.
Olduqca pərt vəziyyətdə qalan Elizabet gözünü
ayırmadan bacısını müşahidə edirdi və səbirsizliklə onun
bir kupletdən digərinə necə keçdiyini izləyirdi. Ancaq
mahnının bitməsi rahatlıq gətirmədi - bəyənmə
alqışlarının arasında bəxş elədiyi həzzi davam etdirmək
xahişinə eyham tutan Meri dərhal yeni mahnıya başladı.
Onun camaat qarşısında çıxış etmək üçün heç bir
göstəricisi yox idi: səsi zəif idi, ifa manerası işgəncəydi.
Elizabet çarəsiz idi. O bu əzabı Ceynin necə yaşadığını
öyrənmək üçün böyük bacısına baxırdı. Ancaq Ceyn
Minqli ilə şirin-şirin çənə vururdu. Elizabet onun
bacılarına nəzər saldı və gördü ki, onlar bir-birinə və
mister Darsiyə istehzalı işarələr edirlər. Ancaq mister
Darsi sifətinin tutqun və sabit ifadəsini qoruyub
saxlayırdı. Nəhayət, Elizabet atasına baxaraq, gözlərilə
onu müdaxilə etməyə çağırdı, yoxsa Meri səhərə qədər
oxumağa davam edə bilərdi. Mister Bennet onu anladı və
Meri ikinci mahnını bitirəndə bərkdən dedi:
downloaded from KitabYurdu.org
139
— Bu qədər tamamilə kifayətdir, övladım. Sən artıq
qulaqlarımızı kifayət qədər feyzyab etdin. İndi icazə ver
başqa gənc qızlar da özlərini göstərsinlər.
Meri özünü elə göstərdi ki, atasının sözləri ona
çatmayıb, bununla belə, o bu sözlərdən bir balaca pərt
oldu. Elizabet isə bacısının əvəzindən xəcalət çəkərək,
atasından inciyərək hiss etdi ki, müdaxiləsi ilə durumu
daha da pisləşdirdi. Bu arada yeni ifaçı axtarmağa
başladılar.
— Mənim musiqi qabiliyyətim olsaydı, — mister
Kollinz dilləndi, — şübhəsiz ki, cəmiyyəti hansısa bir
ariya ilə sevindirməyi özüm üçün zövq hesab edərdim.
Çünki mən musiqini kilsə xadiminin durumu ilə tam
uyğun gələn ən məsum əyləncə sayıram. Əlbəttə, hesab
etmirəm ki, musiqiyə çox vaxt ayırmağa haqqımız yoxdur
— bizdən diqqət tələb edən çox işlər mövcuddur. Bir
bilsəydiniz kilsə keşişinin nə qədər
vəzifələri var! Birincisi, o, aşar vergisini (ondabir) düzgün
bölməlidir və bu zaman özünün və maraqlarının qayğısına
qalmalı və rəhbərinin mənafelərini qorumalıdır. Daha
sonra ona moizələr yazmaq gərəkdir. Yerdə qalan vaxt
kilsə ayinlərinin icrasına və keşişin heç bir halda
rahatlığını təmin etməyə etinasız yanaşmamalı olduğu
evini
təkmilləşdirməyə
güc-bəla
çatır.
Bütün
ətrafdakılara, xüsusilə də onların içindən bu mövqeyinə
görə borclu olduğu birinə diqqət yetirmək, onlara
qatılmaq onun üçün çox vacibdir. Mən qətiyyən özümü
belə bir borcdan azad etmirəm, eləcə də özünün rəhbəri
downloaded from KitabYurdu.org
140
ilə qohumluq əlaqəsində olan istənilən şəxsə ehtiramını
ifadə etmək imkanını əldən buraxan insan barədə yaxşı
fikirləşməzdim!
O, toplanan camiənin yarısının eşitdiyi yüksək səslə
irad etdiyi nitqini mister Darsiyə tərəf təzim edərək
yekunlaşdırdı. Məclis iştirakçılarının bəziləri mister
Kollinzə diqqətlə baxdı, bəziləri gülümsədi. Ancaq onun
çıxışı heç kəsi mister Bennet qədər əyləndirmədi, həmin
vaxt missis Bennet tam ciddi halda
onu bəyəndi və sakit səslə qonşusu ledi Lukasa mister
Kollinzin qeyri-adi ağıllı və ləyaqətli gənc olduğunu
bildirdi.
Elizabetə elə gəlirdi ki, onun ailə üzvləri bu axşam öz
çatışmazlıqlarını nümayişə çıxarmaq üçün qəsdən
sözləşmiş olsaydılar, çətin ki, onu böyük parlaqlıqla
yerinə yetirə və bundan daha yaxşı uğur qazana bilərdilər.
Mister Binqlinin və Ceynin xoşbəxtliyindən, bu
tamaşanın bəzi nömrələri, belə görünür ki, insan
axmaqlıqlarına çox da həssas olmayan gəncin diqqətindən
yayınıb. Ancaq kifayət qədər pis olan məqam o idi ki,
mister Darsi və bacıları üçün onun doğmalarını ələ
salmağa möhtəşəm imkanlar açılmışdı. Elizabet bir qərara
gələ bilmirdi ki, onun üçün daha dözülməz olan hansıdır:
iki ledinin meydan oxuyurmuş kimi gülməsi, yoxsa
centlmenin susqun ikrahı.
Gecənin yerdə qalan hissəsi ona çox az xoş gəldi.
Yanından ayrılmadan, onu dabanqırma izləyən mister
Kollinz Elizabetə əziyyət verməkdə davam etdi. Onu rəqs
downloaded from KitabYurdu.org
141
etmək üçün dilə tutmaq durumunda olmayan Kollinz öz
varlığı ilə qızın hansısa bir kavalerin dəvətini qəbul etmək
imkanından məhrum etdi. Elizabet hədər yerə onu dilə
tutdu ki, başqa xanımlann
məclisdə olmasından istifadə etsin, hətta onu balda olan
istənilən xanımla tanış etmək təklifi irəli sürdü. Mister
Kollinz iddia etdi ki, rəqslərə biganədir və hər şeydən çox
öz əziz əmisi nəvəsinə diqqət yetirmək istərdi, bununla da
çalışdı ki, özünü onun gözündə mümkün olduğu qədər
yaxşı göstərsin. Bu səbəbdən o, balın axırma qədər ondan
aynlmamağı üstün tutardı. Belə bir istəyə qarşı nəsə etiraz
etmək çətin idi. Ona görə də Elizabet tez-tez onlara
yaxınlaşan və mister Kollinzlə söhbət etmək cəfasını
fədakarlıqla öz üzərinə götürən miss Lukasa minnətdar
idi.
Elizabet ən azı mister Darsinin nəzərindən qurtulduğu
üçün şad idi. O, hərdən heç bir işi olmadan Elizabetin
yaxınlığında gəzişsə də, onunla danışmağa cəhd etmirdi.
Elizabet buna Uikhem barədə eyhamları ilə nail olduğunu
düşünür və məmnun qalırdı.
Lonqbornlu qonaqlar zalı axınncı tərk etdilər. Missis
Bennetin xüsusi hiyləsi sayəsində onlann ekipajı o biri
qonaqlann getməsindən on beş dəqiqə sonra hazır oldu.
Bu, onlara Nezerfild sakinlərindən kimin onlann yola
çıxmasını
səbirsizliklə gözlədiyini müşahidə etmək imkanı verdi.
Missis Hörst və onun bacısı ağızlarını yalnız ona görə
açdılar ki, yorğunluqdan şikayət etsinlər. Onlar bütün
downloaded from KitabYurdu.org
142
görkəmləri ilə, nəhayət, tək qalmaq istədiklərini
göstərirdilər. Xanımlar missis Bennetin söhbət salmaq
cəhdlərindən yayınaraq ortada olanların hamısına
uyuşuqluq göstərirdilər. Bu səhnə mister Kollinzin yenicə
başa çatmış gecənin lətafəti, ev sahiblərinin iltifatı və
qonaqpərvərliyi münasibətilə mister Binqlinin və onun
bacılarının
ünvanına
səsləndirdiyi
dolğun
komplimentlərlə, əhatəli mühakimələri ilə bir az
canlanırdı. Mister Darsi, ümumiyyətlə, heç nə danışmırdı.
Mister Bennet də susur, qarşısında açılmış tamaşadan
ləzzət alırdı. Mister Binqli və Ceyn başqalarından bir
qədər aralıda duraraq, yalnız öz aralarında danışırdılar.
Elizabet öz susqunluğunu miss Hörst və miss Binqlidən
əskik olmayan inadkarlıqla qoruyurdu. Lidiya da o qədər
yorulmuşdu ki, enerjili əsnəklə müşayiət olunan “ilahi,
necə də yorulmuş” deyə qırıq-qırıq dediyi sözlər nəzərə
alınmasa, heç nə danışmırdı.
Nəhayət, hamı çıxışa doğru yönələndə missis Bennet
nəzakətli bir şəkildə Nezerfild kampaniyasını mütləq
tezliklə Lonqbornda görmək arzusunu ifadə etdi. O,
əsasən mister Binqliyə müraciət edərək dedi ki, onun
ailəsi istənilən vaxt öz naharını onunla və onun
yaxınlarıyla bölməyə hazırdır - təmtəraqsız və rəsmi
dəvətlərsiz. Mister Binqli ona səmimi qəlbdən
təşəkkürünü bildirdi və sabah yola düşməli olduğu
qısamüddətli işgüzar London səfərindən qayıtdıqdan
sonra onları ilk münasib fürsətdə ziyarət edəcəyini
həvəslə vəd etdi.
downloaded from KitabYurdu.org
143
Missis Bennet tamamilə məmnun idi. Nezerfildi tərk
edərkən o, ürəyində xoşbəxt əminlik bəsləyirdi ki, üç-
dörd aydan sonra onun qızı buraya köçəcək, bundan ötrü
yeni ekipajlar və şərait, eləcə də toy libaslan tədarük
etmək lazım gələcək. O, eyni şəkildə ikinci qızının da
tezliklə ərə gedəcəyinə əmin idi. Bu nikaha ümid də ona
Ceynin nikah gözləntisi qədər güclü olmasa da, xeyli
məmnuniyyət verirdi. Missis Bennet Elizabeti o biri
qızlarından az sevirdi. Missis Bennet Kollinzə və onun
keşiş evinə etirazı olmasa da, onlar, əlbəttə, mister Binqli
və Nezerfildlə heç bir müqayisəyə gəlmirdilər.
XIX
FƏSİL
Ertəsi gün Lonqbornda yeni vacib hadisələr oldu. Mister
Kollinz mister Bennetin ikinci qızına rəsmi evlilik təklifi
etdi. Onun Lonqbornda olma müddəti yaxınlaşan şənbə
günü başa çatırdı və o, vaxt itirmək istəmirdi. O öz
hisslərini sərbəst şəkildə ifadə etməsinə mane ola biləcək
utancaqlığı ilə seçilmirdi, ona görə də bu niyyətini tam
düşünülmüş şəkildə, hərəkətlərini lazımi şərtlərlə
müşayiət etdirərək həyata keçirdi.
Səhər yeməyindən sonra missis Benneti Elizabet və
onun kiçik bacılarından biri ilə birlikdə görən Kollinz ev
sahibəsinə belə bir sual verdi:
— Xanım, ümid edə bilərəmmi ki, əgər gözəl miss
Elizabetdən mənə xüsusi şərəf verərək bu gün onunla
təklikdə söhbət etmək imkanı yaratmağı xahiş etsəm, siz
ona öz təsirinizdən istifadə edəcəksiniz?
Elizabet gözlənilməzlikdən yalnız qızarmağa macal
downloaded from KitabYurdu.org
144
tapdı, çünki missis Bennet dərhal dilləndi:
— Ax, ilahi! Əlbəttə! Söyləməyə belə gərək yox!
Əminəm ki, Lizzi sizi böyük məmnuniyyətlə dinləyəcək.
Onun heç bir etirazı ola bilməz. Gedək, Kitti, sən yuxanda
mənə lazımsan.
O, iynə-sapını yığışdıraraq çıxışa tələsdi. Elizabet onu
dayandırmağa cəhd etdi:
— Lütfən, buradan getməyin. Çox xahiş edirəm.
Mister Kollinz məni bağışlayar. O mənə bu evdə istənilən
adamın eşitməli olmadığı heç nə deməyəcək. Ən yaxşısı
budur özüm gedim.
— Axmaqlığa bax. Mənə sənin bu otaqda qalmağın
lazımdır. — O, utanmış və özünü itirmiş Elizabetin
gerçəkdən də qaça biləcəyini görüb əlavə etdi: — Lizzi,
mən tələb edirəm ki, sən qalasan və mister Kollinzi
dinləyəsən.
Bu qədər qeyd-şərtsiz əmri pozmağa Elizabetin hünəri
çatmadı. Qısaca düşünərək bu qərara gəldi ki, ən ağıllı
çıxış yolu məsələni sürətlə və az hay-küylə həll etməkdir.
Yenidən oturdu və tikiş məşğuliyyətinə daldı. O, gülmək
və ağlamaq istəyirdi. Missis Bennet və Kitti çıxan kimi
Kollinz açılışmağa başladı:
— İnanın, əziz miss Elizabet, təvazökarlığınız sizi
nəinki mənim gözümdən salır, hətta kamilliyinizi daha
güclü şəkildə nəzərə çarpdırır. Mənə qarşı olan
laqeydliyinizi aşkar etməsəydim, bu qədər cazibədar
görünməzdiniz. Ancaq icazə verin, əmin edim ki, sizə
müraciət edərkən mən artıq möhtərəm ananızın razılığını
downloaded from KitabYurdu.org
145
təmin etmişəm. Siz çətin ki, mənim təqib etdiyim
məqsədlərə münasibətdə yanılırsınız, bununla belə, ola
bilər ki, fitri utancaqlığınız üzündən bunu inkar
edəcəksiniz. Əslində mən həddən artıq açıq şəkildə sizi
üstün tutduğumu bəlli edirdim ki, niyyətlərimi anlaya
biləsiniz. Demək olar ki, bu evin kandarından içəri ayaq
qoyduğum vaxt anladım ki, siz mənim həyat yoldaşım
olmağa məhkumsunuz. Ancaq alovlu duyğularıma
sərbəstlik verməzdən öncə, ola bilər, mən evlənməyə
hazırlaşmağıma və bu evdə öz gələcək rəfiqəmi
tapmaqdan ötrü məni Hartfördşirə gəlməyə məcbur edən
səbəbləri sizinlə bölməli idim.
Başbilən və təmtəraqlı əmisi nəvəsinin öz alovlu
duyğularına sərbəstlik verə bilməsi fikri az qala Elizabeti
gülməyə vadar edəcəkdi. Bu üzdən o, kiçik pauzadan
yararlanaraq mister Kollinzi sonrakı izahlardan saxlamadı
və ona öz monoloqunu davam etdirmək imkanı verdi.
— Beləliklə, mən evlənmək istəyirəm. Hesab edirəm
ki, birincisi, mənim kimi maddi vəsait korluğu çəkməyən
hər bir kilsə xadimi öz icmasında nümunəvi ailə başçısı
olmalıdır. İkincisi, əminəm ki, bu addım mənim həyatımı
daha da xoşbəxt edəcək. Nəhayət, üçüncüsü (bəlkə də
mən bunu hər şeydən öncə dilə gətirməliydim), mən
hazırda rəhbərim adlandırmaq şərəfinə nail olduğum
olduqca nəcib ledinin məsləhət və istəklərini xüsusilə əldə
rəhbər tuturam. O, artıq iki dəfə özünə sığışdıraraq bu
barədə öz baxışlarını (mənim heç bir xahişim olmadan)
ifadə edib. Hətta ötən şənbə günü, Hansforddan yola
downloaded from KitabYurdu.org
146
çıxmağım ərəfəsində, iki partoya kadril oyununun
fasiləsində missis Cenkinson miss de Börün kətilinin
ayaqlarını düzəldəndə ledi Ketrin mənə dedi: “Mister
Kollinz, siz evlənməlisiniz. Sizin xasiyyətdə olan kilsə
xadimi evli adam olmalıdır. Ağılla seçin, ləyaqətlisini
seçin. Mənim zövqümü nəzərə alın, əlbəttə, özünüzünkü
ilə hesablaşın. Qoy o, dürüst və işlək qadın olsun, ərköyün
olmasın, elə olsun ki, adi gəlirlə
keçinsin, ayağını yorğanına görə uzatmağı bacarsın. Mən
sizə bunu məsləhət görürəm. Özünüzə mümkün qədər
tezliklə münasib arvad tapın, onu Hansforda gətirin və
mən onu ziyarət edim”. Yeri gəlmişkən, mənim gözəl
əmim nəvəsi, qeyd etmək istərdim ki, qətiyyən ledi Ketrin
de Börün diqqət və xeyirxahlığını əlimlə birgə təklif
etmək
durumunda olduğum həmin üstünlüklərin
cərgəsində axırıncı yerə qoymuram. Ledi Ketrinlə tanış
olduqda başa düşəcəksiniz ki, onun layiq olduğu
maneralan sizə təsvir edə bilməmişəm. Əminəm ki, sizə
məxsus olan canlılıq və hazırcavablıq onun xoşuna
gələcək və bunlar, əlbəttə ki, onun yüksək ranqının təlqin
etdiyi ehtiram və təmkinlə, lazımi şəkildə yumşalacaq.
Bax, məni evlənməyə sövq edən ümumi mülahizələr
bunlardan ibarətdir. İndi mənə yalnız nəyə görə
nəzərlərimi Hansford ətrafındakı kəndlərə yox, məhz
Lonqborn tərəfə yönəltdiyimi demək qalır. Sizi
inandırmağa cəsarət edirəm ki, Hansfordda da xeyli
qəşəng gənc ledi var. Məsələnin məğzi odur ki, sizin
möhtərəm atanızın ölümündən sonra (Allah ona uzun
downloaded from KitabYurdu.org
147
ömür versin) mən onun mülkünə sahib durmalıyam. Bu
xüsusda vicdanımı sakitləşdirmək üçün mən
onun qızlarından birini özümə arvad etmək qəranna
gəldim. Mən istərdim ki, onlar bu qədər kədərli bir
hadisənin təəssüf ki, baş verəcəyi zaman itkini mümkün
qədər az hiss etsinlər, hərçənd dediyim kimi, bu, hələ
çoxçox sonralar baş verə bilər. Səbəblərim belə idi, gözəl
əminəvəsi, ümid bəsləyirəm ki, bu məni sizin gözünüzdən
salmayacaq. Mənə yalnız sizə bağlılığımın qeyri-adi
gücünü inandırmaq qalır. Mən pul- paraya tamam
biganəyəm, bu baxımdan atanıza qarşı hər hansı iddia irəli
sürməyə hazırlaşmıram, çünki onların nə qədər az təmin
oluna biləcəyini kifayət qədər bilirəm. Mən həmçinin onu
da bilirəm ki, gələcəkdə yalnız illik dörd min funt gəlirdən
mininə sahib ola bilərsiniz, o da missis Bennetin
ölümündən sonra sizin sərəncamınıza keçəcək. Bu
baxımdan mən balıq kimi lal olacağam və əmin ola
bilərsiniz ki, ağzımdan heç vaxt bir kəlmə də mənə
yaraşmayan töhmət-filan çıxmayacaq.
Onu mümkün qədər tez dayandırmaq lazım idi.
— Siz tələsirsiniz, ser! — Elizabet qışqırdı. — Siz
unutmuşunuz ki, mən hələ heç bir cavab verməmişəm.
İcazə verin, mən onu gecikmədən edim. Mənə verdiyiniz
şərəfə görə,
ser, minnətdarlığımı qəbul edin. İnanın, dərindən başa
düşürəm ki, sizin təklifiniz mənim üçün böyük iltifatdır,
ancaq onu rədd etməyə məcburam.
— Ooo, mən eşitmişdim ki, — mister Kollinz ifadəli
downloaded from KitabYurdu.org
148
hərəkətlə onun sözünü kəsdi, — gənc ledilər kişilərdən
onlan xoşbəxt etmək xahişini eşidəndə, ürəklərində qəbul
etməyə hazır olduqlan halda tez-tez təklifi rədd edirlər.
Bəzi hallarda rədd cavabı ikinci, hətta üçüncü dəfə də
verilir. Ona görə də sizin sözləriniz məni qətiyyən narahat
eləmir və mən səmimi qəlbdən ümid edirəm ki, yaxın
gələcəkdə sizi nikah kəsdirmək üçün kilsə səcdəgahına
aparacağam.
— Ancaq mənim cavabımdan sonra, ser, — Elizabet
səsləndi, — sizin ümidiniz əsassız görünür. Sizi əmin
edirəm ki, mən öz səadətləri ilə riskə gedərək təkrar təklif
gözləməyə cəsarət edən gənc qadınların (onlar,
ümumiyyətlə, mövcuddurlarsa) cərgəsinə aid deyiləm.
Sizə tam ciddi cavab verdim. Siz məni xoşbəxt edə
bilməzsiniz, mənim dərin inamıma görə, dünya üzündəki
qadınların içində ən az mən sizin kimi adamı xoşbəxt edə
bilərəm. Şübhə etmirəm ki, əgər
sizin dostunuz ledi Ketrin məni tanısaydı, heç bir halda
sizin seçiminizi bəyənməzdi.
—
Doğrudanmı ledi Ketrin əslində sizə belə
yanaşardı?
— mister Kollinz ciddi sifətlə dedi. — Ancaq təsəvvür
edə bilmirəm ki, siz lütfkar xanımın xoşuna gəlməyəsiniz.
Əmin ola bilərsiniz ki, mən onunla görüşmək şərəfinə nail
olanda sizin təvazökarlığımzı, təsərrüfatçılığınızı və sair
müsbət keyfiyyətlərinizi ən əlverişli bir şəkildə ona təsvir
edəcəyəm.
— Heyhat, mister Kollinz, mənim ünvanıma təriflər
downloaded from KitabYurdu.org
149
əbəs olacaq. İcazə verin, taleyimi özüm həll edim və lütf
edin, sözlərimə inanın. Mən sizə ürəkdən var-dövlət və
səadət arzulayıram və sizə ərə getməkdən imtina edərək,
özümdən asılı olan hər şeyi edirəm ki, bu istəklər həyata
keçsin. Mənə evlilik təklifi edərək siz ailəmizə
münasibətdə vicdanınızı sakitləşdirməliydiniz və indi
Lonqborn malikanəsi sizin sərəncamınıza keçəndə vicdan
əzabı çəkmədən ona sahiblənə bilərsiniz. Beləliklə, bu
məsələni tamamilə həll edilmiş saymaq olar.
Bu sözlərdən sonra o, artıq otağı tərk etmək istəyirdi,
ancaq mister Kollinz yenidən dilləndi:
— Mən sizinlə bu mövzuda bir daha söhbət etmək
şərəfinə nail olanda, indi verdiyiniz cavabdan daha
əlverişli cavab almağa ümid edəcəyəm. Bununla yanaşı,
mən sizi duyğusuzluqda günahlandırmaq fikrindən
uzağam, çünki birinci dəfə evlilik təklifi edən kişiyə rədd
cavab verməyin sizin cinsinizə nə qədər xas olduğunu
bilirəm. Bəlkə də siz, hətta mənə gerçək həssaslığa malik
qadın qəlbinin yol verə bildiyi qədər ümid verdiniz. Dostları ilə paylaş: |