özünün geridə heç altı pennisi də yoxdur. Biz dayımla və
xalayla heç vaxt ödəşə bilməyəcəyik. Onların Lidiyanı öz
evlərinə götürmək, qayğısına qalmaq və öz yaxşı adlan ilə
müdafiə etmək qərarı qəbul etmələri elə bir qurbandır ki,
bu, uzun illər minnətdarlığa layiqdir. Bu saat Lidiya
onlarda olmalıdır! Əgər hətta onların belə bir alicənablığı
onu gerçəkdən mütəəssir etmirsə, o, ümumiyyətlə,
xoşbəxt olmağa layiq deyil. O, xalanın üzünə necə baxa
bilir!
— Uikhemlə Lidiyanm törətdikləri hər şeyi
xatırlamamağa çalışmaq lazımdır, — Ceyn dedi. —
Onların gələcək rifahına o qədər inanmaq istərdim ki!
Onun Lidiya ilə evlənməyə razılığı islah olunmağa
başlamasının rəhnidir. Qarşılıqlı istək onları daha az
yüngülməcaz edəcək və onlar, ümidvaram ki, ağıllı və
xoşbəxt yaşayacaqlar, köhnə hərəkətləri isə yavaş-yavaş
unudulacaq.
— Onların hərəkəti elədir ki, — Elizabet cavab verdi,
— nə mən, nə sən, nə də bir başqası unudacaq. Bu barədə
danışmağa da dəyməz.
Burada onlar xatırladılar ki, anaları çətin ki, məktub
barədə nəsə bilir. Qızlar missis Bennetin məktub barədə
öyrənməsini istəyib-istəmədiyini atalarından soruşmaq
üçün kitabxanaya girdi. Ata hələ yazmaqda davam edirdi.
O, başını qaldırmadan etinasızlıqla cavab verdi:
—
Bu sizin işinizdir.
—
Anama oxumaq üçün məktubu götürmək olarmı?
downloaded from KitabYurdu.org
402
—
Nə istəyirsiniz, götürün və məni rahat buraxın.
Elizabet yazı masasının üstündəki məktubu qamarladı və
onlar yuxarı qaçdılar. Həmin vaxt missis Bennetin
yanında Meri və Kitti də vardı, ona görə də bir ismarış
kifayət idi. Yaxşı xəbərli məktubun gəlməsi barədə bir
neçə kəlmədən sonra məktub bərkdən oxundu. Missis
Bennet hisslərinə güclə hakim ola bildi. Ceyn məktubu
oxuya-oxuya mister Qardinerin gözlənilən toy barədə
ümidləri qeyd olunan yerinə çatanda onun üzündə qeyri-
adi vəcd ifadə olundu və hər növbəti cümlə şadlığını
artırdı. İndi o, xoşbəxtlikdən elə bir ehtizaza gəlmişdi ki,
əvvəllər həyəcan və məyusluqdan o halda olurdu. Qızının
ərə gedəcəyini bilməsi ona kifayət idi. Lidiyanm rifahı
barədə qayğı,
eləcə də onun yüngülməcaz hərəkətinə dair peşmanlıq
qətiyyən onun ağlına gəlmirdi.
— Lidiya, mənim qızım! — missis Bennet ah çəkdi.
— Bu, necə də qiyamətdir! O, ərli olacaq! Mən tezliklə
onu görəcəyəm! On altı yaşında ərə gedəcək! Xeyirxah,
yaxşı qardaş! Mən əmin idim ki, belə qurtaracaq — o, hər
şeyi düzüb qoşmalıydı! Əgər bilsəydiniz onu necə görmək
istəyirəm! İstəkli Uikhemi də həmçinin! Ancaq libaslar
necə olacaq? Toy əlbisəsini necə edəcəyik? Bu saat missis
Qardinerə məktub yazmaq lazımdır. Lizzi, göyərçinim,
aşağı qaç, atandan soruş, gör, o buna nə qədər pul verə
bilər? Ah, yox, dayan! Yaxşısı budur onun yanma özüm
gedim. Kitti, zəngi çal, Hili gəlsin. Mən bu dəqiqə
geyinirəm. Lidiya, əzizim mənim! O bizə gələndə, bax,
downloaded from KitabYurdu.org
403
bayram onda olacaq!
Böyük qız onun vəcd dolu izharını dayandırmağa
cəhd edərək, anasına onların mister Qardinerə nə qədər
borclu olduqlarını xatırlatdı.
—
Hər şey onun xeyirxahlığı sayəsində yaxşı qurtardı,
— deyə əlavə etdi. — Belə görünür ki, o, mister Uikhemə
xeyli
pul yardımı edib.
— Nə olsun, bu tamamilə təbiidir! — missis Bennet
cavab verdi. — Onun qayğısına doğma dayısı da
qalmayıb, kim qalacaq? Əgər onun ailəsi olmasaydı,
pulları mənə və qızlara çatardı. Hədiyyələri saymasaq.
Biz birinci dəfədir ondan nəsə alırıq. Ancaq mən çox
şadam, çox şadam! Bir az da keçəcək, mənim ərli qızım
olacaq!.. Missis Uikhem! Necə də gözəl səslənir. Axı
yalnız iyunda onun cəmi on altı yaşı tamam olub! Ceyn,
göyərçinim, mən elə həyəcanlanmışam ki, yəqin ki, heç
nə yaza bilmərəm. Pul haqqında atanla sonra danışanq.
Ancaq libası elə bu dəqiqə sifariş etmək lazımdır.
O, tülbəndin, kiseyin və batistin məziyyətlərini
təfərrüatlı şəkildə müzakirə etməyə başladı və artıq geniş
sifariş göndərmək istərkən, Ceyn müəyyən çətinliklə ona
mister Bennetin razılığı alınana qədər bu işi bir qədər
təxirə salmağın zəruriliyini izah etdi. Ceyn bildirdi ki, bir
gün ləngimək böyük əhəmiyyət kəsb etmir və yüksək
əhvalı sayəsində missis Bennetin bu dəfə adi vaxtda
olduğundan daha çox uzlaşa bilən
olduğu ortaya çıxdı. Onun beynində hey yeni planlar
downloaded from KitabYurdu.org
404
əmələ gəlirdi.
— Geyinən kimi dərhal xəbərlərimizi Filips bacıya
demək üçün Meritona gedəcəyəm, — o bəyan etdi. —
Qayıdanbaş bir də Lukasları və missis Lonqu da ziyarət
etmək mümkün olacaq. Kitti, aşağı qaç və əmr et karetanı
qoşsunlar. Əminəm ki, açıq hava mənə çox faydalı olacaq.
Qızlar, Meritonda sizin üçün nə etməyimi istəyirsiniz? Bu
da, nəhayət, Hili. Hili, əzizim, siz eşitdinizmi bizim necə
qiyamət xəbərlərimiz var? Miss Lidiya ərə gedir! Sizin
hamınıza bir piyalə punş veriləcək ki, onun toyu
münasibətilə necə lazımdır şənlənəsiniz.
Missis Hili, əlbəttə ki, vəcdə gəldi və Elizabet bacıları
ilə birlikdə onun təbriklərinə qulaq asdı. Bundan sonra o,
qarmaqarışıqlıqdan yorulmuş halda hər şey barədə sakit
düşünmək üçün öz otağına getdi.
Lidiyanm durumu kifayət qədər acınacaqlı idi. Ancaq
onun daha betər bəlaya düşmədiyinə sevinmək lazım
gəlirdi. Elizabet də buna sevinirdi. Gələcəyə baxarkən
Lidiya üçün nə ailə səadəti, nə də təminat gözləmək
olardı. Lakin Elizabet cəmi iki
saat öncə hamısının necə qorxduğunu xatırlayaraq işin bu
cür nəticələnməsinin üstünlüyünü qiymətləndirməyə
bilmirdi.
VIII
FƏSİL
Mister Bennet artıq çoxdan öz gəlirlərindən nəsə bir şey
geri atmağa hazırlaşırdı. Bununla yanaşı, o, tədricən
müəyyən məbləğ toplaya və qızlarının, eləcə də ondan
çox yaşasaydı, arvadının gələcəyini təmin edə bilərdi.
downloaded from KitabYurdu.org
405
Hazırda o, xüsusi kəskinliklə hiss edirdi ki, belə bir qənaət
nə qədər ağıllı hərəkət olardı. O, əvvəldən borcunu bu
yolla yerinə yetirsəydi, Lidiyanm öz adından və
şərəfindən ötrü dayısına kəfarət borcu olmazdı. O zaman
bütün krallıqdakı ən dəyərsiz adamın həyat yoldaşı
qismində əldə edilməsi tamamilə layiqincə təqdim
olunardı.
Belə şübhəli xoşbəxtliyin bütünlüklə qaynının
vəsaitilə ödəniləcəyi mister Benneti ciddi şəkildə məyus
edirdi, ona görə də o xərclənmiş məbləği aydınlaşdırmaq
və ilk imkan düşdüyü zaman borcunu qaytarmağı qərara
almışdı. Mister Bennet evləndiyi zaman güman edirdi ki,
qənaət üçün səy etməmək mümkündür, çünki cütlüyün
varisinin doğulacağı nəzərdə
tutulurdu. Yetkin yaşa çatan oğul malikanəni ailə üçün
möhkəmləndirər, gələcək dul qadını və balaca uşaqlan
təmin edərdi. Ancaq bir-birinin ardınca beş qız dünyaya
gəldi, oğul isə olmadı. Missis Bennet Lidiya doğulandan
sonra da uzun illər ərzində varisin gələcəkdə
doğulacağına ümidini qoruyub saxlayırdı. Axırda bu
ümiddən imtina etmək lazım gəldi, ancaq pul toplamaq da
artıq gec idi. Missis Bennetsə təbiəti etibarilə qənaətcil
deyildi, yalnız ərinin borca girmək istəməməsi ona
malikanələrində aldığı gəlirdən daha artıq vəsait
xərcləməsinə imkan vermirdi.
Nikah müqaviləsi ilə missis Bennet və onun
törəmələri üçün beş min funt təyin olunmuşdu. Övladlar
arasında pulun bölgüsü valideynlərin qəranndan asılı idi.
downloaded from KitabYurdu.org
406
Belə bir qərarı hazırda ən azı Lidiyaya münasibətdə qəbul
etmək lazım idi. Mister Bennetdə də mister Qardinerin
təklif etdiyi şərtlərlə bağlı tərəddüd yaranmamışdı. Qısaca
olsa da, ən lütfkar şəkildə qaynına göstərdiyi xeyirxahlıq
üçün öz minnətdarlığını bildirən mister Bennet mister
Qardinerin atdığı sonrakı addımları bəyəndiyini yazdı,
həmçinin onun öz üzərinə götürdüyü
öhdəlikləri yerinə yetirməsinə razılıq verdiyini təsdiqlədi.
Bundan əvvəl ağlına gəlməzdi ki, qızını, hətta Uikhemin
onunla evlənmək istədiyi təqdirdə belə, bu qədər cüzi xərc
müqabilində ona ərə verə bilər. Lidiyanın saxlanması
məsrəfləri, onun cibxərcliyi və anasından tez-tez aldığı
pul hədiyyələri nəzərə alınanda, o, evlilərə ildə ödəyəcəyi
yüz funtla böyük bir məbləğ itirmirdi.
Bütün bunlann belə az zəhmət tələb etməsi xoş sürpriz
idi. Hazırda o istərdi ki, canı sonrakı qayğılardan mümkün
qədər qurtarmış olsun. Onu qızının axtarışına atılmağa
sövq edən ilk həqarət əsəbiliyindən sonra, təbii ki, öz
əvvəlki soyuqqanlılığına qayıtmışdı.
Məktub xeyli tez yazıldı - mister Bennet nəsə bir qərar
qəbul etməzdən öncə uzun-uzadı fikirləşirdi, ancaq elə ki
işə başladı, dərhal onu sona çatdırırdı. O, məktubun yekun
hissəsində qaynına hələ nə qədər borclu olduğunu
öyrənmək istəyini ifadə etdi. Mister Bennet Lidiyaya o
qədər möhkəm hirslənmişdi ki, məktubda özünü ona hər
hansı müraciət etməkdən saxlamağı qərara aldı.
Yaxşı xəbərlər dərhal ev-ev dolaşdı və qeyri-adi
sürətlə bütün rayona yayıldı. Əlbəttə, miss Lidiya barədə
downloaded from KitabYurdu.org
407
söz-söhbət onun Meritona gətirilməsi və ya daha yaxşı,
hansısa uzaq fermaya sürülməsi halında xeyli dərəcədə
böyük maraq kəsb edə bilərdi. Ancaq onun ərə getməsi
münasibətilə də ləzzətli mühakimələr yürütmək mümkün
idi. Şəhərciyin bədxah qeybətcillərinin ağzından
düşməyən xoşbəxtlik arzuları da durumun dəyişməsi ilə
öz ifadəliliyini, demək olar, itirmirdi, çünki Uikhem kimi
bir adamla nikah, vicdanla söylənilərsə, heç cür xoşbəxt
alına bilməzdi.
Missis Bennet iki həftə ərzində bir dəfə də olsun
yemək otağına girməmişdi. Ancaq bu xoşbəxt gün onunla
əlamətdar oldu ki, o, nəhayət, yüksək ovqatda masanın
başında oturdu. Lidiyaya görə xəcalət cüzi də olsun onun
təntənəsini tutqunlaşdırmırdı. Ceynin on altı yaşının
tamam olmasından bəri onun mübtəla olduğu ideya,
qızlarından hər hansı birinin toyu barədə arzusu
gerçəkləşməyə yaxınlaşırdı. Onun düşüncələri və
söhbətləri yalnız toy mərasimi üçün ləvazimatların, nazik
tülbənd nümunələrinin, yeni ekipajların
və yeni qulluqçuların ətrafında dönübdolaşırdı. O, qeyri-
adi eneıji ilə qızının toydan sonra yerləşməsi üçün
yaxınlıqda hər hansı bir ev axtarmağa girişmişdi. Missis
Bennet gənc cütlüyün hansı maddi vəsaiti olacağını
bilmədən, hətta bunu düşünmədən, yerləşməsinə və ya
ölçüsünə görə münasib saymadığı bir xeyli evdən imtina
etmişdi.
— Qoldinqlər çıxmağı düşünsəydilər, bəlkə də Hey-
park münasib ola bilərdi, — o, saf-çürük edirdi. — Ya da
downloaded from KitabYurdu.org
408
yalnız qonaq otağı bir balaca böyük olsaydı, Stoukdakı
böyük ev yarayardı. Eşuorta gəlincə, o burdan həddindən
çox uzaqdadır — bizi bir-birimizdən bütöv bir on mil
məsafə ayırsa, mən buna tablaşa bilmərəm. Palvis Locda
isə yuxarı mərtəbə tamamilə imkansızdır!
Mister Bennet qulluqçu otaqda olduğu vaxt onun bu
cür çərənləməsinə mane olmadı. Ancaq kənar adamlar
uzaqlaşan kimi missis Bennetə xitabən dedi:
— Missis Bennet, siz qızınız və onun əri üçün bu gözəl
malikanələrdən birini və ya hətta hamısını birdən
kirayələməzdən öncə, istərdim ki, bizim aramızda bu
məsələ
üzrə aydın müqavilə olsun. Onlar bu ətrafda heç bir evə
buraxılmayacaqlar. Mən onları Lonqbornda öz evimdə
qəbul edərək, yüngülməcazlıqlarım təşviq etməyə
qətiyyən hazırlaşmıram.
Bu bəyanat etiraz fırtınası doğurdu, ancaq mister
Bennet sözündən dönmədi. Müəyyən vaxtdan sonra
missis Bennet qızğın mübahisə zamanı heyrətinə və
dəhşətə gəlməsinə rəğmən aşkar etdi ki, həyat yoldaşı toy
libaslarının tədarük edilməsinə qara quruş da xərcləməyə
hazırlaşmır. O bildirdi ki, Lidiya onun hər hansı bir
diqqətinə ümid etməsin. Bu, missis Bennetə ağlasığmaz
göründü. Bu cür cilovlanmaz valideyn hiddəti üzündən
ərə gedən qızının hər şeyi itirməli olması onun idrakının
hüdudlarını aşırdı. Toy libaslarının əskikliyi ona
Lidiyanm qoşulub qaçmasından və Uikhemlə toydan
əvvəl iki həftə birlikdə yaşamasından daha rüsvayçı hal
downloaded from KitabYurdu.org
409
kimi görünürdü.
Elizabet isə duyğularının dağınıq olduğu vaxt
Lidiyanm taleyi üçün öz əndişələrini mister Darsiyə
danışmasından acı peşmanlıq duydu. Onun qaçması
tezliklə uğurlu bir şəkildə
evliliklə yekunlaşdığı üçün əhvalatı o zaman Braytonda
olmayanlardan gizlətməyə ümid etmək olardı.
Elizabet mister Darsinin bu hadisəni kənar adamlara
danışacağından qorxmurdu. O, təmkinliliyi böyük etimad
yaradan başqa bir adamı, çətin ki, tanıyırdı. Ancaq ona
xüsusilə ağrılı idi ki, ailə rüsvayçılığı məhz ona məlum
olmuşdu. İş onda deyildi ki, bundan onun özünün hansısa
maraqları zərər çəkmişdi. Bütün hallarda indi onların
arasında dəfolunmaz uçurum yatırdı. Hətta Lidiya
ləyaqətli qızlara yaraşan bir şəkildə ərə getsəydi belə,
güman etmək olmazdı ki, mister Darsi bütün
çatışmazlıqlarına bir də o qədər nifrətini qazanmış adamın
qohumluğu əlavə edilmiş ailə ilə qohum olsun. Belə bir
qohumluq barədə düşüncə, əlbəttə ki, onu dəhşətə
gətirməli idi. Mister Darsinin Derbişirdə bu qədər nəzərə
çarpan şəkildə onun sevgisini qazanmağa cəhd etməsi,
sağlam məntiqlə düşünülərdisə, bu cür zərbənin
qarşısında duruş gətirə bilməzdi. O, məzlum, kefsiz idi, nə
olduğunu özünün də bilmədiyi itki yaşantısı keçirirdi.
Onun bağlılığı birdən-birə qıza xüsusilə əziz görünürdü -
özü də o vaxt ki, artıq onun
qorunub saxlanacağına ümid etmək olmazdı. Elizabet
onun həyatı barədə bilmək istəyirdi, hərçənd indi güman
downloaded from KitabYurdu.org
410
etmək çətin idi ki, bu barədə hər hansı məlumat əldə
edəcək. Darsi ilə əl-ələ xoşbəxt həyat yaşaya biləcəyinə
əminlik qızda o zaman yarandı ki, onunla bir daha
görüşəcəyinə, demək olar, heç bir ümid qalmamışdı.
“Darsi bilsəydi ki, cəmi dörd ay öncə qürurla rədd
edilən təklifi bu gün sevinc və minnətdarlıqla qarşılanardı,
onun heysiyyəti necə də şərəf duyardı” - Elizabet tez-tez
düşünürdü. O, Darsinin bütün həmcinslərindən üstün olan
alicənablığına şübhə etmirdi. Ancaq fani bəndə olaraq,
hətta o da öz təntənəsini dərk etməkdən özünü saxlaya
bilməzdi.
Elizabet yalnız indi anlayırdı ki, o, məhz öz xasiyyəti
və istəkləri ilə ona hamıdan daha münasib olan insan imiş.
Darsinin ağlının və xasiyyətinin özəlliyi onun
özününkündən daha yaxşı olsa da, qızın bütün tələblərinə
cavab verirdi. Onlann arasında ittifaq hər ikisi üçün
faydalı olardı. Onun təbiətinin rahatlığı və gümrahlığı
Darsinin mühakimələrinə və maneralanna daha artıq
yumşaqlıq verə bilərdi. Elizabet özü
isə onun geniş biliyi, sağlam düşüncəsi və inkişaf etmiş
ağlı sayəsində daha dərin insana çevrilərdi.
Təəssüf ki, heyrətlənmiş bəşəriyyətə əsl ailə
səadətinin nə olduğunu göstərə biləcək xoşbəxt nikahın
baş tutması nəsib olmadı! Bunun yerinə tezliklə Bennet
ailəsində tamam başqa növdən olan, ailə səadətinin hər
cür imkanının öncədən istisna olunduğu bir nikah
bağlanacaq.
O, hətta təsəvvür belə edə bilmirdi ki, Uikhem və
downloaded from KitabYurdu.org
411
Lidiya özlərinin layiqli və müstəqil mövcudluqlarını hansı
yolla təmin edəcəklər. Ancaq bunun əvəzində o,
məsuliyyət və borc hissindən daha güclü çıxan
ehtirasların təsiri altında birləşən ailə cütlüyünü əsl
səadətin necə az gözlədiyini yaxşı başa düşürdü.
***
Mister Bennet tezliklə Londondan yeni məktub aldı.
Mister Qardiner atdığı addımlara dair tərifli sözlərə cavab
verərək yazırdı ki, o onun ailəsinin hər bir üzvünə xidmət
göstərməyə
həmişə hazırdır və xahiş edirdi ki, bir də heç vaxt bu
mövzuya toxunulmasın. Məktub üçün başlıca səbəb
Bennetlərə mister Uikhemin polis alayını tərk etmək
qərarına gəlməsinin xəbər verilməsi zərurəti idi.
“Onların nikahı barədə razılıq əldə olunan vaxtdan
etibarən mən bunda israr etdim, — məktubda əlavə olaraq
bildirilirdi. - Siz də yəqin mənimlə razılaşarsınız ki,
alaydan getmək onun qədər, bacını qızının da
marağındadır. Mister Uiklıem nizami orduya daxil olmaq
niyyətindədir. Əvvəlki dostları arasında ona bunda kömək
etmək imkanı olan və bunu etmək istəyən biri tapılıb. Ona
general N. — in şimalda yerləşən alayında gizir rütbəsi
vəd edilib. Bu yerlərdən o cür uzaqlıq mənə böyük
üstünlük kimi görünür. O, oi'ada özünü yaxşı apai'mağa
söz verib və ümidvaram ki, məlum təmkinliliyə riayət
etməli olacaqları yeni ətrafa münasibətdə böyük
tədbirlilik göstərəcəklər. Mən işlərimizin necə alındığı
barədə polkovnik Forsterə məktub yazdım və ondan xahiş
downloaded from KitabYurdu.org
412
etdim ki, mister Uikhemə Braytonda və onun ətrafındakı
yerlərdə borc verənləri sakitləşdirsin, onlara desin ki,
bütün
borcları tezliklə ödəniləcək və buna görə məsuliyyəti öz
üzərimə götürürəm. Ola bilər, Siz onun Meritondakı
kj'editorlarını eyni şəkildə inandırmağı zəhmət
saymayacaqsınız. Onların siyahısını Uikhemdən aldığını
məlumatlara əsasən Sizin üçün tərtib edirəm. O, öz
borclarının siyahısını bizə verib. Ən azı ümidvaram ki,
bizi aldatmır. Haqerstona göstəriş verilib və bir həftənin
içində bütün işlər yekunlaşacaq. Bundan sonra onlar
Lonqborna dəvət olunmayacaqlarsa, onun alayına
yollanacaqlar. Missis Qardinerin fikrincə, bacımız qızı
şimala getməzdən öncə Sizi çox görmək istərdi. O, yaxşı
əhvaldadır və özü barədə Sizə və anasına ehtiramla
xatırladılmağı xahiş edir.
Sizin E.Qardiner”.
Mister Qardiner və onun qızları Uikhemin öz əvvəlki
alayını tərk etməsinin üstünlüyünü mister Qardinerdən pis
anlamırdılar. Ancaq missis Bennet buna çox az sevindi.
O, Lidiyanm haradasa Hartfördşir tərəflərdə yaşayacağına
ümidlərini hələ itirməmişdi. Qızının daima yanında
olmasının ona daha çox məmnunluq bəxş edə biləcəyi
vaxtda onun şimala
ehtimal olunan köçü kəskin məyusluq doğurdu. Üstəlik,
Lidiyanm hər kəslə tanış olduğu və bu qədər pərəstişkar
qazandığı alaydan ayrılmağa məcbur qalması onu bir az
da məyus etdi.
downloaded from KitabYurdu.org
413
— O, missis Forsteri elə sevir ki, — missis Bennet
deyirdi,
— onları ayırmaq, sadəcə, günahdır! Orada hələ ondan
ötrü dəli-divanə olan bir neçə gənc də var. General N. —
in alaymdakı zabitlər heç də o cür xoş kavalerlər olmaya
bilərlər.
Lidiyanm şimala getməzdən öncə doğmaları ilə
görüşməyə icazə verilməsi xahişini (hansısa xahişdən
danışmaq mümkün ola bilərdisə) əvvəlcə mister Bennet
qətiyyətlə rədd etmişdi. Fəqət Ceyn və Elizabet
bacılarının hisslərinə və yaxşı adma qıymayaraq, nəvazişə
və inandırmaya əl atdılar, atalarını israrla dilə tutdular ki,
toydan sonra Lidiya və ərinə Lonqborna gəlmək icazəsi
versin. Axırda onlar mister Bennetin məsələyə onların
gözü ilə baxmasına nail oldular və o, qızların istədiyi kimi
hərəkət etdi. Öz məmnunluğuna uyğun olaraq, missis
Bennet öyrəndi ki, Uikhemlər şimala sürgünə getməzdən
öncə, o, ərli qızı ilə yerli cəmiyyətin arasına çıxa bilər.
Qərara alındı ki,
gənclər toy mərasiminin sona yetməsindən dərhal sonra
Lonqborna gələcəklər. Lakin Elizabet bu planı Uikhemin
qəbul etməsinə heyrətləndi. O, yalnız öz duyğulan ilə
hesablaşsaydı, əlindən gələni edərdi ki, bu görüşdən
qaçsın.
IX
FƏSİL
Ceyn və Elizabet bacılarının toyu günü, bəlkə də təzə
gəlindən daha artıq həyəcan keçirdilər. Gənclərin ardınca
göndərilən ekipaj onlan N.də qarşılamalı və naharadək
downloaded from KitabYurdu.org
414
qayıtmalı idi. Bu anı hər iki böyük miss Bennet bacılan
sonsuz narahatlıqla gözləyirdilər. Lidiyaya aid olmalı
olan hisslərin çulğadığı Ceyn xüsusilə möhkəm
həyəcanlanmışdı, sanki bütün hadisələrin səbəbkarı o
özüydü. Yazıq bacısının nələrə dözməli olduğu barədə
fikir onda çarəsizlik ovqatı yaradırdı.
Dostları ilə paylaş: |