atam ən pis şeyləri düşünürlər, ancaq mən U. barədə elə
pis düşünə bilmirəm. Londonda gizli halda evlənməyi
ilkin plandan üstün tutmaq üçün onların çoxlu səbəbləri
ola bilər. Hətta tutaq ki, ləyaqətli ailənin qızma
münasibətdə gənc oğlanda ləyaqətsiz
düşüncə yai'ana bilibsə, düşünmək olarmı ki, qız özii də
başını bu dərəcədə itirib? Sadəcə, inanılmazdır! Mən ona
məyusam ki, polkovnik F. onların nikahlanmasma
inanmağa çox da meyilli deyil. Mən onunla öz ümidlərimi
bölüşəndə o, başını buladı və U. — nun güvəniləsi insan
olduğuna şübhələrini bildirdi. Yazıq ananı indi gerçəkdən
də xəstədir və otaqdan çıxmır. Əgər o özünü ələ alsaydı,
ona yaxşı olardı, ancaq bunu gözləmək çətindir. Atama
gəlincə, mən hələ onu bu qədər kefsiz görməmişəm.
downloaded from KitabYurdu.org
361
Yazıq Kittiyə hirslənirlər ki, o, Lidiyanuı bağlılığını
gizlədib. Ancaq ona etibar edib bir xəbər veriblərsə, o,
başqa cür hərəkət edə bilərdimi? Mən səmimi qəlbdən
şadam ki, əziz Lizzi, bu dəhşətli səhnələrdə iştirak
etməyin lazını gəlmədi. Ancaq hazırda, ilk sarsıntının
artıq keçdiyi vaxt, etiraf etməliyəmmi ki, sənin qayıdışını
səbirsizliklə gözləyirəm?Fəqət mən o qədər də xudbin
deyiləm ki, bu sənə çətin olacaqsa, israr edim. Adieu
(Əlvida)! Mən qələmi yenə götürdüm ki, iki sətir yuxarıda
çəkinməyə söz verdiyim xahişlə müraciət edim. Ancaq
vəziyyət elədir ki, sizin hamınızın mümkün qədər tez
gəlməyiniz üçün yalvanııağa
məcburam. Mən əziz dayımızı və xalamızı, onlara bu
barədə deməkdən qorxmamaq üçün yaxşı tanıyıram, həm
də dayınıdan xüsusi xahişim var. Atanı elə bu dəqiqə
Lidiyanı orada tapmağa səy göstərmək üçün polkovnik
Forsterlə Londona gedir. Bunu necə edəcəyi mənə
qətiyyən ayduı deyil. Ancaq ruh düşkünlüyü halında
olması kifayət qədər ehtiyatlı və ağıllı hərəkət etməyə
imkan verməyəcək, polkovnik Forster isə sabah axşam
Braytona qayıtmağa məcburdur. Belə bir dar ayaqda
dayının məsləhətləri və köməyi xilasedici ola bilərdi. O
mənim yaşantılarımı dərhal anlayacaq və onun
həssaslığına güvənirəm”.
— Ancaq mən haradan, haradan tapım dayımı?! —
Elizabet məktubu oxuyub bitirən kimi yerindən sıçrayaraq
səsləndi.
O ləngimədən, qiymətli dəqiqələri itirmədən mister
downloaded from KitabYurdu.org
362
Qardinerin arxasınca cummaq istəyirdi. Lakin astanaya
qədər qaçdığı zaman qapı açıldı və qulluqçu mister
Darsini otağa ötürdü. O, qızın rənginin necə ağardığını və
ona doğru necə sürətlə atıldığını görərək özünü itirdi.
Darsi nəsə demək üçün fikrini toplayana qədər,
düşüncəsindəki hər şey qəti şəkildə
Lidiyamn taleyi barədə fikrin kölgəsində qalan Elizabet
tələsik dilləndi:
— Məni bağışlayın, sizi tərk etməyə məcburam. Elə
bu saat bir təxirəsalınmaz məsələyə görə mister Qardineri
tapmağım lazımdır. Bir saniyə də itirmək olmaz.
— İlahi, nə baş verib? — o, ədəb qaydalarına əməl
etməkdənsə, daha çox canıyananlıqla səsləndi. Fəqət
dərhal özünü ələ alaraq əlavə etdi: — Əlbəttə, mən sizi
ləngitməyə cürət etmirəm. Ancaq icazə verin mister və
missis Qardinerləri mən axtarım və ya qulluqçulardan
kimsə axtarsın. Sizin halınız pisləşə bilər, axtarışa getmək
halında deyilsiniz.
Elizabet fikrində israr etmək istəyirdi, lakin
ayaqlannda zəiflik hiss edərək, başa düşdü ki,
Qardinerlərə çatmağa gücü çətin yetə bilər. Ona görə də
yenidən qulluqçunu çağırdı, həyəcandan sözləri güclə
tələffüz edərək ona Qardiner cütlüyünü tapmağı, onlardan
təcili şəkildə mehmanxanaya qayıtmalarını xahiş etməyi
tapşırdı.
Qulluqçu çıxdıqdan sonra Elizabet ayaq üstündə
durmaq gücündə olmayınca kresloya çökdü. Bununla
belə, onun
downloaded from KitabYurdu.org
363
görkəmi elə xəstəhal idi ki, Darsi onu qoyub getməyi
mümkünsüz saydı, özünü canıyanan və qayğıkeşlikdən
saxlaya bilmədi:
— Bəlkə xadiməni çağıraq? Sizə nəsə qüwətləndirici
bir şey içmək lazımdır. Məsələn, bir stəkan şərab — icazə
verirsiniz, süzüm? Halınız çox pisdir!
— Yox, yox, sizə minnətdaram, — o, həyəcanını
boğmağa çalışaraq cavab verdi. — Mənə heç nə olmayıb.
Mən tamamilə sağlamam. Ovqatımı yalnız indicə
Lonqborndan aldığım bəd xəbər pozub.
Bu zaman o, hönkürtü ilə ağlamağa başladı və bir neçə
dəqiqə ərzində nəsə demək iqtidarında olmadı. Darsi
özünü itirmiş halda yalnız anlaşılmaz təsəlli sözləri
mızıldaya bildi və susqun-susqun acıyaraq baxdı.
Nəhayət, qız yenidən danışdı:
— Mən indicə Ceyndən üzücü xəbərlə dolu məktub
almışam. O, hamıya məlum olacaq. Mənim kiçik bacım
dostlarını tərk edərək qaçıb, mister... mister Uikhemin
iradəsi altına düşüb. Onlar birlikdə Braytondan gediblər.
Bunun nə demək olduğunu başa düşmək üçün siz bu
adamı kifayət qədər
yaxşı tanıyırsınız. Onun nə pulu, nə də əlaqələri var —
bacımı saxlaya bilməsi üçün heç nəyi yoxdur — qız məhv
oldu.
Darsi heyrətindən dondu.
— Düşünmək belə dəhşətlidir, — qız daha böyük
həyəcanla davam etdi, — axı mən, sadəcə, xəbərdarlıq
etməliydim. Onun nə yuvanın quşu olduğunu yaxşı
downloaded from KitabYurdu.org
364
bilirdim! Mənə məlum olanların lap az qismini
yaxınlarıma danışmağım kifayət idi. Hamı onun necə
insan olduğunu bilsəydi, bu, baş verməzdi. Ancaq indi heç
nə, heç nə etmək olmaz!
— Dəhşətə bax! — Darsi səsləndi. — Mən gerçəkdən
də dərindən məyus oldum. Ancaq siz əminsinizmi ki, hər
şey sizin danışdığınız kimi baş verib? Xəbər
mötəbərdirmi?
— Təəssüf ki, bəli! Onlar bazar gününə keçən gecə
ikilikdə Braytondan çıxıblar. Onlann yolunu düz Londona
qədər izləmək mümkün olub, ancaq sonra iz itib. Onların
Şotlandiyaya getmədikləri isə aydındır.
— Bəs nə kimi tədbirlər görülüb? Onu necəsə geri
qaytarmağa cəhd olunubmu?
— Atam Londona gedib. Ceyn məktubunda xahiş edir
ki, dayımız onun köməyinə tələssin. Yarım saatdan sonra
biz, yəqin ki, yolda olacağıq. Ancaq heç nə alınmayacaq.
Yaxşı başa düşürəm ki, artıq heç nə alınmayacaq. Məgər
belə bir adama təsir göstərmək mümkündür? Onları hansı
yolla heç olmasa tapmaq mümkün olacaq? Mən heç nəyə
ümid etmirəm. Hər şey çox dəhşətlidir!
Darsi razılaşdığını ifadə edərək susqun halda başını
əydi.
— Axı ona qarşı mənim gözümü açmışdılar! Əgər
mən o zaman bilsəydim, bir tədbir görə bilərdim, yox,
bunu etməyə borcluydum. Ancaq mən anlamadım, irəli
getməkdən qorxdum. Müdhiş, düzəldilməz səhvdir!
Darsi heç bir cavab vermədi. Mümkündür ki, o,
downloaded from KitabYurdu.org
365
kədərli düşüncələrə dalmış halda otaqda var-gəl edərkən
hətta qızın sözlərini eşitməmişdi.
Alnında dərin qırışlar şırımlandı, o, qaşqabaqlı idi.
Elizabet tezliklə ona diqqət yetirdi və o dəqiqə hər şeyi
anladı. Qızın onun üzərindəki hökmranlığı bitmişdi. Bu
cür ailə rüsvayçılığıyla, bu qədər açıq-aşkar dərin bir
şərəfsizlik dəlili ilə
qurtarmalıydı. Elizabet üçün təəccüblü bir şey yox idi,
onu da heç nədə qınaya bilməzdi. Ancaq Darsinin öz
hisslərini dəf etməyə müyəssər olması düşüncəsi qızın
qəlb sızlamasını xəfiflətmədi, dərdini yüngülləşdirmədi.
Əksinə, sanki bu onun öz ürəyinə gözlərini açmağa zəruri
olan təkan oldu. Elizabet onu məhz indi, aralannda artıq
heç bir sevgidən söhbət gedə bilməyəcəyi bu dəqiqədə
necə möhkəm sevdiyini heç vaxt bu qədər aydınlığı ilə
dərk etməmişdi.
Fikirlər şüurunda öz-özünə parlayıb-sönsə də, yenə də
onu uzun müddət çulğaya bilmədi. Lidiyanm öz ailəsinin
bütün üzvlərinə yaşatdığı alçalma, dərd-qəm bütün başqa
yaşantıları sıxışdırırdı. Üzünü yaylığına sıxan Elizabet
tezliklə qalan hər şey barədə unutdu. Yalnız bir neçə
dəqiqəlik sükutdan sonra o, həmsöhbətinin səsini
eşidərək, yenidən ətrafı dərk etməyə başladı. Darsinin
sözlərində acıma ilə eyni zamanda müəyyən çaşqınlıq da
sezilirdi.
— Siz, ola bilər ki, çoxdan mənim getməyimi
gözləyirsiniz. Ləngiməyimə yalnız bəhrəsiz də olsa,
səmimi rəğbətimdən başqa heç nə ilə haqq qazandıra
downloaded from KitabYurdu.org
366
bilmərəm. İlahi, sizin dərdinizi
yumşaltmaq üçün nəsə bir şey edə, yaxud deyə bilsəydim!
Ancaq boş-boş arzularla, minnətdarlıq qazanmaq
istəyirmiş kimi, sizi təngə gətirmək nəyə lazımdır?..
Qorxuram ki, bu kədərli hadisə bu gün mənim bacımı sizi
Pemberlidə görmək məmnuniyyətindən məhrum edəcək?
— Bəli! Lütfən bizim əvəzimizdən miss Darsiyə
üzrxahlıq edin. Ona deyin ki, təxirəsalınmaz bir məsələ
bizim ləngimədən qayıtmağımızı tələb etdi. Mümkün
olduğu qədər ondan bu müdhiş həqiqəti gizlədin. Başa
düşürəm ki, bu, uzun çəkməyəcək.
O, həvəslə sirri qoruyacağına söz verdi, bir daha
təəssüfləndiyini, hər şeyin hazırda gözlənildiyindən o
qədər də pis olmayacağına ümid etdiyini bildirdi və ondan
valideynlərinə salam yetirməyi xahiş edib, həyəcanlı
halda vidalaşırmış kimi baxaraq çıxıb getdi.
Darsi qapıdan çıxan zaman Elizabetdə belə bir fikir
yarandı ki, onlar çətin ki, nə vaxtsa Derbişirdəki
görüşlərini fərqləndirən hərarətlə görüşəcəklər. Bütöv
dəyişkənlik və ziddiyyətlərlə dolu tanışlıqlarının
keçmişinə boylanan Elizabet
hazırda bu tanışlığı qoruyub saxlamağa, bir müddət əvvəl
isə onu mümkün qədər tezliklə bitirməyə yönələn qəlb
istəklərinə görə dərindən köks ötürdü.
Ehtiram və minnətdarlıq sevgi üçün əlverişli
zəmindirsə, o zaman Elizabetin duyğularının dəyişməsi
inanılmaz və ya saxta görünməməlidir. Ancaq əksinə,
belə bir əsas üzərində baş qaldıran istək tez-tez guya
downloaded from KitabYurdu.org
367
gələcək sevgililərin bir-birinə dedikləri ilk kəlmələrə
qədərki ilk baxışdan yaranan sevginin ziddinə olaraq, süni
və qeyri-təbii sayılarsa, o zaman Elizabetin duyğularının
dəyişkənliyinə yalnız onunla bəraət qazandırmaq olar ki,
artıq onda Uikhemə qarşı xırda romantik istəklər təcrübəsi
olmuşdu və bu bağlılığın şərəfsiz sonunu ona ürək dostu
axtarışlarının başqa, daha az təsirli yolu pıçıldaya bilərdi.
Hər necə olsa da, Darsi ilə ayrılıq onu kədərli düşüncələrə
qərq etdi. Bu ayrılığın bacısının rüsvayçılığının kədərli
nəticələrindən biri olduğu ağlına gələndə, Lidiyanın
hərəkətindən ürəyində yaranmış ağn-acı daha da möhkəm
kəskinləşdi. Ceynin ikinci məktubundan sonra o, bir an
belə Uikhemin Lidiya ilə evlənə biləcəyi fikrini yaxın
buraxmamışdı.
Ceyndən başqa heç kəs, onun fikrincə, özünə belə bir
ümidlə təsəlli verməzdi. Hadisələrin gedişi kifayət qədər
aydın görünürdü. Yalnız ilk məktubun məzmunundan
xəbərdar olduğu vaxt başa düşmürdü ki, necə olub,
Uikhem bir qəpiklik cehiz belə almadığı qızla evlənmək
fikrinə düşüb. Lidiyanın onu özünə aşiq etməyə müyəssər
olması fikri ağlasığmaz görünürdü. Ancaq indi hər şey öz
yerindəydi. Bu növdən olan macəra üçün o, kifayət qədər
cəlbedici qız idi. Elizabet bacısının ərə getməyini nəzərdə
tutmadan şüurlu şəkildə qaçmağa qərar verdiyini ehtimal
etməsə də, Lidiyanın öz tovlayıcısının qolay qurbanı
olmasına nə ismətinin, nə sağlam düşüncəsinin mane
olmayacağına inanması çətin deyildi.
Alayın Hartfördşirdə olduğu vaxt Elizabet Lidiyanın
downloaded from KitabYurdu.org
368
Uikhemə xüsusi meyli olduğunu fərq etməmişdi. Ancaq
yaxşı bilirdi ki, bacısına ən xırda bir təşviq lazım idi ki,
istənilən adamın boynuna atılsın. Onun vəfadarı gah bir,
gah başqa zabit olurdu və yetirdikləri diqqətə uyğun
olaraq onun gözündə yüksəlirdilər. Onun sevdalan
fasiləsiz olaraq dəyişirdi, ancaq ürəyi heç zaman boş
qalmırdı. Bu qıza etimad göstərilmişdi və
ona zəruri nəzarət olmadan yaşamasına rüsxət verilmişdi!
İndi bu düşüncə Elizabetin qəlbində necə də ağrılı əks-
səda verirdi!
O, hər şeyi eşitmək, görmək, hər şeydə iştirak etmək
və Ceynlə bütün qayğılan bölmək üçün tezliklə evə
qayıtmağa can atırdı. Çünki artıq onlann düzəni pozulmuş
evlərində bu qayğılar yalnız Ceynin üzərinə düşmüşdü,
mister Bennet Lonqbornda yoxdu, analan isə təsərrüfatı
idarə etmək iqtidarında deyildi və özü daimi qayğıya
möhtac idi. Lidiyaya artıq heç nə etməyin
mümkünsüzlüyünə əmin olan Elizabet yenə də mister
Qardinerin müdaxiləsinə böyük əhəmiyyət verirdi. Ona
görə də onun hələ də gəlib çıxmamasına görə
səbirsizlikdən ciddi şəkildə iztirab çəkirdi. Mister və
missis Qardinerlər bacıqızının qəflətən xəstələndiyi
barədə xəbər verən qulluqçunun sözündən sonra tələsik
qayıtdılar. Onları özünü tam yaxşı hiss etdiyinə inandıran
Elizabet dərhal qaldırdığı həyəcanın səbəbini danışdı, hər
iki məktubu hündürdən oxudu və ikinci məktubun
sonluğundakı qeydi xüsusi vurğuladı.
Lidiya heç vaxt Qardinerlərin sevimlisi olmasa da,
downloaded from KitabYurdu.org
369
alınmış xəbər onları kədərləndirməyə bilməzdi. Hadisə
təkcə ona yox,
eləcə də bütün ailəyə zərbə vurmuşdu. Ona görə də ilk
təəccüb və çaşqınlıq nidalarından sonra mister Qardiner
mümkün yardım göstərməyə tam hazır olduğunu ifadə
etdi. Elizabet başqa cavab gözləməsə də, yenə gözləri
yaşlı halda minnətdarlığını bildirdi. Onlar eyni bir təkanla
hərəkətə gələrək, dərhal səfərə aid olan hər şey haqda
şərtləşdilər. Qardinerlər və Elizabet mümkün qədər
tezliklə yola düşməliydilər.
Ancaq indi biz Pemberli ilə necə edək! - missis
Qardiner səsləndi. - Con bizə dedi ki, sən onu arxamızca
göndərəndə mister Darsi burada olub. Bu doğudur?
— Bəli. Mən onu xəbərdar etdim ki, biz onlara gedə
bilməyəcəyik. Bu barədə narahat olmamaq olar.
— Narahat olmamaq olar? — Elizabet əşyalarını
yığışdırmağa qaçanda missis Qardiner təkrar etdi.
— Doğrudanmı onlann arasında münasibətlər Elizabetə
hər şeyi ona danışmaq imkanı verib? Həqiqəti öyrənməyi
çox istərdim!
Bu arzu gerçəkləşməz olan növdən idi. O ən yaxşı
halda səfərə təlaşlı hazırlıq zamanı onun fikrini məşğul
edə bilərdi. Elizabet aldığı zərbə üzündən özünü boş
buraxsaydı, şübhəsiz ki, tamamən üzülərdi. Ancaq missis
Qardiner kimi, o da bir çox işləri görüb başa çatdırmalı, o
cümlədən Lemtondakı dostlara qəfləti səfərin uydurma
səbəbini xəbər verən məktub yazmalıydı. Fəqət artıq bir
saatdan sonra hər şey hazır idi. Bu arada mister Qardiner
downloaded from KitabYurdu.org
370
mehmanxananın xidmət haqqını ödədi və onlar yola
düşdülər. Bu səhər və daha əvvəllər yaşanan bütün
məyusluqlardan sonra, nəhayət ki, Elizabet Lonqborn
yolu ilə irəliləyən ekipajda oturmuşdu.
V
FƏSİL
— Mən hər şeyi yenidən yaxşıca düşündüm, - onlar
şəhərcikdən çıxdıqları vaxt mister Qardiner üzünü
Elizabetə tutdu, - necə lazımdır götür-qoy etdikdən sonra,
yəqin ki, Ceynlə razılaşmağa hazıram. Bir zabitin
qətiyyən müdafiəsiz və tənha olmayan, üstəlik, onun alay
komandirinin evində qonaq olan qıza münasibətdə bu
qədər əclaf hərəkət etməsi mənə inandırıcı görünmür. Ona
görə də hər şeyin yaxşı olacağına ümid etməyə
meyilliyəm.
Dostlarının
qızın
müdafiəsinə
qalxmayacağmı Uikhem təxmin etməyə bilməz ki. Və ona
da ümid edə bilmərəm ki, polkovnik Forsteri bu cür təhqir
etdikdən sonra o, alayda qalacaq. Tovlama risklə qeyri-
mütənasib olub.
— Doğrudanmı sizə elə gəlir? — Elizabet ümid işartısı
ilə soruşdu.
— Şərəf sözü, — missis Qardiner dedi, — mən də
həmçinin bu fikrə tərəfdar çıxmağa başlayıram. Uikhemi
belə bir
hərəkətdə günahkar saymaq ləyaqətlə, şərəf hissilə və
onun özünün mənafeyi ilə həddən artıq ziddiyyət təşkil
edərdi. Mən orada onun barəsində pis düşünə bilmirəm.
Lizzi, o, doğrudanmı sənin gözündən bu qədər düşüb ki,
sən onu buna qabil hesab edirsən?
downloaded from KitabYurdu.org
371
— Öz mənafeyinə etinasızlığa gəlincə, yəqin ki, yox.
Digərlərinə isə, o, məncə, tamamilə etina etməyə bilər.
Əlbəttə, istərdim ki, siz haqlı olasınız. Ancaq təəssüf ki,
buna ümid bəsləməyə cürət etmirəm. Əks təqdirdə onların
Şotlandiyaya getmədiyini necə izah etmək olar?
— Hər şeydən öncə, — mister Qardiner cavab verdi,
— hələ sübut edilməyib ki, onlar oraya getməyiblər.
— Bəli, ancaq onların poçt karetasından enib faytona
minmələri xeyli şübhəli görünür. Üstəlik, onlar Barnet
yolunda heç bir iz qoymayıblar.
— Yaxşı, hesab edək ki, onlar Londondadır. Başqa
səbəblərlə yanaşı, oraya təqibdən can qurtarmaq xətrinə
gedə bilərdilər. Onların yəqin pulları çox deyil. Məgər
şəhərdə o
qədər tezliklə olmasa da, daha ucuz nikah kəsdirmə
imkanı barədə düşünə bilməzdilərmi?
— Ancaq bu məxfilik nə üçündür? Niyə qorxurlar ki,
onlan tapacaqlar? Gizli evlilik nəyə lazımdır? Yox, yox,
mən buna inanmıram. Ceynin məktubuna görə, onun
yaxın dostu əmindir ki, o, hətta onunla evlənməyə
hazırlaşmırmış. Uikhem cehizsiz qızla evlənməz. Belə bir
təmtərağı özünə rəva görməz. Bəs Lidiyada nə tapa
bilərdi? Gənclikdən, sağlamlıqdan və vecsiz xasiyyətdən
başqa o, Uikhemi nəylə valeh edə bilərdi ki, onun xətrinə
öz işlərini evlənmək yolu ilə sahmana salmaq imkanını
qurban versin. Hərbi mundirini rüsvay etmək qorxusunun
onu nə dərəcədə saxlamasını mühakimə etmək çətindir,
çünki bilmirəm bu, hansı nəticələrə gətirib çıxaracaq.
downloaded from KitabYurdu.org
372
Ancaq sizin ikinci dəlilinizə gəlincə, o mənə inandırıcı
görünmür. Lidiyanm müdafiəsində duracaq qardaşları
yoxdur. Mister Bennetin davranışı, soyuqqanlılığı və ailə
məsələlərinə etinasızlığı Uikhemə imkan verib ki, belə bir
halda onun tərəfindən çox zəif müdaxilə olacağını
düşünsün.
— Ancaq məgər Iidiya öz istəyindən başqa hər şeyi
unuda və hətta onun qanuni arvadı olmadan birlikdə
yaşamağa razılaşardı, səncə?
— Şübhələnmək olar. Elə hamısından qorxulusu
budur ki, bacımın ləyaqət və əxlaqa baxışları ümumən
qəbul olunmuş normadan fərqlənir, — gözü yaşla dolu
Elizabet cavab verdi:
— Fikirlərimi izah etmək mənə çətindir. Bəlkə də ona
qarşı ədalətsizəm. Ancaq o, hələ çox gəncdir. Ciddi şeylər
barədə düşünməyi ona heç vaxt öyrətməyiblər. Axınncı
yanm ildə isə
— yox, artıq bir ildir — o, əyləncə və vurnuxmadan başqa
heç bir işlə məşğul deyil. Onun boş-bekar və
yüngülməcaz tərzdə yaşamasına və haradan oldu qapdığı
istənilən cəfəng baxışları əxz etməsinə icazə verilib.
Derbişir alayının Meritonda yerləşməsindən bəri onun
beynində yalnız eşq-məhəbbət, macəralar və zabitlərdir.
Bu barədə düşünüb-daşınaraq o, əlindən gələn hər şeyi
edib ki, özündə onsuz da anadangəlmə ətalətdən uzaq olan
böyük bir — yaxşı mənada desək
— hissiyyatı inkişaf etdirsin. Uikhemin zahiri görünüşü
və
downloaded from KitabYurdu.org
373
davranışı ilə ovsunlamaq bacarığını bilərək başa düşürük
ki, qadının başını tovlamaq ona necə asandır.
— Ancaq axı Ceyn Uikhemi Lidiyanı tovlamağa qabil
olacaq qədər pis adam saymır, — missis Qardiner qeyd
etdi.
— Ceyn nə vaxt kiminsə barəsində pis düşünüb ki?
Keçmişdə özünü nə qədər də pis göstərmiş bir adam
tapılarmı ki, Ceyn onun cinayətinə dair sübut görməmiş
onu qadın tovlamağa qadir saysın? Ancaq Ceyn Uikhemin
əslində kim olduğunu məndən az bilmir. Bizim ikimizə də
onun sözün tam mənasında necə bir yaramaz olduğu
aydındır. Bilirik ki, onda nə vicdan var, nə də şərəf-
namus. Onun yalançılıq və qeyri- səmimiliyinin
sevimliliyinə güzəştə getməyini də bilirik.
Bütün bunlar sizə doğrudan da məlumdur? - missis
Qardiner qızın məlumatlılığına dair yenidən oyanmış
marağıyla səsləndi.
— Bəli, mən buna tamamilə əminəm, — Elizabet
qızararaq dedi. — Mən artıq bir dəfə sizə danışmışam ki,
o, mister Darsiyə münasibətdə necə aşağı hərəkətlər edib.
Siz Lonqbornda özünüz də eşitdiniz ki, ona qarşı bu qədər
alicənablıq etmiş və
dözümlülük göstərmiş insan haqqında nə danışırdı. Ancaq
mənə elə başqa məlumatlar da gəlib çatıb ki, bu barədə
Dostları ilə paylaş: |