danışmaq
haqqım...
yox,
hələlik
bu
haqda
danışmamalıyam. Onun Darsi ailəsinə atdığı böhtanın
hüdudu yoxdur. Onun miss Darsi haqqında danışdıqları
əsasında mən qızı təkəbbürlü, qapalı, xoşagəlməz xanım
downloaded from KitabYurdu.org
374
kimi təsəvvür edirdim. Ona isə məlum idi ki, miss Darsi
heç də elə biri deyil. Bilməli idi ki, o, məhz mehriban və
birbaşa danışan qızdır — görüşdüyümüz zaman biz onu
elə gördük.
— Ancaq doğrudanmı bütün bunlar Lidiyanın
gözündən qaçıb? Ceynə və sənə bütün təfərrüatı ilə
məlum olan şeylərdən o, necə məlumatsız ola bilərdi?
— Təəssüf ki, bəli! Məhz bu məni hər şeydən artıq
narahat edir. Kentə səfərə gedənədək, orada mister Darsi
və onun qohumu polkovnik Fitsuilyamla yaxından tanış
olana qədər mən özüm də heç nə bilmirdim. Evə isə
Derbişir alayının Meritonu tərk etməli olmasından bir az
əvvəl qayıtdım. Uikhemin barəsində bizim diyarda
formalaşmış müsbət rəyi getməsindən öncə təkzib etməyi
gərəkli saymadıq. Odur ki, mən
də, hər şeyi məndən eşidib öyrənmiş Ceyn də heç kimə
heç nə demədik. Hətta Lidiyanın missis Dorsterlə birgə
getməsi qərara alınanda da mən onun gözünü açmaq
zərurəti barədə düşünmədim. Ağlıma gəlmədi ki, o,
Lidiyanı aldatmağa qabildir. Baş verənləri isə, mənə inana
bilərsiniz, hətta təsəvvür belə etmədim.
— Deməli, onlar Braytona gedən zaman sənin onlann
bir- birinə biganə olmadıqlarını hesab etməyə heç bir
əsasın yox idi?
— Azca da olsa yox. Onlann qarşılıqlı simpatiyasına
dair hər hansı bir işarəni yadıma sala bilmirəm. Siz
bilirsiniz axı, nəsə bir şey fərq edilsəydi, bizim ailədə
buna barmaqarası baxılmazdı. O, alayda xidmətə
downloaded from KitabYurdu.org
375
başladığı zaman mən gerçəkdən də ona vurulmağa hazır
idim. Yeri gəlmişkən, o zaman biz hamımız buna qabil
idik. Meritonda və ya onun ətrafında istənilən qız ilk iki
ay ərzində Uikhemin dərdindən dəli-divanə idi. Ancaq
Lidiya onu tamamilə fərq etmirdi. Bir neçə həftəlik
sərsəm istəkdən sonra Lidiya onu ağlından çıxarıb atdı və
vəfadarlan daha çox diqqət ayıran başqa zabitlər oldu.
***
Bu maraqlı mövzuda söhbətlər, təbii ki, onların
qorxularına, ümidlərinə və gümanlarına yeni heç bir şey
əlavə etmirdi. Fəqət bütün yolboyu bu söhbət, demək olar,
kəsilmədi. Elizabet fikrini nəsə başqa bir şeyə cəmləmək
qabiliyyətində deyildi. O, buraxdığı səhvin dərkindən
möhkəm iztirab çəkirdi və bir dəqiqə də olsun onu
unudub, rahatlıq tapa bilmirdi.
Yolçular son həddə çatan sürətlə hərəkət edirdilər və
gecəni yolda keçirərək Lonqborna ertəsi gün nahar
zamanı çatdılar. Ceynin onların gəlişini uzun müddət
gözləməli olmayacağı barədə düşüncə yolda Elizabet
üçün yeganə təsəlli idi.
Malikanəyə girdikləri zaman kiçik Qardinerləri
eyvanda gördülər. Kareta yaxınlaşanda uşaqların sifəti
vəcdlə işıqlandı - onlar hətta öz sevinclərini cüssələri ilə,
hər cür atılıb-düşməklə və əcaib hərəkətlərlə ifadə etdilər.
Bu, doğma ocaqla görüşün xoş proloqu oldu.
Elizabet karetadan tullanıb düşdü və uşaqları bir-bir
öpərək zala cumdu. Orada anasının otağından qaçaraq
enən
downloaded from KitabYurdu.org
376
Ceynlə qarşılaşdı. Bacıların ikisinin də gözü yaşla doldu.
Onlar hərarətlə qucaqlaşdılar və kiçik bacı böyükdən
qoşulub qaçanların barəsində hər hansı bir məlumatın
gəlibgəlmədiyini soruşdu.
— Hələ yox, — Ceyn cavab verdi. — Ancaq bizim
əziz dayımız gəldiyi vaxt ümid edirəm ki, hər şey yaxşı
olacaq.
—
Ata Londondadır?
— Bəli, sənə xəbər verdiyim kimi, o, həftənin ikinci
günü getdi.
—
Ondan məktub gəlib?
— Hələlik yalnız biri gəlib. Üçüncü gün o, bir neçə
sətir yazıb göndərib. Xəbər verirdi ki, sağ-salamat gəlib
çıxıb və ondan xahiş etdiyim bu təlimatı icra edib.
Sonunda bildirilirdi ki, qeyd etməyə layiq olan nəsə bir
yenilik olmayınca o, məktub yazmayacaq.
—
Bəs anam? O necədir? Siz hamınız necəsiniz?
— Mənə elə gəlir ki, anam bir az yaxşıdır. Onun
əsəbləri möhkəm pozulub. Yuxanda öz otağındadır və
hamınızı
gördüyünə çox şad olacaq. Hələlik qarderob otağından bu
yana keçmir. Meri və Kitti isə, Allaha şükür, sağ-
salamatdır.
— Yaxşı, bəs sən özünü necə hiss edirsən? — Elizabet
səsləndi. — Rəngin solub. Yazıq bacı, bu müddətdə sən
nələr çəkmisən!
Ancaq Ceyn onu inandırdı ki, özünü tamamilə yaxşı
hiss edir. Qardinerlər uşaqlarla məşğul olduqlan zaman
downloaded from KitabYurdu.org
377
bacıların davam edən söhbəti onlar ailəlikcə gələrkən
yarımçıq kəsildi. Ceyn gülümsəyərək gözü yaşlı halda
növbəylə dayısı və onun xanımı ilə qucaqlaşıb görüşdü.
Hamının qonaq otağında yığışdığı vaxt Elizabetin
bayaq verdiyi sualları, təbii ki, Qardinerlər də təkrarladı
və tezliklə bəlli oldu ki, Ceyn heç bir yeni xəbər verə
bilmir. Buna baxmayaraq o, qəlbinə xas şəkildə nikbin
ümidlər bəsləməkdəydi. Ceyn əvvəlki kimi inanırdı ki,
hər şey yaxşılıqla qurtaracaq və istənilən gün Lidiyadan
və ya atalarından qaçanların hərəkətini izah edən, bəlkə
də onların nikahlanmasım xəbər verən məktub gözləmək
olar. Qonaq otağında bir neçə dəqiqə söhbət etdikdən
sonra onlar missis
Bennetin otağına keçdi. O, onları, gözlədikləri kimi,
gözüyaşlı, öz acı taleyindən şikayətlənməklə, Uikhemin
əclaf hərəkətini söyüb-yamanlamaqla, əzabları barədə ah-
fəğanla
və
ağılsız
dözümlülüyü
ilə
qızını
yüngülməcazlığa daha çox itələyən yeganə bir şəxsdən
başqa, qəti şəkildə hər kəsin ünvanına səsləndirdiyi
qınaqlarla qarşıladı.
— Əgər mən hamılıqca Braytona getməyimizdə israr
edə bilsəydim, — o deyirdi, — heç nə baş verməzdi.
Yazıq Lidiyanm qayğısını çəkən olmayıb. Məgər
Forsterlər onu bütün vaxt ərzində gözlərinin önündə
saxlamalı deyildilər? İnanın ki, onlar, daha betər bir səhv
buraxmayıblarsa, aşkar etinasızlıq göstəriblər! Ona göz
qoysaydılar, mənim qızım belə bir hərəkət etməyə qabil
deyildi. Mənə həmişə elə gəlirdi ki, qızı onlara etibar
downloaded from KitabYurdu.org
378
etmək olmaz. Ancaq mənimlə, həmişə olduğu kimi,
hesablaşmadılar. Yazıq, doğma balalarım! İndi isə mister
Bennet bizi tərk edib, bilirəm, o gedib Uikhemlə
savaşacaq, onunla qarşılaşan kimi vurub öldürəcək, Onda
başımıza nə gələcək? Onun meyiti tabutda soyumamış
Kollinzlər bizi küçəyə
atacaqlar! Qardaşım, sənin bizə yazığın gəlməsə, mən
bilmirəm hara qısılacağıq.
Hamı bir ağızdan bu cür bəd gümanları rədd etdi.
Bacısına və onun bütün ailəsinə öz sevgisi barədə
hərtərəfli təminat verdikdən sonra mister Qardiner elə
ertəsi gün Londona getməyi və Lidiyanm xilası üçün
mister Bennetin gördüyü bütün tədbirlərə kömək etməyi
vəd verdi.
— Biz faydasız ruh düşkünlüyünə qapılmamalıyıq, —
o əlavə etdi. — Daha betər hala hazırlaşmaq lazım gəlsə
də, hələlik belə nəticəni qaçılmaz saymaq olmaz. Onların
Braytondan qaçmasından bir həftə keçməyib. Bir neçə
gündən sonra biz onlar barədə eşidəcəyik. Onun Lidiya ilə
evlənmədiyi və evlənməyə hazırlaşmadığı barədə
öyrənmədiyimizə qədər ümidsizliyə qapılmaq olmaz.
Mən Londona çatan kimi mister Bennetin yanma
gedəcəyəm, onu yanıma, Qresçerç-stritə aparacağam və
oturub hər şeyi, görəcəyimiz işləri yaxşı-yaxşı düşünüb-
daşınacağıq.
— Ah, əziz qardaşım, — missis Bennet səsləndi, —
mənim hər şeydən çox istədiyim də elə budur. Lütfən,
onları şəhərdə,
downloaded from KitabYurdu.org
379
harada gizləniblərsə, axtarıb tapın və onlar hələ
evlənməyiblərsə, elə düzüb qoşun ki, evlənsinlər. Qoy
onlar bunu toy libasları üzündən təxirə salmasınlar.
Lidiyaya deyin ki, o, ərli qadın olandan sonra istənilən
libası almağa pulu olacaq. Ən vacibi isə mister Benneti
dueldən xilas etməkdir. Ona deyin ki, mən necə dəhşətli
haldayam, qorxudan dəli oluram və bütün bədənimi
qıcolmalar tutur, böyrüm sancır, başım elə bərk ağrıyır və
elə şiddətli ürək döyüntülərim olur ki, nə gündüz, nə də
gecə rahatlıq verir. Bir də əziz Lidiyama çatdırın ki,
mənimlə görüşməmiş libas tikdirməsin, çünki o hansı
dükanda sifariş etməyi bilmir. Ah, siz necə də
xeyirxahsınız! Əminəm ki, xahişimi unutmayacaqsınız!
Mister Qardiner vəd etdi ki, ondan asılı olan hər şeyi
edəcək və bununla yanaşı missis Bennetə öz ümidlərində
və narahatlıqlarında böyük mötədillik nümayiş etdirməyi
məsləhət gördü.
Mister Qardiner və arvadı əmin idilər ki, onun bu cür
tənhalığa çəkilməyə heç bir səbəbi yoxdur, ancaq dilə
tutmağa da cəhd göstərmədilər, bilirdilər ki, xidmətçinin
olduğu vaxt
masa arxasında özünü saxlamaq üçün onun tədbirliliyi
çatışmır. Ona görə də onlar bütün qayğı və həyəcanların
missis Bennetin yalnız bir yad adama, daha çox etimad
qazanmış şəxsə söyləməsini üstün tutdular.
Onlar tezliklə yemək otağında Meri və Kittini
gördülər. Qızlar öz otaqlannda çox məşğul olduqlanndan
indi onların qarşısına çıxdılar. Biri kitablarından, o biri
downloaded from KitabYurdu.org
380
bəzənmə masasından ayrılmışdı. Hər ikisi, yeri
gəlmişkən, tamam qayğısız görünürdü. Qızların ikisi də
sevimli bacılarının itkisindən, ola bilər, olayda iştirakının
doğurduğu məzəmmətlərdən Kittinin daha da əsəbi
olması nəzərə alınmasa, demək olar, dəyişməmişdilər.
Meriyə gəlincə, o özünü kifayət qədər yaxşı idarə edirdi,
Elizabetin yanındakı masanın arxasında oturdu və dərhal
ona xəyalpərvər halda pıçıldadı:
— Necə də kədərli xəbərdir! O qədər dedi-qodu
doğuracaq ki! Ancaq şərin hücumu qarşısında duruş
gətirməli və qəlbimizin yarasını şəfqət məlhəmi ilə
sarmalıyıq.
Elizabetin ona cavab verməyə hazırlaşmadığını
görərək, əlavə etdi:
— Biz hamımız Lidiyanm başına gələn kədərli
əhvalatdan ibrət dərsi götürməliyik. Bu dərs ondan
ibarətdir ki, qadının öz ismətini itirməsi düzəlməz şeydir;
onun reputasiyası nə qədər zərifdirsə, bir o qədər
qüsursuzdur; qadın əks cinsin ləyaqətsiz nümayəndəsi ilə
münasibətində heç vaxt ifrat dərəcədə ehtiyatlı ola bilmir.
Elizabet təəccüblənmiş halda nəzərlərini ona dikdi,
ancaq özünü həddən artıq əzgin hiss edərək susdu. Meri
isə qəlbini bu kimi zamanma düşən əxlaq ricətləri ilə
ovutmağa davam etdi.
Axşamüstü iki böyük miss Bennetlər ikilikdə yarım
saat ola bildilər. Elizabet dərhal fürsətdən istifadə edərək
Ceynə çoxlu sual verdi və bacısı onları böyük həvəslə
cavablandırdı. Elizabetin, demək olar, geridönməz,
downloaded from KitabYurdu.org
381
Ceynin isə tamamilə inandırıcı hesab etdiyi hadisənin
müdhiş nəticələrinə görə hər iki bacı təəssüf bildirdikdən
sonra birinci davam etdi:
— Ancaq sən mənim azacıq da olsa təsəvvürüm
olmayan şeyləri mənə danışmalısan. Bütün bunlara
atamız necə yanaşdı? Polkovnik Forster nə dedi?
Forsterlərin Lidiya və
Uikhemin qoşulub qaçmasından əvvəl şübhələri olubmu?
Axı onları hər yerdə birgə görmək olardı.
— Polkovnik Forster iddia etdi ki, onların qarşılıqlı
meyillərini təxmin edibmiş. Xüsusilə də Lidiya tərəfdən.
Ancaq həyəcan doğurası heç bir şeyin fərqinə varmayıb.
O, çox təəssüflənirdi. Məncə, o, qeyri-adi dərəcədə yaxşı
və həssas adamdır. O, hətta onlann Şotlandiyaya
getməsindən şübhələnməzdən öncə də öz məyusluğunu
ifadə etmək üçün bizə gəlməyə hazırlaşırmış. Bu şübhə
yarandıqda isə ləngimədən gəlib.
—
BəsDennidoğrudandaəmindirki,Uikhemonunlaevl
ənmə yəcək? O, hazırlanan qaçışdan xəbərdar imiş?
Polkovnik Denninin özünü görüb?
— Bəli. Ancaq bununla yanaşı, söhbət zamanı mister
Denni qaçış haqqında əvvəlcədən məlumatlı olduğunu
inkar edib və özünün bu barədə nə düşündüyünü deməyib.
O, bir daha iddia etməyib ki, onlar evlənməyə
hazırlaşmırlar və bu, ümid etməyə imkan verir ki, onu
bundan əvvəl düzgün başa düşməyiblər.
— Bəs polkovnikin gəlişinə qədər hətta sizin ağlınıza
downloaded from KitabYurdu.org
382
gəlmədi ki, onlar evlənməyəcəklər?
— Məgər biz bu barədə düşünə bilirdik? Mən özüm bir
az narahat oldum ki, Lidiya Uikhemlə xoşbəxt olacaqmı.
Mən axı bilirdim ki, onun davranışı heç də həmişə
qüsursuz deyil. Atam və anam isə heç nədən
şübhələnmirdilər və yalnız bu nikahın nə qədər ağılsız
olduğunu dərk edirdilər. Birdən-birə Kitti, təbii ki, öz
məlumatlılığı ilə öyünərək etiraf etdi ki, Lidiya sonuncu
məktubunda öz niyyəti barədə onu xəbərdar edib. Heç
demə, ona məlum imiş ki, onlar artıq bir neçə həftədir
birbirini sevirlər.
—
Ancaq bu, Braytona gedəndən sonra başlayıb?
—
Düşünürəm ki, bəli.
— Bəs polkovnik Forster, səncə, Uikhem barədə pis
qənaətdədir? O başa düşübmü ki, Uikhem nə yuvanın
quşudur?
— Açığı, o, Uikhem barədə əvvəllər olduğu kimi
tərifli sözlər demədi. Onu əyyaş və israfçı hesab edir.
Qanqaraldıcı hadisədən sonra danışırmışlar ki, Uikhem
Meritonda çoxlu borca girib. Ümid edirəm ki, bu, yalan
çıxacaq.
— Ceyn, əzizim, biz daha az gizlətsəydik, onun
barəsində bildiklərimizi danışsaydıq, heç nə baş
verməzdi.
—
Ola bilər, bu, daha yaxşı olardı, — Ceyn cavab
verdi.
— Ancaq insanın hazırkı haldakı hisslərini bilmədən,
əvvəlki səhvlərini ifşa etmək mənə ədalətsiz görünür.
downloaded from KitabYurdu.org
383
Bizim xoş məramımız vardı.
— Bəs polkovnik Forster Lidiyanm onun arvadına
yazdığı məktubun məzmunu haqda nə danışdı?
—
O, məktubu bizə göstərmək üçün özü ilə
gətirmişdi.
— Ceyn məktubu xatirə dəftərinin arasından götürərək
Elizabetə uzatdı. Məktubda yazılırdı:
“Əzizim Hcırriyet, sən mənim hciT'aya getdiyimi
öyrənəndə gülməkdən yıxılacaqsan və mən də sənə səhər-
səhər itdiyimi xəbər verəndə necə təəccüblənəcəyini
təsəvvür edərək gülməkdən ölürəm. Mən QretnaQrinə
gedirəm və kiminlə getdiyimi təxmin etmədinsə, mən
səni, sadəcə, səfeh sayardım, çünki bu dünyada mənim
sevdiyim yalnız bir insan mövcuddur və o insan mələkdir.
Mən heç vaxt onsuz xoşbəxt olmazdım, ona görə də
mənim qaçmağımdan məyus olma.
Sənə xoş deyilsə, mənim gedişim barədə Lonqborna xəbər
verməyə bilərsən. Axı o zaman onlar məndən “Lidiya
Uikhem” imzalı məktub aldıqları vaxt daha çox
təəccüblənəcəklər. Bax, kef onda olacaq! Mənə o qədər
gülməlidir ki, hərfləri güclə yazıram. Lütfən, bu gün
axşam onunla rəqs etmək vədimi yerinə yetirə bilmədiyim
üçün Pratta mənim üzrxahlığımı çatdır. De ki, bütün
bunlardan xəbər tutanda o məni sözsüz ki, bağışlayacaq
və vəd et ki, biz rastlaşdığımız ilk balda onunla böyük
məmnuniyyətlə rəqs edəcəyəm. Lonqborna yetişən kimi
paltarların ardınca adam göndərəcəni. Ancaq mən
istərdim ki, bükülüb götürülməzdən əvvəl Saili mənim
downloaded from KitabYurdu.org
384
tikilmə tiilbənd libasımın söküyünü tiksin.
Əlvida. Polkovnik Forsterə salamlar. Ümid edirəm ki,
siz bizim xoşbəxt səyahətimizin şərəfinə badə
qaldıracaqsınız.
Sənin sadiq rəfiqən
Lidiya Bennet”.
— Vecsiz, vecsiz Lidiya! — Elizabet məktubu sona
qədər oxuyub səsləndi. — Öz həyatındakı belə bir
hadisəni o bu məktubla xəbər verir?! Ancaq ən azı bu
məktubdan elə çıxır ki,
o özü bu səfərin məqsədinə ciddi yanaşıb. O, sonradan
onu nəyə yönəltsə də, qız rüsvayçılıq barədə düşünməyib.
Yazıq atam! Ona bu rüsvayçılığı yaşamaq necə də çətin
olub!
— Mən heç vaxt kimisə bu qədər sarsılmış
görməmişdim. On dəqiqə ərzində o, bir kəlmə də danışa
bilmədi. Anamın halı isə dərhal pisləşdi və evdə hər şey
baş-ayaq oldu.
— Ceyn, əzizim, — Elizabet soruşdu, — həmin gün
heç olmasa evdə bu qalmaqallı əhvalatın bütün
təfərrüatını öyrənməyən bircə qulluqçu qaldımı?
— Sənə necə deyim? Ümid edirəm ki, bəli. Ancaq
həmin an özünü ələ almaq çox çətin idi. Anam çılğına
dönmüşdü və mən hər vəchlə ona kömək etməyə çalışsam
da, qorxuram ki, bacardığımın hamısını edə bilmədim.
Bunun nəylə bitəcəyini düşünərək elə dəhşətli halda,
büsbütün çarəsiz durumdaydım.
— Sən bacardığından da çox şey etmisən. Sənin naxoş
downloaded from KitabYurdu.org
385
görkəmin var. Mən burada olsaydım, sənin qayğını çəkə
bilərdim.
— Meri və Kitti çox yaxşı idilər. Əminəm ki, onlar
bütün qayğıları mənimlə bölüşərdilər. Ancaq düşünürdüm
ki, bu
onlara zərər vura bilər. Kitti çox zərifdir və asanlıqla
özündən çıxır, Meri isə öz məşğuliyyətinə o qədər dalır ki,
onlan istirahətlərindən məhrum etmək günah olardı.
Həftənin ikinci günü, atamın gedişindən sonra Filips xala
Lonqborna gəldi. O, çox mehriban idi, dördüncü günə
qədər mənimlə qaldı və hamımıza çox kömək etdi. Ledi
Lukas da çox nəcib idi. Üçüncü gün o öz təəssüfünü
bildirmək üçün gəldi və dedi ki, özü də, qızı da bizə hər
cür yardım etməyə hazırdılar.
— Ən yaxşısı o olardı ki, evində otursun! — Elizabet
səsləndi. — Ola bilər, onun xoş niyyətləri olub. Ancaq
bizimki kimi bədbəxtlik zamanı qonşuları nə qədər az
görsən, bir o qədər yaxşıdır. Burada kömək mümkün
deyil, acımaya isə tablaşmaq olmur. Qoy bədbəxtliyimizə
bizdən uzaqda sevinsinlər.
O, bacısından atasının axtanş üçün nə kimi tədbirlərə
əl atdığını soruşdu.
— Mənə elə gəlir ki, — Ceyn cavab verdi, — o,
Epsoma, onların axırıncı dəfə atlarını dəyişdiyi yerə
getmək istəyirdi ki, orada arabaçılardan nəsə öyrənməyə
cəhd etsin. Onun əsas
məqsədi onları Klephemdən aparan faytonçunun
nömrəsini öyrənmək idi. Bu faytonçu kiminləsə
downloaded from KitabYurdu.org
386
Londondan gəlib. Atam hesab edirdi ki, bir xanımın və
cənabın bir ekipajdan digərinə əyləşməsi nəzərlərdən qaça
bilməz və o, Klephemdə arayıbsormağa hazırlaşırdı. O,
faytonçunun
sərnişinlərini
hansı evin qabağında
endirdiyini öyrənə bilsə, həmin evə girmək istəyirdi. Ola
bilər, orada o, başqa faytonçunun nömrəsini və dayanacaq
yerini öyrənə biləcək. Bilmirəm o, daha nələr etməyə
hazırlaşırdı. Getməyə çox tələsirdi və o qədər məyus idi
ki, hətta bunları da ondan çətinliklə öyrəndim.
VI
FƏSİL
Hamı əmin idi ki, ertəsi gün səhər mister Bennetdən
məktub gələcək, ancaq poçt gəldi və ondan bir sətir belə
gətirmədi. Ailə üzvləri yaxşı bilirdilər ki, adi
vəziyyətlərdə mister Bennet, yazışma məsələsində necə
səhlənkardır, ancaq hesab edirdilər ki, indiki halda o, yenə
də öz üzərində səy göstərəcək. Fikirləşmək lazım gəldi ki,
o, heç bir yaxşı xəbər verə bilmir, ancaq bu haqda da
onlar, yəqin ki, nəsə bilməyə şad olardılar. Məktubu
gözləyərək bir qədər ləngimiş mister Qardiner poçtun
gəlməsindən dərhal sonra yola düşdü.
Onun gedişi ilə ailə üzvləri heç olmasa ümid edə
bilərdilər ki, onlar baş verənlər barədə xəbər
göndərəcəklər. Mister Qardiner vidalaşarkən vəd verdi ki,
mümkün qədər tezliklə mister Benneti Lonqborna
qayıtmaq üçün dilə tutacaq. Bununla da o, dueldə həlak
olmaqdan yeganə xilas yolunu ərinin evə dönməsində
görən bacısını sakitləşdirdi.
Missis Qardiner burada olmasının bacıqızlarına
downloaded from KitabYurdu.org
387
faydalı olacağını hesab edərək uşaqlan ilə birlikdə
Hartfördşirdə daha bir neçə gün qalmaq qərarına gəldi. O,
missis Bennetə qulluq etməkdə onlara kömək göstərirdi
və qızlara istirahət saatlarında onunla birlikdə olmaq çox
xoş idi. Başqa xalaları da onlarda xeyli vaxt keçirirdi,
özünün dediyinə görə, onları şənləndirmək, ruhlandırmaq
istəyirdi.
Ancaq onda Uikhemin israfçılığı və
ləyaqətsizliyi barədə həmişə yeni xəbərlər ehtiyatı
olduğundan o, çox vaxt Bennet ailəsini daha da pəjmürdə
Dostları ilə paylaş: |