ÖN SÖZ
Həzrət İsa Məsihin dövründən xeyli müddət kecdi. Dünya xalqlarını dinsizlik və istirab bürümüşdü. Paklığa və saflığa inanc ədalət və düzgünlük prinsipleri İsa Məsih tərəfindən insanlara aşılansada yaxşılığı pisdən, haqlını haqsızlıqdan və insanlar arasında nizam intizam yaradan uca yaradan ilahi hakimiyyət İsadan sonra tənəzzülə uğradı. Bu müddətdə dinin şamı söndü, hər yerdə dinsizlik və eyş-işrət əhval ruhiyyəsi rəvac tapdı. İnsanlar oğurluqla pul qazanır, cirkinliklə qidalanır və şeytanın rəhbərliyi altında müxtəlif cirkli əməllərə bulaşırdılar. Bütün bunlar belə bir halda baş verirdi ki, insan bezmiş və ümidsizliklə, onun ucmuş evini yenidən bərpa edən şəxsi gözləyirdi. Bu vaxtlar ərəblər pərişan həyat tərzi yaşayırdılar. Tam yəqinliklə deyə bilərəm ki, onlardan bəzisi elə bir şəxsin arzusunda idilər ki, bir gün zühur edərək, onların yorğun və pərişan qəlblərinə hakim olaraq yoxsul həyatlarını abadlaşdırsın və onların daxili dünyasını əqidəsizlik, pərişanlıq və cirkinlikdən təmizləsin.
Həzrət Mühəmməd Əminin(s) şanlı zühuru bütün bu intizarlara son qoydu. O pakizə, eyibsiz və yaranmışların ən secimlisi idi. İslam Peyğəmbəri (s) insanların fəxri bütün dünya əhalisinə xeyr-bərəkət gətirən əzəmətli Peyğəmbərin nəslindən və pakizə ailəyə sahib olan bir şəxsiyyət idi. İnsan öz həyat tarixində onu təvəllüdündən və Peyğəmbərliyə catmasından daha əsrarəngiz hadisə ilə üzləşməmişdir. O Həzrət öz qövmü ilə yaşadığı müddətdə qaranlıq sevən zülümkarlar bacardıqları qədər ona əziyyət verirdilər. Bütün bu haqsızdıqlar ona görə idi ki, Peyğəmbərin (s) möhkəm imanını zəifləndirsinlər, onun ümidini ümidsizliyə cevirsinlər və onu öz yüsək məqsədindən yayındırsınlar. Lakin Həzrət Mühəmmədin (s) məğlub olmaz şəxsiyyəti və ümid dolu ruhiyyəsi ona uzaq gələcəkləri görmək imkanını yaradırdı.O insanlar arasında yaşıyır və təbliğ edirdi. Bu vaxt cirkinliyə bulaşmayan, insanlığa layiq olan və onun semavi təlimlərini öyrənmək istedadına malik olan insanlar saflıq və insanlıq paltarını geyindilər və əbədiyyətə qovuşdular. Peyğəmbərin (s) yaxşı məsləkdaşlarından saflığda və ilahi elm də daha üstün onlanları isə Peyğəmbərin (s) ülvi ideyalarını qoruyub saxlamaq üçün Peyğəmbərdən sonra uzun müddət yaşadılar. O secilmiş Peyğəmbərlətin öncədən verdiyi xəbərə görə Peyğəmbərdən (s) sonra onun yaxın dindaşları qərib oldular və dünyapərəst insanların həfslərinin tüğyan etməsi onları Peyğəmbərin yolunu davam etməkdə saxladı. Beləliklə yenidən mənəviyyat süfrəsi insanların qarşısından götürüldü və Ilahi qanunlar və hökmlər ağılsız hakimlərin oyuncağına cevrildi. Bir əsrə yaxın müddət ərzində böyük Peyğəmbərin (s) kəlamlarının yazılması və yayılması qadağan edildi. Peyğəmbərin pak Əhli beytinin fəzilətlərindən söhbət etmək, Qədr hadisəsini yad etmək, Təthir ayəsini, Kəhf hədisini, Mənzilət və Səqələyn hədislərini təfsir etmək cinayət hesab edildi. Bundan sonra yüz illərlə tarix hakimiyyətə mənsub olanlar tərəfindən yazıldı. Həmin tarixcilərin ən tanınmışı İbn Cərir Təbridir. O bitərəf olduğunu bəhanə gətirərək həqiqətləri təhrif etmiş və ya gizlətmişdir.1 Bu səbəbdən həmin tarix əsərlərinə dərindən inanmaq olmur. Hər halda biz bu kitabda həmin əsərlərin daha inanılası məqamlarından bir necəsinə istinad etmişiq. Bu kitabda irəli sürünən fikirlərdə daha çox əhli sünnənin nəzərlərinə və onların möhtəbər kitablarına əsaslanmışdır.
BİRİNCİ FƏSİL PEYĞƏMBƏRİN (S) VƏFATINDAN ƏVVƏL BAŞ VERMİŞ HADİSƏLƏR
Peyğəmbərin vəfatından əvvəl, eləcə də vəfatından bir az sonra islam tarixində siyasi və eyni zamanda məxfi olan çox mühüm hadisələr baş vermişdir. Allahın Rəsulunun (s) yüksək ağıl və düşüncəsiylə azca tanış olan hər bir kəs O həzrətin Qədir hadisəsiylə vəfatı arasında olan qısa bir müddət ərzində baş verən məsələlərə nə qədər ağıl və diqqətlə dərin nəzər salmasını görə bilər.
Müsəlmanların, Peyğəmbərin (s) vəfatından sonra olan tarixini araşdırıb mütaliə edən hər bir kəsi düşündürən ən mühüm sual, Peyğəmbərin müsəlmanlara Əhli-beytini sevmə və onlara itaət etmələrini təkid etməsinə baxmayaraq, O həzrətin elə vəfat etdiyi gündən başlayaraq tapşırıqlarına qarşı çıxmaları daha çox tövsiyə etdiyi şeyə az da olsa, əhəmiyyət verməmələri məsələsidir.
Görəsən, Allahın Rəsulu (s) belə bir müxalifətçiliyin baş verə biləcəyini və onun qarşısını almaq üçün bir çarə fikirləşməmişdi?!
(Mədinənin ağır günlərində öz vəfatından qabaq) Usamət ibn Zeydi Şam sərhədlərinə tərəf göndərməyin mənası nə idi?
Özündən sonra canişin qoymaq haqqında nə fikirdəydi?
Bu fəsil bu qəbildən olan suallara cavab vermək üçün qələmə alınır.
Həqiqət budur ki, Allahın Rəsulunun (s) vəfatından sonra baş verə biləcək hadisələrə qarşı nəzərini Qədir hadisəsiylə vəfatı arasında olan yetmiş gündə açıq-aydın açıqlanmışdır. Necə ki, müxaliflərin gizli işləri də məhz bu müddət ərzində olmuşdur. Belə ki, bu müddətdə olan hadisələr açıqlanmazsa, gizli olan həqiqətlər aşkar olmaz.
GİZLİ SİYASƏTLƏRİN BAŞ VERMƏSİ
Şiə və sünnülərin hədis mənbələri göstərir ki, ``İblağ`` ayəsi (“Maidə” surəsi, ayə:67) nazil olana qədər Allahın Rəsulu (s) öz vəsisini rəsmi surətdə təyin etməkdən ehtiyat edirdi. Nəhayət, Cəbrail onu mənfur fikirdə olanların təhlükəsiqarşısında ümidvar etdi. Bu zaman Peyğəmbər (s) öz ardıcıllarını son asimani xəbərdən agah etdi.
İki mövzu Allahın Rəsulunu (s) vilayət məsələsini təbliğ etməkdən nigaran edirdi. İlk növbədə o bilirdi ki, bu təbliğdə camaatın bir çoxuna qəbul edilməsi ağır olan “heç bir qeyd-şərt olmadan onun təyin etdiyi canişinə itaət etmələrinə” çağırmalı, bu yolda aşkar təbliğlə hər bir bəhanə və şəkkin qarşısı alınmalıydı. İkinci növbədə gizli fəaliyyətlər çox da az olmayan bir qrupun müxalifətçiliyindən xəbər verirdi. Bu dəstə qısa bir zamanda öz gizli fəaliyyəti sayəsində Peyğəmbərin (s) zəhmətlərini netirallaşdırıb və cəmiyyətləri azdıra bilmişdi.
Gözlənilən bu iki təhlükənin olmasına baxmayaraq, Allahın Rəsulu (s) İlahi hökmü çatdırmalıydı. Əks təqdirdə, ayənin aşkar mənasına əsasən, həzrətin risaləti nəticəsiz olacaqdı.
Allahın Rəsulu (s) məşhur “Qədir” xütbəsində belə buyurmuşdur:
Cəbraildən (Allahın salamı ona olsun) məni, Əlinin vilayətməqamını e`lan etməkdə üzürlü saymasını istədim. Çünkü təqvalı insanların az, münafiqlərinsə çox olmasını bilirəm.Yalançı və hiyləgər günahkarlar vardır ki, islamı oyun-oyuncağa çevirmişlər. “Mütəal Allah öz kitabında onların haqqında belə buyurmuşdur: “Dillərində bir şey deyirlər ki, qəlblərində ona inanmırlar; elə bilirlər ki, bu iş sadədir, lakin bu iş Allah yanında böyük günahdır ”.Onlar həmişə mənə əziyyət vermiş və işi o yerə çatdırmışlar ki, mənə töhmət vuraraq demişlər: “Peyğəmbər başqalarının sözünə itaət edir, onun özünün heç bir müstəqil iradəsi yoxdur”. Mən həmişə Əliylə bir yerdə olmuşam, o, daim mənim diqqət mərkəzimdə olduğuna görə, ona qarşı həsəd aparmış və buna dözə bilməmişlər. Bu zaman Allah ayə nazil etmiş boş danışanlara cavab verərək buyurmuşdur: “O, başdan-başa qulaqdır! (Hər bir kəsin sözünü qəbul edir.) De: O, sizin üçün yaxşı bir qulaqdır.” (“Tövbə” surəsi, ayə:61)
İndi əgər münafiqləri bir-bir adları və əlamətləri ilə yaxud barmaqla işarə etməklə yada camaatı onlara tərəf yönəltməklə tanıtdırmaq istəsəm, bu işi görə bilərəm, lakin and olsun Allaha ki, mən onlara qarşı izzətlə rəftaredirəm.
Ey cammaat! Bilin ki, Allah Əlini sizin üçün rəhbər və imam təyin etmişdir. Ona itaət etməyi mühacirə (Məkkədən Mədinəyə hicrət edənlərə), ənsara (Məkkədən hicrət edənlərə pənah vermiş Mədinə əhli), onlardan itaət edib yaxşı yol ardıcıllarına, şəhər və kənd əhalisinə, burda olan və olmayana, ərəb və əcəmə, azad insanlara və qula, kiçik və böyükə, qara və ağdəriliyə vacib etmişdir. Allaha müti olub itaət edən hər bir kəsə verdiyi hökm rəva, dediyi söz eşidilməli və verdiyi əmrə itaət vacibdir. Onunla (Əli (ə) ilə) müxalif olan lənətlənmişdir, ona itaət edənsə Allahın rəhmətinə nail olacaqdır. Onu təsdiq edən mömindir. Allah onu və ona qulaq asıb itaət edən hər bir kəsi bağışlayacaqdır.
Məndən sonra rəhbər və imamınız Əlidir (ə). O, Pərvərdigarınızın əmriylə təyin olunmuşdur. Ondan sonra da imamət qiyamət gününə qədər mənim ailəmdə, Əlinin (ə) övladlarında olacaqdır...
Ey müsəlmanlar! Əliyə qarşı olub haqdan çıxmayın, ondan uzaqlaşmayın, onun rəhbərliyindən boyun qaçırmayın. Hamınızı haqqa tərəf hidayət və haqq əsasında əməl edən odur. Batili məhv edib ondan saxlayan və Allah yolunda heç nədən qorxmayan odur.
Cammat! Əli Allaha və onun Peyğəmbərinə (s) iman gətirən ilk şəxsdir. O, canını Peyğəmbərin (s) yolunda fəda etmiş, həmişə Allah və Peyğəmbərlə (s) olmuşdur. Ondan savayı heç kim Peyğəmbərə (s) tam təslim olmamışdır. Ey camaat! Bu Əli mənim qardaşım, canişinimdir, elmimi öyrənmişdir və ümmətimin imamıdır. O, Qur`anın təfsirinə agah, insanları Allahın kitabına tərəf aparan və Qur`anın hökmlərinə əməl edəndir. Əli Allahın razılığı əsasında əməl edir, Onun düşmənləriylə döyüşür, bəndələriylə dostluq edir, Allaha qarşı asi olmaqdan çəkindirir. Allahın Rəsulunun (s) xəlifəsi, mö`minlərin əmiri, Allah buyruqlarına hidayət edən rəhbər və nakisin, qasitin və mariqini qətlə yetirəndir. (Adı çəkilən dəstələr həzrət Əlinin xilafəti zamanı müsəlmanlara qarşı üsyan etmiş dəstələrdir. Qeyd etmək lazımdır ki, bu xəbərlər Allahın Rəsulunun (s) özündən sonra baş verəcək hadisələr barədə verdiyi qeybi xəbərlərdəndən sayılır. Müt.)
Əziz və uca Allah sizin dininizi, Əlinin vilayətini1 e`lan etməklə kamil2 etmişdir.
Bundan sonra Əlinin (ə) və ondan sonra da qiyamətə qədər canişini olan imamların övladlarıdır onlar həzrət Əlinin (ə) imamətindən boyun qaçıran hər kəs, əməlləri Allah dərgahına təqdim olunduqdan sonra bütün əməlləri məhv olmuş, puça çıxmış kimi olacaqdır. Belə şəxslər əbədi atəşdə qərarlaşacaq, heç vaxt odundan azalmayacaq və heç bir möhlət ona verilməyəcəkdir.
Ey camaat! Bu gün mənim sözümü danıb onunla razılaşmayan lənətlənmişdir. (Bəli) Lənətlənmiş və Allahın qəzəbini qazanmışdır. Agah olun! Bu dəqiqə Cəbrail uca Allahdan mənə, “Əliylə düşmən olub onun vilayətini qəbul etməyənə Allahın lənəti olsun!” xəbərini gətirmişdir.
Camaat! Allahın əmriylə müxalif olmaqdan çəkinin!...Bilin ki, bədbəxt adamdan savayı heç kəs Əliylə düşmən olmaz və iman əhlindən savayı heç kəs də Əlinin dostluğunu canıyla almaz. Müxlis möminlərdən savayı bir kəs Əliyə iman gətirməz.
Ey camaat! Məndən sonra yalançı rəhbərlər qüdrəti ələ keçirər və camaatı cəhənnəmə tərəf çağırarlar. Qiyamət günü onların bir köməkçisi olmaz... Uca Allah və mən onlardan bizarıq.
Ey camaat! Məndən sonra gələn qəsbkar rəhbərlər, onların dostları və yoldaşları cəhənnəmin ən aşağı dərəcəsində olacaqlar və ora təkəbbürlü insanlar üçün nə qədər pis yerdir!
Agah olun! Əhli-beytin vilayət məqamını qəsb edənlərə və onlara (qəsbkarlara) yardımçı olanlara Allahın lənəti olsun!
Ey müsəlmanlar! Mən Əlini sizin aranızda müsəlmanların imamı olaraq qoyuram. O və övladları qiyamətə qədər mənim vərəsələrimdir. Çatdırmağa məmur olunduğum Allahın əmrini sizə yetirdim. Burada bizimlə birgə olanlara və olmayanlara, indi dünyaya gələnlər və gələcəkdə dünyaya gələcək hər bir kəsə aydın hüccətdir. Beləliklə, Allahın əmrini hazır olmayanlara çatdırmaq “Qədir” səhnəsində olan hər bir kəsə vacibdir. (Eləcə də) Qiyamətə qədər atalara vacibdir ki, onu övladlarına çatdırsınlar. (sonra dua edib dedi:)
Pərvərdigara! Əlinin dostlarını dost, düşmənlərini düşmən tut! Əlinin (ə) vilayətini inkar və onun haqqını qəsb edənlərə lənət və qəzəb et!
Pərvərdigara! Sən mənə “İmamətin məndən sonra Əliyə (ə) aid olduğu əmrini nazil etdin. Mən də onu camaata çatdırdım. Mən uca Allah tərəfindən siz camaatı Əliylə beyət etməyə çağırdım. Əhdini pozan hər kəs öz zərərinə əməl etmişdir. Mən Allah tərəfindən sizdən Əli üçün beyət almağa mə`muram.
Siz də uca Allahdan Əlinin vilayəti haqqında nazil olan şeyə e`tiraf edin və onu “Əmirul-möminin” (Mö`minlərin əmiri) bilin. Əlidən sonra gələn mənim ailəmdən və Əlinin (ə) övladlarından olan imamların imamətini qəbul edin!3”
Görəsən Allahın Rəsulu (s) öz ətrafında olanların gizli, eyni zamanda sirlə dolu olan hərəkətlərindən təkcə vəhy yoluyla xəbərdar olurdu, yoxsa müəyyən əlamətlər bir dəstənin onun kimi fikirləşməməsindən onu agah edirdi? Əli ibn Əbi Talibin canişin olma məsələsi barəsində olan sözlərini 1 yaddan çıxartmadıqları halda yoxsa ondan narazıydılar?! O, bundan əvvəl öz ətrafında olanlardan nə görmüşdü ki, indi Əli (ə) haqqında bu qədər təkid və ehtiyatla danışırdı?!
O vaxta qədər o həzrətin müşahidə etdiyi müxalifətçilik üç növ idi:
1) Aşkarda yaxud örtülü şəkildə baş verən müxalifətlər.
2) Gizlində olmuş, lakin sonradan məlum olan müxalifətlər.
3) İnsanların daxilində olub aşkar olmayan, lakin rəftarların bildirdiyi müxalifətlər.
Vəhy mələyinin onu xəbərdar edərək
وَ مِمَّنْ حَوْلَكُمْ مِنَ الاعْرَابِ مُنَافِقُونَ وَ مِنْ اهْلِ المَدِينَةِ مَرَدُوا عَلَى النِّفَاقِ لا تَعْلَمُهُمْ نَحْنُ نَعْلَمُهُم...2
“Sizin ətrafınızdakı (şəhərinizin ətrafında olan ) bədəvi ərəblərdən bir dəstəsi münafiqdirlər. Mədinə əhlindən də nifaqa adət etmiş kəslər vardır. Sən onları tanımırsan, Biz onları tanıyırıq” söylədiyi bu ayə münafiqlərin gizli təşkilatından xəbər verir. Onların iki fikirdə olmalarıbarədə məlimat toplamaq hətta Peyğəmbər (s) üçün belə, asan deyildi. Bu insanlar uzun illər Peyğəmbərin (s) yanında olmuş və zahirdə onunla həmfikir idilər. Bunlar “Zirar” məscidi 3 münafiqləri kimi deyildilər ki, mollanın mərkəzləri yerlə yeksan olsun. Əksinə bunları təkcə İlahi vəhy və Peyğəmbərin göstərişi ilə məlumatlanan çox az adam tanıyırdı.
Dostları ilə paylaş: |